Dini qruplar və onun növləri plan: Dini qruplar nədir? Onların növləri və xüsusiyyətləri



Yüklə 64,23 Kb.
səhifə2/7
tarix22.12.2023
ölçüsü64,23 Kb.
#154259
1   2   3   4   5   6   7
Dini qruplar və onun növləri

1 . Dini qruplar nədir?
Bəşəriyyət tarixinin bütün dövrlərində insanlar qruplar və birliklər halında yaşayıblar. Heç bir insan yalnız və cəmiyyətdən təcrid edilmiş şəkildə həyatını davam etdirə bilməz. Çünki, insan sosial bir varlıqdır. Ayrı-ayrı fərdlər, sosial qrupları əmələ gətirir. Sosial qruplar isə öz növbəsində daha geniş insan birliklərini və ən sonunda bütöv cəmiyyətləri meydana gətirirlər.
Cəmiyyət hər biri özünəməxsus rolları və funksiyaları gerçəkləşdirən alt qruplardan təşkil olunmuşdur. Bu alt qruplara ailələri, qəbilələri, iqtisadi birlikləri və ya siyasi partiyaları, həmkarlar ittifaqlarını, müxtəlif ortaq hədəflər zəminində birləşmiş qeyri-hökümət təşkilatlarını və s. misal göstərmək olar. Deməli sosial qrup, birinci növbədə bir çox insanın toplaşması ilə mümkün hala gəlir.
Bütün dinlərdə müəyyən inanc əsasları vardır. İnanc əsasları olmayan bir din təsəvvür etmək mümkün deyildir. İstər primitiv qəbilə dinləri, istərsə də beynəlmiləl dinlər (İslam, Xristianlıq, Buddizm və başqa dünya dinləri) olsun, hər birinin müəyyən inanc əsasları üzərində qurulduğunu görürük.1 Bu inanc əsaslan da birinci növbədə müqəddəs varlığa olan inancdan ibarətdir. Qəbilə dinlərində inanclar sadə və müəyyən miflərdən ibarət ola bilər. Amma beynəlmiləl dinlərdə -İslamda və ya Xristianlıqda olduğu kimi - çox mürəkkəb teoloji sistemlər inkişaf etdirilmişdir. Qısaca deyə bilərik ki, dinlər fövqəl-bəşər qüvvəyə inanmaqla başlayır, ona tabe olmaq və boyun əyməklə kamilliyə çatır.2
Məşhur antropoloq Rudolf Otto (1869-1937) dini, “müqəddəs olanın təcrübə edilməsi” şəklində tərif etmişdir. Müqəddəs olaraq bilinən 1müqəddəs qəbul edilən şey, hər şeydən öncə sadəcə dini sahədə təzahür edən xüsusi bir qiymətləndirmədir və insanda xof və dəhşət oyandıran bir hissdir (misterium tremendwri). Ona görə, din insanın müqəddəs olanla qarşılıqlı əlaqəsindən ibarətdir.3
Dinin inanc və ibadət aspektlərindən başqa bir istiqamətini də, onun ictimai funksiyaları təşkil edir. Çünki dinlər insanları dini qruplar və birliklərdə birləşdirmə potensialına sahibdir. Buna görə də, din sosiologiyasının banilərindən hesab olunan fransız sosioloq Emile Dürkheym dini “müqəddəs şeylərlə əlaqəli inanc və ayinlərdən ibarət olan və ona inananları mənəvi bir birlik və ya dini camaat əhatəsində birləşdirən və həmrəylik yaradan sistem ” kimi müəyyənləşdirmişdir.4
Dini qruplar, sosial qrupların bir növüdür. Burada insanlar dini məqsədlərə görə birlik yaradırlar. Dini qruplar yuxarıda bəhs edilən sosial qrupların bütün xüsusiyyətlərini daşıyırlar. Sosioloqlar dini qrup tiplərini iki qismə ayırırlar. Bunlar təbii dini qruplar və sırf dini qruplardır. Təbii dini qruplara evlilik, qohumluq, qonşuluq və s. təbii əlaqələrlə bir-birinə bağlı olan və eyni zamanda dini yönləri də mövcud olan ailə, klan, qəbilə, kənd və şəhər kimi ictimai birliklər daxil edilir. Üzvləri birbirinə bağlayan əlaqələrin sadəcə din olduğu birliklərə isə sırf dini qruplar deyilir.
2


Yüklə 64,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə