DeyġRDĠm kġ, bu quruluġ dağilacaq



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə11/99
tarix22.07.2018
ölçüsü1,27 Mb.
#57769
1   ...   7   8   9   10   11   12   13   14   ...   99

baxardılar.  Cavanları  danlardı,  yeri  gəlsə  söyərdi,  lap  sillə  də  vurardı,  barıĢdırmamıĢ 
dincəlməzdi. O, qətiyyən qoymurdu ki, kənddə küsülülər qalsın. 
Azərbaycanda çox mühüm bir adət vardı, gərək biz onu saxlayaydıq. Gərək elə edəydik ki, o, 
Allah  hökmü  kimi  beynimizə  yerləĢəydi  -  Novruz  bayramında,  bahar  bayramının  birinci 
günündə küsülü qalmaq olmaz. Demək, təzə ilə çıxanda küsülü qalınmamalıdır. Heç olmazsa 
ildə  bir  gün  gəlirdi,  adamları  tamam  barıĢdırırdı;  hər  il  barıĢ  günü  olurdu.  O  ənənə  indi 
kəndlərdə, camaatın arasında qalır. Onu geniĢləndirmək, ənənəvi mənəvi-psixoloji bir adətə 
çevirmək gərəkdir. 
Mən  məsələyə  baĢqa  cür  də  yanaĢıram  -  məsələn,  qəddar  rəqibi  heç  zaman  bağıĢlamağı 
xoĢlamıram:  əgər  o,  millətə  düĢməndirsə  heç  vaxt  bağıĢlanılmayacaq,  onunla  heç  vaxt 
dostluq yapmaq olmaz. 
Amma  indi  deyəcəklərim  isə  mənim,  ola  bilsin  ki,  təbiətimlə,  xasiyyətimlə  bağlıdır.  Ağlım 
qəbul edə bilmir ki, beĢ il bir adamla bir yerdə oturasan, durasan, çay içəsən, çörək yeyəsən, 
mehriban söhbət edəsən, sonra isə düĢmən olasan. YaxĢı, dostluğu davam etdirə bilmirsənsə 
eləcə  dondur,  salaməleyküm-əleyküməssalam,  mehriban  görüĢ,  qurtarsın  getsin.  Daha 
düĢmən niyə olursan? Köhnə dostunla düĢmənçilik eləmək, çox pis çıxmasın, üzr istəyirəm, 
xörək yediyin qaba sonra tüpürməkdir. 
Bilirsinizmi,  bizim  Azərbaycanda,  cəmiyyətdə  pis  bir  xasiyyət  var  -  biz  adamla  bitərəf  qala 
bilmirik; ya gərək dost olaq, ya da düĢmən. Bu cür düz deyil. Mənimlə dost olub, sonra elə 
qəddar  düĢmən  kəsilir  ki,  erməni  də  yaddan  çıxır,  rus  da  yaddan  çıxır,  özününkü  düĢmən 
olur. Yəni dost olandan sonra düĢmən olmaq qədər pis Ģey yoxdur, ən qorxulu düĢmən odur. 
Bəy,  mənə  elə  gəlir  ki,  indi  Cəbhədə  (rəhbərliyi  nəzərdə  tuturam)  dostların  birliyidir,  elə 
parlamentdə  onların  əlbir çıxıĢı da  bunu  göstərir.  Ancaq  mən  baĢqa  sual vermək  istəyirəm: 
biz dünən, tutaq ki, bir mitinq keçirmək üçün mübarizə aparırdıq, xalqın taleyi ilə bağlı xırda 
bir məsələdən ötrü vuruĢurduq, indi isə parlamentdə hakimiyyət uğrunda çarpıĢırıq. Artıq iki 
ildən sonra mübarizəmizdə də, qələbələrimizdə də xeyli irəliləyiĢ var. Ancaq Xudu Məmmədov 
bir  dəfə  səndən  soruĢub  ki,  yaxĢı,  marksizm-leninizmi  götürdünüz,  bəs  onun  yerinə  nə 
qoyursunuz?  Bax,  indi  bizim  gözümüzün  qabağında  kommunizm  məhv  olub  getdi. 
Azərbaycan  Xalq  Cəbhəsi  xalqa  indi  hansı  ideyanı  təklif  edir,  edəcək,  yaxud  eləməlidir? 
Ümumiyyətlə, Azərbaycan Xalq Cəbhəsinin bundan sonrakı vəzifəsini nədə görürsən?
 
Mən, Məmmədəmin Rəsulzadə’nin bir çox əsərlərini hələ oxumamıĢam (çoxusu ələ düĢməyib, 
bəziləri  isə  çap  olunsa  da  oxumağa  imkan  tapmamıĢam).  Məmmədəmin  Rəsulzadəni, 
görünür, biz təzədən öyrənməliyik, özü də dərindən, təhlil edə-edə öyrənməliyik.  
Mən onu xüsusi öyrənməyə iki-üç ay vaxt sərf eləyəcəyəm. 
Bu adam nəyi tapıb, nəyi düzəldib? Ġlk növbədə bayrağı. Bayraq elə-belə deyil. Bu üç rəng 
məsələsi var, onun haqqında çox fikirləĢirəm. BaĢqa ideya lazım deyil - bu, ideyadır.  


Türklüyün  özünü  dərk  etmək  üçün  bir  neçə  ocaq  yox  ha,  bir  neçə  cəmiyyət  yox  ha,  bizim 
ömrümüz  yox  ha,  bir  neçə  nəslin  ömrü  lazım  olacaq.  Vətənimizi  parçalamıĢ  iki  yabançı 
imperiya  millətimizin  türk  mənəviyyatını  da  yox  etmək  üçün  əlindən  gələni  əsirgəməyib. 
ġimalda beynəlmiləlçilik pərdəsi altında, Cənubda isə «islamda millət birdir» Ģüarı ilə türk milli 
mənliyinin  məhvinə  çalıĢıblar.  ġimalda  rus  psixologiyası  və  Rusiya  mənafeyi  üzərində 
qurulmuĢ  təhsil  sistemi  milli  mənəviyyatımızı  dağıdan  ən  güclü  silaha  çevrilibsə  Cənubda 
əksinə  ediblər  -  təhsilsizliklə  və  ana  dilində  oxumağı  yasaq  etməklə  məqsədə  çatmaq 
istəyiblər.  Bunlar kara  gəlməyəndə isə  «pantürkist»  adı  ilə  millətin  ziyalılarını məhv  ediblər. 
Ona görə də 1813-dən bu yana milli varlığımıza vurulan dəhĢətli zərbələrin kəskin ağrısını indi 
də  duyuruq.  Bu  gün  az  qala  iki  ədəbi  dilimiz  yaranıb,  halbuki  baĢqa  parçalanmıĢ  millətlər 
(almanlar,  koreyalılar,  vyetnamlılar  və  b.)  buna  imkan  verməyiblər  (düzdür,  onların  ayrılığı 
bizimki  qədər  uzun  çəkməyib).  Bu  gün  az  qala  iki  milli  psixologiyamız  mövcuddur.  Bizə 
nisbətən  çox  qısa  müddətdə  ayrı  qalandan  sonra  birləĢərkən  hətta  ġərq  və  Qərb  almanları 
arasında  da  müəyyən  anlaĢılmazlıq  yaranırsa  gör  indi  bizim  qarĢımızda  nə  qədər  ağır  yük 
durur!  180  illik  ayrılığın  milli  psixologiyamızda  yaratdığı  ciddi  fərqi  yox  etmək  asan 
olmayacaq.  Bunun  üçün  hədsiz  iĢ  görülməlidir.  Bu  gün  milli  mədəniyyətimiz,  milli  adət-
ənənələrimiz də az qala aradan çıxmaq üzrədir. ġimalda «sovetləĢən», Cənubda «iraniləĢən» 
məiĢətimiz, həyat tərzimiz bu sahəyə də sarsıdıcı zərbə vurub. 
Buna nə ad vermək olar ki, millətimizi öz adından belə məhrum ediblər! 
Ġndi  görün  ki,  türkçülük  ideyası  necə  ağır  yaralarımızı  sağaltmağa  xidmət  etməlidir.  Bunu 
ardıcıl olaraq gələcək nəslə dərk etdirmək sənin vəzifəndir. Sən, mən oxumuĢuq, bilirik. UĢaq 
isə  yeni  doğulub,  heç  nədən  xəbəri  yoxdur.  Demək,  sən  elə  bir  sistem  yaratmalısan  ki, 
türklük uĢağa kütləvi surətdə aĢılansın. Belə təsəvvür edək ki, ġimali Azərbaycanda ildə əhali 
təxminən 150 min nəfər artır. Ġldə dünyaya, pis mənada demirəm, 150 min cahil gəlir. 
Ağ vərəq gəlir…
 
Bəli, ağ vərəq. Bəzən bizi gürcülərlə müqayisə edirlər. Mən uĢaqlara deyirəm: bir var ildə 150 
min adamı yedirəsən, böyüdəsən, tərbiyələndirib adam edəsən, bir də var Gürcüstandakı 18 
mini. 18 mini Azərbaycanın bir rayonu əl üstündə saxlayar. Bu, çox böyük Ģeydir. Estonlarda, 
litvalılarda da əhali artımı azdır; onu saxlamağa, tərbiyə etməyə millət çox enerji itirmir. Biz 
isə artımımız güclüdür deyin böyük enerji sərf edirik. Bizim adamların çoxusu hərəkatda niyə 
iĢtirak etmir? Çünki hərəsinin bir bölük balası var, onlara çörək lazımdır (bizimkilər də ailəni 
çox istəyir). Əgər bizdə də ailədə bir uĢaq olsa siyasətlə məĢğul olmağa vaxt qalar. Bizim milli 
zənginliyimiz var, onu itirməməli, əksinə, geniĢləndirməliyik - övladımız çox olmalıdır, millətin 
kökü güclü olmalıdır. 
Deməli, hər il 150 min ġimalda doğulur. Hələ Cənubda nə qədərdir - bilmirik, türk dünyasında 
nə qədərdir - bilmirik. Biz axı cənublu-Ģimallı bir dövlət olacağıq! Olacağıqsa ildə bir milyon ağ 
vərəq  gələcək.  Ġldə  bir milyonu  sən  doydurmalısan,  onu  ən  azı  20-30  yaĢına  çatdırmalısan. 
Bunun özü böyük iĢdir, ən böyük ideologiyadır. 


Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə