Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   18   19   20   21   22   23   24   25   ...   38

İ l ham Əliyev
halı”  adlanan  yeni  inzibati  qurum  yaradılmışdır. 
1849-cu  ildə  bu  mahalın  adı  dəyişdirilərək Yere- 
van  quberniyası  qoyulmuşdur.  Ərazilərinin  ge- 
nişləndirilməsi 
məqsədini 
güdən 
ermənilər 
1836-cı  ildə  Rusların  köməyi  ilə  Azərbaycanda 
o  zaman  fəaliyyət  göstərən  Alban  patriarxat  kil- 
səsinin  ləğv  olunmasına  və  onun  mülklərinin  er- 
məni  kilsəsinə  verilməsinə  nail  oldular.  Bir 
qədər  sonra  keçmiş  Alban  dövlətinin  qərb  əra- 
ziləri,  daha  dəqiq  desək,  Qarabağ  regionu  er- 
mənilərin  XIX  əsrdə  davam  edən  sıx  məskun- 
laşması  nəticəsində  dövlətçiliyini  və  dini  müstə- 
qilliyini  itirdi  və  həmin  yerlərin  əhalisinin  qreqo- 
rianlaşdırılması,  yəni  erməniləşdirilməsi  prosesi 
başlandı.  Bu  açıq  həqiqət  hələ  XIX  əsr  də  bəlli 
idi.  Məşhur  rus  tarixçisi  V.  L.  Veliçko  yazırdı: 
"Səhvən  erməni  adlandırılan,  əslində  isə,  er- 
məni-qreqorian  təriqətini  qəbul  edən  və  yalnız 
üç-dörd  əsr  əvvəl  erməniləşmə  prosesinə  qə- 
dəm  qoyan  əhali  müstəsnalıq  təşkil  edirdi".  Bu- 
nu  erməni  müəllifi  B.  İşxanyan  da  təsdiq  edərək 
yazırdı:  "Dağlıq  Qarabağda  məskunlaşmış  er- 
mənilərin  bir  qismi  yerli  olub  qədim  Alban  xal- 
qının  nəsilləri,  bir  qismi  isə  Türkiyə  və  İrandan 
qaçmış,  təqib  və  təzyiqlərdən  sığınacaq  tapmış 
erməni  əhalisidir."  Onu  da  vurğulamaq  vacibdir 
ki,  ermənilər Zaqafqaziyaya  köçürülərkən  onla- 
rın  harada  yerləşdirilməsinə  xüsusi  diqqət  ve-
118
Qafqazda inıperiyalar və erm ənihrin Azərbaycan zrazilarmə köçürülməsi
rilirdi.  A.S.Qriboyedov  yazırdı:  “Rus  ordusunun 
tutduğu  rayonlardan  -   Təbriz,  Xoy,  Salmas  və 
Marağadan  bütün  erməniləri  Naxçıvan,  İrəvan 
və  Qarabağ  vilayətlərinə  köçürmək  lazımdır. 
Qriboyedovun  bu  tövsiyəsi  layiqincə  yerinə  ye- 
tirildi.  Şavrov  isə  öz  əsərində  qeyd  edirdi  ki,  er- 
mənilər  erməni  əhalisinin  cüzi  miqdarda  olduğu 
Yelizavetpol  və  İrəvan  quberniyalarının  ən  yaxşı 
xəzinə  torpaqlarında  yerləşdirildi.  Yelizavetpol 
quberniyasının  dağlıq  hissəsi  (Dağlıq  Qarabağ 
nəzərdə  tutulur)  və  Göyçə  gölünün  sahilləri  bu 
ermənilərlə  məskunlaşmışdır.  Beləliklə,  erməni- 
lərin  köçürülməsi  ilə  adları  çəkilən  ərazilərin 
etnik tərkibi  dəyişdirilməyə  başladı.
119


İllıanı  Əliyev
1823-cü  i!  məlumatına  görə,  Qarabağ  vilayətinin 
(keçmiş  Qarabağ xanlığının  ərazisi)  20  minə ya- 
xın  ailəsindən  cəmi  1,  5  minini  erməni  ailəsi  təş- 
kil  edirdi.  Köçürmədən  sonra  əhalinin  etnik  tər- 
kibi  kəskin  şəkildə  dəyişir.  1832-ci  ildə  azərbay- 
canlılar  Qarabağ  əhalisinin  64,8  %,  ermənilər 
isə  34,8%  təşkil  etmişdir.  Rusiya  bu  siyasəti 
rnəqsədyönlü  şəkildə  dəyişməklə  davam  et- 
dirilməyə  başladı.  XIX  əsrin  80-ci  illərində  Şuşa 
qəzasında  əhalinin  milli  tərkibində  azərbaycan- 
lılar 41,5%,  erməniiər  isə  58,2%  oldu.  Rusiyada 
əhalinin  1897-ci  il  siyahıya  alınmasına  görə  bu 
rəqəmlər  45  və  53%,  1917-ci  ildə  isə  40,2  və 
52,3%  olmuşdu.  1918-1920-ci  illərdə  Ermənis- 
tan  Respublikasının  törətdiyi  azərbaycanlı  qır- 
ğınları  Qarabağı  da  əhatə  etmişdi.  1923-cü  ildə 
isə  Dağlıq  Qarabağ  Muxtar Respublikasını təşkil 
edərkən  tarixi  ədalətsizliyə  yol  verildi,  Qaraba- 
ğın  dağlıq  və  aran  hissəsi  süni  şəkildə  bir-birin- 
dən  ayrıldı,  erməni  əhalisinin  konsolidasiyası 
üçün  əlverişli  şərait  yaradıldı,  azərbaycanlıların 
demoqrafik  mövqeyinə  ciddi  zərbə  vuruldu.  XX 
əsrin  20-60-cı  illərində  yəni,  1926,  1959,  1970, 
1979-cu  illərdə  keçirilmiş siyahıya  almalara görə 
DQMV-nin  azərbaycanlı  və  erməni  əhalisi  mü- 
vafiq  olaraq  10,1  və  89,1%»;  13,8  və  84,4%;
18,1  və  80,5%;  23,0  və  75,9% olmuşdur.  Dağlıq 
Qarabağ  erməniləri  1978-ci  ildə  köçürülmələ-
120
Qafqazda imperiyalar və erm ənihrin Azərbaycan ərazilərinə köçürülməsi
rinin  150  illiyini  qeyd  etmiş,  bu  münasibətlə 
Mardakert  -   Ağdarə  rayonunun  Marağaşen  -  
Leninavan  kəndində  xüsusi  abidə  qoymuşdular. 
Ermənilərin  köçürüldüyü  qeyd  edildiyi  kimi  həm 
Rusiyanın,  həm  də  Ermənistanın  siyasi  məna- 
feləri  ilə  bağlı  olmuşdur.  Minlərlə  erməni  hər  iki 
dövlətin  bu  fitnəkar siyasətinin  düşünülmüş  qur- 
banı  olmuşdur.  İqtisadi  mənafe  ilə  bağlı  olan 
məsələlərdə çox pərgar olan  ermənilər bu siyasi 
oyunların  acınacaqlı  nəticələrindən  dərs  ala  bil- 
məmiş,  Rusiya  və  Ermənistan  liderlərinin  onlar 
üçün  müəyyən  etdiyi fitnə və xəyanət rolunu  hə- 
mişə  canla-başla  və  amansızlıqla  yerinə  ye- 
tirmiş,  hər  dəfə  də  bu  əməllərin  qanunauyğun 
nəticəsi  kimi  milli  məğlubiyyət  və  faciəyə  düçar 
olmuşlar.  Bu  fitnəkarlığın  başlıca  obyekti  olan 
Türkiyə  və  Azərbaycan  müəyyən  çətinliklərə 
baxmayaraq  həmişə  bu  imtahandan  uğurla  çıx- 
mışdır.  Tariximizin  diqqətçəkən  səhifələrindən 
biri  də  ermənilərin  Naxçıvana  köçürülməsi  siya- 
səti  ilə  bağlıdır.  Çar  Rusiyası  siyasətində  ermə- 
nilərin  Şimali  Azərbaycana  köçürmə siyasətində 
Naxçıvan  bölgəsinə  də  xüsusi  yer  ayrılmışdır. 
Rusiyada  bu  siyasətə  haqq  qazandırmaq  üçün 
İrəvan  və  Naxçıvan  kimi  tarixi  Azərbaycan  əra- 
zilərini  erməni  torpağı  kimi  qələmə  verməkdə 
davam  edirdi.


İlham  Əliyev
Çar  I  Nikolay  (1825-1855)  Irəvan  və  Naxçıvan 
xanlıqları  əsasında  qurama  "Erməni  vilayəti" 
yaradılması  haqqında  1828-ci  ilin  martında 
fərman  vermişdi.  Lakin  qısa  bir  müddət  sonra, 
1840-cı  ildə  bu  vilayəti  ləğv  etmiş,  beləliklə, 
həmin  ideyanın  doğru  olmadığı  təsdiq  olu- 
nmuşdu.  Buna  baxmayaraq,  1828-1831-ci  illər- 
də  Naxçıvan  bölgəsinə  xeyli  miqdarda  erməni 
köçürülmüşdü.  Naxçıvan  vilayəti  və  Ordubad 
dairəsinə  İrandan  2387  ailə,  yaxud  11992  nəfər 
(6339  kişi,  5653  qadın),  Türkiyədən  8  ailə,  ya- 
xud  27  nəfər  (17  kişi,  10  qadın)  köçürülür.  Qri- 
boyedovun  ermənilərin  İrandan  Naxçıvana  kö- 
çürülməsinə  dair  faktları  Şopendən  müəyyən 
qədər fərqlənir.  Şopen  İrandan  Naxçıvana köçü- 
rülənlərin  ümumi  sayının  2387  ailə  (Naxçıvan
122
Qafqazda imperiyalar va erm ənihrin Azərbaycan əraziləriıw köçüriilməsi
əyaləti  üzrə  2137,  Ordubad  dairəsi  üzrə  250 
ailə)  olduğunu  göstərirsə,  Qriboyedov  da  bu 
rəqəmlər  müvafiq  olaraq  2551  (+164),  2285 
(+148)  və  266  (+16)  təşkil  edirdi.  Qriboyedovun 
təqdim  etdiyi  cədvəl  ermənilərin  haradan  hara- 
ya  köçürülməsini  də  aydınlaşdırır.  Cədvəldən 
aydın  olur  ki,  Naxçıvan  əyalətinə  köçürülən 
2285  ailədən  416-sı  (18,2% )  Naxçıvan  şəhə- 
rində  məskunlaşmışdı.  Qalan  ailələr  Naxçıvan 
əyalətinin  43,  Ordubad  dairəsinin  5  kəndində 
yerləşmişdi.  Qriboyedovun  təqdim  etdiyi  cədvə- 
lin  mühüm  cəhətlərindən  biri  də  ondan  ibarətdir 
ki,  o,  Naxçıvana  köçürülən  ermənilərin  yaş  və 
cins  kimi  vacib  demoqrafik  göstəriciləri  haqqın- 
da  təsəvvür  yaradır.  Köçürülən  ermənilərin 
(13160  nəfər)  6954  nəfərini  (52,8% )  kişilər 
təşkil  edirdi.  Kişilərə  dair  məlumat  iki  yerə  bö- 
lünmüş,  burada  böyüklər  və  kiçik  yaşlılar  ayrıl- 
mışdır.  Bu  rəqəmlər  də,  əslində,  ciddi  informa- 
siya  mənbəyidir.  Köçürülən  ermənilərin  4459 
nəfəri 
(64,12% ) 
böyüklər, 
2495 
nəfəri 
(35,88 %)  kiçik  yaşlılar  idi.  Bu  fakt  köçürülən  er- 
mənilər  içərisində  demoqrafik  artım  potensialını 
göstərir.  Köçürülən  ermənilərin  6206  nəfərini 
(42,2  %) qadınlar təşkil  edirdi.
123


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə