Эириш-Хейирбяй



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə2/143
tarix01.08.2018
ölçüsü2,72 Mb.
#60573
1   2   3   4   5   6   7   8   9   ...   143

 

 



 

 

 

GĠRĠġ 

 

Yeni  əsrin  başlanğıcında  da  Azərbaycan  cəmiyyəti,  elmi 



bir 

sıra  mühüm  problemlərin  həll  olunması  zərurəti 

qarşısındadır. Təqribən son 50 il ərzində Azərbaycan tarix elmi 

xeyli  uğurlar  qazanmışdır.  Arxeoloji  və  etnoqrafik  araşdırmalar 

nəticəsində  elmi  tədqiqat  üçün  zəngin  material  toplanmış,  bir 

çox  yazılı  tarixi  qaynaqlar  aşkar  olunaraq  Azərbaycan  (və  rus) 

dilinə  tərcümə  edilmiş,  elmi  araşdırmaların  nəticələri  olan 

əsərlər  nəşr  olunmuşdur.  Lakin  etiraf  olunmalıdır  ki, 

Azərbaycan tarix elminin tədqiqat potensialı hələ də tam surətdə 

gerçəkləşməmişdir.  Azərbaycan  coğrafi  və  iqtisadi  vahiddir, 

müxtəlifliyə  əsaslanan  mədəni  tamdır,  bir-biri  ilə  üzvi  şəkildə 

bağlı  olan  ziddiyyətlərin  kompleksidir.  Vahid  proses  olan 

Azərbaycan  tarixi  daha  dərindən,  hərtərəfli  öyrənilməyə 

möhtacdır.  Bu  əsaslı  araşdırma  olmadan  ölkəmizin  inkişaf 

səviyyəsini,  onun  səciyyəvi  xüsusiyyətlərini  və  mahiyyətini 

anlamaq  mümkün  deyildir.  «Tarixi  prosesin  dərinliklərinə 

varmaq  müasir  dövrün  öyrənilməsinin  və  dərk  olunmasının 

əsasını  təşkil  edir.  Tarixin  dərslərini  başa  düşmədən  ictimai 

münasibətlərin  mürəkkəb  labirintindən  çıxmaq  mümkün 

deyildir.  İctimai  sistemin  strukturu  nə  qədər  mürəkkəbdirsə, 

onun  başlıca  qanunlarının  və  dəyişən  formalarının,  onun 

meydana  gəlməsinin,  inkişafının  və  ölüb  getməsinin  konkret-

tarixi tədqiqi bir o qədər vacibdir».

1

 



Azərbaycan  tarixinin  vahid,  müəyyən  qədər  sabit,  tarixi 

gerçəkliklərə uyğun olan, obyektiv konsepsiyasının yaradılması 

zərurəti  keçən  əsrin  sonlarına  doğru  siyasi  müstəqilliyini 

yenidən  qazanmış  ölkəmiz  üçün  xüsusi  aktuallıq  kəsb  edir. 

Azərbaycanın  şimal  torpaqları  XIX  əsrin  ilk  onilliklərində  rus 

işğalına  məruz  qaldıqdan  sonra  xalqımızın  öz  mədəni  irsindən 

uzaqlaşdırılması  istiqamətində  xeyli  «tədbirlər»  görüldü.  Etiraf 

etmək lazımdır ki, Azərbaycan tarixinin bir çox məsələləri Sovet 




 

 



hakimiyyəti  illərində  (1920-1991)  də  təhrif  olunmuş  surətdə, 

irəli sürülmüş ideoloji tələblərə üyğun şəkildə işıqlandırılmışdır. 

İmperiya  mərkəzi  (Moskva)  hər  vasitə  ilə  Azərbaycan  xalqının 

(eləcə  də  digər  SSRİ  xalqlarının)  etnogenezi,  mədəniyyət  tarixi 

problemlərinin  həllolunmaz  səviyyədə  qalmasına  can  atır, 

«xalqlar  dostluğu»  ideyasını  təbliğ  etməklə  asılı  xalqların 

özünütanıma  prosesini  ləngitməyə  çalışır,  yalnız  rus 

mədəniyyətini «dünya səviyyəsinə uyğun olan dəyərlər sistemi» 

kimi  təbliğ  edir,  «rus  amilinin  geridə  qalmış  xalqlara 

mədəniləşdirici  təsir  göstərməsi  faktına»  diqqəti  cəlb  edirdi. 

Həmin  dövrdə  ölkəmizin  tarixinə  həsr  olunmuş  əsərlərin 

əksəriyyətində  «Rusiya-Azərbaycan  münasibətləri,  əlaqələri» 

bölməsi vacib, məcburi ünsürə çevrilmişdi. Təsadüfi deyildir ki, 

ən  azı  orta  təhsil  almış  Azərbaycan  vətəndaşlarının  əksəriyyəti 

milli  tarix  faktlarından  daha  çox  Rusiyanın  keçmişinə  aid  olan 

faktları  daha  yaxşı  bilirdi.  Lakin  xalqın  öz  tarixindən,  mədəni 

irsindən  uzaqlaşması  prosesi  1991-ci  ilin  sonlarınadək  davam 

etdi.  Mütərəqqi  olan  əks-proses  başlandı.  Yeni  əsrin 

«Azərbaycan  nəsli  milli  mədəniyyət  məsələlərinə  böyük  bir 

həssaslıqla  yanaşır.  Mədəniyyət  adamları,  yəni  ədəbiyyatçılar, 

sənətkarlar,  müəllimlər,  humanitar  sahələrə  mənsub  olanlar  – 

tarixçilər  və  başqaları  milli  mədəniyyətləri  ilə  atəşin  bir  eşqlə 

bağlıdırlar.  Onlar  bu  mədəniyyətin  ümumtürk  dəyərləri  və 

bağlarına çox böyük əhəmiyyət verirlər: onlar milli mədəniyyəti 

məzmunca da, formaca da yüksək tuturlar».

2

 Müasir Azərbaycan 



ictimai  fikrində  belə  bir  qənaət  formalaşmışdır  ki,  vətən 

tarixinin,  mədəniyyətinin  obyektiv  şəkildə,  xalqın  ümdə 

mənafelərinə uyğun tərzdə araşdırılmasının başlıca şərti ölkənin 

siyasi  müstəqilliyidir.  «Xalqın  düşüncəsində  Azərbaycan 

məfhumu  coğrafi  bir  mənadan  ziyadə  fikir  və  əməl  şəklində 

təcəssüm  ediyor.  İstiqlal  xaricində  onun  üçün  bir  Azərbaycan 

yoxdur».

3

 



Monoqrafiyanın  başlıca  tədqiqat  obyekti  orta  əsrlərin 

Azərbaycan  mədəniyyəti,  onun  təkamülünün  əsas  mərhələləri, 

mühüm  cəhət  və  xüsusiyyətləridir.  XXI  əsrin  əvvəllərinədək 

Azərbaycan tarixşünaslığında milli mədəniyyətin orta çağlardakı 




 

 



inkişafı  prosesinə  həsr  olunmuş,  xüsusi  monoqrafiya  yox  idi 

(X.Qasımovun  1992-ci  ildə  müdafiə  etdiyi  namizədlik 

dissertasiyası  XVI-XVII  əsrlərin  Azərbaycan  mədəniyyətinin 

tədqiqinə  həsr  olunmuşdu,  əsər  monoqrafiya  şəklində  yalnız 

2002-ci  ilin  sonlarında  nəşr  edilmişdir).  Təbiidir  ki,  bir 

araşdırıcının 

fəaliyyəti, 

bircə 


monoqrafiyanın 

varlığı 


Azərbaycan  tarixşünaslığında  önəmli  olan  bir  sahənin  – 

mədəniyyət  tarixinin  uğurlu  inkişafı  üçün  yetərli  deyildir. 

Çoxəsrlik,  zəngin  və  ziddiyyətli  proses  olan  Azərbaycan 

mədəniyyətinin  tarixçilərin  nöqteyi-nəzərindən  xronoloji 

ardıcıllıqla,  hərtərəfli,  tam  tədqiqi  son  dövrün  aktual  elmi 

problemlərindəndir.  Bu  problemin  müsbət  həlli  xalqın  öz 

mədəni  irsinə  maksimal  dərəcədə  yaxınlaşmasına,  özünü 

tanımasına,  özünü  beynəlxalq  aləmə  tanıtmasına,  bu  aləmdə 

layiqli  mövqe  qazanmasına  yardım  edə  bilər.  Məlumdur  ki,  hər 

hansı bir xalqı digər xalqlardan fərqləndirən başlıca cəhət onun 

mədəniyyəti, mədəni dəyərlər sistemi, mədəni potensialıdır. Bu 

baxımdan  qeyd  etmək  zəruridir  ki,  mədəniyyət  tarixi 

öyrənilmədən  Azərbaycan  tarixinin  vahid  (yəni  Azərbaycan 

araşdırıcılarının  əksəriyyəti  tərəfindən  qəbul  olunan),  tarixi 

gerçəkliklərə  uyğun  olan,  obyektiv  konsepsiyasını  yaratmaq 

qeyri-mümkündür. 

Monoqrafiyanın  I  fəslində  mövzunun  tarixşünaslıqda, 

digər  elm  sahələrində  araşdırılması  səviyyəsi  haqqında  ətraflı 

surətdə bəhs olunmuşdur. Burada isə yalnız onu qeyd etmək olar 

ki,  Azərbaycan  tarixçilərinin,  milli  mədəniyyətin  müxtəlif 

cəhətlərini  sənətşünas  nöqteyi-nəzərindən  tədqiq  etmiş 

araşdırıcıların,  fəlsəfi  irsimizi  araşdırmış  tədqiqatçıların  elmi 

uğurları, orta əsrlərə aid olan qaynaqların Azərbaycana aid olan 

hissələrinin  xeyli  qisminin  doğma  dilimizə  (və  rus  dilinə) 

tərcümə olunması əsas tədqiqat obyekti kimi seçilmiş mövzunun 

araşdırılması  işinə  xeyli  yardım  edir.  Lakin  X.Qasımovun 

namizədlik  dissertasiyası

4

  və  monoqrafiyası



5

  istisna  olunmaqla 

milli  mədəniyyətin  orta  çağlardakı  təkamül  tarixi  Azərbaycan 

tarixşünaslığında  xüsusi araşdırma  obyekti  olmamışdır.  Onu  da 

qeyd 

etmək  lazımdır  ki,  X.Qasımovun  monoqrafiyası 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə