DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

 
56 
hücum  ehtimalı  yüz  faizdir.  Yəni  onun  hazırlığı  tam 
hazırlıq olmalıdır. Silahlı Qüvvələr daim ayıq olmalıdır.
1
 
Düşmə
n nüfuzunun növl
ə
ri v
ə
 formala

  
Düşmən nüfuzunun iki növü var: Biri fərdi nüfuzdur, o 
biri nüfuz cərəyanı. 
1. Fərdi nüfuz  
Fərdi nüfuzun nümunələri çoxdur. Təsəvvür edin ki, siz 
bir təşkilatda rəissiniz və həmin təşkilata maskalanmış biri 
göndərilir.  Zahirinə  baxıb  düşünürsünüz  ki,  dostdur. 
Amma  o  dost  deyil,  çöhrəsini  dəyişib  ki,  tapşırığı  yerinə 
yetirsin.  Ən  kiçiyi  budur  ki,  casusdur,  mövcud  vəziyyəti 
öyrənib lazım olan yerə çatdıracaq. Bəzən işi casusluqdan 
yuxarıdır.  Siz  rəissiniz  və  mühüm  qərar  çıxara  bilərsiniz. 
O çalışacaq ki, sizin qərarlarınıza təsir göstərsin. Biz bunu 
görmüşük.  Təkcə  siyasi  qurumlarda  olmur.  Dini 
qurumlarda  da  nümunələri  var.  Mərhum  cənab  Seyyid 
Həsən  Təhami  ölkəmizin  məşhur  ruhanilərindən  olub. 
Bircənddə  yaşayıb.  Qum  və  ya  Nəcəfdə  qalsaydı  hökmən 
böyük  müctəhid  olardı.  Özü  mənə  danışıb.  Deyirdi  ki, 
iraqlılar  ingilislərlə  vuruşanda  bir  müctəhidin  zahirən 
xoşagələn  bir  xidmətçisi  vardı.  Bu  xidmətçi  tələbələrlə 
ünsiyyət  saxlayır,  onlarla  söhbət  edir,  onların  qəlbini  ələ 
alırdı. İngilislər qələbə qazanıb İraqı ələ alandan sonra ən 
sonda  Nəcəfə  daxil  olublar.  Tələbələrə  xəbər  çatıb  ki, 
həmin  müctəhidin  sevilən  xidmətçisi  ingilis  zabitidir. 
Mərhum  Təhami  öz  söhbətində  deyirdi  ki,  mən  inana 
bilmədim.  Sonradan  Nəcəfin  məşhur  bazarlarından  olan 
Huvəyş  bazarında  onu  hərbi  geyimdə  at  üstündə  gördüm. 
Mən  divarın  kənarına  çəkildim  ki,  ötüb  keçsinlər.  Mənim 
                                                           
1
 Asayiş Keşikçiləri ilə görüş, 2011 


 
57 
yanımdan  keçəndə  dedi  Seyyid  Həsən  necəsən?  Daha 
şəkkim  qalmadı  ki,  bu  həmin  xidmətçidir.  Uzun  illər 
bizimlə  ünsiyyətdə  olmuşdu,  qəlbimizi  ələ  almışdı.  Bu 
mərhum Seyyid Həsənin danışdıqlarıdır... Bəzən düşmənin 
nüfuzu  belə  olur.  Bir  müctəhidə  xidmət  göstərir.  Bu fərdi 
nüfuzdur.  Bir  evə,  bir  müəssisəyə  daxil  olur,  məlumat 
toplayır. Əlbəttə ki, bu həm də çox təhlükəli nüfuzdur.  
2. Nüfuz cərəyanı  
Fərdi  nüfuzdan  da  təhlükəli  nüfuz  cərəyanı  və  ya 
cərəyan  nüfuzudur.  Nüfuz  cərəyanı  deyəndə  ölkə 
daxilində  pul  vasitəsi  ilə  fəaliyyət  göstərən  şəbəkələr 
nəzərdə tutulur.  Bu işdə  pulun, iqtisadi fəaliyyətlərin  rolu 
aydındır.  Bu  işdə  iki  təsirli  amil  var.  Biri  puldur,  digəri 
cinsi  cazibə.  İnsanları  belə  təşkilatlara,  şəbəkələrə  cəzb 
edir,  onlara  aldadıcı  bir  məqsəd  elan  edirlər.  Cəmiyyətdə 
təsirli  insanları  belə  şəbəkələrə  toplamağa  çalışırlar. 
Məqsəd  nə  iş  görməkdir?  İnancları,  idealları,  baxışları, 
həyat  tərzlərini  dəyişmək  istəyirlər.  Şəbəkə  üçün  kütlə 
arasında  auditoriya  var.  Həmin  şəbəkə  bu  auditoriyanın 
düşüncəsini  dəyişməlidir.  Elə  etməlidir  ki,  insanlar 
amerikalı  kimi  düşünsün,  həyata  amerikalı  kimi  baxsın. 
Bir  amerikalı  siyasətçinin  Amerika  xalqı  ilə  işi  yoxdur. 
Lazım olan  budur ki, bir CİA
1
  əməkdaşı  necə  düşünürsə, 
cəmiyyət  də  elə  düşünsün.  O  nə  istəyirsə  insanlar  da  onu 
istəsin.  Əgər  buna  nail  olsa,  rahat  otura  bilər.  Özünün 
meydana  girib  bir  iş  görməsinə  ehtiyac  qalmır.  Artıq 
cəmiyyət  onun  üçün  işləyir.  Məqsəd  budur.  Cəmiyyətə 
nüfuz etmək və qarşıya  qoyulmuş məqsədlərə nail olmaq. 
Əgər  məmləkətin  taleyinə,  siyasətinə,  gələcəyinə  təsirli 
insanlara  yol  tapa  bilsələr  faciələr  baş  verib.  Bu  zaman 
                                                           
1
 Amerika Kəşfiyyat İdarəsi 


 
58 
artıq  bütün  məmləkətin  siyasətini,  ideallarını  dəyişiblər. 
Cəmiyyətdə 
dəyərlər 
dəyişilir. 
Cəmiyyətin 
istəyi, 
etiqadları əvəz olunur.  
Bu  gün  siz görürsünüz  ki,  Fələstində xalqa  aşkar  zülm 
olunur. Buna etiqadınız var. Hazırda Fələstində öz evində 
əyləşmiş  ərəb  -  istər  müsəlman  olsun,  istərsə  məsihi  - 
təcavüzə məruz qalır. Ona amerikalı gözü ilə baxırlar. Siz 
isə onu zülmə düçar olmuş sayırsınız. Əgər sizin baxışınızı 
dəyişə bilsələr, siz də həmən amerikalı kimi baxacaqsınız. 
Amerika deyir ki, İsrail öz kimliyini müdafiə edir. Obama 
nə  deyirdi?  Deyirdi  İsrail  özünü  müdafiə  edir.  Gecə-
gündüz  Qəzzəyə  od  ələyəndə,  müdafiəsiz  bir  xalqı  öz 
evində,  öz  torpağında,  öz  məktəblərində  və  öz 
xəstəxanalarında  vuranda  düşünürdülər  ki,  İsrail  özünü 
müdafiə  edir!!  Baxış  bu  idi.  Şəbəkə  yaradılanda,  nüfuz 
cərəyanı  işə  düşəndə  İranın  daxilində  olan  insan  da 
amerikalı  kimi  düşünür.  Düşmən  nüfuzunun  mahiyyəti 
budur. Görün necə təhlükəlidir!
1
 
Düşmə
n nüfuzunun 
formaları
  
1. İqtisadi sahədə nüfuz etmək və iqtisadi təxribat  
Təqva nədir? Təqva ardıcıl şəkildə özünə diqqət etmək, 
özünü  qorumaqdır.  Təqva  sayəsində  insan  büdrəmələrdən 
özünü  qoruyur,  tikanlar  əl-ayağını  dalamır.  Təqva  əslində 
bir  zireh,  sipər  kimidir.  Təqva  libası  geyinmiş  insan 
zəhərli  oxlardan  qorunur.  Burada  təkcə  mənəviyyat 
məsələləri  nəzərdə  tutulmur.  Qurani-Kərimdə  buyurulur 
ki, kim ilahi təqva yolunu seçsə, Allah onun üçün qurtuluş 
yolu açar; ona güman etmədiyi yerdən ruzi verilər.
2
 Dünya 
                                                           
1
 Bəsic - könüllü dəstələrinin komandanları ilə görüş, 2016 
2
 Fələq surəsi, ayə 2-3 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə