Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   35   36   37   38   39   40   41   42   43

 
176 
Lüğət 
 
 
Adambaşına  düşən  pul  gəlirləri  –  pul  gəlirlərinin 
cəmini mövcud əhalinin sayına bölməklə hesablanır. 
Bank  – 
Bank  termini  masa  mənasını  verən  “bansa” 
italyan,  “banque”  qədim  fransız  sözündən  götürülmüşdür.  
Fiziki  və  hüquqi  şəxslərin  pul  vəsaitini  depozitə  cəlb  etmək. 
Həmin vəsaiti müddətlilik və faizlə geri qaytarmaq şərti ilə öz 
adından və öz hesabına yerləşdirmək, fiziki və hüquqi şəxslərin  
hesablarını  açmaq  və  aparmaq  əməliyyatlarının  məcmusunu 
həyata  keçirmək  üçün  müstəsna  hüquqa  malik  kredit 
təşkilatıdır 
Banknot  – 
Dövlətin  rəsmi  puludur,  pul  sisteminin  əsas 
maliyyə alətidir, mərkəzi bank tərəfindən tədavülə buraxılır. 
Bazar  – 
1.  Əmtəə  istehsalı  və  tədavülü  qanunları 
əsasında  təşkil  olunmuş  mübadilədir,  əmtəə  mübadiləsi 
münasibətlərinin  məcmusudur.2.  Alıcı  ilə  satıcının  qarşılıqlı 
münasibətləri  mexanizmidir,  başqa  sözlə  tələbə  təklifinin 
münasibətləridir.3.  Ölkə  daxilində  və  ölkələr  arasında,məhsul 
istehsalçıları  ilə  istehlakçıları  arasında,  əlaqəni  təmin  edən 
mübadilə sferasıdır.4. Malların (əmtəənin) satışı üzrə mübadilə 
sahəsi, meydanıdır. 


 
177 
Birbaşa  investisiya  –  Fond  vəsaitlərinə  və  ya  əmlak 
(mülkiyyət) şəklində olan aktivlərə, investorun tələblərini ifadə 
edən kapital qoyuluşuna birbaşa investisya deyilir. 
Brutto  – 
İtalyan  sözüdür.  Xərci  çıxmadan  cəmi  gəlir. 
Malın tara ilə çəkisi. 
Büdcə  -  İngilis  mənşəli  söz  “budget”  olub  çanta,  torba 
mənasını  verir, dövlət  və  yerli orqanlarının özünün  idarəetmə 
üçün  yönəldilmiş  pul  vəsaiti  fondunun  yaranması  və 
xərclənməsi  funksiyasını  (təmin  edən)  maliyyələşdirən 
formadır. 
Büdcə artıqlığı (profisit) – Müəyyən dövr ərzində büdcə 
gəlirlərinin büdcə xərclərindən artıq olan məbləğidir.  
Büdcə kəsri(defisit) – Büdcənin xərclərinin gəlirlərindən 
artıq olan hissəsidir, büdcə xərclərinin gəlirlə təmin olunmayan 
məbləğidir. Büdcə kəsrinin maliyyələşməsi dövlət borcu, kredit 
və  digər  mənbələr  hesabına  həyata  keçirilir.  Hər  bir  dövlət 
büdcə  kəsrinin  müəyyənləşdirilmiş  limiti  keçməsinə  imkan 
verməməyə və onu aradan qaldırmağa çalışır. 
Büdcə  kəsrini  maliyyələşdirən  mənbə  iki  hissəyə 
bölünür:  daxili  və  xarici.  Daxili  mənbələr  –  kreditlər,  dövlət 
istiqraz vərəqələri, qiymətli kağızlar, büdcə sudalarıdır. Xarici 
mənbələr – istiqraz vərəqələri, dövlət adından xarici valyutayla 
buraxılan qiymətli kağızlar və xarici dövlətin hökumətlərindən, 


 
178 
bankların  və  firmaların,  beynəlxalq  maliyyə  təşkilatlardan 
xarici valyuta şəklində daxil olan vəsaitlərdir. 
Büdcə  nəzarəti  –  Büdcə  layihəsinin  tərtibi,  müzakirəsi, 
təsdiqi,  icrası  və  icra  haqqında  hesabatın  tərtibi  prosesində 
büdcə  vəsaitinin  formalaşması,  bölüşdürülməsi  və  ifadəsinin 
qanunvericilikdə  nəzərdə  tutulan  norma,  qayda  və  şərtlərinə 
əməl  edilməsi  vəziyyətinin  yoxlanılmasıdır.  Büdcə  nəzarəti 
onun həyata keçirildiyi zaman baxımından qabaqcadan nəzarət, 
cari nəzarət və sonradan nəzarət şəklində olur. Büdcə nəzarəti 
dövlət  maliyyə  nəzarəti  və  ictimai  nəzarət  formalarında  ola 
bilər. 
Büdcə  prosesi  –  Mərkəzi  və  yerli  büdcələrin  tərtibi, 
baxılması,  təsdiqi  və  icrası  üzrəhakimiyyət  orqanlarının 
qanunvericiliklə 
reqlamentləşdirilmiş 
fəaliyyətidir.onun 
məzmunu  ölkənin  dövlət  və  büdcə  quruluşu,  habelə  müvafiq 
orqanların  və  hüquqi  şəxslərin  büdcə  hüquqları  ilə  müəyyən 
edilir. 
Büdcə prosesi büdcə fəaliyyətinin 4 mərhələsi əhatə edir:       

 
büdcə layihəsinin hazırlanması;  

 
büdcənin  icrası  barədəhesabatın  hazırlanması  və 
təsdiq edilməsi. 

 
büdcənin icrası;  

 
büdcəyə baxılması və təsdiq edilməsi; 


 
179 
 
Büdcə  xərcləri  –  Dövlət  və  yerli  özünüidarəetmənin 
tapşırıq  və  funksiyalarının  yerinə  yetirilməsi  üçün 
maliyyələşdirilməsinə yönəldilən pul vəsaitidir. 
Büdcənin  gəliri  –  Dövlət  idarəetmə  səviyyəsində 
respublika  və  yerli  büdcələrə  büdcə  və  vergi sisteminə uyğun 
olaraq təmənnasöz və geri qaytarılmamaq şərti ilə ödənilən pul 
vəsaitidir. 
Büdcəyə  ictimai  nəzarət  –  Büdcəyə  ictimai  nəzarət 
parlament, QHT və KİV tərəfindən təşkil eilə bilər.Azərbaycan 
2006-
cı  ildən  etibarən  büdcəyə  ictimai  nəzarəti  təşkil  etmək 
məqsədilə  bir  sira  QHT-lər  tərəfindən  Milli  Büdcə  Qrupu 
yaradılıb.  
Deflyasiya  – 
Tədavül  üçün  lazım  olan  kağız  pulun 
miqdarını  qızılın  miqdarına  daha  çox  uyğunlaşdırmaq  üçün 
tədavüldən artıq pul kütləsinin çıxarılmasıdır. 
Dempinq  – 
Rəqabət mübarizəsi formalarından biri olub, 
xarici bazarlarda əmtəələrin istehsal xərclərindən ucuz qiymətə 
satılmasıdır. 
Devalvasiya  – 
İxracın  stimullaşdırılması  və  əmtəə 
idxalının məhdudlaşdırılması üçün milli valyuta kursunun aşağı 
salınmasıdır. 


 
180 
Dolayı  investisiya  –  Depozitdə  saxlanılan  qiymətli 
kağızlara  və  ya daşınmaz əmlaka  yönəldilən kapital qoyuluşu 
formasıdır. 
Dotasiya – 
Dövlət büdcəsindən digər səviyyəli büdcələrə 
(məsələn,  Azərbaycan  Respublikasının  dövlət  büdcəsindən 
Naxçıvan  MR  büdcəsinə  və    yerli  büdcələrə)  onların  gəlir  və 
xərclərini  tənzimləmək  məqsədilə  əvəzsiz  verilən  maliyyə 
vəsaitidir. 
Dövlət  borcu  –  Müvafiq  xərclərin  maliyyələşdirilməsi 
üçün  dövlət  zəmanəti  ilə  alınan  və  dövlətin  öhdəliyi  əsasında 
müəyyən  edilmiş  müddətlərdə  qaytarılması  nəzərdə  tutulan 
maliyyə vəsaitidir. 
Dünya ərazisi – Yer kürəsinin ümumi quru sahəsi 135,8 
milyon km
2
 
olmaqla yer səthinin 29,2 faizini əhatəedir. 
Dünya  okeanı  –  Sahəsi  361  milyon  km
2
  olmaqla yer 
kürəsinin su sahəsinə deyilir və yer səthinin 70,8 faizini tutur. 
Dünya  qiymətləri  –  Kənd  təsərrüfatı  məhsulları  üzrə 
idxal və ixrac əməliyyatlarında istifadə olunur.Onlar dünyanın 
aparıcı  əmtəə  istehsalçıları  və  məhsul  tədarükçülərinin 
qiymətlərinə əsaslanır. 
Eksport  - 
Əmtəələrin  (xidmətin)  və  kapitalın  xarici 
bazarlara satış üçün nəql edilməsi və aparılması. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə