DüŞMƏn nüfuzu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50176
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

 
26 
sözlərini təkrarlayanlar var. Bu da bəs etməsin, ölkəmizin 
müqəddəsliklərini  hədəfə  alsınlar!  Yenə  də  bəs  deməyib, 
eynən 
düşmənin  yolunu  gedərək  xalqın  imanını 
süstləşdirmək  istəsinlər!  Çalışsınlar ki,  gənclərin  qəlbində 
özünəinam  hissini  aradan  qaldırsınlar.  Nizamın  səddinə 
xəncər  çəksinlər,  araya  təfriqə  salsınlar!  Sonradan  dövlət 
qanun 
əsasında 
onları 
cinayətkar 
sayır. 
İslam 
Respublikasında  cinayətkarlıq  böyük  bir  ləkədir.  Yalnız 
tövbə  edənlər  qurtula  bilər:  öz  pozuculuğunun  yerini 
doldursun,  səhvlərini  islah  etsin.
1
  Yaratdığı  şübhələri 
aradan qaldırsın, pozucu rəftarlarını islah etsin. Bu zaman 
Allah  onu  bağışlayar,  xətalarını  yaxşılığa  çevirər.  Amma 
tövbə  etməsə  cinayətkardır.  Bu  zaman  kiminsə  həmin 
cinayətkarın  himayəsinə,  müdafiəsinə  qalxması  ən  çirkin 
işlərdəndir.
2
 
Düşmə
n nüfuz etm
ə
k ist
ə
yir! 
Nüvə  məsələsi  ilə  bağlı  bir  nöqtə  məni  narahat 
etməkdədir. 
Biz 
İslam 
Respublikasının 
aşkar 
düşmənlərinin  məqsədlərinə  diqqətli  olmalıyıq.  Şübhə 
yoxdur  ki,    inqilabın  əvvəlindən  bu  günə  qədər  onların 
düşmənçiliyi  azalmayıb.  Bəzi  sahələrdə  düşmənçilikləri 
cilovlansa da, bu o mənaya gəlmir ki,  düşmənçilik azalıb. 
Etiqadımız  budur  ki,  qəsbkar  sionist  rejimin  və  Amerika 
Birləşmiş  Ştatlarının  İran  İslam  Respublikası  ilə 
düşmənçiliyi bu  günə qədər azalmayıb. Hər birinin də öz 
dəlili  var.  Sionist  rejim  bir  əsasla,  Amerika  başqa  bir 
əsasla  düşmənçilik  edir.  İnqilabın  əvvəlindən  tutduqları 
                                                           
1
 bax: Bərəqə surəsi, ayə 160 
2
 İslam keşikçiləri, müharibə əlilləri, tələbə və məktəblilərlə görüş, 
2001
 


 
27 
yolu gedirlər. Amma şərait dəyişib. Düşmənçilik formaları 
əvəz olub, bir qədər də inkişaf edib. Keçmişdə bir formada 
zərbə  vururdular,  bu  gün  başqa  vasitələrlə  düşmənçilik 
edirlər.  Bunu  nəzərdən  qaçırmamalıyıq.  Bu  məsələ  təkcə 
Xarici 
İşlər  Nazirliyinin  vəzifəsi  deyil.  İqtisadi 
qurumlarımız, 
mədəniyyət 
mərkəzlərimiz 
diqqətli 
olmalıdırlar  ki,  biz  düşmən  layihələrinə  hədəfik.  Siyasət, 
iqtisadiyyat,  ticarət,  mədəniyyət  sahəsində  çıxardığımız 
qərarlar  düşmənin  layihələrinə  yardımçı  olmamalıdır. 
Onların 
məqsədlərini 
sözlərindən, 
yazılarından, 
bəyanatlarından  başa  düşmək  olur.  Onların  düşmənçiliyi 
əfsanə  yox,  həqiqətdir.  Gözümüzün  qarşısındadır. 
Bəyanatları  fərqli  ola  bilər,  mahiyyət  isə  eynidir.  Sual 
yaranır ki, düşmən qarşısında nə etməliyik? Bu ayrıca bir 
mövzudur. Hələ ki, mövzumuz bu düşmənçiliyə diqqətdir. 
Əgər  biz  unutmasaq  ki,  qarşımızdakı  səngərdən  silahlar 
bizə  tuşlanıb,  bu  şəraitə  uyğun  hərəkət  edəcəyik.  Şəraitə 
uyğun  olaraq  ya  səngərdə  sakit  qalırıq,  ya  atəş  açırıq,  ya 
səngərdən çıxırıq. Bu sonrakı söhbətdir. Əsas məsələ odur 
ki,  belə  bir  cəbhə  ilə  üzbəüz  dayandığımızı  unutmayaq. 
Sözlərim  təkcə  dövlət  məsullarına  aid  deyil.  Bütün  xalq, 
xüsusi  ilə  inqilaba  şövqlə  xidmət  edənlər  diqqətli 
olmalıdır.  Şübhəsiz  ki,  dövlət  məsullarının  vəzifəsi  daha 
ağırdır.  
Təcili  görüləsi  iş  budur  ki,  qətiyyətlə  inqilabi  mövqe 
tutmalıyıq. 
Utanıb-çəkinmək 
olmaz. 
İnqilabi 
mövqeyimizi,  İmam  Xomeyninin  (r)  prinsiplərini  xəcalət 
çəkmədən  bəyan  etməliyik.  Qorxmaq  lazım  deyil.  Fəth 
surəsinin  7-ci  ayəsində  buyurulur  ki,  göylərin  və  yerin 
orduları  Allaha  məxsusdur,  Allah  məğlub  edilməzdir  və 
hikmət sahibidir.  


 
28 
Ayıq  olaq.  Onlar  nüfuz  etmək  fikrindədir.  Bu  nüfuz 
müxtəlif  istiqamətlərdə  ola  bilər.  Ehtiyatlı  olun.  Bir  də 
ayılarıq  ki,  məsələn  xarici  bir  təşkilat  mədəniyyətimizin 
bir  hissəsini,  tutaq  ki,  uşaq  bağçalarını  himayəyə  götürüb 
bu  sahəyə  nəzarət  edir.  Bu  prosesi  yaxından  müşahidə 
etdikdə təhlükənin miqyasını anlayırsan. Başa düşürsən ki, 
söhbət  ciddi  təxribatdan  gedir.  Müxtəlif  sahələrdə, 
iqtisadiyyatda,  mədəniyyətdə,  siyasətdə  bu  proseslər  baş 
verə  bilər.  Bütün  qurumların  xariclə  rabitələrinə  diqqət 
yetirilməlidir.
1
  
Bəziləri  sanki  düşməndən  utanır.  Düşməni  yox,  xalqı 
nəzərə almaq lazımdır. Düşməndən yox, xalqdan qorxmaq 
lazımdır. Düşmən düşməndir, ona nə qədər güzəştə getsən, 
nə  qədər  geri  çəkilsən  irəli  gələcək.  Əgər  düşmən 
qarşısında  səddimiz  möhkəm  olmasa,  o  nüfuz  edəcək. 
Düşmən bu istiqamətdə çalışır. Bütün ölkə ərazisində xalq 
bu nöqtəyə diqqətli olsun.
2
  
Düşmə
nin m
ə
nt
ə
q
ə
d
ə
ki 
ə
sas 
planlarından
 
biri nüfuz etm
ə
kdir 
Düşmənin məntəqədəki planı iki əsas üzərində qurulub. 
Müxtəlif  istiqamətlər  olsa  da,  bu  iki  istiqamət  əsasdır. 
Bunlardan biri ixtilaf yaratmaq, digəri nüfuz etməkdir.  
Əvvəlcə  dövlətlər,  sonra  millət  arasında  ixtilaf 
yaratmaq  fikrindədirlər.  Dövlət  arasında  ixtilafdan  da 
təhlükəlisi  millətlər  arasında  ixtilaf  yaradılmasıdır. 
Millətləri  bir-birinə  münasibətdə  bədbin  etmək,  milli 
ədavət  yaratmaq  istəyirlər.  Bir  gün  paniranizm, 
panərəbizm,  bəzən  pantürkizm  kimi  ixtilaflı  söhbətlər 
                                                           
1
 Prezident və nazirlərlə görüş, 2016 
2
 Cəmiyyətin müxtəlif zümrələri ilə görüş, 2008 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə