DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə17/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   13   14   15   16   17   18   19   20   ...   99

Yox, biz kapitalizm deyil, baĢqa forma düĢünürdük. Biz düĢünürdük ki, gələcəkdə imkanımız 
olsa  Məmmədəmin  Rəsulzadənin  irəli  sürdüyü  təsanüd  cəmiyyəti  quraq.  Yəni  ictimai  sərvət 
elə  bölünməlidir  ki,  xalqın  yoxsul  təbəqələrini  kasıblıqdan  tamam  çıxarsın.  Kapitalizmdəsə 
belə  deyil  -  orada  sənaye  inkiĢaf  edir,  tərəqqini  də  öz  ardınca  aparır.  Bizsə  ümumxalq 
mülkiyyətini də saxlamaqla tərəqqiyə nail olmaq istəyirdik. 
Bu düĢüncədə sosial-demokratiya ünsürləri yoxdurmu?
 
Sosial-demokratiya  ünsürlərinin  olması  danılmazdır.  Bunu  XIX  əsrdə  fransızlar  meydana 
çıxarıblar və adını "solidarizm" qoyublar.  
Milli  təsanüd  solidarizm  deməkdir,  yəni  iqtisadi  baza  üzərində  cəmiyyət  həmrəylik  əsasında 
qurulacaq ki, ictimai sərvətin paylanmasından narazı qalmasın, hər kəsə o sərvətdən ədalətli 
pay çatsın. 
Bəli, Rusiya gördü ki, Azərbaycanda azadlıq mübarizəsini boğa bilmir, ona gücü çatmır, onun 
yerləĢdirdiyi fiqurlar hakimiyyətdən bir-bir aĢır, iĢlərimizə heç cür müdaxilə edə bilmir, onun 
yeganə  yolu qaldı  -  yeni  hakimiyyəti müharibəyə daha  yaxından  cəlb  etmək.  Buna  görə  də 
erməniləri  yenidən  qızıĢdırmağa,  rus  batalyonlarını  iĢə  salmağa  baĢladılar.  Nəticədə 
müharibəyə  giriĢdik  və  iki  rayonu  -  Goranboyu  (keçmiĢ  ġaumyan  rayonunu)  və  Ağdərə 
rayonunu ermənilərdən aldıq. Ordunu Laçına çıxardıq (Laçın da o vaxt əldən gedirdi) - onun 
böyük  hissəsini  ələ  keçirdik,  Laçın  dəhlizinə  çıxdıq.  Belə  bir  vəziyyətdə  Rusiya  gördü  ki, 
qabağımızda  dayanmaq  çətindir.  Təzədən  rus  batalyonlarını  ortaya  atdı,  daha  doğrusu, 
Qarabağda rus batalyonlarının qabağında dayana bilmədik, çünki hərbi cəhətdən o səviyyədə 
hazırlıqlı deyildik. Onlar peĢəkarlar, xüsusi təyinatlı hərbi qüvvələrdir.  
Sonra  Kəlbəcəri  əlimizdən  aldılar  ki,  bizə  böyük  zərbə  vursunlar.  Doğrudan  da,  Kəlbəcəri 
qoruyub saxlaya bilmədik. Bu, bizi yıxmaq üçündü, xalq da bunu müəyyən qədər baĢa düĢdü. 
Kəlbəcər  qaçqınlarının  özlərini  də,  mal-qaralarını  da  Gəncənin  ətrafındakı  bölgələrə 
yerləĢdirdik.  Nisbətən  az  itkiylə  o  məsələdən  qurtardıq.  Rusiyanın  Xarici  ĠĢlər  Nazirliyində 
Qarabağ  üzrə  vəkil  olan  Kazimirov  bizim  dövlət  adamlarımıza  demiĢdi  ki,  siz  bu  bəladan 
qurtardınız, sabah içərinizdə bir hərəkat, qiyam baĢlasa onda nə cavab verəcəksiniz? Artıq o, 
bizə iĢarə etdi - ya gəlin girin Rusiyanın qoltuğuna, ya da qiyam baĢlayacaq.  
"MDB-yə girin" demək istəyirdi? 
 
MDB'yə  girmək  yox,  Rusiya  nə  desə  onunla  razılaĢmaq  lazımmıĢ.  Rusiyanın  ordusunu, 
Rusiyanın  bazalarını,  Rusiyanın  bütün  nüfuzunu  saxlamalıydıq  burada,  bütün  siyasətəmizi 
ancaq  Moskva  deyənlə  uyğunlaĢdırmalıydıq.  Biz,  təbii  ki,  tamamilə  bunun  əleyhinəydik, 
müstəqil siyasət yürüdürdük. Gördü ki, xoĢluqla olmur, o cür elədi - Gəncə qiyamını baĢladı...  
"Amerika tipli dövlət qurmaq istəyirdik" 
Gənclik illərindən bəri arzunuz vardı ki, hakimiyyətə gəlsəm dövləti bu-bu planlarla quraram. 
Təbii  ki,  həmin  arzular  da,  planlar  da  romantik  düĢüncələrinizin  məhsuluydu.  Bəs  1992-nin 


iyununda gerçək hakimiyyət taxtına əyləĢərkən qarĢınıza on beĢ il öncəki həmin romantikin 
ağlına gəlməyən hansı çətinliklər çıxdı?
 
Bilirsiniz,  bir  var  ki,  gəlib  boĢ  yerdə  dövlət  qurasan  -  o,  çox  asandır,  bir  də  var  ki,  dövlət 
xarabalarını  dağıdıb  yerində  yeni  dövlət  yaradasan  -  o,  çox  çətindir,  çünki  köhnəni 
dağıtmalısan; elə yerlər var ki, betonlaĢmıĢ, sementləĢmiĢdir, onu asanlıqla dağıtmaq olmur. 
Biz nədən baĢladıq?  
Birinci, çalıĢdıq ki, yuxarı - parlament demokratik olsun. Bunu Ġsa bəyə tapĢırdıq. Xalq gözəl 
görürdü  ki,  bütün  müzakirələrin  hamısı  televiziyada  göstərilir.  Bizim  parlamentə  qədər 
gediĢatın  hamısının  xalqa  çatdırıldığı  parlament  olmayıb.  (Ġndi  də  yarısını  kəsir,  yarısını 
verirlər). Hətta bir dəfə Rəhim Qazıyevin təhqiramiz sözünü çıxardıq ki, televiziyada getməsin, 
sabahı bizə dedilər ki, o sözü niyə pozmusunuz, o söz getməlidir. Halbuki onun verilməsi bizə 
də eyibdi, xalqa da.  
Bəli, parlamentimiz tam demokratikdi. Orada xalqa əməlli-baĢlı demokratiya dərsi keçilirdi. 
Ġkincisi, icraedici orqanlarda qayda yaratmağa giriĢdik. Hər Ģeydən öncə Prezident Aparatını 
demokratikləĢdirməyə  baĢladıq.  Bura  gələn  adamın  heç  birini  geri  qaytarmırdıq  -  kim  olur-
olsun,  nə  deyir-desin.  Məktub  göndərənlər  cavab  alırdılar.  ġikayətçiləri  yüksək  vəzifəli 
səlahiyyətli  Ģəxslər  dinləyirdi,  yalnız  prezidentin  yanına  getməyə  israr  edənləri  özüm  qəbul 
edirdim.  
Biz orada iĢləyənlərə öyrətdik ki, xalqla həssas davranacaqsınız, qapılarımız heç zaman xalqın 
üzünə bağlanmayacaq. Beləliklə, aparat baĢladı xalqla yaxın ünsiyyətdə iĢləməyə. 
Mən prezidentdim. Xalqın narahatlığını duyanda kabinetimdə rahat otura bilmirdim. Çox vaxt 
eĢidirdim ki, qıĢqırırlar: "Elçibəy", "Elçibəy". Məni görmək istəyirlər. RazılaĢıram ki, yaxĢı, 100 
nəfərsiniz,  5  nəfər  gəlsin,  görüĢək.  Deyirlər  ki,  yox,  yüzümüz  də  gələcəyik,  çıx,  bizim 
qarĢımızda danıĢ (öz aramızdır, bizə əməlli-baĢlı ərk edirdilər). Mən də onlarla görüĢürdüm. 
Çox vaxt belə olurdu.  
Daha  sonra  baĢladıq  idarəetmə  orqanlarını  qaydaya  salmağa.  Bir  çox  zəruri  komitələr, 
Ģirkətlər  yaratdıq,  bəzi  gərəksiz  qurumları  da  ixtisar  etdik.  Məsələn,  Kənd  Təsərrüfatı  və 
Ərzaq Nazirliyi sistemində 60'dan çox institut vardı. Çoxunu rüĢvətçün düzəldiblər ki, yeyib-
dağıtsınlar. Bunları seçmək, tələbata uyğun hala salmaq özü bir ciddi problemdi!  
Dövlət  aparatında  diktatura  sistemini  dağıtmaqçün  müəssisələrə,  onların  rəhbərlərinə 
sərbəstlik  vermək  lazımdı.  Biz  məhz  bu  yolu  tutduq.  Hər  müəssisənin  öz  əsasnaməsini 
hazırladıb, yaxud yenidən iĢlədib ona uyğun iĢləməyi tələb edirdik. çalıĢırdıq ki, müəssisələr 
böyük piramidanın içində qalıb çabalamasın.  
Biz  hakimiyyətin  3  yerə  bölünməsini  gerçəkləĢdirməyə  çalıĢırdıq.  Bunun  artıq  ciddi  özülü 
qoyulmuĢdu. Prezident Aparatı müstəqilləĢirdi, bunu hamı görürdü. Milli Məclis də müstəqildi. 
Prezident Aparatından, məsələn, hər hansı bir sənəd gəlir, parlament qəbul eləmir, qaytarır 
üstümüzə. Biz təzədən iĢləyirik, bir də qaytarırıq ora. Parlamentdə prezident tənqid edilirdi, 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə