Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə30/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   26   27   28   29   30   31   32   33   ...   42

Əzizağa Nəcəfov 
 
 
90 
vasitəyə çevrilir... Klassikləri tədqiq edərkən isə sözlərin müasir 
imlası yox, ərəb  əlifbası  əsasında yazılışını göz önündə tutmaq 
zəruridir.” (3, 23; 3, 39) 
Beytə xüsusi gözəllik verən qrafik göstəricilərdən biri də 
cinasdır. Çünki cinas təşkil edən sözlərin misra boyunca simmetrik 
yerləşdirilməsi yazıda xüsusi müvazinətin yaranmasına səbəb olur. 
Misal üçün bir neçə beytə nəzər salaq: 
Sərvü gül nəzzarəsin neylər sənə heyran olan, 
Arizinlə qəddi-xoşrəftarın eylər arizu. (39, 198) 
Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm, 
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm. (40, 97) 
Ol qövmə çü rövşən oldu əhval, 
Oldu bu cavab olardan irsal. (40, 99) 
Göründüyü kimi, verilən hər beytin özünəməxsus cinas 
sistemi var. Məsələn, birinci beytdə zayid cinas (müzəyyəl, yəni bir 
hərfin artıq, yaxud əskikliyi ilə yaradılan təcnis) təşkil edən leksik 
vahidin özü ilə hissəsi – “ariz” və “arizu” sözləri misranın iki əks 
mövqeyində yerləşdirilməklə simmetriya yaradıb, göz oxşayır. 
İkinci beytdə isə üç anlamda – qüvvətləndirici ədat, sual əvəzliyi və 
tabelilik bağlayıcısı  vəzifəsində  işlədilən “kim” sözlərindən ikisi 
tam cinas yaratmaqla yanaşı, bir-birinə yaxın mövqedə  işlədilərək 
həm vizual (qrafik), həm də akustik (polifonik) poetik göstərici kimi 
çıxış edir. Üçüncü nümunədə ayrı-ayrı beytlərdə alt-alta işlədilən 
“ol” sözləri xətti müvaziliyi qorumaqla yanaşı, misranın  əvvəlində 
olduğu kimi, daxilində də tam və naqis cinas kimi çıxış edir. “Ol”, 
“oldu”, “olar” sözlərində eyni hərf və  səs sistemi işarə  əvəzliyi, 
köməkçi fel və şəxs əvəzliyinin tərkib hissəsi kimi işlənərək təcnis 
yaradır. Füzuli yaradıcılığında xətti müvazilik, yəni qrafik parale-
lizm mövqeyindən nəzərdən keçirdiyimiz təcnis rəngarəngliyi ilə 
seçildiyindən xüsusi poetik fiqur kimi daha maraqlıdır. 
Göründüyü kimi, şairin ədəbi irsi, xüsusilə də, onun qəzəlləri 
və “Leyli və Məcnun” poeması təkcə dərin məzmunu, fəlsəfi məna 
yükü, dolğun ideya axarı baxımından deyil, həmçinin kamil forma 
göstəriciləri ilə də diqqəti cəlb edir. Bu səciyyələndirici əlamətlərin 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
91 
içərisində simmetriya və müvazinət yaradan vasitələr xüsusi seçilir 
ki, harmonik səslənmə, kamil qrafik düzüm yaradan elementlər: 
təkrarın  ədəbi dilin hər üç yarusunda (fonetik, leksik, qrammatik) 
təzahür növləri,  ən kiçik şeir vahidlərindən tutmuş bütöv əsər 
sərhədləri daxilində özünü göstərən çoxşaxəli paralelizm göstərici-
ləri və s. də bunlardan ən nəzərə çarpanıdır. 
 
 
Füzuli yaradıcılığında  
“rəddül-əcz aləs-sadr” poetik fiquru 
 
 
Klassik azərbaycandilli  ədəbiyyatın, demək olar ki, bütün 
nümayəndələri tərəfindən daha tez-tez istifadə olunan Şərq poeti-
kasının mühüm bədii vasitələrindən biri də  rəddül-əcz aləs-sadr 
fiqurudur.  Şeirdə ritmikliyi gücləndirən, onu melodik şəklə salan 
bədii priyomlardan olan bu poetik fiqur dilçilikdə  və dünya 
ədəbiyyatşünaslığında anadiplosis, epanalepsis, epanafora, akromo-
noqrama, polilogiya, kompozisiya qovuşuğu (aşıq ədəbiyyatında isə 
ucu-uca calama, calaqlama, düyünləmə) adları ilə də tanınır. Bədii 
üsluba dair bir çox monoqrafik tədqiqatlarda bu bədii dil vasitəsi 
təkririn növ rəngarəngliyi kimi təqdim olunur. Rəşid Vatvatın 
müəyyənləşdirdiyinə görə isə bu fiquru bəzi hallarda mütabak və 
müsəddər də adlandırırlar. (Məlumat üçün bax: 145, 29) Klassik 
Şərq bəlağətinə dair kitabların bəzisində bu poetik fiqurun altı, 
bəzisində isə səkkiz növü müəyyən edilir. Rəddül-əcz aləs-sadrin bu 
növ rəngarəngliyi beytlərdəki misraların sonu ilə başlanğıcı (və ya 
əksinə) arasındakı qarşılıqlı bağlılığa görə təyin edilir. 
Dahi Azərbaycan  şairi Məhəmməd Füzuli də başqa poetik 
vasitələrlə yanaşı, rəddül-əcz aləs-sadr və onun əksi olan fiqurlardan 
məharətlə  bəhrələnmiş  və öz unikal bədii düşüncələri üçün layiqli 
biçim yaradarkən, demək olar ki, bu fiqurun bütün növ rəngarəng-
liyindən istifadə etmişdir. Klassik Şərq bəlağəti və Azərbaycan 


Əzizağa Nəcəfov 
 
 
92 
poetikasının tədqiqatçısı Mahirə Quliyevanın təbirincə desək: 
“Azərbaycan  ədəbiyyatı tarixində Füzuli kimi bu sənətin bütün 
incəliklərini məharətlə işlədən (ikinci bir – Ə.N.) sənətkar yoxdur”. 
(62, 140) Şairin hətta iki qəzəli bütövlükdə  həmin fiqurlardan 
istifadə etməklə yazılmışdır; (“Qansı gülşən gülbünü sərvi xurama-
nınca var” və “ Ey vücudi-kamilin əsrari-hikmət məsdəri” misraları 
ilə başlayan qəzəllər). Füzulinin anadilli “Divan”ından seçdiyimiz 
misallar  əsasında bu poetik fiqurun onun yaradıcılığında hansı 
çeşiddə təzahür etdiyini izləyək. 
1)  Rəddül-sadr aləl-əcz (beytin ilk misrasının  əvvəlinci nitq 
vahidinin ikinci misranın sonunda işlədilməsi): 
Adəmidən çox olur zahir pərivəşlər, vəli 
Az olur vaqe pərivəşlərdə səntək adəmi. (39, 221) 
2)  Raddus-sadr aləl-həşv  və  rəddül-həşv aləl-ibtida (beytin 
birinci misrasının  əvvəlində qeyd olunan sözün ikinci misranın 
ortasında və birinci misranın əvvəlində işlədilməsi): 
Can çıxır təndən, könül, fikri-ləbi-yar eyləgəc
Tən bulur can yengidən ol ləfzi təkrar eyləgəc. (39, 71) 
3) Rəddül-əcz aləl-ibtida (beytin birinci misrasının sonunun 
ikinci misranın əvvəlidə işlədilməsi): 
Məndən axir çün qılır bizarlıq əsbabi-dəhr, 
Dəhr əsbabından ol yey kim, qılır bizarlıq. (39, 135) 
4) Rəddül-əcz aləs-sadr (birinci beytin sonunun ikinci beytin 
əvvəlində işlədilməsi): 
Dəftəri ə'malımın xətti-xətadəndir siyah, 
Qan tökər çeşmim, xəyal etdikcə hovli-məhşəri. 
Məhşəri əşkim verər seylabə, gər ruzi-cəza 
Olmasa, məqbul dərgahə sirişkim gövhəri. (41, 203) 
Məşhur ədəbiyyatşünas V.Jirmunski “Şeir nəzəriyyəsi” əsərin-
də həm klassik, həm də müasir ədəbiyyatda geniş istifadə olunan bu 
tip təkriri ayrıca bir növ kimi ayırıb,  epanastrofa adlandırır. 
(Məlumat üçün bax: 139, 451) 
5) Rəddül-ibtida aləl-əcz (beytin ikinci misrasının ilk sözünün 
həmin misranın sonunda işlədilməsi): 


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə