DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

 
35 
Bizim  də  əl-ayağımız  şikəst  deyil.  Çox  sahələrdə 
düşmənlə mübarizədə qalibik. Amma düşmən təbliğatında 
məsulların 
fəaliyyəti 
barədə 
bir 
söz 
deyilmir. 
Təbliğatlarında 
yalnız 
problemləri 
şişirtməklə 
məşğuldurlar.  Haray  salırlar  ki,  İranda  infilyasiya  var, 
dövlət  müflis  olur  və  sairə.  Xalqın  ruhiyyəsini 
süstləşdirməyə çalışırlar. Xalqa aşılayırlar ki, hamı nigaran 
olsun.  Hansı  ki,  xalq  dövlət  və  məsulların  fəaliyyətindən 
xəbərdar  olsa  nigaran  qalmaz.  İmam  Xomeyni  (r) 
məsullara  dəfələrlə  deyirdi,  biz  də  təkrarlayırıq  ki,  xalqa 
öz işləri barədə məlumat versinlər. Xalq bilsin ki, siz nə iş 
görürsünüz.  Demək,  iqtisadi  problemlərimizin  düşmən 
tərəfindən  şişirdilməsi  başqa  bir  fitnəkarlıqdır.  Digər 
tərəfdən  ölkədəki  siyasi  fəzanı  qarışdırmağa  səy 
göstərirlər.  İstəyirlər  ki,  xalq  siyasi  fəzada  böhran 
olduğunu  düşünsün.  Bir  nəfərin  mühakiməsini,  bir  neçə 
nəfərin 
ölüm 
cəzasını 
şişirtməklə  siyasi  fəzanı 
bulaşdırmağa  cəhd  göstərirlər.  Düşmənin  siyasi  fəzada 
təlaşları  daha  çoxdur.  Ara  qarışanda  cəmiyyət  parçalanır, 
hərə bir sözə tərəfdar olur. Düşmənin də arzusu budur.    
Planlarında  bu  da  var  ki,  xalqın  zehnində  məsullar 
arasında  ixtilaf  olması  fikri  yaratsınlar.  İndi  dövlət 
məsulları nə qədər desə də ki, məsullar arasında münasibət 
səmimidir,  həmkarlıq  var,  bir-birlərinə  kömək  edirlər, 
faydası  yoxdur.  İnsanların  təsəvvüründə  bir  fikir 
yaradandan sonra sən nə qədər danışsan da faydası olmur. 
Şayiə  yayırlar  ki,  dövlət  başçıları  arasında  ixtilaf  var, 
filankəs  filankəsin  müxalifidir.  Bu  düşmənin  bir  işidir. 
Ölkə daxilindəki bəzi qələm adamları da düşmənin sözünü 
təkrarlayır.  Əslində  bu  onların  öz  sözü  deyil.  Bu  söz 
düşmən  planının  bir  hissəsidir.  Bəli,  iqtisadi  problemlər 
var.  Amma  düşmən  bu  problemi  şişirdir.  Siyasətdə  də  bu 


 
36 
işi  görür.  Rəhbərlərə  qarşı  etimadsızlıq  yaradır.  Belə  bir 
şəraitdə  məsullar  öz  vəzifəsini  rahatlıqla  həyata  keçirə 
bilərmi?! Təbii ki, yox. Bu zaman işlər geri qalır.
1
 
Düşmə
n nüfuzunun 
tamamlayıcıları
 
Bu  nüfuzu  tamamlayan  haşiyə  işlər  də  var.  Bəziləri 
şəxsiyyətlərə,  baxışlara,  dəyərlərə  münasibətdə  şübhə 
yaradır və bu düşmən nüfuzuna kömək edir. Demirəm ki, 
məsələn  bəsici  -  könüllüləri  ifratçılıqda  ittiham  edənlər 
bunu  düşməncəsinə  edir.  Amma  son  nəticədə  işləri 
düşmənin  mənafeyinə  xidmət  edib.  Bəsici  radikallıqda 
ittiham  edənlər  düşmənin  nüfuz  dumanını  tamamlayırlar. 
Çünki  bəsic  düşmən  qarşısında  istehkamdır.  Bəsic 
möhkəm səddir. Bu səddi zəiflətmək olmaz.  
Mən  tribunası  olan,  auditoriyası  olan  hər  bir  şəxsə 
tövsiyə  edirəm  ki,  məmləkətin,  inqilabın  istehkamlarını 
zəiflətməsinlər.  Biri  sözə  başlayan  kimi  onu  təsdiqləyib, 
bəsici  ifratçılıqda  təqsirləndirməsinlər.  Bəziləri  siyasi 
qanadlar  mövzusunu  şişirdir.  Bu  prinsiplərə  qarşı 
çıxmaqdır.  İnqilabın  prinsiplərini  inkar  etməyin.  Bunlar 
bir  növ  inqilabın  aksiyomlarıdır.  İmamın  20  cilddən  artıq 
bəyanatları  var.  İmam  inqilabın  məzhəri  idi.  İmam 
İnqilabın  sözçüsü  idi.  İmam  inqilab  gerçəkliklərini 
aydınlaşdırırdı.  Baxın  imamın  əsərlərinə,  görün  hansı 
nöqtələr 
üzərində 
dayanır.  İnqilabın  prinsiplərini, 
aksiyomlarını inkar etməyin.  
Mən  bəsicə  böyük  əhəmiyyət  verirəm.  Bəsic  çox 
mühüm,  təsirli,  bərəkətli  və  gələcəyi  olan  hadisədir. 
Düşünürəm  ki,  bəsicə  qarşı  təxribatlar  onu  süstləşdirmir. 
                                                           
1
 İmam Riza (ə) hərəminin zəvvarları və civarında olanlarla görüş, 
2000
 


 
37 
Bəsic  günbəgün  kök  atır.  Bir  gün  o  zəif  bir  nihal  idi.  Bu 
gün güclü gövdəsi olan ağacdır. Bundan da güclü və üstün 
olacaq. Allahın fəzli ilə bu iş baş verəcək. Amma ehtiyatlı 
olaq  ki,  bu  ağaca  xəstəlik  düşməsin.  Mən  sizə  müraciət 
edirəm.  Ehtiyatlı  olun.  Bəzən  əllərində  mişar  gəlirlər  və 
sən  onların  qarşısını  ala  bilirsən.  Bəzən  isə  bəla  ağacın 
içindən işə düşür. Buna əlac etmək çətindir.
1
 
Düşmə__n_nüfuzunun_h__ə__d__ə__fi_kiml__ə__rdir'>Düşmə
n nüfuzunun h
ə
d
ə
fi kiml
ə
rdir? 
Düşmən  kimlərə  nüfuz  etmək  istəyir?  Hamıdan  öncə 
ölkənin  taleyi  üçün  qərar  çıxaran  rəhbərlərə.  Onlar 
düşmənin  hədəfidir.  Onlara  nüfuz  etməyə  çalışırlar.  İndi 
bir  şəxs  desə  ki,  düşmən  nüfuzunu  ortaya  atanlar  bundan 
siyasi  məqsədlə  istifadə  etmək  istəyir,  bu  iddia  heç  nəyi 
dəyişmir,  düşmən  nüfuzu  təhlükəli  olaraq  qalır.  Əgər  biri 
siyasi  məqsədlə  istifadə  edirsə  bu  səhvdir.  Kimsə  bu  işi 
gördüyünə görə düşmən nüfuzunun təhlükəsi azalmır.
2
 
Düşmə
n nüfuz etm
ə
kd
ə
n heç vaxt 
ç
ə
kinm
ə
y
ə
c
ə
k! 
Bu  gün  həmd  olsun  Allaha  ki,  düşmən  ölkə  daxilində 
millətlər,  məzhəb  arasında  ixtilaf  yaratmaqdan  ümidini 
üzüb.  Şübhəsiz  ki,  şeytan  heç  vaxt  vəsvəsə  yaratmaqdan 
çəkinən deyil. Saffat surəsinin 40-cı ayəsində buyurulduğu 
kimi  hətta  Allahın  xalis  bəndələri  şeytan  vəsvəsəsinə 
hədəfdir. Allahın böyük peyğəmbərləri də şeytan nüfuzuna 
hədəf olub. Sadəcə şeytanın onlara gücü çatmayıb. Amma 
o  fəaliyyətdədir.  Daha  demir  ki,  filankəs  Allahın  saleh 
bəndəsidir, onu azdıra bilmərəm, onu rahat buraxıb gedim! 
                                                           
1
 Bəsic dəstələri komandirləri ilə görüş, 2016 
2
 Bəsic dəstələri kömandanları ilə görüş, 2016 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə