Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə14/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   ...   10   11   12   13   14   15   16   17   ...   143

 

 

41 



Fridrixin  sarayında  qulluq  edərkən  Moskva  knyazlığına  və 

Səfəvilər  dövləti  ərazisinə  göndərilmiş  alman  elçiliyinin  katibi 

və  müşaviri  idi.  A.Oleari  1636-1638-ci  illərdə  Azərbaycan 

şəhərlərində  olmuşdur.  O,  «Moskoviya  və  Moskoviyadan 

keçməklə  İrana,  oradan  da  geriyə  səyahətin  təsviri»  əsərini 

yazmışdır.  Onun  bu  əsəri  1906-cı  ildə  Sankt-Peterburqda  rus 

dilinə  tərcümə  edilib  nəşr  olunmuşdur.

105


  Adam  Olearinin 

Şamaxıda dini kompleksin maarif və elmin inkişafındakı roluna 

dair 

məlumatları 



daha 

əhəmiyyətlidir. 

Orta 

əsrlər 


Azərbaycanında  maarif  işinin  təşkili  və  elmi  biliklərin  tədrisi 

prosesində  dini  idarələrin,  din  xadimlərinin  rolu  aparıcı 

olmuşdur.  Adam  Olearinin  yol  qeydləri  bu  obyektiv  həqiqəti 

sübut edən mühüm mənbələrdən biridir. 

Övliya  Çələbi  ibn  Dərviş  Mehmet  Zilli  1611-1682-ci 

illərdə  yaşamış  Osmanlı  siyasi  xadimidir.  O,  1646-1648-ci 

illərdə  Cənubi  Qafqaza  etdiyi  ikinci  səyahət  zamanı  Cənubi  və 

Şimali  Azərbaycan  şəhərlərini,  əyalətlərini  çox  diqqətlə 

öyrənmişdi.  Təbiidir  ki,  onun  qeydləri  və  hadisələrə  yanaşma 

tərzi  rəsmi  Osmanlı  dairələrinin  baxışını  əks  etdirir.  Övliya 

Çələbinin  «Səyahətnamə»  adlı  əsəri  10  cilddən  ibarətdir. 

Azərbaycanla bağlı olan məlumatlar onun əsərinin ikinci cildinə 

daxildir.

106


  Övliya  Cələbi  XVII  əsr  Azərbaycan  şəhərlərinin 

(Təbriz,  Şamaxı  və  s.)  mədəni  potensialına  dair  əhəmiyyətli 

məlumatlar vermişdir. 

Macarıstanda  anadan  olmuş,  Osmanlı  tarixçisi  İbrahim 

Əfəndi  Peçevinin  «Tarix»  əsəri  1520-1640-cı  illərin  ictimai-

siyasi  hadisələrinin  təsvirini  verir.

107

  Əsərdə  Təbrizin  ictimai-



mədəni mənzərəsinə dair məlumatlar diqqəti cəlb edir. 

Yan  Streys  (1630-1694)  holland  dənizçisi  və  səyyahı  idi. 

Səyyah  Qaytaq  hakimi  tərəfindən  əsir  alınmış,  1670-1672-ci 

illərdə  qul  sifəti  ilə  Dərbənd,  Şamaxı  və  Ərdəbil  şəhərlərində 

yaşamışdır.  O,  vətənə  qayıdandan  sonra  «Ecazkar,  olduqca 

başıbəlalı səyahətlər» adlı kitab yazmışdır. Onun bu əsəri Avro-

pa  ölkələrində  25  dəfədən  artıq  çap  edilmişdir.

108


  Yan  Streysin 

əsərində  Dərbənd,  Şamaxı,  Ərdəbil  şəhərlərinin  memarlıq 

baxımından  vəziyyətinə,  maarifin  inkişaf  səviyyəsinə  aid 



 

 

42 



məlumatlar  vardır.  Onun  Ərdəbildəki  Şeyx  Səfi  kompleksi 

barədəki fikirləri də maraqlıdır. 

Mənşəcə azərbaycanlı olan Orucbəy Bayatın əsəri

109


 tarix-

i-coğrafi traktat səciyyəsi daşıyır. O, 1599-1603-cü illər ərzində 

Səfəvi  səfirliyinin  tərkibində  təqribən  bütün  Avropa  ölkələrini 

gəzmişdi.  Həmin  səfərdən  sonra  Orucbəy  Bayat  vətənə 

qayıtmamış,  İspaniya  təbəəliyinə  keçmiş,  xristianlığın  katolik 

məzhəbini qəbul etmişdi. O, əsərini ispan dilində yazmış və ilk 

dəfə  1604-cü  ildə  nəşr  etdirmişdir.  Əsər  1926-cı  ildə  ingilis, 

1959-cu  ildə  fars,  1988-ci  ildə  isə  rus  dilinə  tərcümə 

olunmuşdur.

110


  Orucbəy  Bayat  XVI  əsrin  Azərbaycan  şəhərləri 

(Təbriz,  Qəzvin,  Gəncə,  Şamaxı),  onların  mədəni-ictimai 

vəziyyəti  haqqında  dəyərli  məlumatlar  vermiş,  ölkənin  mədəni 

inkişafında şəhərlərin aparıcı rolunu xüsusilə qeyd etmişdir. 

1685-1694-cü  illərdə  İranda  və  Azərbaycanda  olmuş  al-

man  alimi  və  səyyahı  Engelbert  Kempferin  Azərbaycan  (türk) 

dilinin  Səfəvi  dövlətinin  hüdudlarında  aparıcı  rolu,  bu  dilin 

zənginliyi  və  eyni  zamanda  sadəliyi,  müsbət  keyfiyyətləri 

haqqındakı  məlumatları  çox  əhəmiyyətlidir.

111


  Avropa  və 

Osmanlı  müəlliflərinin  bəzi  əsərlərində  dəqiq  olmayan 

məlumatlar  (şəhər  əhalisinin  sayı  və  s.  haqqında)  vardır.  Lakin 

bu cəhət həmin əsərlərin əhəmiyyətini azaltmır. 

XVIII  əsrin  əvvəllərindən  Rusiya  dövlətinin    hakim 

dairələri  «dənizlərə çıxış əldə etmək» bəhanəsi ilə Cənubi Qaf-

qazda, 

eləcə 


də 

Azərbaycanda 

öz 

mövqelərini 



möhkəmləndirmək  istiqamətində  fəal  tədbirlər  görməyə 

başladılar.  Səfəvilər  dövlətinin  zəifləməsi  buna  əlverişli  şərait 

yaratmışdı. Moskva knyazı (1721-ci ildən isə Rusiya imperato-

ru) I Pyotrun təşəbbüsü ilə Cənubi Qafqaza kəşfiyyat məqsədilə 

diplomatlar,  «səyyahlar»  göndərilirdi.  XVIII  əsrin  sonunadək 

Azərbaycanda  olmuş  rus  «səyyahları»,  «diplomatları»  gördük-

lərini  tərtib  etdikləri  yol  qeydlərində,  gündəliklərində  əks 

etdirmişlər. 1716-1718-ci illərdə Azərbaycanda və İranda olmuş 

A.P.Volınskinin 

(1689-1740) 

fəaliyyəti 

bu 


baxımdan 

diqqətəlayiqdir.  Dövlət  xadimi,  diplomat  olmuş  A.P.Volınski 

1716-cı  ilin  martında  Moskva  knyazlığının  elçisi  sifətilə 



 

 

43 



Səfəvilər  dövlətinin  paytaxtı  İsfahana  gedərkən  3  aydan  artıq 

Şamaxı şəhərində qalmış, I Pyotrun tapşırığı ilə Şirvan haqqında 

siyasi  və  iqtisadi  səciyyəli  məlumatlar  toplamışdı.

112


  O,  I  Pyo-

trun  gizli  tapşırığına  əsasən  Azərbaycanda  yubanmalı,  ölkə 

haqqında  müfəssəl  məlumat  toplamalı  idi.  A.P.Volınski  geri 

qayıdarkən  8  aya  yaxın  Azərbaycanda  qalmışdı.

113

  Başlıca 



diqqətini  hərbi,  siyasi,  iqtisadi,  ticarət  məsələlərinə,  bölgədə 

yaşayan xristian əhalisinin sayına, bu əhalinin siyasi mövqeyinə 

yönəltmiş A.P.Volınskinin məlumatları Azərbaycanın XVIII əsr 

mühitinin öyrənilməsi üçün əhəmiyyətlidir. Həmin əsrin 20-60-

cı  illərində  Azərbaycanda  olmuş  rus  elçilərinin  məlumatları  da 

əsasən siyasi, iqtisadi səciyyə daşıyır.

114

 

Azərbaycan  ədəbiyyatı  inciləri  orta  çağların  Azərbaycan 



mədəniyyətinin 

öyrənilməsi 

gedişində 

mütləq 


nəzərə 

alınmalıdır. «Kitabi-Dədə Qorqud» dastanı Azərbaycan tarixinin 

mühüm  mənbələrindən  hesab  oluna  bilər.  XV-XVI  əsrlərdə 

yenidən  yazıda  maddiləşmiş  bu  şifahi  ədəbiyyat  incisinin  ilk 

dəfə  qələmə  alınması  tarixinin  X  əsrdən  əvvəlki  dövrlə  bağlı 

olduğu təxmin olunur.

115

 VII-IX əsrlərdə tam təşəkkül tapmış bu 



dastanda  ən  qədim  dini-mifoloji  təsəvvürlər  və  bəzi  adət- 

ənənələr 

oğuzların 

ibtidai 


dövrünə 

(III-IV 


əsrlərə), 

islamaqədərki tarixi dövrə aiddir.

116

 12 boydan ibarət olan  «Ki-



tabi-Dədə  Qorqud»  Azərbaycan  mədəniyyəti  tarixinin  misilsiz 

mənbələrindəndir.  Orta  çağlarda  yaşayıb-yaratmış  Azərbaycan 

ədiblərinin  (Əfzələddin  Xaqani,  Nizami  Gəncəvi,  İmadəddin 

Nəsimi, Şah  İsmayıl Xətai, Məhəmməd Füzuli,  Molla Vəli Vi-

dadi,  Molla  Pənah  Vaqif  və  başqaları)  əsərləri  də  milli 

mədəniyyət  problemlərimizin  araşdırılmasına  yardım  edən 

mənbələr sırasındadır. 

 

 



 

 

§2. Problemin tarixĢünaslıqda, elmi ədəbiyyatda 



tədqiqi səviyyəsi. 

 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə