Düyünlü ur xəstəliyi üzrə klinik protokol



Yüklə 205,96 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix05.03.2018
ölçüsü205,96 Kb.
#30311
1   2   3   4   5   6   7

 

15



 

Qalxanabənzər vəzin funksional avtonomiyasının diaqnostika və 

diferensiasiyası  və tireotoksikozun patogenetik variantlarının 

(həqiqi, destruktiv, artifisiyal) diferensial diaqnostikası üçün daha 

həssas metoddur. 

 



Döş sümüyü arxası, ektopiya olmuş qalxanabənzər vəzi toxuması 

və qalxanabənzər vəzin yüksək diferensiasiyalı  xərçənginin 

metastazlarının diaqnostikasında yararlıdır 

Sintiqrafiya zamanı düyünlərin funksional təsnifatı 

 



Soyuq düyünlər – sintiqrafiya zamanı daxil edilən izotopu 

tutmayan düyünlərə deyilir. Bəzən sadə kista şəklində maye 

tərkibli ola bildiyi kimi, qatı  tərkibli soyuq düyünlər də 

mövcuddur. Bu düyünlərin kiçik bir qismi xərçəng ola bilər. 

Təmiz maye tərkibli soyuq düyünlərin xərçəng ola bilmə ehtimalı 

sıfırdır. Soyuq düyünlü xəstədə heç bir şikayət olmaya bilər. 

 

İsti düyünlər – istifadə edilən izotopu ən çox tutan, bölgəli 



görüntülü, sərhədləri tam olaraq ayrılan düyünlərdir. Bunlar 

xəstədə şikayətlərlə özünü bəlli edir. İsti düyünlər adətən toksiki 

urla birlikdə müşahidə olunur. 

 



Avtonom isti düyünlər (adenomalar) – istifadə edilən izotopu 

tamamilə tutan düyündür. Bu cür düyünlər xəstələrdə çox sıxıntı 

verən  şikayətlərə  səbəb olur (məs. ürəkdöyünmə, həddən çox 

tərləmə,  əsəbilik və s.), adətən toksiki urla birlikdə müşahidə 

olunur. Funksional olaraq avtonom düyünlərin 10%-dən azı bəd 

xassəlidir. Soyuq düyünlərdə bu göstərici bir qədər çoxdur. 

 

İlıq düyünlər – istifadə edilən izotopu tiroid vəzinin digər hissəsi 



ilə eyni dərəcədə tutan düyünə deyilir və ancaq təcrübəli 

həkimlər tərəfindən ayırd edilir. Bu düyünləri olan xəstələrdə 

daha az şikayət olur. 

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, düyünün 

sintiqrafiya xarakteri onun morfoloji strukturu haqqında rəy vermir. 

 

NÜVƏ MAQNİT REZONANSI (NMR) VƏ 

KOMPÜTER TOMOQRAFİYASI (KT) İLƏ MÜAYİNƏ 

Düyünlü urun diaqnostikasında az informativdir. Döş  qəfəsi 

arxası ur və qalxanabənzər vəzi xərçənginin yayılmış formalarında 

bəzi hallarda istifadə etmək olar.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




HİSTOKİMYƏVİ MARKERLƏR 

 



Bir neçə elmi laboratoriyalar NİAB-ın  şübhəli (müəyyən 

edilməyən) nəticələrini aydınlaşdırmağın molekulyar əsaslarını  

təyin etmişlər – insan sümük iliyinin endotelial hüceyrəsi (İSİE)-

1, qalektin-3 tiroid oksidazaya qarşı anticisimlər. 

 

QV kanserinin diaqnostikası üçün markerlərin əksəriyyəti yüksək 



həssaslığa və ya spesifikliyə malikdir, lakin hər iki xüsusiyyət 

eyni zamanda mövcud deyil. 

 

Xoşxassəli və  bədxassəli hüceyrələri etibarlı  şəkildə ayırd edən 



spesifik markerlər mövcud deyil.  

Düyünlü uru olan pasiyentlərin  

diaqnostik qiymətləndirilməsi ALQORİTMİ 

(Avropa konsensusu, 2006) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

16



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

17

DİFERENSİAL DİAQNOSTİKA 



Qalxanabənzər vəzdə törəmə yaranması ilə müşayiət olunan 

patoloji vəziyyətlər 

Xoşxassəli 

Bədxassəli 

ÇDU 


Haşimoto tireoiditi 

Sadə və ya hemorragik sistlər 

Follikulyar adenoma 

Yarımkəskin tireoidit 

 

Papilyar karsinoma 



Follikulyar karsinoma  

Hürthle hüceyrələrinin 

karsinoması 

Medulyar karsinoma  

Anaplastik karsinoma 

QV-nin ilkin limfoması 

Bədxassəli metastatik 

zədələnmələr 

Qalxanabənzər vəzin xoş və bədxassəli düyünlü törəmələrinin 

klinik, laborator, instrumental göstəriciləri 

Xoşxassəli şiş 

Bədxassəli şiş 

1.

 



Ailədə qalxanabənzər vəzin 

autoimmun xəstəliklərinin 

olması 

2.

 



Ailədə xoş xassəli düyünlü 

urun olması  

3.

 

Hipotireoz və ya 



tireotoksikoz simptomlarının 

olması 


4.

 

Palpasiya zamanı yumşaq, 



hamar və hərəkətli düyün 

5.

 



Dominant “qaynar” düyünlü 

çoxdüyünlü ur 

6.

 

“Qaynar” düyün 



1.

 

Yaşın 20-yə qədər və 60-dan 



yuxarı olması 

2.

 



Kişi cinsi 

3.

 



Ailədə qalxanabənzər vəzi 

xərçənginin olması 

4.

 

Uşaq və yeniyetmə dövründə 



başın və boyunun rentgen 

şüalanması 

5.

 

Disfagiya, səsin kallaşması, 



palpasiya zamanı bərk, sıx, 

nahamar və hərəkətsiz düyün, 

regionar limfadenopatiya, 

ətraf toxumaya birləşməsi 

6.

 

“Soyuq” düyün 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 205,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə