Dini qruplar və onun növləri plan: Dini qruplar nədir? Onların növləri və xüsusiyyətləri


Onların növləri və xüsusiyyətləri



Yüklə 64,23 Kb.
səhifə3/7
tarix22.12.2023
ölçüsü64,23 Kb.
#154259
1   2   3   4   5   6   7
Dini qruplar və onun növləri

2 . Onların növləri və xüsusiyyətləri
Dini qruplar sosial qrupların bir növüdür. Burada insanlar dini məqsədlərə görə birlik yaradırlar. Dini qruplar yuxarıda bəhs edilən sosial qrupların bütün xüsusiyyətlərini daşıyırlar. Sosioloqlar dini qrup tiplərini iki qismə ayırırlar. Bunlar təbii dini qruplar və sırf dini qruplardır . Təbii dini qruplara evlilik, qohumluq, qonşuluq və s. təbii əlaqələrlə bir -birinə bağlı olan və eyni zamanda dini yönləri də mövcud olan ailə, klan, qəbilə, kənd və şəhər kimi ictimai birliklər daxil edilir. Üzvləri bir -birinə bağlayan əlaqələrin sadəcə din olduğu birliklərə isə sırf dini qruplar deyilir.
Ailə
Bütün cəmiyyətlərdə insanların birlikdə yaşamalarını mümkün edən bəzi institutlar vardır. Sosioloqlar bu ictimai institutları, sosial normaların sistemləri hesab edirlər. İctimai institut təşkilatlanmış bir bütün meydana gətirən düşüncələr, inanclar, adət və ənənələrdən ibarət olan sabit bir sistemdir. Bu institutlar arasında ailə, digərlərinin təməlini təşkil edən çox əhəmiyyətli bir sosial institutdur. Çünki cəmiyyətlərin ilk mərhələlərində din, idarəetmə, təhsil, iqtisadi fəaliyyətlər kimi digər ictimai müəssisələr məhz ailə içində formalaşıb inkişaf etmişdir. Daha sonra isə mədəni inkişaf prosesi davam etdikcə ailə institutundan müstəqil hala gəldilər. Beləliklə, ailə bütün cəmiyyətlərdə hər zaman mövcud olan ilk sosial qrupdur. İnsanın ən dərin psixoloji və qismən də bioloji xüsusiyyətlərinə əsaslanan ailə universal bir sosial institutdur. Bununla yanaşı, ailənin tarix boyunca və müxtəlif cəmiyyətlərdə fərqli ailə tipləri olmuşdur.
Ailənin bütün xüsusiyyətlərini əhatə edən bir tərifə görə ailə “insan növünün davam etməsini təmin edən (reproduktiv funksiya), sosiallaşma prosesinin ilk ortaya çıxdığı, qarşılıqlı əlaqələrin müəyyən qaydalara görə işlədiyi, bioloji, psixoloji, iqtisadi, ictimai və hüquqi aspektləri olan sosial bir sistemdir.” Ailə cəmiyyətin ən kiçik qrupu və ya ictimai nüvə olaraq qəbul edilir. Günümüzdə bütün antopoloqlar və sosioloqlar bəşəriyyətin başlanğıcından etibarən hər cəmiyyətdə və ya qəbilədə özünəməxsus şəkildə bir ailənin varlığından şübhə etmirlər. Yəni, uzaq keçmişdə insanların ailəsiz, sürü şəklində yaşamaları ilə əlaqəli fikirlərin əsası yoxdur. Bir zamanlar sosial fəlsəfədə böyük rol oynamış cəmiyyətdən və ailədən təcrid olunmuş insan hipotezləri artıq tamamilə tərk edilmişdir.
Klan
Ailədən daha böyük təbii dini qruplar klanlardır. Ailələr qohumluq əlaqələri sayəsində klanları, klanlar da qəbiləni meydana gətirir. Klan və qəbilənin dini mahiyyəti, ortaq əcdadlara pərəstiş etməkdə təzahür edir. Bu tipdəki dinlər qədim Almaniya, Fələstin, Orta Asiya, Ərəbistan və Şimali Amerikada mövcud olmuşdur. Sosioloji mənada klanlar, ortaq bir totemə inanan ibtidai cəmiyyətlər üçün işlədilir. Klan kəlməsi Kelt dilində oğul mənasına gəlir və bu termini dilimizə boy və ya oymaq kimi tərcümə edə bilərik.
Klan birliyi, özlərini hər hansı bir canlı, bitki və ya əşya ilə mənşə etibarilə eyni kökdən gəldiyinə inanan topluluğu ifadə edir. Klanda əqrəbalıq münasibətləri bu ortaq ata inancına əsaslanır. Klanm ortaq atası hesab edilən heyvan, bitki və ya əşyaya “totem”, bu totemdə klan üzvlərini bir-birinə bağlayan sirli gücə isə “mana” deyilir. Totemi yemək və ya toxunmaq qadağandır. Klan üzvlərinin inancına görə, “mana” adlı sirli gücü daşıyan hər şey “tabu”dur. Klanın totemi müqəddəs olduğu kimi, onu təmsil edən simvollar da müqəddəs hesab edilir.
Klan və qəbilələrdə evlilik müəssisəsi də dini motivlər cəhətindən zəngindir. Xüsusilə totemizmin hökm sürdüyü klanlarda, qrup içərisindən evlənmək qadağandır. Eyni totemə bağlı olanların bir-biri ilə evlənməsinə (endoqamiya) icazə verilmir. Klanlarda ekzoqamiya, yəni başqa klandan evlənmə qaydası vardır. Bəzi antropoloqlar, bütün cəmiyyətlərdə norma kimi qəbul edilən insest qadağasının (ailə daxili evlilik qadağası) buradan irəli gəldiyini düşünürlər. Çünki qrup xaricindən evlənmə, qrup daxilində rəqabəti azaldır və insana yeni qohum-əqrəba dəstəyini qazandırır.3
Şəhər
Müasir dövrdə din ilə əlaqəsi olmayan heç bir cəmiyyət tipi yoxdur. Bu, şəhər cəmiyyətinin din ilə münasibətləri üçün də belədir. İstər müqəddəs kitablar və şifahi dini ənənələrdə, istərsə də arxeoloji və antropoloji məlumatlarda olsun, bütün bunlar din ilə şəhər həyatı arasıda çox qədim münasibətlərin olduğunu göstərir. Bununla yanaşı son bir neçə əsrdə urbanizasiya (şəhərləşmə) prosesinin sürətlənməsi, dini həyatda müəyyən dərəcədə dünyəviləşmənin yaranmasına zəmin hazırlamışdır.
Bütün dinlər böyük şəhərlərdə ortaya çıxmışdır. Çünki din şəhərlərdə məqsədinə çatır, özünü geniş kütləyə ifadə etmə imkanı tapır. Dinlərin yaranma və inkişaf etmə yerləri də şəhərlər olmuşdur. İslam dini də bir şəhər dinidir. Tarixi perspektivdən baxdıqda, İslam dininin köçəri və ya feodal iqtisadi münasibətlərin geniş yayıldığı kəndlərdə deyil, böyük şəhərlərdə inkişaf etdiyi məlumdur. Şəhərlərlə din arasında yaşanan sıx münasibətlər çox qədim zamanlara getməklə yanaşı, modernləşmə və sənayeləşmə prosesləri ilə bu vəziyyət dəyişməyə başlamışdır. İstər Qərb, istərsə də Şərqdə şəhərlərin mərkəzlərində böyük məbədlər və ya ticarət məkanları olduğu halda, sənayeləşmədən sonra bunların yerini fabrik və zavodlar almağa başladı. Bu da öz növbəsində şəhər cəmiyyəti ilə din arasında müəyyən məsafələrin yaranmasına səbəb olmuşdur.
Kənd
Kənd cəmiyyətləri şəhərlərdən fərqli olaraq kiçik birliklərdir. Sosioloji baxımdan kənd bölgələri, ənənəvi həyat tərzinin hökm sürdüyü, dəyişmələrin az ya da heç olmadığı, camaat tipində birliklərin və “qapalı cəmiyyətlərin” təmsilçiləri kimi tanınırlar.Hər şeydən əvvəl kənd cəmiyyətlərini, təbii dini qruplar kimi görə bilərik. Kənd dindarlığının mahiyyəti inancı deyil, daha çox ayinləri vurğulamaqla xarakterizə edilir. Kənd dindarlığı həm praqmatik, həm də normativ (moralistic) xüsusiyyətləri daşıyır; bunun əksinə əxlaqi prinsiplər cəhətindən fəlsəfi (ethic) və sorğulayıcı deyildir. Bu dindarlıq tipi fərd üzərinə və onun doğum, sünnət olma, yetkinliyə keçiş, evlilik və ölüm kimi fərdin həyatında keçdiyi bir sıra əhəmiyyətli hadisələrə yönəlir.
Sırf dini qrupların əsas xüsusiyyətlərini belə sadalamaq mümkündür: Təbii dini qruplardan fərqli olaraq burada yeni bir dünya görüşü, yeni cəmiyyət modeli və bəzi hallarda ənənəvi dəyərlərlə ziddiyyət təşkil edən yeni dəyər və normalar gətirilir. Sırf dini qrupların əsas hədəfləri sahib olduqları dəyər və normaları qorumaq, təbliğ, propaqanda, missionerlik, dəvət və başqa metodlarla onu yaymaq, beləliklə də, qrup üzvlərinin saylarmı mümkün olduğu qədər çoxaltmaqdır. Sırf dini qruplarda insanlar arasında, mənəvi qardaşlıq, din, ümmət ideyaları ətrafında sıx birləşmə vardır. Buna görə də, belə qruplarda yüksək xarakterli dini motivasiya hakimdir. Amma qrup xaricindəki insanlara qarşı isə eyni dərəcədə özgələşdirmə və yadlaşma baş verə bilər. Çünki sırf dini qrupun inancları çox hallarda cəmiyyətin əksəriyyətinin ənənəvi dəyərləri ilə təzad içərisində olmaqdadır. Cəmiyyətdən gələn təzyiq və hücumları dəf etmək üçün sırf dini qruplar gizli dini qruplar və sir cəmiyyətləri formasında fəaliyyətə başlayırlar. Sırf dini qrupların ilk örnəklərini də, məhz gizli dini qruplar və sir cəmiyyətləri təşkil edir.Bütün böyük dinlərin tarixinə nəzər saldıqda görürük ki, inanc və əqidələrini açıq şəkildə yaymağa başlamazdan əvvəl uzun zaman gizli fəaliyyət göstərmişlər.

Yüklə 64,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə