DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə9/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   5   6   7   8   9   10   11   12   ...   99

də,  biz  bunu  elə  vaxta  planlaĢdırmıĢdıq  ki,  dekabrın  31-ində  bütün  dünya  Yeni  ili  bayram 
edəndə  bütün  dünya  azərbaycanlıları  da  həmin  günü  birlik  bayramı  kimi  qeyd  etsin. 
Doğrudan da, belə oldu - 31 dekabrın dünya azərbaycanlılarının birliyi bayram günü olması 
rəsmən  qərara  alınıb.  Ancaq  o  baĢqa  məsələ  ki,  sərhədlərin  açılmasından  Moskva  öz 
məqsədləri  üçün  istifadə  etməyə  baĢladı,  hətta  bir  çox  yerlərdə  rus  sərhədçilərinin  özü  bu 
iĢdə fəal iĢtirakçıya çevrildi. 
Ġndi isə 19 gün haqqında…
 
Mitinq  baĢlayanda  Nemətin  xəbəri  yox  idi,  amma  mənim  xəbərim  vardı  -  bilirdim  ki, 
baĢlayacaq,  haradan  baĢlayacaq,  nə  cür  gedəcək,  mən  də  harada  qoĢulacağam.  Özlərinə 
demiĢdim ki, gələcəksiniz, Əlyazmalar Ġnstitutunun yanındakı bağda mən sizə qoĢulacağam. 
Bu, xeyirxah niyyətlə baĢlayırdı, yoxsa baĢqa niyyət vardı?
 
Vallah, mən baĢqalarını bilmirəm, sonradan fikirləĢdim ki, orada baĢqa əllər olub. Ancaq bunu 
fikirləĢirdim  ki,  hərəkatdır  -  baĢlayır,  millət  mitinq  eləməlidir.  Qarabağ  müdafiə  olunmalıdır. 
Söhbət bundan gedir; istəyir bu iĢi DTK eləsin, istəyir hökumət qursun - fərqi yoxdur. Mənə 
iĢin  mahiyyəti  maraqlı  idi,  bu  iĢ  Azərbaycan  xalqının  Qarabağa  qarĢı  olan  qəsdə  meydanda 
etirazıdır;  istəyir  fitnəyə  gedək,  istəyir  özümüz  edək  (əlbəttə,  özümüz  etsək  daha  yaxĢı), 
mahiyyət budur ki, etirazdır. Bundan sonra lap tutsunlar, nə edirlər etsinlər.  
Bəzən mənə də deyirdilər ki, bu iĢi hökumət təĢkil edib. Deyirəm ki, yaxĢı, edib, amma bu, 
filan Ģeyin əleyhinə deyildimi? Bəlkə hökumətdə, DTK-da elə bir vətənpərvər kiĢi var ki (lap 
polkovnikdir), o görür ki, xalq bu Ģəkildədir, ona görə də bu iĢi qurur? Burada nə var axı? 
Nemət ora sonradan gəldi. O, əvvəllər də mitinqlərdə yox idi. Nemət üçüncü günü - dördüncü 
günü yavaĢ-yavaĢ inkiĢaf elədi, çıxdı qabağa. Mənim özüm də, Nemət də, hamımız birinci gün 
dedik ki, gedək, mitinqə sabah gələrik. Dedilər ki, yox, meydanı daha əldən buraxmaq olmaz. 
Gördüm ki, fitə basdılar, daha o oldu, bu oldu «gedək» sözünü iĢlətmədim. 
Bu  hərəkatı  biz  dünyaya  tanıtdırmağı  bacarmadıq.  19  günlük  o  hərəkat  beynəlxalq 
ictimaiyyətə  çatdırılsaydı  tamam  baĢqa  cür  təsir  olardı.  Dünya  bizdən  xəbər  tutmadı.  Bizi 
blokadaya aldılar, Moskva da əhəmiyyət vermədi. Səsimizi dünyaya çıxarmağa qoymadılar. 
Hərəkatda  iĢtirak  edənlərin  hamısı  ürəklə  yanaĢırdı.  Rəhmətlik  Aydın  Məmmədov  da,  Sabir 
Rüstəmxanlı  da,  Nemət  də,  hamısı  da.  Hərə  sözünü  düĢündüyü  kimi  deyirdi:  birdən  qırğın 
olar, gecə qalmayaq, gündüz qalaq. Bəzisi deyirdi ki, hava soyuqdur. Yoxsa «o, xaindir, bu, 
xaindir»  sözləri  zərərlidir.  Nemət  o  zaman  camaata  and  içdirməsəydi  kütlənin  ağzını 
salacaqdılar  Ermənikəndə  tərəf.  Gedəcəkdilər  ermənilər  yaĢayan  binalara  (onlarda  da  silah 
var), atıĢacaqdılar. Düzdür, ermənilərdən daha çox öləcəkdi, ancaq bizim millət də xeyli itki 
verəcəkdi  və  Ģəhərdə  iri  qarıĢıqlıqlar  düĢəcəkdi.  Nemət  bunun  qarĢısını  almaqda  o  vaxt, 
doğrudan  da,  çox  böyük  iĢ  gördü.  Bunu  danmaq  olmaz.  Sadəcə  olaraq,  Nemət  sonradan 
özünün nöqsanını görə bilmədi. Hərəkat ilk əvvəl baĢladı böyük qəzəb və çılğınlıqla, amma o, 
sonadək  qəzəblə,  həyəcanla  gedə  bilməz;  o,  müəyyən  vaxtda  siyasi  platforma  üstünə 
enməlidir. 


Bəy, mənə elə gəlir ki, Nemət 1988-inci ilin noyabrında Ģöhrətin zirvəsinə qalxdı. 1989-uncu 
ilin yayında isə artıq Azərbaycan Xalq Cəbhəsi yaranmıĢdı; o, bu intellektual qüvvəni gördü, 
ona intellekt baxımından yer qalmadığını kəsdirib Cəbhəyə qısqanclıqla yanaĢdı.
 
Bunun səbəbi haqqında müxtəlif sözlər demək mümkündür. Sadəcə olaraq, elə adamlar var 
ki,  öz  dediyində  israr  edir:  yalnız  mən  deyən  olmalıdır!  Bununla  da  demokratik  ictimai 
hərəkatı  irəli  aparmaq  olmaz.  «Mən  deyən  olmalıdır»ın  sonu  üsyandır;  vahid  hakimiyyətin 
sonu üsyanla nəticələnir. Məsləhətlə gedilən yol uzundur, amma ən düzgünüdür. 
Bax, indi səninlə söhbət edəndə çıxdım, öyrəndim ki, bir az bundan qabaq Nemət Pənahov 
bir neçə nəfərlə mitinqə gəlib, döyüblər, həbs edib aparıblar. 
Kütlə də onu müdafiə etməyə getməyəcək. 
 
Getməyəcək, əlbəttə. Bu cür olmaz; o baĢa düĢməlidir ki, olmaz. Bu, xalq hərəkatıdır, beĢ-üç 
nəfərin,  bir  cəmiyyətin  (məsələn,  deyək  ki,  Xalq  Cəbhəsinin)  hərəkatı  deyil.  Xalq  Cəbhəsi, 
sadəcə olaraq, xalq hərəkatını az-çox təmsil edir. 
Azərbaycan Xalq Cəbhəsi 1989-uncu il iyulun 16-sında yaranıb və həmin təsis konfransından 
baĢlayaraq  Əbülfəz  Əliyev  onun  sədridir.  Sədr  seçilən  anda  hansı  duyğuları  keçirdin,  öz 
üzərində hansı yükü hiss etdin, bu yükün məsuliyyətindən qorxmadın ki?
 
Yox,  bəy.  Məsuliyyət  məsələsi,  doğrudan  da,  çətindir,  amma  orası  var  ki,  adam  bir  iĢə 
giriĢəndə  bir  Ģeyi  fikirləĢir  ki,  mən  bütün  gücüm  və  vicdanımla  iĢləyəcəyəm.  Yəni  güc  və 
vicdandan  o  tərəfə  gedə  bilməzsən.  Gücün  çatmayacaq  -  xalq  deyəcək  ki,  dur  qırağa, 
duracaqsan.  Çatacaq  -  deyəcəklər  hələ  davam  elə.  Sadəcə,  bir  Ģey  var  ki,  yanında  iĢləyən 
dostlarına,  yoldaĢlarına  sənə  hər  sözü  deməyə,  səni  tənqid  etməyə,  nöqsanını  söyləməyə 
imkan verəsən. Bir də var ki, həm də ümumi, kollegial fikrə, hamının öz sözünü söyləməsinə 
imkan  yaradırsan.  Ona  görə  də  mənim  xoĢuma  gəlir  ki,  tez-tez  yığıncaq  olsun,  konfrans 
olsun, məclis olsun, qurultay olsun. Orada, məsələn, 50 nəfər yığıĢsa, 20-si sussa da 20-si öz 
sözünü deyəcək, bütün nöqsanlar üzə çıxacaq. 
Yəqin ki, Bəy, sədr seçiləndə öz təsəvvüründə yaratdığın bir Xalq Cəbhəsi vardı. Ġndiki Xalq 
Cəbhəsi sənin o Xalq Cəbhənə nə dərəcədə cavab verir, ona nə qədər uyğun gəlir?
 
Mənim təsəvvürümdə olan Xalq Cəbhəsi yaranmadı. 
O, necə Cəbhə idi?
 
O  Cəbhədə,  məsələn,  heç  olmazsa  50-60  min  gənc  olmalı  idi;  onlar  heç  nəyə  qarıĢmamalı 
idilər,  sadə  olaraq,  müəyyən  inzibati  iĢləri  yerinə  yetirməli  idilər  -  filan  yerdə  dur-dur, 
növbətçilik  elə-elə!  Gəlib  hər  Ģeyə  müdaxilə  etmək  olmaz;  əsgər  kimi  göstəriĢ  və  tapĢırığa 
əməl etməli idilər. Qurum bu cür olmalı idi. Onda hiss edilsəydi ki Cəbhənin belə qüvvəsi var, 
onunla çox ehtiyatlı davranardılar. Bu, birinci Ģərt idi. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə