Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə5/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 

14 



ərzində  ərəb  və  fars  dillərində  yazılmış  əsərlərin  bir  qismi  rus 

dilinə  tərcümə  olunmuşdur.  Ərəb  və  fars  dillərində  tərtib 

olunmuş  orta  çağ  salnamə  və  əsərlərinin  müəllifləri  müasiri 

olduqları  dövrün  faktlarını,  hadisələrini  maddi  və  siyasi 

cəhətdən  hakim  olmuş  qüvvələrin  mənafeləri  baxımından 

işıqlandırmışlar.  Orta  çağların  müxtəlif  yüzilliklərində 

Azərbaycanda olmuş Şərq (əsasən ərəb) və Avropa səyyahları da 

dövrün  fakt  və  hadisələrinə  mənsub  olduqları  ictimai-siyasi, 

etnik  mühitin  baxımından  yanaşmışlar.  Beləliklə,  orta  çağ 

qaynaqlarının  obyektiv  və  subyektiv  qüsurlara  və  üstünlüklərə 

malik  olması  onlara  elmi,  tənqidi  surətdə  yanaşılmasını  zəruri 

edir. 


Moisey  Kalankatuklunun  «Albaniya  tarixi»  adlanan  sal-

naməsi  Azərbaycanın  İslamaqədərki  ictimai-iqtisadi,  siyasi, 

mədəni  tarixinə  aid  olan  qaynaqlardan  ümdəsidir.

1

  Salnamədə 



Qafqaz  Albaniyasının  siyasi,  ictimai-iqtisadi,  dini-ideoloji, 

mədəni  tarixinin  başlıca  məsələləri  V  əsrdən  VIII  əsrə

 

qədər


 

(Albaniya

 

çarlığının



 

süqutunadək)

 

izlənilmişdir.  Əsərdə 



hadisələrin təsviri X əsrədək davam etdirilmişdir. Məlumdur ki, 

VII  əsrin  sonlarına  doğru  Azərbaycan  ərazisinin  əksər  qismi 

ərəblər  tərəfindən  işğal  olunaraq  böyük  dövlətin-Ərəb 

Xilafətinin  tərkibinə  daxil  olunmuşdu.  Azərbaycanın  şimal 

vilayətlərində  yaşayan  xristian  albanların  çoxu  islamı  qəbul 

etmiş,  Qarabağın  dağlıq  ərazilərində  yaşayan  xristian  albanlar 

isə  əski  dinə  etiqadlarını  saxlamış,  lakin  sonralar  xristian 

ermənilərin  əhatəsində  olduqları  üçün  tədricən  doğma  dillərini 

itirmiş,  erməniləşmişdilər.  Alban  apostol  kilsəsini  özünə  tabe 

etmiş  erməni  qriqoryan  kilsəsi  albanlara  məxsus  olan  abidələri 

(xüsusilə yazılı abidələri) erməni dilinə tərcümə etdirərək onları 

«erməni  abidələri»  kimi  təqdim  etməyə  başladı.  Qeyri-erməni 

yazılı  abidələri  tərcümə  olunaraq,  «özəlləşdirildikdən»  sonra 

həmin  abidələrin  əsli  (orijinalı)  məhv  olunmuşdu.  Moisey 

Kalankatuklunun «Albaniya tarixi» əsəri də bu cür «əməliyyata» 

məruz  qalmış  Albaniya  (ərəb  işğalından  sonra  «Arran» 

adlandırılmışdır)  yazılı  abidələrindən  biridir.  Əsər  dəfələrlə 

erməni dilində, rus və Avropa dillərində nəşr olunduqdan sonra 




 

 

15 



Z.Bünyadov 

tərəfindən  Azərbaycan  türkcəsinə  tərcümə 

olunmuş,  kitab  şəklində  işıq  üzü  görmüşdür.  Qafqaz 

Albaniyasının  Uti  vilayətindəki  Kalankat  adlı  yaşayış 

məntəqəsində  (Bərdə  şəhərindən  cənub-qərbdə,  Tərtər  çayının 

sahilində)

2

  anadan  olmuş  Moisey  Kalankatuklu  labüdən 



dövrünün  və  mühitinin  dini,  siyasi  baxışlarının  daşıyıcısı  idi. 

Onun anadan olduğu Kalankat kəndi erkən orta əsrlərdə Qafqaz 

Albaniyasının dini və siyasi həyatında müəyyən rol oynamışdır. 

Bu  yaşayış  məntəqəsindən  olan  zadəganlar  və  din  xadimləri 

Alban  apostol,  xristian  kilsəsinin  yığıncaqlarında  fəal  iştirak 

etmişlər. Moisey Kalankatuklu 3 hissədən ibarət olan «Albaniya 

tarixi»  əsərini  alban  dövlətinin  ən  qüdrətli  dövründə,  müasiri 

olduğu  Cavanşirin  və  Varaz  Trdatın  hakimiyyəti  zamanı  yerli 

əfsanələr  və  rəvayətlər,  alban  agioqrafik  ədəbiyyatı,  kilsə 

qanunları,  Roma  müəlliflərinin  əsərləri  və  şəxsi  müşahidələri 

əsasında  yazmışdır.  Ehtimal  olunur  ki,  710-cu  ildən  sonrakı 

tarixi  hadisələrin  təsviri  əsərə  başqa  şəxslər  tərəfindən  əlavə 

edilmişdir  (əsər  bizə  məhz  həmin  redaktədə  gəlib  çatmışdır). 

Əsərin birinci hissəsinin ilk 2 fəslində Bibliya tarixi şərh olunur, 

albanların mənşəyi Yafəs nəsli ilə əlaqələndirilir, albanlar yazısı 

olan  15  xalq  sırasında  göstərilir.

3

  Salnamənin  III  hissəsində 



ərəblərin siyasi tarix səhnəsinə çıxmasından sonrakı hadisələr öz 

əksini  tapmışdır.

4

  Təbiidir  ki,  erməni  qriqoryan  kilsəsi 



«Albaniya  tarixi»ni  (habelə  digər  alban  yazılı  abidələrini) 

«özəlləşdirmək»  sahəsində  çalışarkən  onu  maksimum  dərəcədə 

«erməniləşdirməyə»  can  atmış,  lakin  istəyinə  tam  nail  ola 

bilməmişdir. Ümumiyyətlə, Azərbaycanın X əsrə qədərki tarixi 

haqqında müəyyən məlumatlar verən yeganə yerli yazılı mənbə 

Moisey  Kalankatuklunun  bu  salnaməsidir.  Məhz  buna  görə  də 

«Albaniya 

tarixi» 


Azərbaycanın 

mədəniyyət 

tarixinin 

araşdırılması  üçün  əvəzolunmaz  qaynaqdır.  Albaniya  (Arran) 

nəinki  Qafqazda,  habelə  Şərqdə  ilk  xristianlıq  mərkəzlərindən, 

ocaqlarından  biridir.  Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 

(Atropatena)  atəşpərəstliyin  (zərdüştiliyin)  də  ocaqlarındandır. 

Bu tarixi gerçəkliklər Azərbaycanın Şərq aləminə, bəşər mədəni 

sisteminə  üzvi  bağlılığını  təmin  edir.  Bu  baxımdan  «Albaniya 



 

 

16 



tarixi»  əsərinin  Azərbaycan  tarixinə  dair  qaynaqlar  sırasında 

müstəsna mövqeyi vardır. 

Gəncədə  anadan  olmuş,  ilk  təhsilini  bu  şəhərdə  almış, 

sonralar  təhsilini  Kilikiyada  davam  etdirmiş

5

  Mxitar  Qoşun 



(təqribən  1120,  başqa  məlumata  görə  1130-1213)  «Alban 

salnaməsi»  əsəri  Azərbaycanın  Səlcuqilər  dövrü  tarixinin 

öyrənilməsinə  yardım  edən  mühüm  qaynaqlardan  biridir. 

Yarımçıq  qalmış  bu  əsərdə  1130-1162-ci  illərdə  baş  vermiş 

hadisələrdən  bəhs  olunur.  Alban  katolikosu  Stepanos  (1155-

1195)  ilə  münasibətləri  pozulduğuna  görə  Mxitar  Qoş  1184-cü 

ildə  Gəncəni  tərk  etmiş,  Xaçında  əsasını  qoyduğu  Nor  Getik 

monastırında  rahib  həyat  tərzi  keçirmiş  və  oradaca  vəfat 

etmişdir.  O,  «Təmsillər»,  hüquqi  məcəllə  (Mxitar  Qoş 

Qanunnaməsi)  və  s.  kimi  onlarla  əsərin  müəllifidir.  Sultan 

Səncərin  hakimiyyəti  dövründə  Arranın  paytaxtı  olmuş  Gəncə 

Səlcuqilərin İraq sultanlığının tabeliyndə idi. «Alban salnaməsi» 

məhz  bu  tarixi  dövrün  hadisələrini  əks  etdirir.  Bir  çox  alban 

yazılı abidələri kimi bu  əsər də erməni saxtakarlıqlarının güclü 

təsirinə məruz qalmış, erməni dilinə tərcümə edilmiş, əsərin əsli 

məhv  edilmiş,  salnamə  «erməni  mədəni  faktı»  kimi  təqdim 

olunmuşdur.  Mxitar  Qoşun  1139-cu  ildə  Gəncədə  baş  vermiş 

güclü  zəlzələ  haqqındakı  məlumatları  bir  anda  itirilmiş  mədəni 

potensial  haqqında  müəyyən  təsəvvür  yaradır:  «Zəlzələdən 

paytaxt  Gəncə  şəhəri  də  əhalisi  ilə  birlikdə  cəhənnəmə  vasil 

oldu.  Dağlıq  mahallarda  bir  çox  qalalar  və  kəndlər  əhalinin 

başına uçulub tökülən monastırlar və  kilsələrlə (alban monastır 

və kilsələri ilə – X.Q.) birlikdə dağıldı. Viran olmuş binalar və 

qalaların  altında  saysız-hesabsız  adam  tələf  oldu…  Zəlzələnin 

baş  verdiyi  elə  həmin  gündə  çar  Davidin  oğlu  Gürcüstan  çarı 

Demetre  böyük  bir  qoşunla  hərəkət  edərək  Arran  vilayətinə 

gəldi… Onlar sağ qalmış şəhər əhalisi üzərinə amansızcasına və 

kobud surətdə  hücum  edərək hamını  qılıncdan keçirdilər,  ya  da 

özlərinə  qul  etdilər.  İşğalçılar…  qızıl  və  gümüş  xəzinələrini 

qazıb  çıxararaq  özləri  ilə  apardılar.  İşğalçılar  öz  basqınları  və 

işgəncələri  ilə  (xalqa)  zəlzələdən  daha  çox  əzab  verdilər».

6

 



«Salnamə»də  əsasən  dövrün  dini,  siyasi  fakt  və  hadisələrinə 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə