Dini qruplar və onun növləri plan: Dini qruplar nədir? Onların növləri və xüsusiyyətləri



Yüklə 64,23 Kb.
səhifə6/7
tarix22.12.2023
ölçüsü64,23 Kb.
#154259
1   2   3   4   5   6   7
Dini qruplar və onun növləri

İslam dini – dünyada ən mükəmməl və gənc din hesab olunur. VII əsrdə Ərəbistanda əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulmuşdur. Müqəddəs kitabı “Qurani –Kərimdir”. Dünyada ən sürətlə insanlar arasında yayılmış bir din olaraq, 2 milyarda yaxın insan islam dininə sitayiş edir. İslam dininin müasir dövrdə dünyada baş verən sosial-siyasi proseslərə təsirindən ətraflı bəhs olunmalıdır.1
İslam dininin cəmiyyətin inkişafına şəxsiyyətin formalaşmasına təsir göstərən amilləri aşkarlanmalı, bərabərlik, sosial ədalət, azadlıq, maarifləndirici, əməksevərlik, düzlük təmizlik, sülh, əmin – amanlıq, xeyirxahlıq kimi ictimai funksiyaları izah olunmalıdır.
Müasir dünyada digər dini cərəyanlar və təriqətlərdən olan iudaizm, induizm, sintoizm, konfutçilik və s. şərhinə yer ayrılmalıdır.

Nəticə
Dini qrupların müxtəlif növlərinin və xüsusiyyətlərinin təhlili din sosiologiyasında əhəmiyyətli bir mövzudur. Burda da gördüyümüz kimi, dinin daxilində özünəməxsus inanc və mərasimləri olan kiçik qrupların yaranması təbii bir haldır. Dini qruplar sosial qrupların bir növüdür və əsasən iki qisimdə təhlil edilir. Bunlar təbii dini qruplar, digəri isə sırf dini qruplardır. Təbii dini qruplar içərisində ailə, qəbilə, şəhər və kənd cəmiyyətlərinin din ilə münasibətlərini tədqiq edərək belə bir nəticəyə gəldik ki, bunlar dini səbəblərdən yaranmasalar da, din ilə daimi qarşılıqlı münasibətdədirlər.
Sırf dini qrupları isə, din olmadan düşünmək mümkün deyildir. Zühd hərəkatları, dini qardaşlıq təşkilatları, təriqət və məzhəblər, və s. sadəcə dini səbəblərdən ötrü yaradılmış dini qruplardır. Nəticə olaraq, məzhəblər xaricində digər sırf dini qrupların əsas məqsədlərini, ümumi dini birlikdən ayrılmaq istəmədən, “dini doğru və daha dərindən yaşaya bilmək” şəklində müəyyənləşdirə bilərik. Qeyd olunmalıdır ki, dinin sosiologiyası həmçinin cəmiyyətə təsir göstərmiş əsas müasir dinləri öyrənir. Bunlar buddizm, xristianlıq və islamdır.
Buddizm b.e. əvvəl VI əsrdə Hindistanda meydana gəlmişdir. Müqəddəs kitabı “Kanon” (Qanun) hesab olunur. Bu təlimə görə bütün maddi varlıq daim sükunət halında misfik varlığın təzahürüdür.
Xristianlıq eramızın I əsrində Yaxın Şərqdə yaranmışdır. İsa Məsihin doğum günü ilə xristianlıq cərəyanının yaranması və “Bibliya” (İncil) müqəddəs kitabı adlanması diqqətə gətirilir.
İslam dini – dünyada ən mükəmməl və gənc din hesab olunur. VII əsrdə Ərəbistanda əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulmuşdur. Müqəddəs kitabı “Qurani –Kərimdir”. Dünyada ən sürətlə insanlar arasında yayılmış bir din olaraq, 2 milyarda yaxın insan islam dininə sitayiş edir. İslam dininin müasir dövrdə dünyada baş verən sosial-siyasi proseslərə təsirindən ətraflı bəhs olunmalıdır.


Yüklə 64,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə