DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə12/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   8   9   10   11   12   13   14   15   ...   99

Ġkincisi,  müasirliyi,  çağdaĢlığı,  demokratiyanı,  müasir  dövlət  sistemlərini  dərk  etdirməkdir. 
Bunun üçün nə qədər institutlar iĢləməlidir, nə qədər məktəblər olmalıdır, nə qədər dərnəklər 
olmalıdır! Bu təkcə Xalq Cəbhəsinin iĢi deyil, o geniĢlənməlidir, Ģəbəkələri olmalıdır.  
Millətə  öyrədilməlidir  ki,  müasir  dünya  nə  deməkdir,  o,  nə  cür  dərk  olunur,  müasir  dünya 
fəlsəfəsi necədir? Dünyanın sürətli gediĢindən geri qala bilmərik, geriləsək batdıq. 
Özü də, mən bir Ģeylə razılaĢa bilmirəm - bizim siyasətçilərin bir çoxu Azərbaycanın gələcək 
inkiĢaf yolunu müəyyənləĢdirərkən Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yolu kor-koranə 
təqlid  etməyə  meyl  göstərir.  Əlbəttə,  bu  Ģanlı,  müqəddəs  keçmiĢimizə  sonsuz  ehtiramla 
yanaĢmalıyıq,  ancaq  unutmaq  olmaz  ki,  son  70  ildə  dünya  siyasətində  son  dərəcə  ciddi 
dəyiĢikliklər baĢ verib. BMT kimi olduqca nüfuzlu təĢkilat yaranıb, dünya münasibətlərini onun 
qərarları, Helsinki MüĢavirəsinin Yekun aktı və baĢqa çox mühüm sənədlər tənzimləyir. Ona 
görə  də  Azərbaycan  istər  daxili,  istər  xarici  siyasətində  müasir  gerçəkliklərə  çevikliklə 
uyğunlaĢmağı bacarmalıdır. 
Üçüncü xəttimiz islam mədəniyyətinə, islam dininə yiyələnməkdir. Ġslam böyük bir sistemdir. 
Çox təəssüf ki, Sovet rejimi bizi bu misilsiz sərvətdən az qala məhrum edib. 
Fikir  verin,  bizim  savadlı  ruhanilərimiz  nə  qədər  azdır.  Xalq  kütlələri  islam  dininin  əsas 
tələblərini  bilmir.  Mənəviyyat  və  məiĢətimizdəki  pozuntuların  (oğurluq,  rüĢvətxorluq, 
qumarbazlıq,  içkibazlıq  və  b.)  səbəblərindən  biri  də  məhz  dinimizdən  süni  Ģəkildə  aralı 
salınmağımızda görürəm. 
Yəqin  Avropa  ədəbiyyatında  bu  nöqtəyə  diqqət  yetirmisən  -  orada  bütün  ruhanilər  ağıllı, 
xeyirxah,  məzlumlara  əl  tutan,  millətini  sevən  adamlar  kimi  təsvir  olunur.  Bizdə  isə  molla, 
axund,  yaxud  hər  hansı  bir  ruhani  fırıldaqçı,  yalançı,  tamahkar,  cəhalət  yayan  insan  kimi 
təqdim edilib. Ruhanilərə nifrətlə birgə xalqa dinə nifrət duyğuları da aĢılamağa çalıĢıblar. 
Nəticəsi isə o olub ki, milyonlarca insanın yalnız quruca adı «müsəlman» qalıb, onlar islamın 
mənəvi dəyərlərindən məhrum edilib. 
Bu ideoloji xətlərin üçünü də elmi əsaslarla öyrənməyin nəticəsində yüksək səviyyəli mədəni 
vətəndaĢ yetiĢdirə  bilərik.  Demək,  həmin  o  ideologiyanın  son  məqsədi  yüksək inkiĢaf  etmiĢ 
vətəndaĢdır. 
Belə çıxır ki, bizim Cəbhənin son məqsədi də elə o bayrağı təmsil edən ideologiyanın həyata 
keçməsi, Azərbaycan Xalq Cümhuriyyətinin öz ideyaları ilə birgə bərpa olunmasıdır.
 
Tamamilə doğrudur. Ancaq Azərbaycan Cümhuriyyəti ideyası tam olmadı axı, yarımçıq qaldı; 
imkan vermədilər ki, o ideya yetiĢsin. Biz onu kamilləĢdirməliyik. 
Ġndi  mən  bir  Ģeyi  müĢahidə  edirəm  -  Amerikadan,  Ġngiltərədən,  Fransadan  gələnlər  sual 
verirlər ki, sizdə türkçülük necədir, Turan dövləti yaratmaq ideyasına necə baxırsınız? Biz isə 
deyirik ki, elə meylimiz yoxdur. Bu, qorxuludur. Bu sualı biri versin, ikisi versin; daha fransız 


verir  bu  sualı,  italyan  verir,  ispan  verir.  Deməli,  bütün  Avropa  üçün  bu,  maraqlı  məsələdir, 
çünki yeni bir türk dünyası qalxır… 
…və islam özülçülüyü…
 
Bəli və islam özülçülüyü. Bu, nədir? «Özülçülük» deməklə istəyirlər ki, bizə damğa vursunlar. 
Biz özülçülüyü götürüb qoyuruq qırağa, təkcə elə islamı saxlayırıq. Qalır islam və türkçülük. 
Yeri  gəlmiĢkən,  Bəy,  sən  bir  ĢərqĢünas  kimi  Qur’anı  oxuyur  və  yaxĢı  da  tərcümə  edirsən, 
Ģəriətdən də məlumatın zəngindir. Bəs Qur’ana Ģərh verməyi də bacararsanmı?
 
Düzdür, mən dünya islamĢünaslarının Qur’ana yazdıqları Ģərhlərin ən mühümləri ilə tanıĢam, 
ancaq  Qur’anı  təfsir  etmək,  ona  Ģərh  yazmaq  hər  ĢərqĢünasın  iĢi  deyil.  Bunu  xüsusi  islam 
universitetlərini  bitirən,  az  qala  bütün  ömrünü  Qur’anı,  Ģəriəti  öyrənməyə  həsr  edən  ən 
savadlı din alimləri bacarar. Azərbaycanda da Mövlazadə və Nuxəvi kimi belə üləmalar vardı. 
Çox  arzulayardım  ki,  bizim  indi  Bakıda  olan  Ġslam  Ġnstitutumuz  da  belə  savadlı  adamlar 
yetiĢdirəydi. 
Mən  bəzən  deyirəm  ki,  gələcək  məqsədimiz  azad,  demokratik  cəmiyyətdir,  türkçülük  milli 
özünüdərkimizdir,  islam  dini  inancımızdır,  soruĢsanız  ruhi  cəhətdən  bir  az  da  Ģamanam, 
Ģamanlıq  da  ruhumdur.  Bu  sistem  milləti  vahidləĢdirir  və  onu  vahid  bir  nüvə  ətrafında 
toplayır;  gələcəkdə  o,  güclü  bir  millət  olur.  Və  bundan  çox  qorxurlar.  Niyə?  Səbəbini  son 
vaxtlar  açıqca  gördük.  Türkiyədə  birdən-birə  üç  ayrı-ayrı  partiya  birləĢdi  (Məmmədəmin’in 
böyüklüyünü  bu  günlərdə  bir  də  dərk  etdim):  Alparslan  TürkeĢ’in  partiyası  (sırf  türkçü 
partiyadır),  Ərbakan’ın  partiyası  (sırf  dini  partiyadır)  və  bir  də  demokratik  islahat  partiyası. 
Üçü birləĢdi: türkçülük, demokratik islahat, din - bizim bayrağımız.  
FikirləĢirəm  ki,  gələcəkdə  AXC-nin  fəaliyyətini  davam  etdirmək  istəyiriksə  güclü  partiya 
yaranmalıdır və Xalq Cəbhəsi bu üç ideyalı partiyanın birliyindən ibarət olmalıdır. Bu üçünün 
birləĢməsi  güclü  bir  qüvvə  yaradır.  Nəticəsinə  baxaq.  Amerikanın  Süleyman  Dəmirəl’ə  bir  o 
qədər rəğbəti yox idi; gördü ki, o, qabağa çıxır, Turqut Özal’a meyl etdi. Birdən-birə gördü ki, 
arxadan obiri qüvvə - TürkeĢ gəlir və fikirləĢdi ki, Süleyman Dəmirəl Amerikaya ondan daha 
xeyirlidir. Bu üç rəngin birliyi meydana gəlsə çətin olacaq - elə məsələlər qalxacaq ki, Amerika 
Yaxın ġərqdən daha ayağını yavaĢ-yavaĢ üzməli olacaq. Avropanı da qorxudan budur. 
Həmin bu üç rəng qəribə rəmzdir, yəqin ki, onun üstündə aylarla, günlərlə mübahisə ediblər, 
axır nəticəyə gəlib çıxıblar. 
Onu  da  xatırladım  ki,  bu  bayrağı  daĢımağa  bizim  mənəvi  haqqımız  çoxdur  -  onu  döyülə-
döyülə, təhqir oluna-oluna, dustaqlara atıla-atıla yenidən həyata qaytarmıĢıq və unutmayaq 
ki, indiki soydaĢlarımız onu Azərbaycan Xalq Cümhuriyyətindəkindən də çox - üç il yarımdır ki, 
öz baĢları üzərində qürurla dalğalandırırlar və əminəm ki, bu xalq onu bir də heç vaxt enməyə 
qoymayacaqdır! 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə