Ə. M. BƏDƏlov a. M. AĞAyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/43
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35866
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

 
125 
təyinatlı  yeni  iri  tikintilər  və  obyektlər  tikilib  istifadəyə 
verilmiş,  fəaliyyət  göstərənlər  genişləndirilmiş  və  yenidən 
qurulmuşdur. 
1990-2004-
cü illərdə bütün mülkiyyət formalarından olan 
müəssisə və təşkilatlar tərəfindən ölkə iqtisadiyyatının və sosial 
sferanın  inkişafı  üçün  əsas  kapitala  84,5  trilyon  manat 
investisiya  yönəldilmişdir.  İstifadə  edlmiş  investisiyanın  18,0 
trilyon manatı (21,3%-i) dövlət mülkiyyətində olan təşkilatlara, 
66,5 trilyon manatı (78,7 %-i) isə qeyri- dövlət mülkiyyətində 
olan təşkilatlara məxsusdur. 1993-2004-cü illərdə əsas kapitala 
yönəldilmiş  investisiyanın  ümumi  həcminin  58,4  trilyon 
manatını (69,1%-ni) xarici investisiya təşkil etmişdir.  
1990-2004-
cü  illərdə  iqtisadiyyatın  sənaye  sahəsinin 
inkişafına  75,2  faiz,  mənzil  tikintisinə  8,0  faiz,  nəqliyyat  və 
rabitə sahələrinə 8,7 faiz investisiya sərf edilmişdir. 
1996-
cı  ildən  başlayaraq  nəqliyyat  sektorunda  müşahidə 
olunan sabit artım 2004-cü ildə də davam etmiş və bu sahədə 
fəaliyyət  göstərən  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  117,3 
milyon  ton  və  ya  əvvəlki  illə  müqayisədə  6,7  faiz  çox  yük 
daşınmışdır. Daşınmış yüklərin 55,6 faizi avtomobil, 15,5 faizi 
boru  kəməri,  17,6  faizi  dəmir  yolu,  11,3  faizi  isə  dəniz 
nəqliyyatı vasitəsilə həyata keçirilmişdir. 1996-2004-cü illərdə 


 
126 
nəqliyyat sektorunda yük daşınması üzrə orta illik nisbi artım 
14,0 faiz təşkil etmişdir. 
2004-
cü  ildə  Avropa-Qafqaz-Asiya  nəqliyyat  dəhlizinin 
Azərbaycan  hissəsində  40,8  milyon  ton  və  ya  1997-ci  illə 
müqayisədə 7,3 dəfə çox yük daşınmışdır. 
Rabitə  müəssələrinin  fəaliyyəti  nəticəsində  yaradılmış 
əlavə  dəyərin  1995-ci  ildə  istehsal  edilmiş  ÜDM-dəki  1,0 
faizlik  payı  2004-cü  ildə  2,5  faizədək  yüksəlmişdir.  2004-cü 
ildə  rabitə  müəssisələrinin  fəaliyyəti  nəticəsində  faktiki 
qiymətlərlə  1,6  trilyon  manat  və  ya  əvvəlki  illə  müqayisədə 
31,4 faiz çox gəlir əldə edilmişdir. 
2004-
cü ildə  Azərbaycan  xarici ticarət sahəsində  yüksək 
nəticələrə  nail  olmuşdur.  Bu  dövr  ərzində  ölkəmiz  119  xarici 
dövlətlə  ticarət  əməliyyatları  aparmış,  xarici  ticarət 
dövr
iyyəsinin  ümumi  həcmi  7131,3  mln  ABŞ  dolları,  o 
cümlədən,  idxal  3515,9  milyon,  ixrac  3615,4  mln  dollar 
olmuşdur. Ticarət dövriyyəsinin 50,7  faizini  ixrac, 49,3faizini 
idxal  təşkil  etmişdirXarici  ticarət  əlaqələrinin  74,6  faizi,  o 
cümlədən  idxalın  65,9  faizi  ,  ixracın  83  faizi  uzaq  xarici 
dövlətləri, 25,4 faizi, o cümlədən idxalın 34,1 faizi, ixracın 17 
faizi  MDB  ölkələri  ilə  aparılmışdır.  2003-cü  illə  müqayisədə 
xarici ticarət dövriyyəsinin ümumi həcmi 36,7 faiz, o cümlədən 
idxal 33,9 faiz, ixrac 39,6 faiz 
artmışdır.   


 
127 
2005-
ci  ildə  Azərbaycan  xarici  ticarət  sahəsində  yüksək 
nəticələrə  nail  olmuşdur.Bu  dövr  ərzində  ölkəmiz  135  xarici 
dövlətlərlə  ticarət  əməliyyatları  aparmış,  ticarət  dövriyyəsinin 
ümumi  həcmi  8558,4  mln  ABŞ  dolları,  o  cümlədən,  idxal 
4211,2 m
ln,  ixrac  4347,2  mln  dollar  olmuşdur.  Ticarət 
dövriyyəsinin  50,8  faizini  ixrac,  49,2  faizini  idxal  təşkil 
etmişdir.  Xarici  ticarət  əlaqələrinin  72,5  faizi,  o  cümlədən 
idxalın  65,6,  ixracın  79,2  faizi  uzaq  xarici  dövlətlərlə,  27,5 
faizi, o cümlədən idxalın 34,4, ixracın 20,8 faizi MDB ölkələri 
ilə  aparılmışdır.  2004-cü  illə  müqayisədə  xarici  ticarət 
dövriyyəsinin  ümumi  həcmi  20  faiz,  o  cümlədən  idxal  19,8 
faiz, ixrac 20,2 faiz artmışdır.  
2005-
ci  il  ərzində  Azərbaycandan  3308,6  milyon  dollar 
dəyərində  90,33  min  ton  neft  və  neft  məhsulları  ixrac 
olunmuşdur. Bunun 94,9 faizi uzaq xarici dövlətlərə, 5,1 faizi 
MDB ölkələrinə göndərilmişdir. 
2005-
ci  ildə  Azərbaycanın  İtalya,  Rusiya,  Türkiyə, 
Fransa, Türkmənistan, Sinqapur, Birləşmiş Krallıq, Almaniya, 
Çin, Ukrayna
, Gürcüstan, İran, İsrail,  ABŞ-la ticarət əlaqələri 
digər ölkələrlə müqayisədə daha geniş olmuşdur. Xarici ticarət 
dövriyyəsinin  16,5  faizi  İtalya,  11,7  faizi  Rusiya,  6,9  faizi 
Türkiyə,  6,2  faizi  Fransa,  6  faizi  Türkmənistan,  5,9  faizi 
Sinqapur, 4,6 faiziB
irləşmiş  Krallıq,  3,4  faizi  Almaniya,  3,2 


 
128 
faizi Çin, 3,1  faizi Ukrayna, 3  faizi Gürcüstan, 2,8 faizi İran, 
2,4 faizi İsrail, 2,2 faizi ABŞ-ın payına düşür. 
İdxal əməliyyatlarının 17 faizi Rusiya, 9,1 faizi Birləşmiş 
Krallıq,  9,1  faizi  Sinqapur,5,4  faizi  Ukrayna, 4,1 faizi Çin, 
ixracın 30,3 faizi İtaliya, 9,4 faizi Fransa, 6,6 faizi Rusiya, 6,3 
faizi Türkiyə, 6,3 faizi Türkmənistan, 4,8 faizi Gürcüstan, 4,5 
faizii  İsrail  ilə  aparılmışdır.  2005-ci  ildə  kənd  təsərrüfatının 
ümumi  həcmi  indeksi  90,8  faiz,  adambaşına  isə  77,6  faiz 
olmuşdur.  2004-cü  ildə  kənd  təsərrüfatının  adambaşına  düşən 
ümumi həcmi indeksi 74 faiz olmuşdur. 
1995-2005-
ci  illərdə  Azərbaycanın  iqtisadi  və  sosial 
tərəqqisi  tikinti  kompleksinin  geniş  miqyaslı  inkişafı  ilə  sıx 
əlaqədar olmuşdur. Bu illərdə ölkə ərazisində istehsal təyinatlı 
və qeyri-istehsal təyinatlı mühüm əhəmiyyətli yeni iri tikintilər 
və obyektlər tikilib istifadəyə verilmişdir. 
1995-2005-
ci  illərdə  iqtisadiyyatın  sənaye  sahəsinin 
inkişafına  74,6  faiz,  mənzil  tikintisinə  8,3  faiz,  nəqliyyat  və 
rabitə sahələrinə 9,4 faiz investisiya sərf edilmişdir. Bu illərdə 
ümumi  sahəsi  8,7  milyon  kvadrat  metr  olan  89,7  min  yeni 
mənzil tikilib istifadəyə verilmişdir. 
Əsas  kapitala  yönəldilmiş  investisiyanın  artım  surəti 
aşağıdakı kimi olmuşdur: 1994-cü  ildə 89,1 faiz, 1995-ci  ildə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə