Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə10/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

3.
 
Dövlətin daxili yurisdiksiyasında olan 
işlərə qarışmamaq prinsipi 
Bu  prinsip  dövlollərin  suveren  bərabərlik  prinsipi  ilə  üzvi  surətdə 
bağlıdır  və  əslində  onu  tamamlayır.  Prinsipin  məğzi  ondan  ibarətdir  ki, 
dövlətin  öz  suveren  hüquqlarını  öz  arzu  və  iradəsinə  uyğun  həyata 
keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz. 
BMT  Nizamnaməsinin  2-ci  maddəsinin  7-ci  bəndində  deyilir:  «Bu 
Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki
hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə 
müdaxilə ctsin». Doğrudur, göstərilən qadağa bilavasitə Birləşmiş Millətlər 
Təşkilatının  üzərinə  qoyulmuşdur.  Lakin  məntiqi  təfsir  belə  bir  nəticə 
çıxarmağa imkan verir ki, dövlətlərin daxili işlərinə qarışmamaq öhdəliyi 
BM'f-nin  bütün  üzvlərinə  şamil  olunur.  Hazırda  dünyanın  hər  bir  dövləti 
üçün imperativ xarakter daşıyan bu prinsipin normativ  məzmunu bir sıra 
mühüm  sənədlərdə,  o  cümlədən 
Dövlətlərin  daxili  işlərinə  qarışmağın 
yolverilməzliyi,  onların  müstəqilliyinin  və  suverenliyinin  qorunması 
haqqında  BMT-nin  1965-ci  il  Bəyannaməsində, 
yuxanda  adı  çəkilmiş 
1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır. 
«Dövlətin  daxili  yurisdiksiyasında  olan  məsələlər»  onun  ərazisi 
daxilində olan məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir 
çox məsələlər, ~ misal üçün, xariei səfirliyin binasına basqın edilməsi, - heç 
də  onun  daxili  işi  sayılmır.  Digər  tərəfdən,  ilk  baxışdan,  «beynəlxalq» 
sayılan hər hansı məsələ, - misal üçün, dövlətin başqa bir dövlət ilə üçüncü 
tərəfin  hüquq  və  mənafelərinə toxunmayan  müqavilə  bağlaması,  -  həmin 
dövlətlərin  daxili  işi  hesab  olunur  və  ona  istənilən  müdaxilə  qadağandır. 
Hansı  məsələnin  dövlətin  daxili  işi  olmasını  beynəlxalq  hüquq  müəyyən 
etmir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər hansı məsələ üzrə 
dövlət  öz  üzərinə  beynəlxalq  öhdəlik  götürmüşsə,  bu,  artıq  onun  daxili 
məsələsi sayıla bilməz. Daimi Beynəlxalq Ədalət Məhkəməsi 1930-cu ildə 
qeyd  etmişdi  ki,  «dövlətin  daxili  səlahiyyət  dairəsində  olan  məsələlərim) 
həcmi sabit deyildir və bu, bey- 
30 


nəlxalq  hüququn  inkişafı  ilə  dəyişə  bilər.  ıMəsələn,  o  vaxtlar  vo  ondan 
sonrakı  illərdə  də  dövlətlərin  sırf  daxili  işi  olan  insan  hüquqlarının  milli 
qanunvericilikdə  təsbiti  və  qorunması  məsələsi  bu  gün  prinsip  etibarilə 
beynəlxalq  məsələyə  çevrilmişdir.  Nəhayət,  burada  bir  məqamı  da 
vurğulamaq lazımdır ki, əgər bir dövlətin ərazisindəki daxili münaqişə və ya 
situasiya beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə 
də daxili məsələ sayılmır və BMT Təhlükəsizlik Şurası bu hallarda BMT 
Nizamnaməsinin VII fəslinə müvafiq olaraq məcburiyyət tədbirləri tətbiq 
edə  bilər;  təbii  ki,  həmin  kollektiv  sanksiyalar  qətiyyən  dövlətin  daxili 
işlərinə qarışmaq deyildir. 
Sözü gedən prinsipin normativ məzmunu aşağıdakılardan ibarətdir: 
1)
 
dövlətin  suverenliyinə  və  onun  siyasi  və  iqtisadi  əsaslanna  qarşı 
yönəlmiş silahlı müdaxilə və digər müdaxilə fonnalan qadağandır; 
2)
 
heç  bir  dövlət  başqa  bir  dövlətin,  onun  öz  suveren  hüquqlarını 
həyata  keçirməkdə  özünə  tabe  edilməsinə  və  bununla  ondan  hər  hansı 
imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi, siyasi və ya istənilən digər 
məcburiyyət tətbiq edə bilməz; 
3)
 
başqa  bir  dövlətin  quruluşunun  zorakı  yolla  dəyişdirilməsinə 
yönəlmiş təxribatçı vo ya terrorçu fəaliyyətin təşkili, yaxud dəstəklənməsi 
yolverilməzdir; 
4)
 
başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır; 
5)
 
hər  bir  dövlət  digər  dövlətlərin  (və  beynəlxalq  hüququn  digər 
subyektlərinin)  müdaxiləsi  olmadan  öz  siyasi,  iqtisadi,  sosial  və  mədəni 
sistemini seçmək hüququna malikdir. 
4.
 
Güc tətbiq etməmək və ya 
güclə hədələməmək prinsipi 
Müasir  beynəlxalq  hüquq  üçün  müstəsna  əhəmiyyətə  malik  olan  bu 
prinsip  öz  birbaşa  ifadəsini  BMT  Nizamnaməsinin  2-ci  maddəsinin  4-cü 
bəndində  tapmışdır.  Burada  deyilir  ki,  Birləşmiş  Millətlər  Təşkilatının 
bütün Üzvləri «öz beynəlxalq münasibətlə- 
31 


rində, hor hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı 
və ya Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər 
hansı  bir  şəkildə  güclə  hədələməkdən  və  gücün  tətbiqindən  çəkinirlər». 
Prinsipi özündə əks etdirən sənədlər sırasında 
Təcavüzün tərifi haqqında 
BMT  Baş  Məclisinin  1974-cü  il  Qətnaməsini,  Beynəlxalq 
münasibətlərdə  güclə  hədələməkdən  və  ya  onun  tətbiqindən  imtina 
edilməsi  prinsipinin  səmərəliliyinin  artırılması  haqqında  1987-ci  il 
Bəyannaməsini 
xüsusilə qeyd etmək lazımdır. 
«Güc»  dedikdə,  BMT  Nizamnaməsində  hərbi,  silahlı  güc  başa 
düşülür.  Ədəbiyyatda  bəzən  rast  gəlinən  və  bu  terminin  məna  yükünün 
genişləndirilməsini, xüsusən, iqtisadi və hətta ideoloji gücün də bu termin 
vasitəsilə  əhatə  olunmasını  nəzərdə  tutan  fikirləri  birmənalı  qəbul  etmək 
olmaz və demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir. 
BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri 
verilir ki, dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı olmayan, 
hər  hansı  «bəraətvcrici»  məqsədlə,  məsələn,  insan  hüquqlarının  kütləvi 
pozulması  hallarının  qarşısını  almaq  üçün  birtərəfli  qaydada  güc  tətbiq 
olunması (buna 
«humanitar müdaxi- lə» 
deyilir) beynəlxalq hüquqa, daha 
doğrusu, sözügedən prinsipə zidd deyildir. Doğrudur, BMT Təhlükəsizlik 
Şurası  tərəfindən  sank-  siyalaşdınlmamış  humanitar  müdaxiləyə  mənəvi 
baxımdan,  humanizm  nöqteyi-nəzərindən  haqq  qazandınuaq  olar,  lakin 
dövlətlərin  müvafiq  praktikası  güc  tətbiqinin,  BMT Nizamnaməsində  əks 
olunmuş  və  aşağıda  şərh  olunacaq  iki  istisnadan  başqa,  bütün  hallarda 
yolverilməzliyini təsdiq edir. 
Sözügedən  prinsipə  görə,  aşağıdakı  hərəkətlər  hüquqa  zidd  hesab 
olunur: 
a)
 
digər  dövlətin  beynəlxalq  sərhədlərini  pozmaq  məqsədilə  və  ya 
beynəlxalq mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini 
həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək
b)
 
silahlı  güc  tətbiq  etməklə  əvəzçıxma  təzyiq  tədbirləri  (burada, 
qadağan olunmuş əməllər sırasında bir dövlətin silahlı qüvvə- 
32 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə