Dini qruplar və onun növləri plan: Dini qruplar nədir? Onların növləri və xüsusiyyətləri



Yüklə 64,23 Kb.
səhifə5/7
tarix22.12.2023
ölçüsü64,23 Kb.
#154259
1   2   3   4   5   6   7
Dini qruplar və onun növləri

3 . Müasir dini cərəyanlar.
Müasir dini cərəyanlar” adlanan bu sualda ilkin olaraq dini təsəvvürlər və baxışlar haqqında ətraflı məlumatlar verilməlidir. Amerikan sosioloqu Bellahın dini təsəvvürlər və baxışlar öz inkişafında beş əsas mərhələ şərh olunmalıdır. Bunlar aşağıdakılardan ibarətdir:
1) Primitiv – burada din öz əksini sitayişlərdə tapır, (yəni bura daxildir – animizm, fetişizm və totemizm) yaxşı olar ki, bu fövqəltəbii qüvvələrə olan dini inamlar haqqında ətraflı məlumatlar verilsin.
Animizm – ruhlara, onlara qeyri-adi qüvvəsinə olan inamdır. Fetişizm- ayrı-ayrı əşyaların, predmetlərin hadisələrə təsir göstərmə qüvvəsinə olan inamdır. Totemizm – müxtəlif canlıların müqəddəsləşdirilməsi deməkdir.
2) Arxaik – burada din öz əksini müxtəlif ayinlərin icrasında əks edir (cadugərlik, şamanlıq).
3) Tarixi – tarixin müxtəlif mərhələlərində meydana gələn və unudulan dinlər
4) İlk modern – müxtəlif dövrdə meydana gələn dini cərəyanlar
5) Modern – bura daxildir müasir dinlər.
Qeyd olunmalıdır ki, dinin sosiologiyası həmçinin cəmiyyətə təsir göstərmiş əsas müasir dinləri öyrənir. Bunlar buddizm, xristianlıq və islamdır.
Yuxarıda göstərilən dünya dinlərinin yaranması inkişaf tarixi mahiyyəti və əhəmiyyəti geniş şəkildə təhlil olunmalıdır.
Buddizm b.e. əvvəl VI əsrdə Hindistanda meydana gəlmişdir. Müqəddəs kitabı “Kanon” (Qanun) hesab olunur. Bu təlimə görə bütün maddi varlıq daim sükunət halında misfik varlığın təzahürüdür.
Xristianlıq – eramızın I əsrində Yaxın Şərqdə yaranmışdır. İsa Məsihin doğum günü ilə xristianlıq cərəyanının yaranması və “Bibliya” (İncil) müqədd5əs kitabı adlanması diqqətə gətirilir. Əvvəlki dinlərdən Xristianlığın mühüm fərqi din, qurban, ayın məsələlərində etnik və sosial sədlərdən imtina edilməsi idi. Ruhun ölməzliyi və axirətdə bu dünyadakı əməlinə və çəkdiyi zillətə görə əvəz veriləcəyi haqqında təlim olmas xüsusi olaraq vurğulanmalıdır. Xristianlığın qolları olan katolisizm, pravoslavlıq, protestanlıq və s. haqqında məlumat verilməlidir.

Yüklə 64,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə