DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   5   6   7   8   9   10   11   12   ...   50

 
29 
edirlər.  Sünni-şiə  münasibətlərinin  qızışdırılması  da  bu 
qəbildəndir.  Təkfirçiliyi  də  bu  sıradan  saymaq  olar. 
Bacardıqları  şəkildə  ixtilaf  yaratmaq  istəyirlər.  Bu 
istiqamətlərdə çox ciddi çalışırlar.  
İxtilaf salmağın mütəxəssisi ingilislər olub. Onların dini 
ixtilaf 
yaratmaqda 
təcrübələri 
var. 
Amerikalılar 
ingilislərdən öyrənib. Bu gün bütün vücudları ilə çalışırlar. 
Gördüyünüz  təkfirçi  qruplaşmalar  onların  əl  işidir.  Biz 
illərlə  öncə  bu  barədə  danışmışıq.  Bəziləri  tərəddüdlə 
qarşılayırdı.  Amma  bu  gün  Amerika  etiraf  edir  ki,  İŞİD 
onun  yaratdığı  cərəyandır.  Etiraf  edirlər  ki,  Ən-Nüsrə 
cəbhəsini, təkfirçiliyi onlar  yaradıblar. Bir qisim sadəlövh 
müsəlman da onlara aldanıb. Problem budur!  
İbrətamiz  olan  bir  nöqtə  var.  Bəzən  saf  niyyətli  insan 
bəsirəti  olmadığından  düşmən  əlində vasitəyə  çevrilir.  Bu 
hadisə  baş  verdi.  Suriya  yaxşı  bir  misal  olar.  Tunisdə, 
Misirdə  İslam  şüarları  altında  zalım  rejimlər  devrildi. 
Amma 
amerikalılar,  sionistlər  dərhal  müqavimət 
cəbhəsində  olan  dövlətlərə  qarşı  bu  düsturdan  faydalandı. 
Suriyada  həmin  ssenari  üzərində  işlədilər.  Bir  qrup  sadə, 
bəsirətsiz müsəlman bu plana uydu. Suriyada vəziyyət bir 
həddə  çatdı  ki,  4-5  ildir  bir  ölkədə  misilsiz  böhran 
başlayıb,  sonu  da  görünmür.  Bu  düşmənin  planı  idi. 
Sadəlövh  müsəlmanlar  bu  plana  aldandılar,  düşmənin 
əlində  vasitəyə  çevrildilər.  Belə  hadisələr  çox  olub. 
Təkfirçi  qrupları  onlar 
yaratdılar.  Qəddar,  zalım 
qruplaşmalar  onların  əl  işidir.  Belə  qruplar  yaradıb  İslam 
ümmətinin  canına  saldılar.  Üstəlik  bunu  dini  savaş  kimi 
təqdim  etdilər.  Nəzərinizə  çatdırıram  ki,  bu  gün  İraq, 
Suriya  və  başqa  nöqtələrdə  dini  qarşıdurma  adı  verilən 
qarşıdurmaların  heç  biri  dini  deyil,  siyasidir.  Yəməndə 
müharibə  dini  yox,  siyasi  müharibədir.  İftiradır  ki,  bu 


 
30 
ölkədə şiə-sünni müharibəsi gedir. Səudiyyə Ərəbistanının 
mərmiləri  altında  Yəməndə  həlak olan qadın  və  uşaqların 
bir  çoxu  şafei  məzhəbindəndir.  Bəziləri  də  zeydidirlər. 
Söhbət 
şiə  və  sünni  qarşıdurması  deyil,  siyasi 
qarşıdurmadır.  
Bu  gün  regionda  ixtilaf  üzərində  gərgin  vəziyyət 
yaradırlar.  Bu  ixtilafları  aradan  qaldırmağa  çalışmaq 
lazımdır.  Açıq  və  ümumi  şəkildə  bildiririk  ki,  biz 
məntəqənin  bütün  müsəlman  dövlətlərinə  dostluq  üçün  əl 
uzadırıq.  Müsəlman  dövlətlərlə  heç  bir  problemimiz 
yoxdur.  Əksər  qonşularla  dost-qardaş  münasibətindəyik. 
Şimalda,  cənubda,  qərbdə,  şərqdə  olan  ölkələrlə  normal 
münasibətlərimiz  var.  Əlbəttə  ki,  müəyyən  ixtilaflar  da 
mövcuddur.  Bəziləri  inadkarlıq  edir.  Bizim  tərəfimizdən 
dostluq  əli  uzadılıb.  Xüsusi  ilə  millətlərlə  dostluq 
münasibəti qurmaq əzmindəyik. Ölkəmizin bütün xalqlarla 
münasibəti  dostluq  münasibətidir.  Təbii  ki,  etiqadımızın 
əsasları var. Etiqad əsasları qorunmalıdır. İmam Xomeyni 
(r)  prinsiplərə  bağlılıq  gücü  ilə  inqilabı  qələbəyə  çatdırdı. 
Bu  prinsiplərdən  biri  Fəth  surəsinin  29-cu  ayəsində 
buyurulan  prinsipdir:  “Kafirlərə  qarşı  sərt,  öz  aralarında 
mehribandırlar!” 
Bizim 
düşmənlə, 
imperializmlə 
dostluğumuz 
ola 
bilməz. 
Əksinə, 
müsəlman 
qardaşlarımızla  düşmənçilik  və  ədavətdən  uzağıq. 
Məqsədimiz dostluq və qardaşlıqdır. Çünki kafirlərlə sərt, 
öz aralarında mehriban olmaq prinsipinə etiqadlıyıq.  
Bu  böyük  imamın  bizə  dərsidir.  İslam  Respublikasının 
aydın  izlədiyi  xətt  də  budur.  Biz  məzlumun 
dəstəklənməsində  onun  hansı  dində  olmasına  baxmırıq. 
İmamın xətti bu idi. İmam Livanda şiə müqavimətinə necə 
münasibət  göstərirdisə,  Fələstində  sünni  müqavimətinə 
eyni  münasibəti  nümayiş  etdirirdi.  Arada  heç  bir  fərq 


 
31 
qoyulmurdu. 
Biz 
Livandakı 
qardaşlarımızı 
necə 
dəstəkləyiriksə,  Qəzzədəki  qardaşlarımıza  da  eləcə  dəstək 
veririk.  Livandakılar  şiədir,  Fələstindəkilər  sünnidir. 
Amma  biz  fərq  qoymuruq.  Biz  İslam  kimliyinin, 
məzlumların,  Fələstinin  müdafiəsinə  qalxmışıq.  Bu  gün 
regiondakı  məsələlər  arasında  Fələstin  məsələsi  prioritet 
təşkil  edir.  Bu  əsas  mövzudur.  Düşmənçilikdə  də  beləcə 
fərq  qoymuruq.  Dünya  imperializminin  əlaltısı  olan  şah 
Məhəmməd  Rza  Pəhləvi  şiə  idi.  Amma  İmam  onunla  da 
sünni  Səddam  Hüseynlə  necə  mübarizə  aparırdısa  eləcə 
mübarizə  aparırdı.  Əslində  nə  Məhəmməd  Rza  şiə  idi,  nə 
də  Səddam  sünni  idi.  Hər  ikisi  dinə  biganə  idi,  zahirdə 
özlərini şiə və sünni kimi göstərirdilər. İmam onların ikisi 
ilə  də  eyni  şəkildə  mübarizə  aparırdı.  Çünki  bizim 
prinsipimiz İslamdır. Əmirəlmöminin (ə) buyurduğu kimi, 
zalımla  düşmən,  məzlumla  dost  ol.
1
  Bu  İslamın 
göstərişidir,  bu  bizim  yolumuzdur,  bu  bizim  xəttimizdir. 
İslam dünyasında ixtilafları gücləndirmək qadağandır. Biz 
bəzi şiə qrupların ixtilafı gücləndirməsinə müxalifik. Açıq 
şəkildə  bildirmişik  ki,  sünnə  əhlinin  müqəddəsliklərini 
təhqir etmək  olmaz. Bir qrup şiələr tərəfindən,  digər qrup 
sünnilər  tərəfindən  məzhəb  ixtilafı  yaradır,  ixtilafı 
qızışdırır.  Çoxlarının  da  niyyəti  dinə  xidmətdir.  Amma 
bəsirətləri  yoxdur.  Bəsirət  lazımdır  ki,  düşmənin  planını 
görəsən. Düşmənin birinci planı ixtilaf yaratmaqdır.  
İkinci plan nüfuz etməkdir. On illər təsiri davam edəcək 
bir nüfuz ardıncadırlar. İslam ölkələrinə, region ölkələrinə 
nüfuz  etməyə  çalışırlar.  Amerikanın  bir  zamankı 
iqtidarından  əsər-əlamət  qalmayıb.  Onlar  keçmiş 
iqtidarlqrını  qaytarmaq  istəyir.  Bizim  ölkədə  də  belə  bir 
                                                           
1
 Nəhcül-bəlağə, namə 47 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə