Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə1/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
  1   2   3   4   5   6   7   8   9   ...   42


 
 
Ə
.B. Nəcəfov 
 
 
 
 
 
 
 
Füzuli – 
şairin yaradıcılıq 
psixologiyası 
 
 
 
 
 
 
 
 
 
 
Bakı 
 2012 


Əzizağa Nəcəfov 
 
 

 
 
Elmi məsləhətçi:  
  Azərbaycan Milli Elmlər  Akademiyasının  
                                        müxbir üzvü, filologiya üzrə elmlər doktoru 
                                                  Teymur Kərimli 
 
Elmi redaktor:              Baş elmi işçi, filologiya üzrə 
fəlsəfə doktoru 
Aytən Bəylərova 
 
 
 
 
 
 
Əzizağa Bayram oğlu Nəcəfov. Füzuli – şairin yaradıcılıq 
psixologiyası. – Bakı, Mütərcim, 2012, 140 səh.  
 
 
 
Füzuli müsəlman  Şərq  şairləri arasında özünəməxsus yaradıcılıq 
tərzi, sənətkarlıq psixologiyası,  şeiriyyətində  səbk xüsusiyyətləri ilə 
seçilən ümumbəşəri sənətkardır. Müzakirənizə  təqdim olunan tədqiqat 
şairin yaradıcılığındakı nailiyyətlərin müxtəlif məzmun yenilikləri ilə 
yanaşı, üslubi tapıntılar və eyni zamanda şairin mövcud real aləmi poetik 
duyum və mücərrəd düşüncə yekunundakı estetik idealının nəzəri əsasları-
nın açıqlanması, hiss-həyəcanın ötürülmə anında söz və  məzmunla bağlı 
müxtəlif bədii priyomların məcmusu olan poetik fiqurlarla da bağlı 
olduğunu aşkarlayır. 
 
 
 
N 
026
4702000000
 88-12
 
 
 © Ə.Nəcəfov, 2012 
 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 

 
MÜNDƏRİCAT 
 
 
Giriş ........................................................................................................ 4
 
 
POETİK FİQUR – BƏDİİ DÜŞÜNCƏ VƏ İLHAM  
HADİSƏSİ KİMİ 
Mövzunun tədqiq tarixinə bir nəzər........................................................ 10
 
Şairin yaradıcılıq psixologiyası .............................................................. 33
 
Orta əsrlər Şərq şeirində üslub................................................................ 42
 
Poetik fiqur bədii sistem daxilində ......................................................... 56
 
 
POETİK FİQURLARIN FÜZULİ YARADICILIĞINDA  
İŞLƏDİLMƏ ÖZƏLLİKLƏRİ (NORMA VƏ NOVATORLUQ) 
Klassik Şərq şeirində ritm - ahəng yaradan vasitələr
 
Füzuli şeirində fonetik təkrarlar və paralelizm.......................................67 
Füzuli şeirində leksik təkrar vasitəsi ilə yaradılan poetik fiqurlar  
(Füzuli şeirində təkrir və onun növ çalarlığı) .........................................73 
Füzuli şeirində müvazilik və poetik simmetriya..................................... 85 
Füzuli yaradıcılığında “rəddül-əcz aləs-sadr” poetik fiquru................... 91 
Mübaliğə poetik fiquru və Füzuli yaradıcılığında onun yeri .................. 94
 
Füzuli yaradıcılığında təzad poetik fiquru  
(antiteza və əks analogiya) ..................................................................... 102
 
Füzuli yaradıcılığında bədii sual və onun növ rəngarəngliyi.................. 113
 
 
Nəticə...................................................................................................... 126
 
 
İstifadə olunmuş ədəbiyyat.....................................................................129
 
 
 
 
 
 
 
 
 


Əzizağa Nəcəfov 
 
 

 
GİRİŞ 
 
 
Adı Şərqin Rudəki, Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai kimi 
söz sənətkarları ilə bir cərgədə  çəkilən Məhəmməd Füzuli həssas 
lirik, öz mühitinə aşiqanə baxışla nəzər salan, hər şeydə bir məhəb-
bət axtaran nisgilli şair, güclü nasir, filosof, tərcüməçi və ədəbiyyat-
şünas kimi də məşhurlaşmışdır. Həyata bədiilik prizmasından baxan 
bu insan nədən danışırsa-danışsın, nədən yazırsa-yazsın, ondan şai-
ranə, obrazlı dillə söhbət açır, hətta elmi axtarışlarında belə, fikirlə-
rinin ifadəsində obrazlı  təfəkkür tərzini  əsas tutur, dilindəki bədii-
publisistik qatı vacib bilir. 
Dahi Azərbaycan  şairi və mütəfəkkiri, mahir söz ustası 
Məhəmməd Füzuli zəngin  ədəbi, nəzəri, fəlsəfi və  tərcümə irsinin 
sahibidir. Şairin Azərbaycan ədəbiyyatında sənətkarlıq və məzmun 
xüsusiyyətləri ilə seçilən bədii əsərləri xalqımızın bəşər mədəniyyəti 
xəzinəsinə  bəxş etdiyi ən qiymətli hədiyyələrindən biridir. Füzuli 
bir ümumbəşəri şair kimi həm Şərqin təriqət ədəbiyyatının, həm də 
bütövlükdə Azərbaycan bədii-ictimai fikrinin inkişafında mühüm 
rol oynamış, özündən sonra əsrlərlə davam edən,  ənənələrini 
yaşadan bir məktəbin  əsasını qoymuşdur.  Şərq bədii təfəkkürünə 
ecazkar təsir göstərən bu sənətkarı tanınmış ədəbiyyatşünas, məşhur 
türk alimi Məhəmməd Fuad Köprülüzadə  “ən böyük Türk şairi 
sayıla biləcək müstəsna bir şəxsiyyət” adlandırmış, onu təkcə 
Azərbaycan xalqının deyil, bütün Türk dünyası  ədəbiyyatının  ən 
ümdə, dəyərli şairlərindən biri saymışdır. (117, 32)  
Öz ana dilinə sonsuz məhəbbətlə yanaşan, sənəti ilə onu ədəbi 
dil zirvəsinə qaldıran Füzuli orta əsr anadilli ədəbiyyatımızın  əsas 
yaradıcıları: Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah 
İsmayıl Xətaidən üzü bəri yüksələ-yüksələ  gələn milli klassik şeir 
üslubumuzu  ən uca inkişaf mərhələsinə çatdırmış, qarşısına Azər-
baycan türkcəsində mükəmməl sənət  əsərləri yaratmaq məqsədini 
qoymaqla öz vəzifəsinin öhdəsindən məharətlə  gəlmişdir və sübut 
 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə