Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   2   3   4   5   6   7   8   9   ...   52

15
tolerantlıq sahəsində Azərbaycanın başqa ölkələr üçün nü-
munə olması, elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən 
bu  konfranslarda  dini  tolerantlıqla  bağlı  yeni  müddəaların 
hazırlanıb təşviq edilməsi olmuşdur. Son illərdə respublika-
da keçirilən konfranslar, əsasən, aşağıdakı mövzuları əhatə 
etmişdir:
1.  «İslam sivilizasiyası Qafqazda»  mövzusunda  bey-
nəlxalq elmi-praktik konfrans (10 dekabr 1998).
2.  Azərbaycanda  fəaliyyət  göstərən  dini  icma  başçıları 
ilə ulu öndər H.Əliyevin geniş miqyaslı görüşü keçirilmişdir 
(16 noyabr 1999).
3.  «Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: 
terrorizm və ekstremizmə qarşı mübarizə yollarının 
araşdırılması» mövzusunda beynəlxalq elmi-praktik konf-
rans (10-11 oktyabr 2002).
4.  «Din və demokratiya: nəzəriyyə və təcrübə» möv-
zusunda beynəlxalq elmi-praktik konfrans (21 iyun 2004).
5.  «H.Əliyev və Azərbaycanda din siyasəti: gerçəklik-
lər və perspektivlər» mövzusunda beynəlxalq elmi-praktik 
konfrans (3-4 aprel 2007).
6.  «Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında 
KİV-lərin  rolu»  mövzusunda  elmi-praktik  konfrans  (26-28 
aprel 2007).
7.  «Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə 
əməkdaşlığa doğru» mövzusunda beynəlxalq elmi-praktik 
konfrans (6 noyabr 2009).
8.  «Sivilizasiyaların dialoqu: siyasi partiyaların 
rolu» mövzusunda beynəlxalq elmi-praktik konfrans (27-28 
sentyabr 2007).
9.  «Mədəniyyətlərarası dialoq – Avropa və onun 
qonşu regionlarında davamlı inkişafın və sülhün əsası-
dır» mövzusunda beynəlxalq elmi-praktik konfrans (2-3 de-
kabr 2008).


16
10.   «İslam mədəniyyəti və müasir dünyada dialoq» 
möv zusunda  beynəlxalq  elmi-praktik  konfrans  (30  aprel 
2009).
11. QMİ-nin  təşəbbüsü  ilə  Moskva  şəhərində  «MDB 
müsəlmanları millətlərarası  həmrəylik uğrunda»  adlı 
beynəlxalq konfrans (18 iyun 2009). 
12. Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010).
13. «Azərbaycan: Sivilizasiyalararası dialoqun keç-
mişi və bu günü» mövzusunda  beynəlxalq  elmi-praktik 
konfrans (19 aprel 2006).
14. «Mədəniyyətlərarası dialoqda qadınların rolu-
nun genişləndirilməsi»  mövzusunda  beynəlxalq  Forum 
(10 iyun 2008).
15. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 
(7-9 aprel 2011).
16. «İslamda mədəniyyət və gözəllik amili» mövzu-
sunda beynəlxalq elmi-praktik konfrans (9-10 noyabr 2009).
17. «Dəyişən dünyada tolerantlığın gücləndirilməsi» 
möv zusunda I Beynəlxalq Bakı Forumu (19-21 dekab 2012).
Yuxarıda  qeyd  olunan  sonuncu  forum  19-21  dekabr 
2012-ci  ildə  Azərbaycan  Respublikası  Dini  Qurumlarla  İş 
üzrə Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq uğrunda İs-
lam  Konfransı  Gənclər  Forumunun  birgə  təşkilatçılığı  ilə 
təşkil edilmişdir. Bu forumda iştirak edən Misirin tanınmış 
“Əl-Əhram  Əl-Arabi”  adlı  həftəlik  jurnalının  baş  redaktor 
müavini Süzi Əl-Qineydi Bakıdan Misirə qayıtdıqdan sonra 
Azərbaycanda mövcud olan dini tolerantlıq vəziyyətini işıq-
landırmaq üçün çalışdığı jurnalda “Bakı tolerantlıq və günəş 
şəhəridir” adlı məqalə çap etdirmişdir. Süzi Əl-Qineydi Ba-
kıda olduğu müddətdə Azərbaycanda mövcud olan dini du-
rumla şəxsən tanış olmuş, xalqımızın tarixi, mədəniyyəti və 
iqtisadi inkişafı ilə maraqlanmış, eyni zamanda torpaqları-
mızın Ermənistan tərə indən işğal olunduğunu önə çəkmiş, 


17
lakin bütün bunlara rəğmən, hazırkı şəraitdə Azərbaycanın 
dini tolerantlığa örnək olan bir ölkə olduğunu çalışdığı jur-
nalda aşağıdakı kimi qeyd etmişdir: “Azərbaycan kimi ölkə-
dən  yaxşı  örnək  götürə  bilərik.  Azərbaycan  xalqı  1990-cı 
illərdə  daxili  parçalanmalarla  dolu  ağır  mərhələni  uğurla 
qət etməyə müvəffəq olmuşdur. Eyni zamanda, həmin mər-
hələdə Azərbaycanın 20% torpaqları Ermənistan tərə indən 
işğal olunmuşdur. Ermənistanın separatçı rejimi Dağlıq Qa-
rabağ regionunun müstəqilliyini elan etmişdir. Buna baxma-
yaraq, bu müstəqillik heç bir dövlət tərə indən tanınmamış 
və həmin region beynəlxalq hüquqa görə Azərbaycanın ay-
rılmaz hissəsi hesab olunur. Bu regionun erməni silahlı qü-
vvələri tərə indən işğalı hələ də davam edir. Bütün bunlara 
rəğmən, Azərbaycan dini və irqi tolerantlığın nümunəsi ol-
mağı bacarmışdır.”(2)
Qeyd edək ki, din və mədəniyyətlə bağlı yuxarıda göstə-
rilən  möhtəşəm  beynəlxalq  konfransların  respublikamızda 
keçirilməsi bir tərəfdən beynəlxalq aləmdə ölkəmizin siya-
si nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən də Azər-
baycanın beynəlxalq aləmdə dinlərarası, mədəniyyətlərarası 
dialoqun səmərəli inkişafına töhvə verən bir ölkə olduğunu 
dünyaya tanıdır. 


18
I FƏSİL. 
QAFQAZDA İSLAM SİVİLİZASİYASI VƏ AZƏRBAYCAN
1.1.İslam dininin Azərbaycanda yayılması
Azərbaycanda islam dini ilə yanaşı xristian dini 
də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşa-
yır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, in-
sanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğun-
dan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə
dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlə-
rin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dö-
zümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən  ədavət
münaqişə, müharibə yolverilməzdir. 
Heydər Əliyev
Şərqlə-Qərbin  qovşağında  yerləşən  Azərbaycan  İslam 
dünyasının bir parçası olaraq Qaqazda ən böyük müsəlman 
respublikası  sayılır.  Digər  Qafqaz  xalqları  kimi  Azərbaycan 
xalqı da tarixən həmişə öz milli-mənəvi və dini dəyərlərinə 
sadiq olmuş, öz adət-ənənələrinə ehtiramla yanaşmışdır.
Son  illərdə  islam  dini,  islam  sivilizasiyası  haqqında  ye-
ni-yeni  tədqiqat  əsərlərinin  sayı  çoxalmış,  bu  sahədə  ke-
çirilən  beynəlxalq  konfrans  və  simpoziumların  coğra iya-
sı  genişlənmişdir.  Xüsusən,  islam  mədəniyyətinə  diqqətin 
artması ABŞ-da baş verən 2001-ci il sentyabr hadisəsindən 
sonra daha da mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. 
Araşdırmalar göstərir ki, son illərdə, xüsusən, islamın tarixi 
mahiyyəti, dünya mədəniyyət tarixində islamın oynadığı rol, 
onun bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq miq-
yasda keçirilən elmi konfransların və simpoziumların müza-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə