Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   35   36   37   38   39   40   41   42   43

 
181 
Erzonomika 
– 
İqtisadiyyatda  insanın  funksional 
imkanlarını öyrənən elm. 
Əhalinin faktiki gəlirlərinin həcmi –  Müəyyən dövrdə 
əmək  haqqı,  pensiya,  müavinət,  təqaüd  və  s.  bu  növlər  üzrə 
təyin olunmuş  məbləğ  borcunun dəyişilmə həcmi qədər az və 
ya çox ola bilər. 
Əhalinin  həyat  səviyyəsi  –  Əhalinin  pul  gəlirləri  və 
xərcləri  dövlət  statistika  orqanları  və  bankların  məlumatları 
əsasında  hesablanır.  Əhalinin  pul  xərclərinə  mal  alınması  və 
xidmətlərin  ödənilməsi,  məcburi  ödənişlər  və  könüllü  üzvlük 
haqları,  əmanət  qoyuluşlarının  artımı,  qiymətli  kağızlar  və 
digər xərclər aid edilir. 
Əhalinin  pul  xərcləri  –  Mal  və  xidmətlərin  alınması 
xərcləri, mütləq ödəmələr və müxtəlif üzvlük haqları (vergilər 
və  yığımlar,  sığorta  üzrə  ödəmələr,  ictimai  və  kooperativ 
təşkilatların  haqqları,  kredit  malları  üzrə  faizlər  və  s.),  xarici 
valyutanın  alınması,  həmçinin  qiymətli  kağızlar  və  əmanət 
yığımlarının artımıdır.  
Əmək – 1. İnsanın məhsul istehsal etmək üçün müəyyən 
məqsədyönlü fəaliyyətidir; 2. İnsanın məqsədəuyğun, şüurlu iş 
fəaliyyətinin nəticəsidir. 
Əmək  haqqı  fonduna,  müvafiq  iş  vaxtı  ərzində  əmək 
funksiyasını  yerinə  yetirmək  üçün  işçiyə  verilən  pul  və  ya 


 
182 
natura  formasında  hesablanan  əmək  haqqı,qanunvericiliyə 
uyğun  olaraq  işlənilməyən  vaxtda  işçilərə  verilən  pul 
məbləği(məsələn  hər  il  verilən  məzuniyyət),  iş  rejimində  və 
əmək şəraitində asılı olaraq  həvəsləndirici ödəmələr, əlavələr, 
mükafatlar  və  birdəfəllik  mükafatlar,kompensasiya  ödəmələri 
aid edilir. 
Əsas  kapitala  investisiyalar  -  Əsas  fondların 
yaradılmasına,  təkrar  istehsalına  və  alınmasına  yönəldilmiş 
xərclərin məcmusudur. 
Əsas  kapitala  yönəldilmiş  xarici  investisiya  –  Xarici 
investorlar  tərəfindən  hesabat  dövründə  aparılan  tikinti  işləri 
üzrə  maliyyə  (valyuta  xərcləri)  və  yaxud  material  (avadanlıq, 
texnologiya) xərcləri daxil edilir. 
Faktorinq  – 
Hesabını  almadan  xaricə  mal  göndərən 
ixracatçının  alacağının  böyük  bir  hissəsini  (  80%-ə  qədərini) 
yükləmədən  o  saat,  qalanını  da  idxalatçıdan  pulunu  təhvil 
aldıqdan  sonra  faktor  adı  varilən  bir  vasitəçi  bank  tərəfindən 
ödənişini təmin edən kredit əməliyyatıdır. 
Federativ  dövlət  –  Bir  dövlətin  tərkibinə  daxil  olan 
dövlət təşkilatı və ya inzibati -ərazi təşkilatının dövlət quruluşu 
formasıdır. 
“Holland x
əstəliyi”. Ötən əsrin 50-60-cı illərində Şimal 
dənizinin  Hollandiyaya  məxsus  hissəsindən  zəngin  qaz 


 
183 
ehtiyatları  aşkarlandı.  Həmin  yataqların  mənimsənilməsi  və 
böyük  həcmlərdə  qaz  ixracı  qısa  bir  müddətdə  Hollandiyaya 
böyük  valyuta  axını  yaratdı.  Nəticədə  milli  valyuta  sürətlə 
möhkəmləndi  ki,  bu  da  öz  növbəsində  digər  ixrac  yönümlü 
sahələrdə  bir  sıra  mənfi  nəticələrə  gətirib  çıxardı.  Bu  hadisə 
iqtisad elmində “Holland xəstəliyi” adını aldı. Milli valyutanın 
məzənnəsinin  birdən-birə  belə  yüksəlməsi  ölkədən  ixrac 
edilmək  üçün  istehsal  olunan  məhsulların  istehsal  xərclərini 
şişirdir,  daxili  bazarda  məhsul  istehsalı  əlverişsiz  olur  və 
nəticədə  tez  bir  zamanda  istehsallar  dayandırılır.  Eyni 
zamanda,  bu  proseslər  ölkəyə  hazır  məhsul  idxalını 
stimullaşdırır ki,  nəticədə  yerli  istehsal gətdikcə sıradan çıxır. 
Elə  bir  vəziyyət  yaranır  ki,  ölkənin  ixracında  mineral  hasilat 
sənayesi  məhsulları  (xam  neft,  təbii  qaz  vəs.)  tam  üstünlük 
təşkil edir, əhalinin istehlak etdiyi ərzaq məhsulları və sənaye 
malları  isə əsasən kənardan  idxal  edilir. Burada nəzərə almaq 
lazımdır  ki,  neft,  qaz  və  s.  kimi  resursların  qiyməti  bazarın 
konyuktur  dəyişikliklərindən  biləvasitə  asılı  olduğundan, 
qiymətlərin  kəskin  düşməsi  milli  valyutanın  da  sürətlə 
zəifləməsinə  və  infilyasiya  prosesinin  zəifləməsinə  gətirib 
çıxarır.  Bu  isə  böhran  vəziyyətinə  düşən  yerli  istehsalın 
tənəzzülünü  bir  qədər  də  dərinləşdirir  və  ölkə  iqtisadiyyatını 
uzun  müddətli  struktur  böhrana  düçar  edir.  Milli  valyutanın 


 
184 
kursunun  belə  dəyişkənliyi  iqtisadiyyatın  digər  sahələrinin 
inkişafına,  ölkənin  investisiya  cəlbediciliyinə  və  kredit 
reytinqinə,  ölkəyə  gələn  xarici  investisiyaların  həcminə  və  s. 
mənfi təsir göstərir. Qeyd etmək yerinə düşərdi ki, 2004-cü ilin 
yekunlarına  görə  Azərbaycanın  ixracında  xam  neft  və  neft 
məhsulları  90  faizdən  yüksək  xüsusi  çəkiyə  malikdir.  Eyni 
zamanda,  əhalinin  başlıca  ərzaq  məhsullarına  və  sənaye 
mallarına olan tələbatı isə idxal hesabına dənilir.  
Deməli, klassik mənada “Holland xəstəliyi” dedikdə, ölkə 
təbii  resursların  istismarına  başlayan  zaman  onun  mənfi 
təsirinin  digər  sahələrin  ,  konkret  olaraq  emaledici  sahələrin 
inkişafında  müşahidə  olunması  başa  düşülür.  Akademik 
Ribçinskin  sözləri  ilə  desək,  neftin  üstün  inkişafı  digər 
sahələrin də resurslarını özünə səfərbər edir. Beləliklə, neftdən 
kənar  sahələrdəki  kapital,  material,  sahibkarlıq  resursları  da 
neft  sektoruna  cəlb  edilir.  Yeganə  əmək  resursları 
ifadəsizqalaraq uzun müddətli işsizliyin mənbəyinə çevrilir.  
İdxal - Ölkədə istehlak etmək və ya təkrar ixrac edilmək 
üçün ölkə sərhədlərindən kənarlarından mal gətirilməsidir. 
İdxalın dəyərinin qiymətləndirilməsi SİF qiymətləri və ya 
mal  idxal edən ölkənin  franko-sərhəd qiymətləri  üzrə aparılır, 
yəni  malın qiymətinə onun dəyəri, ölkənin  sərhədlərinə qədər 
daşınması və sığorta xərcləri daxil edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə