İlham Əliyev
qişə həll edilərsə Azərbaycan regionun lider
dövlətinə çevriləcək. Ona görə də Qarabağ
rnəsələsinin həll olunmamasında bəzən RF ilə
ABŞ-ın maraqları üst-üstə düşür. Burada xris-
tian sevgisi də var. İranla Fransanın (baxma-
yaraq ki, bunlar biri-birinə düşmən dövlətiərdir)
Azərbaycana qarşı sərgilədikləri mövqe də
eynidir. Qarabağ probleminin yaranması ictimai-
siyasi baxımdan
araşdırılanda, aydın olur ki,
Qarabağ siyasi qurbandır. Bu siyasi qurbanın
ilkin ssenarisi ABŞ-da hazırlanmışdırsa, sonrakı
davam ssenarisi Moskvada həyata keçirildi. Bu
günə qədər də həmin ssenarinin əks istiqamət-
də aparılmaması üçün adlarını çəkdiyimiz döv-
lətlər icazə vermir. Hər iki dövlət ATƏT-in Minsk
Qurupunun həmsədr dövlətidir. Minsk Quru-
punun digər həmsədr dövləti oian Fransa gah
Azərbaycanın yanında, gah da işğalçı Ermənis-
tanın yanında olmaqla öz maraqlarını təmin edir.
Yenə də qayıdaraq o məsələyə. Vurğulamaq la-
zımdır ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyy-
ətinin Dağlıq Qarabağ münaqişəsini beynəl-
rniləlləşdirməsi yanlış idi. O zaman ideya və se-
çim ondan ibarət olmuşdur ki, münaqişəni bey-
nəlmiləlləşdirməklə Ermənistanı diz cökməyə
məcbur etmək olar. Bunun üçün hətta Kəlbəcə-
rin müdafiəsinin zəif təşkil olunmasına da ma-
raq göstərildi. Nəticədə, Kəlbəcər işğal edildi.
128
Qafqazda inıperiyalar və erm ənihrin Azərbaycan əraziterinə köçürülməsi
Amma real fakt ondan ibarətdir ki, Kəlbəcəri və
digər ərazilərimizi erməni dövləti işğal edib
(1993-cü il aprel ayının 30-da Kəlbəcərin işğalı
ilə bağlı BMT Təhlükəsizlik Şurası 822 saylı
qətnamə qəbul edib). İşğalı Rusiyanın yardımı
ilə Ermənistan həyata keçirib. Bu, həqiqətdir. O
da həqiqətdir ki, Kəlbəcərin işğal edilməsi Azər-
baycandakı hakimiyyətin səriştəsizliyinin nəti-
cəsi idi. O zaman AXC hakimiyyətinin prosesləri
proqnozlaşdırıb, ondan nəticə çıxara bilməməsi,
xüsusilə də, təhlükəsizlik sahəsində cavabdeh
olan şəxslərin siyasi səriştəsizliyi Kəlbəcərin
işğalına gətirib çıxartdı. Onların beynəlxalq siya-
sətdə buraxdıqları kobud səhvləri Azərbaycanın
faciəylə üzləşməsinə səbəb olub. Belə ki, Rusi-
yanı düşmən elan etmək, Cənubla Şimali Azər-
baycanı birləşdirmək, Çinə bayraq sancacaqları
barədə anormal fakir səsləndirmək, Özbəkistan
rəhbərliyini türkçülüyə bağlılığı olmamaqda gü-
nahlandırmaq və bu kimi qeyri-ciddi bəyanatlar
vermələri, nəhayətdə, dünyanı "Azərbaycanın
atom bombası var" deyə hədələmələri Azərbay-
canın regionda izolyasiya olunmasına gətirib çı-
xartdı. Bir yandan Ermənistan torpaqlarımızı iş-
ğal etmək üçün hücuma keçir, o biri tərəfdən
Rusiya, Özbəkistan və digər dövlətlərlə düş-
mənçilik münasibətləri yaranır. Bir sözlə, AXC
hakimiyyəti Azərbaycanı arzuolunmaz problem-
129
Ilham Əliyev
lərlə üz-üzə qoymuşdu. Bütün bunların fonunda
Dağlıq Qarabağ münaqişəsini beynəlmiləlləşdir-
mək, demək olar ki, Azərbaycanın torpaqlarının
daha geniş ərazidə işğalına gətirib çıxartdı. Ona
görə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
ATƏT-in Minsk Qrupuna həvalə olunmaqla
problem üçpilləli problemə çevrildi. Yəni artıq
onun həlli, lokal və regional deyil, qlobal müna-
qişəyə çevrildi. Bu halda isə problemin həllinə
nail olmaq üçün Rusiya, İran, Türkiyə, Fransa,
ABŞ, Avropa Birliyi və NATO-nun maraqları
əhatə olunmalıdır. Fikir verin, nə qədər möv-
qelər və maraqlar üst-üstə düşməlidir ki, Dağlıq
Qarabağ problemi həllini tapsın. Halbuki 1992-ci
ildə bu problem daha dar çərçivədə həll oluna
bilərdi. Necə ki, sonrakı mərhələlərdə yaranan
və heç də Dağlıq Qarabağ problemindən ağrılı
olmayan problemləri daxili məsələ olaraq həll
edildi.
1993-cü ildə Şimalda “Sadval”, Cənubda isə
qondarma “Talış-Muğan Respublikası” məsələsi
meydana gələndə, Ulu Öndər Heydər Əliyev
çox böyük ustalıqla bu məsələni həll etdi. Lakin
Dağlıq Qarabağ separatçılarına qarşı Elçibəy
hakimiyyəti bu cür addım atmadı. Elçibəy ha-
kimiyyətinin ən böyük günahı o oldu ki, onlar bu
məsələni beynəlmiləlləşdirdilər. Bu da onların
siyasi səriştəsizliyinin nəticəsi idi. Dağlıq Qara-
------------------------------ - 130------ —
-----------------------------
Qafqazda imperiyalar
va
ermznilərin Azərbayctm m ızilərinə köçüriilnıəsi
bağ məsələsini beynəlmiləlləşdirmək böyük
səhv idi. Azərbaycan ordusu Xankəndinin 15
km yaxınlığında idi və Kəlbəcərə yol açılmışdır.
1993-cü ilin yanvar ayının 15-nə qədər ərazi-
lərimiz işğaldan azad olunurdu. Həmin zaman
orada hətta rus qoşunları da vardı. Lakin Rusi-
yanın vəziyyəti ağır olduğundan, ermənilərə heç
bir köməklik göstərə bilmirdi. Fevral ayında Xalq
Cəbhəsi bəyanat verdi və həmin bəyanatdan
sonra onlar ordunu geri çəkdilər. Bütün bu
məsələlərin üstündən 20 il vaxt keçir. Niyə bu
məsələlərə aydınlıq gətirilmir? Niyə tarixçilərimiz
susur? Bütün bunlar onu deməyə əsas verir ki,
o zamankı AXC-Müsavat hakimiyyəti bununia
millətə ziyan vurmuş oldu və bu, bağışlanmaz-
dır. Müharibə bir dövlətin başqa dövlətə elan
etdiyi rəsmi hüquqi aktdır. Azərbaycanın Dağlıq
Qarabağ ərazisində separatçılıq baş qaldırmışdı
və bu məsələni daxili məsələ olaraq asanlıqla
aradan qaldırmaq olardı. Əgər həmin zaman
hakimiyyətdə olanlar Ulu Öndər Heydər Əliyevi
hakimiyyətə dəvət etsəydilər, bu problemlər baş
verməyəcəkdi. Amma AXC hakimiyyəti belə bir
addım atmadı.
Yenə qayıdaraq o ağrılı məsələyə. Yəni,
Dağlıq Qarabağ münaqişəsini beynəlmiləlləş-
dirmələri AXC hakimiyyətinin səriştəsizliyinin
nəticəsi idi. Onları həm də aldanılıqlarını düşü-
131
Dostları ilə paylaş: |