Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə9/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

Əzizağa Nəcəfov 
 
 
26 
uzadı  və mürəkkəb terminlərlə ifadə olunmuş adları vardır; ancaq 
bunlar  əsas etibarilə dar mütəxəssislərə ünvanlanmışdır və  sıradan 
oxucu üçün o qədər də böyük önəm kəsb etməz”. (54, 46) 
Göründüyü kimi, buraya qədər  şərh etdiyimiz yeni dövr 
Azərbaycan  ədəbiyyatşünaslarından heç biri klassik Şərq poetik 
fiqurlarının konkret bir şairin yaradıcılığında əksini xarakterizə edən 
xüsusi bir tədqiqat işi yazmamış,  əksər mənbələrdə isə söylənilən 
məsələyə sadəcə ötəri münasibət bildirilmişdir.  İndi isə ayrı-ayrı 
şairlərin ədəbi irsində konkret poetik fiqurların tətbiqini xarakterizə 
edən tədqiqatlara nəzər salaq. 
Füzuli yaradıcılığında tətbiq olunan poetik fiqurların  şərhi 
sahəsində xüsusi işlər görən Firudin Qurbanovun (Qurbansoy) bu 
sahədə zəhməti danılmazdır. Alimin 1988-ci ildə dərc olunan “Fü-
zuli  şeirində  məcaz” (“Şam” poetik obrazı)” adlı  məqaləsində  təş-
beh, istiarə (təşxis və intaq) barədə müfəssəl məlumat verilir, onla-
rın Şərq şeirində işlədilən növləri və Füzuli irsində daha çox istifadə 
edilən çalarları şərh olunur. Firudin Qurbanov yazır: Füzuli təşbeh-
ləri əsasən sabitdir - müvəkkəd şəkildədir. ...Füzuli şeirində əşyaları 
canlandıran istiarə - “təşxis” və “intaq” həmişə olur”. (66, 3) Sonra-
kı mülahizələrini “şam” poetik obrazı əsasında quran müəllif həmin 
məcaz vasitəsilə yaradılan təsəvvüfi-ürfani məzmunu açıqlayır. 
Firudin Qurbanovun “Füzuli şeirində poetik obraz və  bədii 
təsvir vasitələri” adlı namizədlik dissertasiyasında isə alim Azərbay-
can  ədəbiyyatşünaslığında ilk dəfə klassik Şərq poetikası  işığında 
Füzuli sənətinə müraciət edib şairin hər üç dildə - türkcə, farsca və 
ərəbcə əsərlərini qarşılaşdıraraq müqayisəli şəkildə təhlil edir. Şai-
rin irsində  təzahür edən poetik fiqurların klassifikasiyasını aparan 
müəllif onları  aşağıdakı prinsip üzrə: “kəskin həyəcan anlarını  əks 
edən bədii fiqurlar”, “söz kəsimli anları  əks edən bədii fiqurlar”, 
“kəskin dönüşlü anları əks edən bədii fiqurlar”, “mərtəbəli fiqurlar” 
və “sorğulu fiqurlar” olmaqla təsnif edir. Firudin Qurbanovun möv-
cud dissertasiyada ən böyük elmi nailliyyəti isə “Füzuli effekti”dir. 
(Bax: 67, 72-78)  
Füzuli yaradıcılığında bəzi poetik fiqurların işlənmə xüsusiy-


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
27 
yətləri və məqsədini tədqiq edən araşdırmalara şairin yaradıcılığının 
500 illik yubileyi ilə bağlı  təşkil olunmuş “Beynəlxalq Füzuli 
simpoziumunun materialları”nda da rast gəlinir ki, burada bir çox 
başqa müəlliflərlə yanaşı, Firudin Qurbanovun da “Füzuli effekti” 
adlı məqaləsi nəşr olunmuşdur. Şairin çoxillik yaradıcılığında uzun 
təkamül nəticəsində formalaşan bu effektin onun bütün şeirlərinə 
şamil edilmədiyini qeyd edən müəllif yazır: “İlk gənclik illərinə aid 
əsərlərinə  ənənəvi bənzəyən və  bənzədilən arasında bənzəmə 
keyfiyyəti olan sadə deyim tərzi xas idisə, orta və son dövr 
yaradıcılığında özünəməxsus aparıcı mövqedə idi”. (69, 111)  
Alimə görə, beytdə idiomatik ifadələrin reallaşdırılması  əsa-
sında alınan Füzuli effektinin sadə və mürəkkəb olmaq üzrə iki nö-
vü var və Füzuli şeiriyyətinin ən ümdə fərqləndirici cəhəti ondadır 
ki, beytdə bəzən idiomatik ifadənin özü yox, əlaməti və ya nəticəsi 
verilir. Bu qeyri-adi effekt şərtilik ilə əyaniliyin qovuşuğudur. (Bax: 
69, 111-116)  
Bu topluda nəşr olunan “Füzulinin səs təkrarından istifadə 
sənətkarlığı” adlı  məqaləsində Vaqif Sultanov touzi poetik fiqu-
runun Füzulinin ədəbi irsində  tətbiqi məziyyətlərini açıqlayır. 
Touzinin eyni bir səsin təkrarından doğan ahəngdarlıq olduğunu 
yazan məqalə müəllifi Füzuli şeirində daha çox təkrarlanan samit 
səsləri belə müəyyən etməyə müvəffəq olur, bu poetik vasitənin 
şairin təkcə ana dilindəki  əsərlərində deyil, ərəb və fars dillərində 
qələmə alınan  ədəbi irsində  də geniş  tətbiq olunduğunu yazır. 
Füzulidəki səs təkrarının məramını açıqlamağa çalışan müəllif onun 
bəzi əsərlərdə əşyanın fonetik obrazını açmağa xidmət etdiyini qeyd 
edir. Məsələn: qəzəllərdən birində x, r səsinin təkrarının kəsilən 
başın xırıltısını, digərində f, s səslərinin ilanın fişıltısını bildirdiyi 
aydınlaşdırılır. Sonda isə Vaqif Sultanov nisbətən mübahisə 
doğuran belə bir fikir irəli sürür ki, Füzulidə dərin məzmun və incə 
məna ilə üzvi vəhdətdə olan touzi yalnız bəzək kimi işlənir,  şeirə 
forma gözəlliyi verir. (Bax: 69, 87-92) 
Eyni topluda işıq üzü görən digər məqalələrdə  də, məsələn, 
Nəzakət Fətəliyevanın “Füzuli şeirində “zülf” təsəvvüfi məcaz 


Əzizağa Nəcəfov 
 
 
28 
kimi” araşdırmasında təkcə bir poetik obrazın  şairin  ədəbi irsində 
semantik əhəmiyyəti açıqlanır. Qəzəllərdə tətbiq olunan bu məcazın 
müxtəlif çalarları: zülfün düyünlərinin aşiqin düyünlü işlərini, qara-
lığının tale yolundakı zülməti, buruqlarının enişli-yoxuşlu yolları 
bildirdiyini vurğulayır. Zülfün çox vaxt ilana, əjdahaya təşbeh edil-
məsini isə qorxulu və xətalı olması ilə izah edir. (Bax: 69, 106-110)  
Füzulinin 500 illik yubileyi ərəfəsində  Əli  Əsğər  Şeirdustun 
Azərbaycan dilinə tərcümə olunaraq Tehranda nəşr olunan, Məhəm-
məd Füzulinin həyatı və əsərləri barədə bəzi araşdırmaları əhatə edən 
“Nur çeşməsi” kitabının “Füzuli qəzəllərinə bir baxış” adlı  fəslində 
müəllif  şairin qəzəllərində istifadə olunan poetik fiqurlardan söhbət 
açır, lakin hər poetik vasitənin sadəcə adını çəkib bir misal verməklə 
kifayətlənir. On beş poetik fiqura aid nümunə verən tədqiqatçı 
Füzulinin ancaq farsca qəzəllərindən bəhrələnir. O, misallara keçmə-
mişdən öncə yazır: “Füzulinin qəzəllərində məzmun və məna tutumu 
hər zaman bədii qəliblər və forma yükünün təsviri altında məhdudlaş-
mır və itmir. Bədii sənətkarlıq heç də məfhumun anlaşılmasını çətin-
ləşdirmir,  əksinə, bədii vasitələr geniş bir yola bənzəyir; bu yol ilə 
gözü oxşayan və xəyalı təskinləşdirən məna karvanı keçir, dinləyicini 
yormadan onu mənzilə çatdırır”. (100, 142) 
Teymur Kərimlinin 2003-cü ildə  nəşr olunan, Füzulinin çox-
şaxəli ədəbi irsinin tədqiqi sahəsində müxtəlif illərdə qələmə alınan 
elmi məqalələrinin toplandığı “Görünməyən Füzuli” kitabında da 
bir neçə  ənənəvi və alimin özü tərəfindən müşahidələr nəticəsində 
müəyyən olunan poetik fiqurların şairin əsərlərində işlədilmə özəl-
liklərindən bəhs edən ayrı-ayrı oçerkləri vardır; “Füzuli qəzəllərində 
təcnis”, “Füzuli yaradıcılığında ayırma poetik fiquru”, “Füzuli ya-
radıcılığında adiləşdirmə poetik fiquru” kimi məqalələrdə o, konkret 
poetik vasitənin xüsusiyyət və növ çalarlığından bəhs etdikdən 
sonra onun Füzuli irsində tətbiqini əyaniləşdirir. Məsələn, təşbehin 
əksi olan, bir əşyanın digəri ilə qarşılaşdırılaraq, onlar arasında fərqi 
müəyyənləşdirməyə yönələn “ayırma” poetik fiquru haqqında söh-
bət açan Teymur Kərimli onun elementlərini, bu elementlərin iştirak 
və təzahürünə görə növlərini göstərir və Füzulidən gətirilən misallar 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə