DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə8/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   4   5   6   7   8   9   10   11   ...   99

Orada da DTK-nın öyrətdiyi adam vardı, mənə iliĢirdi. Ancaq özüm üstündən keçirdim ki, eybi 
yoxdur. Ġki dəfə məni öldürmək istəyiblər. Bir dəfə gecə qaranlıqda ara qarıĢdı. Mən keçdim 
adamları  aralamağa  (bir-birini  bıçaqlayırdılar;  aranı  bilə-bilə  qatmıĢdılar),  o  zaman  məni 
vurmaq istəyəndə arxamda adam olub, o qoymayıb, bıçağı tutub alıb. Sonra vurmaq istəyəni 
bildim. O, öyrədilmiĢ adamdı. Dandı, dedi ki, qaranlıqda səni heç tanımamıĢam. 
Ġstəyirdilər ki, məni həbsxanada bir də dolaĢdırıb, iĢi artırıb baĢqa yerə göndərsinlər. Özüm 
ərizə yazdım ki, mən siyasi dustağam, burada qalmaq istəmirəm, xahiĢ edirəm məni göndərin 
siyasi  dustaqlar  olan  düĢərgəyə.  O  ərizəni  rədd  etdilər.  Ġki  dəfə  yazdım,  qəbul  etmədilər. 
Sonradan hiss etdim ki, məni buraxmaq da istəmirlər. Ġki-üç dəfə istədilər ki, iĢi qurdalasınlar. 
Ancaq  yenə  baĢa  düĢmədim,  görünür,  vətənpərvər  insanlar  kömək  etdilər  iĢin 
uzanmamasına.  Məsələn,  orada  dustaqlar  vərəqə  yaydılar  ki,  qalxın!  Ġndi  bizim  «Azadlıq» 
qəzetində olan «El gücü - sel gücü!» Ģüarı altındaydı, bir neçə də mənim ifadələrim. Dedilər 
ki, bu ifadələr DTK-da sənin sözlərin kimi dəftərə düĢüb, bu yazı sənin olar. Bildirdim ki, bu 
sözləri  camaata  burada  da  danıĢmıĢam,  amma  bu  yazı  mənimki  deyil,  o  vərəqəni 
yaymamıĢam. Belə-belə Ģeylər eləməyə çalıĢırdılar. 
Ümumiyyətlə, dustaqlıq həyatı düĢüncələrinə təsir etdimi?
 
Dustaqlıq həyatı çox ağırdır; o da bir dərsdir, yəni haqlı, yaxud haqsız əzilən insanlar orada 
çoxdur. Orada hər cür insan var; həyatın, bir növ, dibidir. Həyatın dibinin haradan baĢladığını 
adam görür. Cəmiyyətlə daha yaxĢı tanıĢ olursan, çünki orada müxtəlif zümrələri təmsil edən 
hər cür adam var. 
Ancaq psixoloji cəhətdən çox çətindir; dözmək olmur, çox ağırdır. Məsələn, görürsən ki, 19-
20 yaĢında cavan uĢaqlardır. Kiçik bir sözün üstündə bir-birinin üstünə bıçaq çıxartdılar. Sən 
də  həmiĢə  bıçağın  arasına  girirsən,  aralaĢdırmayanda  olmur  (ağsaqqallıq  məsələsi  var).  Elə 
olub iki bıçaqlaĢanın arasına girmiĢəm, biri arxadan bıçağı kürəyimə dirəyib ki, çəkil, vururam. 
DemiĢəm ki, vursan da çəkilməyəcəyəm. Axırda hirslə bıçağı vurub daĢa, çıxıb gedib. (Həmin 
o  iki  nəfər  bir  aydan  sonra  barıĢdılar,  gəlib  məndən  üzr  istədilər.  HəmiĢə  minnətdarlıqla 
deyirdilər  ki,  sən  olmasaydın  ikimizdən  birimiz  ölməli  idi,  birimiz  də  doğranacaqdı).  Belə 
Ģeylər çox olurdu. Sonradan mənə hörmət bir az da çoxalırdı. 
Bəy, dustaqdan çıxandan sonra ilk siyasi tədbirin necə oldu, harada oldu? Yoxsa siyasətdən 
bir müddət uĢaqlaĢmağa məcbur oldun?
 
Heç  bir  məcburiyyət  yoxdu.  Mən  çıxanda  bir  qərar  vardı  ki,  kim  haradan  tutulubsa  həmin 
yerə  iĢə  qayıtmalıdır.  Mən  də  qayıtdım  universitetə,  dedim  ki,  öz  yerimə  qayıtmalıyam. 
Rəhmətlik Faiq Bağırzadə baxdı, soruĢdu ki, sən kimsən ki? Dedim filankəsəm. Dedi ki, hə, 
dünyanı qatıĢdıran o filankəs sənsən? Mənim səndən xəbərim olmayıb. Cavab verdim ki, elə 
bəla orasındadır ki, universitetin müəllimi tutulur, bundan rektorun xəbəri olmur. 
Onun dövründə tutulmuĢdun? 
 
Hə.  Onun  dövründə.  Mən  tutulandan  sonra  hətta  universitetə  xüsusi  iĢlər  üzrə  dördüncü 
prorektor da əlavə etdilər - DTK-nın podpolkovnikini. O adam da məni gördü. YaĢlı adam idi. 


Məni otağına apardı. Dedim ki, mənim sənədlərim sizdədir. Mənə bircə Ģey dedi ki (görünür 
ki,  daha  təqaüdə  çıxdığına,  son  dövrlərini  yaĢadığına  görə),  oğul,  qanun  qəvinindir 
(güclünündür  -  Ə.T.),  sən  ĢərqĢünassan.  Güclü  olsan  hər  Ģey  sənin  olacaq,  gücsüz  olsan 
qanunsuz sayılacaqsan,  səni əzəcəklər. Bu sözü yadında saxla. Dedi, vəssalam, sənədlərimi 
verdi, çıxıb getdim. 
Universitetə  götürmədilər.  Gəldim  ġərqĢünaslıq  Ġnstitutuna.  Rəhbərlik  məni  iĢə  götürmədi. 
Görünür, fikirləĢib ki, məndən nə qədər uzaq olsa qulaq dincliyidir. 
Onda direktor kim idi?
 
Adını deməyə ehtiyac yoxdur. Rəhmətlik mənim müəllimim olduğuna görə ona qarĢı heç bir 
söz  demək  istəmirəm.  O,  tələbə  vaxtından  mənim  üsyankarlığımı  bilirdi.  Yəqin  düĢünüb  ki, 
Əbülfəz  instituta  gəlsə  burada  da  aləmi  bir-birinə  qatacaq.  Nə  isə,  qəbul  eləmədi.  Hətta 
Mərkəzi Komitədən deyirdilər ki, bu yeri MK verir, sizin iĢiniz deyil. Yenə razılaĢmadı. 
BeĢ-altı  ay  iĢçiz  qalandan  sonra  Cahangir  müəllim  [Qəhrəmanov]  Əlyazmalar  Ġnstitutuna 
götürdü.  O  da  belə  Ģərt  qoydu ki,  daha  o  Ģeylər  getdi  ha.  Bura  universitet-zad  deyil;  bura 
Əlyazmalar  Ġnstitutudur,  gələcəksən,  hər  gün  əlyazmalarla  iĢləyəcəksən.  Mən  də  dedim  ki, 
iĢləyəcəyəm. 
Əlyazmalarla  iĢləyə-iĢləyə  yenə  də  baĢlamıĢdım  yavaĢ-yavaĢ  dəyilməyən,  toxunulmayan, 
nəzərə çarpmayan keçmiĢ tələbələrimlə görüĢməyə, onlarla söhbətlər aparmağa. Yenə qrup 
yaratmaq, cəmiyyət yaratmaq istəyirdim. Bir proqram yazdım, onu da cırdım. Belə-belə Ģeylər 
oldu… 
Ġlk dəfə Meydana bu hadisələr vaxtı haçan çıxdın, Bəy? 88-inci ilin fevralı deyilmi?
 
Birinci  dəfə  mitinq  olanda  mənim  xəbərim  yoxdu;  bir  də  eĢitdim  ki,  mitinq  olub  qurtarıb. 
Ġkinci mitinqdən sonra hamısında iĢtirak etməyə baĢladım. Özüm çıxıĢ eləmirdim. Bir-iki dəfə 
çıxıĢ etdim, səsim də batdı, soyuq da vurdu. 
Özümün  ən  məsuliyyətli  saydığım  dövr  88-in  noyabrı  idi.  Qorxurdum  ki,  Ģəhərdə  qırğın  ola 
bilər, ona görə o vaxt gecə-gündüz yatmırdım. 
O vaxt həmiĢə Nemətin yanında olurdun. XahiĢ edirəm bu dövrü bir səciyyələndirəsən, çünki 
onun  haqqında  ictimai  fikrimizdə  olduqca  təzadlı  rəylər  var,  o  dövrdə  sərhədlər  də  açıldı, 
baĢqa məsələlər də oldu. Ümumiyyətlə, istərdim ki, bu 19 gün haqqında sənin fikrini biləm.
 
Sərhədlərin açılması ondan sonra oldu, həmin vaxt deyildi. 
Yeri  gəlmiĢkən  onu  da  deyim  ki,  sərhəd  məsələsi  haqqında  çoxlu  ziddiyyətli  fikirlər  var. 
Bəziləri  sərhədlərin  açılmasını  Cəlilabad,  Lənkəran  hadisələri  ilə  eyni  sırada  xatırlayır,  onu 
DTK-nın əməli sayır. Ancaq bu fikir yanlıĢdır. Qəti bildirirəm ki, Naxçıvanda və bir çox yerlərdə 
sərhədlər bizim razılığımız və iĢtirakımızla sökülüb. Axı niyə Berlin divarı aradan götürülməli, 
Araz boyu tikanlı məftillər isə iki Azərbaycanın ortasında əbədi göz dağı kimi qalmalı idi?! Özü 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə