Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə138/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   134   135   136   137   138   139   140   141   ...   154

416 

 

Heydelberq, Berlin, Kopenhagen... 



Sağ ol, kifayətdi. 

- Amma yüzillərin içindən belə uça-uça keçməyi mənim kimi ironik 

qaz da bacara bilməz. İsveç üzərində uçmaq bundan asandı... 

Bunları deyəndən sonra qaz qanadlarını çırpıb havaya qalxdı. 

Sofi  yorulmuşdu,  amma  çəpərdən  sivişib  bağa  keçəndən  sonra 

düşündü ki, Alberto onun işindən razı qalmış olmalıdır. Mayor son bir 

saatda Albertoya baş qoşmağa vaxt tapa bilməzdi. Yoxsa şəxsiyyətin 

ikiləşməsinə məruz qalardı. 

Sofi anası  gəlməzdən bir az  əvvəl  evə  girə  bilmiş, beləcə  anasına 

özünü uca bir ağacın başından bir ev qazının 

endirdiyini danışmalı olmamışdı. 

Axşam  yeməyindən  sonra  bağı  şənlik  günü  üçün  hazırlamağa 

başladılar. Damdan dörd metrlik masanı götürüb bağa endirdilər. Sonra 

yenidən yuxarı çıxıb masanın ayaqlarını da aşağı saldılar. 

Masanı meyvə ağaclarının altına qoyub bəzəyəcəkdilər. 

Bu  uzun  masadan  axırıncı  dəfə  anasıyla  atasının  onuncu  evlilik 

ildönümündəki  şənlikdə  istifadə  etmişdilər.  Sofinin  onda  hələ  səkkiz 

yaşı vardı, amma bütün qohumları və ailə dostlarının bu masanın başına 

toplaşdığı yaxşı yadında idi. 

Hava  proqnozu  havanın  yaxşı  olacağını  müjdələyirdi.  Sofinin  ad 

günündən  bir  gün  əvvəlki  fırtınadan  bu  yana  bir  damcı  da  yağış 

yağmamışdı. Amma yenə də  masanı qurmaq və bəzəmək işini şənbə 

gününə  saxladılar.  Elə  də  olsa,  anası  masanı  bağa  bu  gündən 

yerləşdirməyin yaxşı olacağını düşünmüşdü. 

Axşam iki cür çörək bişirdilər. Yeməyə isə toyuq və salat olacaqdı. 

Sofi sinif yoldaşlarının özlərilə pivə gətirəcəklərindən 

narahat idi. Narahatlıq yaranmasını, şənliyin pozulmasını heç istəmirdi. 

Sofi  yatmağa  hazırlaşanda  anası  Albertonun  şənliyə  gəlib- 

gəlməyəcəyini bir də dəqiqləşdirdi. 

- Əlbəttə  ki,  gələcək.  Hətta  bir  fəlsəfi  nömrə  göstərməyə  də  söz 

verdi. 


Fəlsəfi nömrə? Nə nömrədi bu belə? 

downloaded from KitabYurdu.org



417 

 

- Bilmirəm... O, sehrbaz olsaydı, fokus göstərərdi, yox? Məsələn, bir 



silindr şlyapadan ağ dovşan çıxarardı... 

Yenə başladıq? 



- Amma  o,  sehrbaz  yox,  filosof  olduğuna  görə,  fəlsəfi  nömrə 

göstərəcək. Əvvəl-axır bu şənlik fəlsəfi şənlik deyil? 

Sən də nəsə bir şey etmək istəyirsən? 

Hə. 



Çıxış edəcəksən? 

Hələlik demək istəmirəm. Gecən xeyrə qalsın, Sofi! 



Ertəsi gün Sofi sağolaşmağa gələn anasının səsinə 

oyandı. Anası ona şəhərə gedib almalı olduğu şeylərin siyahısını verdi. 

Anası evdən çıxan kimi telefon çaldı. Zəng 

edən Alberto idi. Anasının evdə olmadığı anları tutmaqda mahir idi. 

Gizli planın necə gedir? 



- Suss!  Heç  nə  demə.  Onun  bu  haqda  düşünməsinə  də  imkan 

verməməliyik. 

Məncə, dünən onun fikrini yaxşıca yayındıra bildim. 



Çox yaxşı. 

Fəlsəfə kursumuz qurtardı? 

Mən  də  elə  buna  görə  zəng  etmişəm.  Bu  andan  başlayaraq,  özün-

özünü istiqamətləndirməli olacaqsan. Əsas təməlini qoymaq idi. Amma 

hər halda öz dövrümüz haqqında qısaca danışmaq üçün görüşməliyik. 

Axı mən şəhərə getməliyəm... 

Əla. Dedim axı, dövrümüzdən danışacağıq. 

Aha? 


Ona görə də yaxşı olar ki, şəhərdə görüşək. 

Sənin evinə gəlməliyəm? 

Yox,  yox.  Evi  alt-üst  etmişəım.  Gizli  dinləmə  cihazı  olub- 

olmadığını bilmək üçün evi axtarırdım. 

Belə de. 

Baş Meydanda yeni açılmış “Cafe Pierre” adlı kafeni tanıyırsan? 

Tanıyıram. Orada nə vaxt olmalıyam? 



12-də görüşə bilərik. 

downloaded from KitabYurdu.org



418 

 



Olar. Hələlik! 

Hələlik! 



Saat on ikidən bir-iki dəqiqə keçmiş Sofi “Cafe Pierrelnə daxil oldu. 

Bu,  kiçik  dəyirmi  masaları,  qara  stulları,  başıaşağı  vermut  şüşələri, 

uzun  fransız  çörəkləri,  sendviçlərilə  son  vaxtların  dəbdə  olan 

kafelərindən idi. 

Çox  da  böyük  olmayan  bu  kafedə  Sofinin  gözünə  çarpan  ilk  şey 

Albertonun orada olmadığı idi. Kafedə xeyli adam oturmuşdusa da ona 

bircə şey aydın idi - bunlardan heç biri Alberto deyildi. 

Kafelərə təkbaşına girməyə öyrəşməmişdi. Bəlkə çıxıb bir az gəzib 

qayıtsın? 

Amma  çıxmadı,  limonlu  çay  istədi,  çayını  alıb  boş  masalardan 

birinin arxasına keçdi və kafenin qapısına baxmağa başladı. İnsanlar 

girib-çıxır, Sofi isə yalnız bu adamlrdan heç birinin Alberto olmadığını 

qavrayırdı. Kaş ki, əlində bir qəzet olaydı. 

Diqqətlə  ətrafına  baxırdı.  Başqalarının  da  ona  baxdığı  olurdu.  Bir 

anlıq özünü gənc xanım kimi hiss etdi. On beş  yaşı  vardı, amma on 

yeddi,  ən  azı  on  altı  yarım  kimi  görünürdü.  Kafedəki  bu  insanlar  öz 

həyatları, varlıqları haqda görəsən, nə düşünürlər? Hamısı sanki bura 

elə-belə  gəlib  oturmuşdular.  Danışıb  əl-qollarını  hərəkət  etdirirdilər, 

amma sanki çox da vacib bir şeydən danışmırdılar. 

Sofinin  yadına  kütlələrin  əsas  xüsusiyyətinin  gəvəzəlik  olduğunu 

deyən Kreykeqor düşdü. Bu insanların hamısı estetik mərhələdədirlər?! 

Yoxsa həyatlarında daha əhəmiyyətli şeylər də var?! 

Göndərdiyi  ilk  məktublarının  birində  Alberto  uşaqlarla  filosoflar 

arasında oxşarlıq olduğundan bəhs etmişdi. Sofi bir daha böyüməkdən 

qorxduğunu düşündü. Axı onda kainatın 

silindr  şlyapasından  çıxarılan  ağ  dovşanın  tüklərinin  dibinə  ilişib 

qalar!.. 

Bunları düşünərkən həm də fikri qapıda idi. Nəhayət, Alberto içəri 

girdi. Hava isti olsa da, başına qara beretini qoymuşdu. Əynində boz 

bir jaket vardı. Sofini dərhal görüb ona tərəf addımlamağa başladı. Sofi 

onunla  belə,  camaatın  içində  görüşməyin  yeni  bir  duyğu  olduğunu 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə