Düyünlü ur xəstəliyi üzrə klinik protokol



Yüklə 205,96 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix05.03.2018
ölçüsü205,96 Kb.
#30311
1   2   3   4   5   6   7

 

6

İxtisarların siyahısı: 



AbTg  

– tireoqlobulinə qarşı anticisimlər 



AFTD  

– avtonom fəaliyyətli tiroid düyünü  



BBS  

– bütün bədənin skanerləşdirilməsi   



Ca  

– kalsium 



Ca

2+

  

– kalsium ionu  



Ct  

– kalsitonin  



ÇDU  

– çoxdüyünlü ur 



ÇEN2  

– 2-ci tip çoxsaylı endokrin neoplaziya sindromu   



EDİ  

– etanolun dərialtı inyeksiyası 



FT3  

– sərbəst 3-yodtironin 



FT4  

– sərbəst tiroksin 



İSİE  

– insan sümük iliyinin endotelial hüceyrəsi  



KT  

– kompüter tomoqrafiyası  



QV  

– qalxanabənzər vəz 



LTM  

– lazer termal müalicə 



LT4  

– levotiroksin 



NİAB  

– nazik iynəli aspirasion biopsiya  



NMR  

– nüvə-maqnit rezonansı   



PTH  

paratireoid hormon  



rhTSH  

– rekombinant tiroid stimulyasiyaedici hormon 



Tg  

– tireoqlobulin 



TMK  

– tiroidin medulyar karsinoması   



TPOAb  

– tiroid peroksidazaya qarşı anticisimlər 



TSH  

 tiroid stimulyasiyaedici hormon 



USM  

– ultrasəs müayinəsi 



US-NİAB   – ultrasəs nəzarəti ilə nazik iynəli aspirasion biopsiya 

123

İ  

yod izotopu 



99m

TcO

4 

– texnesium izotopu

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan terapevtlər, 

endokrinoloqlar, cərrah-endokrinoloqlar, ailə  həkimləri üçün 

nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: Düyünlü ur xəstəliyi olan böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 

Müasir diaqnostika və müalicə metodlarını  tətbiq etməklə 



qalxanabənzər vəzin düyünlərinin diaqnostika və müalicəsinin 

təkmilləşdirilməsi 

 

Düyünlü urla  xəstələnmə və ölüm hallarının azaldılması 



 

Maliqnizasiya ehtimalını müəyyən etmək üçün düyünlü urun 



qiymətləndirilməsi 

 



Düyünlü urlu xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması 

 

ÜMUMİ MÜDDƏALAR 

 

Düyünlü ur – qalxanabənzər vəzidə müxtəlif morfoloji 

xarakteristikaya  malik bütün ocaqlı törəmələri  əhatə edən klinik 

anlayışdır. Qalxanabənzər vəzidə iki və daha çox düyün olduqda, bu 

çoxdüyünlü ur hesab edilir. 

Düyünlü urun patoloji və proqnostik əhəmiyyəti aşağıdakılarla 

əlaqədardır: 

 

Düyünlü törəmələrin az da olsa qalxanabənzər vəzin bədxassəli 



şişi olması riski (2-5%). Qalxanabənzər vəzin bədxassəli  şişləri 

arasında 90% hallarda yüksək diferensiasiya etmiş  xərçəngə 

(papilyar, follikulyar) rast gəlinir. 

 



Qalxanabənzər vəzin böyüməsinin  ətraf toxumaları  sıxma və 

kosmetik defekt yaratma riski 

 

Düyünün formalaşmasından uzun illər keçdikdən sonra 



qalxanabənzər vəzin funksional avtonomiyası və tireotoksikozun 

yaranma riski (əsasən yod defisitli regionlarda) 



Epidemiologiya

 

Qalxanabənzər vəzin düyünlü törəmələri palpasiya zamanı 5% 



insanlarda, USM zamanı isə bundan 10 dəfə çox (50%) aşkar olunur. 

Düyünlü ur yod defisitli regionlarda daha çox aşkar edilir. Düyünlü 

törəmələr uşaqlarda və yeniyetmələrdə nadir hallarda müşahidə 

olunur, ancaq yaş artdıqca onun rast gəlmə tezliyi yüksəlir. 

Qadınlarda kişilərə nisbətən 2-4 dəfə daha çox rast gəlinir. 

Bədxassəli  şişlər bütün düyünlü törəmə hallarının təxminən 5%-ini 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

8

təşkil edir. Qalxanabənzər vəzi düyünləri arasında  ən çox (90%) 



təsadüf edilən forma kolloid urdur. 

 

XBT-10 ÜZRƏ TƏSNİFATI 

 

E 01.1  

Yod çatmamazlığı ilə bağlı çoxdüyünlü (endemik ) ur 



E 04.1  

Qeyri-toksik təkdüyünlü ur 



E 04.2  

Qeyri-toksik çoxdüyünlü ur 



E 05.1  

Toksik təkdüyünlü urla müşayiət  olunan tireotoksikoz 



E 05.2  

Toksik çoxdüyünlü urla müşayiət  olunan tireotoksikoz 

 

DÜYÜNLÜ URUN NOZOLOJİ FORMALARI: 

 



Düyünlü kolloid ur 

 



Follikulyar adenoma 

 



Hipertrofik autoimmun tireoiditdə yalançı düyünlər 

 



Solitar kista 

 



Qalxanabənzər vəzin bədxassəli şişi 

 

Düyünlü kolloid ur 

Ən çox yayılmış formasıdır. Patogenetik olaraq xroniki yod 

defisiti ilə  əlaqədardır. Qalxanabənzər vəzi follikullarının daxilində 

kolloidin toplanması nəticəsində formalaşır.  

 

Follikulyar adenoma 

Follikulyar adenoma follikul epitelisinin xoşxassəli  şişidir. 

Follikulyar adenomalar arasında trabekulyar (embrional), 

mikrofollikulyar (fetal), makrofollikulyar (sadə) növlər ayırd edilir. 

Qeyd etmək lazımdır ki, aspiratın sitoloji müayinəsi follikulyar 

adenoma ilə follikulyar şişin diferensiasiyasına imkan vermədiyinə 

görə adenomanın cərrahi əməliyyatı aparılmalıdır. 

 

Qalxanabənzər vəzin kistası 

Kista qalxanabənzər vəzi toxumasında kistoz mayeli boşluqdur. 

Qalxanabənzər vəzi düyünlərinin 3-5%-ini təşkil edir. Həqiqi kista 

yalançı kistadan tərkibində follikulyar epitel olması ilə  fərqlənir. 

USM ilə kistoz törəməni aşkar etmək çətinlik törətmir. Buna 

baxmayaraq, USM kistanı sistadenomadan və 

sistadenokarsinomadan fərqləndirə bilmir, ona görə törəməni  

punksion biopsiya və təkrar USM etmək lazımdır. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 205,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə