Дилгям исмайылов



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə21/78
tarix08.09.2018
ölçüsü1,94 Mb.
#67290
1   ...   17   18   19   20   21   22   23   24   ...   78

 
62 
dövlət  arasında  olan  bu  konflikt  dünya  tarixində  nadirdir  və 
azadlıq  prinsipinin  Qərbdə  meydana  gəlməsinin  səbəbini  izah 
etməyə kömək edir. 
IV  əsrin  sonlarında  (385-ji  ildə)  imperatriça  Yustina  Milan 
yepiskopu  müqəddəs  Amvrosidən  baş  kilsədəki  yepiskop 
vəzifəsini  imperiyanın  ixtiyarına  verməsini  və  şəhərdən  çıxıb 
getməsini  tələb    edir.  Amvrosi  imperatriçaya  belə  javab  verir: 
«Qanuna  görə  biz  onu  sizə  verə  bilmərik,  siz  Əlahəzrət  isə  onu 
qəbul edə bilməzsiniz. Allahın evini almağın mümkün olduğunu 
nejə  özünüzə  rəva  bilirsiniz?  Əgər  hökmdar  kimi  idarə  etmək 
istəyirsinizsə,  Allaha  sadiq  olun.  Yazılmışdır  ki,  hökmranlıq 
hökmdara,  ilahilik  isə  Allaha  məxsusdur».  Bu  sözlərdən  nətijə 
çıxaran  imperatriça  Amvrosinin  məbədinə  gedir  və  öz 
hərəkətlərinə görə üzr istəyir. Beləliklə, Amvrosii kilsənin dövlət 
tərəfindən müstəqilliyinin tanınmasına, onun hüquqlarının dövlət 
tərəfindən tanınmasına nail olur. 
Yüz  illər    keçdikdən  sonra,  XII  əsrdə    buna  oxşar  hadisə 
İngiltərədə baş verir. Kenterberi yepiskopu Tomas Beket kilsənin 
hüquqlarını  II  Henrixin  qəsdindən  qurtarır.  Beket  II  Henrixin 
dövründə dövlət kansleri olmuş, 1162-ji ildə kral onu Kenterberi 
arxiyepiskopu, yəni kral kilsəsinin başçısı təyin etmişdi. Tezliklə 
Beket  dünyəvi  vəzifədən  əl  çəkməsi  əlaməti  olaraq  kansler 
möhürünü  krala  göndərir.  Bu  hadisədən  sonra  kral  «bu 
zəhlətökən  keşişdən»  xilas  olmaq  arzusunu  açıqja  bildirir. 
Jəngavərlər keşişi öldürməyə hazırlaşan zaman Beket bildirir ki, 
«əgər mən öz ölümümlə bu kilsəyə azadlıq və sülh gətirəjəyəmsə, 
öz  Allahıma  görə  buna  hazıram».  Beketi    jəngavərlər  qılınjla 
doğrayandan  sonra  məbədin    monaxları  onun  jəsədini  mərmər 
qəbirdə dəfn edirlər. Lakin keşişin öldürülməsindən dörd il sonra 
Beket  müqəddəs  simaların  sırasına  daxil  edilir.  Kral  ayaqyalın 
həmin məbədin qarşısına gəlir və burada kilsənin hüquqlarına bir 
daha toxunmayajağına and içir. Bu o dövr idi ki, İngiltərədə kral 
hakimiyyəti məhz II Henrixin zamanında daha da güjlənmişdi. II 
Henrixin  keçirdiyi  islahatlar  nətijəsində  hər  bir  azad  adam  yerli 
feodalın  başı  üstündən  birbaşa  kral    məhkəməsinə  mürajiət  edə 


 
63 
bilərdi.  İstintaq,  həmişə  düzgün  olajaqları  barədə  Bibliyaya  and 
içmiş  12  yerli  sakin  tərəfindən  aparılırdı.  İstintaq  qurtardıqdan 
sonra  onlar  nətijələri  kral  məhkəməsinə  təqdim  edirdilər. 
Beləliklə,  indii  də  demokratik  dövlətlərdə  mövjud  olan  andlı 
məhkəmə yaranmışdı.  
Kilsə  ilə  dövlət  arasındakı  mübarizə  uzun  müddət  Qərbdə 
mütləq  monarxiyanın  yaranmasına  mane  olmuş,  avtonom 
institutların  (vətəndaş  jəmiyyətinin)  inkişafına  səbəb  olmuşdur
Bazarlar,  assosiasiyalar  və  gildiyaların  (tajir  birliklərinin), 
universitetlər  və  öz  nizamnaməsi  olan  müstəqil  şəhərlərin 
yaranması  –  bütün  bunlar  plüralizmin  və  vətəndaş  jəmiyyətinin 
inkişafına kömək etmişdir.  
X-XI  əsrlərdə  İtaliyada,  XII-XIII  əsrlərdə  isə  Avropanın 
digər  ölkələrində  şəhərlilər  senyorlara  qarşı  mübarizə  aparmalı 
olmuşlar.  Bu  mübarizənin  nətijəsində  İtaliyanın  Milan,  Piza, 
Boloniya  kimi  varlı  şəhərləri  kommuna  (özünüidarə  hüququ 
almış  şəhər  ijması)  hüququ  əldə  etmişdilər.  Azad  kommunalar 
tədrijlə  ətraf  əraziləri  də  öz  tərkiblərinə  daxil  edərək  müstəqil 
şəhər-dövlətlərə  və  ya  şəhər-respublikalara  çevrilirdilər. 
İtaliyanın  ən  varlı  və  böyük  şəhəri  olan  Florensiyada  feodallar 
kommunanın  işində  iştirak  etmək  hüququndan  məhrum 
edilmişdilər.  Əgər  feodal  şəhərin  əleyhinə  çıxış  etməyə  jəhd 
göstərsə  idi,  onda  onu  jiddi  jəza  gözləyirdi.  Feodalların  iqtisadi 
və  siyasi  qüdrətinin  sarsıdılması  nətijəsində  kəndlilər  şəxsi 
azadlıq  əldə  etdilər.  Belə  ki,  kəndlilər  vergini  feodala  deyil, 
kommunaya  verirdilər.  Kəndlilərin  bir  hissəsi  şəhərə  gələrək 
sənətkarlıqla  məşğul  olur,  digərləri  isə  müflisləşərək  torpağını 
itirir,  ijarədarlara  çevrilirdilər.  Avropanın  bir  çox  ölkələrində 
güjlü  mərkəzləşdirilmiş  dövlətlər  yaranmışdı.  Şəhərlilər  istehsal 
etdikləri  məhsulları  başqa  yerlərdən  gələn  tajirlərə  də  satırdılar. 
Tijarət  şəhərlilərə  böyük  gəlir  gətirirdi.  Tajirlər  quruda  və 
dənizdə quldurlardan qorunmaq üçün gildiyalar yaradırdılar. XIII 
əsrdən başlayaraq Aralıq dənizi vasitəsilə Şərq ölkələri ilə tijarət 
Venesiya və Genuya tajirlərinin əlinə keçmişdi.  Baltik dənizində 
tijarəti öz əlinə almaq üçün Almaniyanın 70 şəhəri birləşib Hanza 


 
64 
ittifaqını  yaratmışdılar.  Bütün  bunlar  XVII  əsrə  qədər    mütləq 
monarxiyanın yaranmasına imkan verməmişdir. 
Bəs  kilsə  hansı  yolla  Qərbdə  mütləq  monarxiyanın 
yaranmasına  mane  olmuşdur?  Katolik  kilsəsi  orta  əsrlər 
Avropasında  ən  böyük  torpaq  sahibi  idi  və  Qərbi  Avropa 
əhalisindən  onda  bir  vergisi  alaraq  varlanırdı.  Qərbi  Avropanın 
bütün  ölkələrindən  Romaya,  papa  xəzinəsinə  çoxlu  sərvət  axıb 
gəlirdi.    XI-XIII  əsrlərdə  kisənin  qüdrəti  çox  artmışdı.    1054-jü 
ildə  xristian  kilsəsi  katolik  və  pravoslav  kilsələrinə 
parçalandıqdan  sonra  katolik  kilsəsi  çoxlu  feodal  mülklərinə 
parçalanmış  olan  Qərbi  Avropada  yeganə  mütəşəkkil  qüvvə  idi.  
Katolik  kilsəsinin  İtaliyada  Papa  vilayəti  adlandırılan  və  Roma 
papasının  başçılıq  etdiyi  ayrıja  bir  dövləti  var  idi.    Papalarla 
kralların qarşıdurmasında çox vaxt kilsə qalib gəlirdi. Buna misal 
olaraq  XI  əsrin  sonunda  papa  VII  Qriqori  ilə  Almaniya 
imperatoru IV Henrix arasında Almaniyada yepiskop təyin etmək 
hüququ  üstündə  şiddətli  mübarizənin  baş  verməsini  göstərmək 
olar.  Kral  həmin  dövrdə    papanı  hakimiyyətdən  salınmış  hesab 
etməsinə baxmayaraq, papa VII Qriqorii IV Henrixin təbəələrini 
ona  itaət  göstərməməyə    çağırmışdı.  Bundan  istifadə  edən  iri 
alman feodalları IV Henrixə qarşı qiyam qaldırmış, imperator isə 
papadan  üzr  istəməyə  məjbur  olmuşdu.  Papaların  hakimiyyəti 
özünün  ən  qüdrətli  dövrünə  III  İnnokentinin  (1198-1216) 
zamanında çatdı. Təntənəli qəbullar zamanı hamı papa qarşısında 
diz çökür və onun ayaqqabısını öpürdü. İngiltərə, Polşa, İsveç və 
Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər. 
Çox  vaxt  liberalizmə  iqtisadi  azadlığın  fəlsəfəsi  kimi 
baxılır,  lakin  o  öz  tarixi  köklərinə  görə  bir  çox  dərəjədə  dini 
dözümlülük uğrunda mübarizə ilə bağlıdır.  Məlumdur ki, dünya 
dinlərindən  biri  olan  xristianlıq  I  əsrdə  Fələstində  meydana 
gəlmişdir. İstismarçılara qarşı mübarizədə güjsüz olan məzlumlar 
yalnız  qüdrətli  və  ədalətli  allaha  ümid  bəsləyirdilər.  Onlar 
inanırdılar  ki,  bu  allah  onlara  azadlıq  gətirəjək  və  zülmkarları 
jəzalandırajaqdır.  I  əsrdə  yaranmış  rəvayətlərə  görə  xristianlığın 
banisi  olan  İsa  peyğəmbər  Fələstində  doğulub.  O,  xalq  arasında 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə