32
məqsəd izləyir. Nüvə müzakirələrində də məqsədi nüfuz
etməkdir. Bu müzakirələrin aqibəti nə bizdə, nə
Amerikada məlumdur. Bizdə də, Amerikada da davamlı
olub-olmayacağı məlum deyil. Onlar bu müzakirələr
vasitəsi ilə ölkəmizə nüfuz etmək istəyirdilər. Biz bu yolu
bağladıq və bu vəziyyət davam edəcək. Onların nə
iqtisadi, nə siyasi nüfuzuna yol verərik. Mədəniyyət
sahəsində nüfuzlarına imkan vermərik. Bütün gücümüzlə
müqavimət göstərəcəyik və şükür olsun ki, gücümüz var.
Regionda da eyni məqsədlə çalışıblar. Məntəqəyə nüfuz
etmək istəyirlər, müxtəlif sahələrdə söz sahibi olmağa,
məqsədlərini həyata keçirməyə can atırlar. Biz Allahın
yardımı ilə bacardığımız qədər buna yol verməyəcəyik.
Bizim
region
siyasətlərimiz
Amerikanın
region
siyasətlərinə tam ziddir. Ölkələrin ərazi bütövlüyü bizim
üçün möhtərəmdir. İraqın, Suriyanın ərazi bütövlüyünə
ciddi əhəmiyyət veririk. Onlar isə bu ölkələri parçalamağa
çalışır. Öncədən xəbərdarlıq etmişəm ki, amerikalılar İraqı
parçalamaq üçün çalışır. Bəziləri bunu təəccüblə
qarşılayırdı. Son zamanlar Amerika açıq etiraf edir ki,
İraqı, Suriyanı parçalamaq niyyətindədir. Kiçik dövlətlər
yaradıb həmin dövlətlərə hakim olmaq istəyirlər. Allahın
yardımı ilə buna yol verilməyəcək. Biz regionda
müqavimət hərəkatını dəstəkləyirik. İslam ümmətinin
tarixində dəyərli fəsillərdən olan Fələstin Müqavimətini
himayə edirik.
İsraillə mübarizə aparan, sionist rejimə qarşı olan,
müqavimət hərəkatını qəbul edən hər bir tərəfi himayə
edirik. Necə bacarırıqsa dəstək veririk. Sionist rejimə qarşı
çıxan hər kəsə dəstəyik.
Müqavimət hərəkatını himayə edirik. Ölkələrin ərazi
bütövlüyünü dəstəkləyirik. Amerikanın təfriqəçi siyasətinə
33
qarşı çıxanlara dəstək veririk. Təfriqə yaradan bütün
qüvvələrə qarşıyıq. Biz təbliğat mərkəzi Londonda olan
şiəliyi qəbul etmirik. O şiəlik imamların təbliğ etdiyi şiəlik
deyil. Təfriqə salan, İslam düşmənlərinə yol açan şiəlik
qəbul olunmur. Bu şiəlik şiəlik deyil, azğınlıqdır. Şiəlik
həqiqi İslamın, Quranın məzhəridir, zühur səhnəsidir.
Vəhdətə kömək edənlərə dəstəyik. Vəhdətə müxalif
olanlara müxalifik. Bütün məzlumları himayə edirik. Biz
Bəhreynə dəstək vermək ittihamlarından dolayı meydanı
tərk etməyəcəyik. Heç bir müdaxilə etməmişik, amma
dəstəkləyirik. Məzlum Bəhreyn, məzlum Yəmən xalqına
görə üzülürük, onlara duaçıyıq. Əlimizdən gələn köməyi
də əsirgəməyəcəyik. Bu gün Yəmən xalqı doğrudan da
məzlumdur. Bir ölkəni öz imperialist mənafelərinə, çirkin
siyasətlərinə xatir viran qoyurlar. Siyasi məqsədlərə başqa
yollarla da çatmaq olar. Amma onlar ağılsızcasına
mənafelərinə çatmaq fikrindədirlər. Yəmən hadisələri çox
üzücüdür. İslam dünyasında baş verən bir çox hadisələr
üzücüdür. Pakistanda, Əfqanıstanda baş verən hadisələr
bizi qəmləndirir. İslam dünyası oyaqlıq, bəsirətlə bu
dərdlərə çarə qılmalıdır.
1
Düşmə__n__planının___t__ə__rkibi,_nüfuzetm__ə___yönü'>Düşmə
n
planının
t
ə
rkibi, nüfuzetm
ə
yönü
Bizim düşmənlərimiz var. Düşmənlərimiz nə edir? Bu
məsələlər barədə gənc nəslin düşünməsini lazım sayıram.
Ölkəmizdə əksəriyyəti gənclər təşkil edir. Bu nəsil günün
problemlərinə biganə qala bilməz. Gözünü yuma, kim nə
deyir ona qulaq asa! Yox, bütün bunlar barədə
düşünməlidirlər, bunlar mühüm məsuliyyətlərdir.
1
Beynəlxalq Əhli-Beyt (ə) Assambleyası və İslam Tele-radio
Şəbəkələri İttifaqının üzvləri ilə görüş, 2016
34
Düşmənlər nə edir? Düşmənlərin məqsədi İslam
Respublikasına nüfuz etməkdir. Qonşu ölkələrin çoxuna
nüfuz ediblər. Bir dövləti kənara qoyur, başqa birini
gətirirlər. Dövlətləri siyasi sövdələşmələrə vadar edirlər.
Bir
iqtisadi
sövdələşmə
aparır, bir hərbi baza
yerləşdirirlər. Bir çox ölkələrdə belədir. Çox narahatdırlar
ki, İran kimi varlı, təbii sərvətləri bol, böyük cəmiyyətli
bir ölkəyə nüfuz edə bilmirlər. Bir çox nəhəng
kompaniyalar bundan narahatdır.
İlk məqsədləri İranda nüfuz nöqtəsi tapmaqdır. Əgər
diqqətlə baxsanız istər öz təbliğatlarında, istər əlaltılarının
təbliğatlarında həmin istəkləri görərsiniz. Bu gün İranda
təbliğat işi aparırlar. Xoşbəxtlikdən dövlət möhkəm, millət
mömindir. Bu günə qədər bir iş görə bilməyiblər. Ayıq
olmaq lazımdır.
Düşmə
nin
planı
n
ə
l
ə
rd
ə
n ibar
ə
tdir?
Əvvəla çalışırlar ki, nə qədər bacarırlarsa iqtisadi
problem yaratsınlar. Sanksiya tətbiq edirlər, şirkətlərə
qarşı qadağalar qoyurlar. Bütün bunlar barədə eşidirsiniz.
Bir ölkənin ərazimizdən çəkmək istədiyi kəməri
əngəlləyirlər. Ölkədə ticarət əməliyyatlarında pozuculuq
edirlər. İki il öncə şayiə yaydılar ki, İran püstəsi xərçəng
xəstəliyi törədir. Qeyri-neft sənayesində bacardıqca
təxribatçılıq edirlər. Digər tərəfdən öz təbliğatlarında
bizim iqtisadi problemləri şişirdirlər. Bəli, bizim iqtisadi
problemlərimiz var. Bütün ölkələrdə belə problemlər var.
Amma dövlətimiz çalışır, həm ticarət sahəsində, həm
diplomatiyada maneələri aradan qaldırmaq istəyir. Xarici
İşlər Nazirliyi, Ticarət Nazirliyi, Sənaye Nazirliyi,
Nəqliyyat Nazirliyi hər biri məşğuldurlar. Heç biri işsiz
dayanmayıb. Böyük dünyada düşmən də öz işindədir.
Dostları ilə paylaş: |