Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

Sular  çox  mühüm  rekreasiya  xidmətinə  şərait  yaradırlar. 
Xüsusilə  güllər  rekreasiya,  mikroiqlim  yaratmaq  və  s. 
əlamətlərinə  görə  də  böyük  əhəmiyyət  kəsb  edirlər. 
Ümumiyyətlə MDB ölkələri xeyli içməli su ehtiyatına malikdir. 
Dünyanın  ən  böyük  şirin  sulu  gölü  olan  Baykalda  şirin  su 
ehtiyatının çox hissəsi yerləşir. 
Bu  sudan  səmərəli  istifadə  etmək  və  Baykalın 
ekologiyasını sabit saxlamaq məqsədilə burada tənzimləmə işləri 
aparılır. Lakin yaxınlıqda tikilmiş sellüloz-kağız fabriki hələ də 
gölün suyunu çirkləndirməkdədir. 
MDB ölkələrində hidroresurslarm coğrafi  yerləşməsindən 
asılı  olaraq  onlardan  səmərəli  istifadə  olunması  böyük 
çətinliklərlə  qarşılaşır.  Məsələn,  MDB  ölkələrinin  içməli 
sularının təxminən 18%-i Baltik, Qara, Xəzər və Aral dənizləri 
hövzələrinə axır. Bu ərazilərdə daha çox əhali yayılmış və sudan 
ən  çox  istifadə  olunur.  Əksinə,  Şimal  Buzlu  və  Sakit  okean 
hövzələrinə 82% içməli su axır. Amma bu ərzilərdə əhalinin cəmi 
1/5  hissəsi  yaşayır.  Ona  görə  də  əhalinin  sıx  yerləşdiyi  və 
sənayenin  yüksək  inkişaf  etdiyi  ərazilərdə  hidroresurslarm 
keyfiyyətcə pisləşməsinə səbəb olur. 
Sudan istifadənin vacib vəzifələri: 
-
 
Torpaqların suvarılması və qurudulması; 
-
 
Su axınlarının nizamlanması; 
-
 
Suyun hövzələrarası paylanması; 
-
 
Hidroresurslarm çirklənmə və tükənmədən 
mühafizəsi və s.-dir. 
Aparılan hesablamalara görə Azərbaycan Respublikasının 
ərazisində 8350-ə qədər çay vardır. Bu çayların 7860-a qədərinin 
uzunluğu 10 km-dən az oub, ümumi çayların 94%-ni təşkil edir. 
Respublikada axan çaylardan cəmi 22-nin uzunluğu 100 km-dən 
artıq  olduğu  üçün  Azərbaycanı  kiçik  dağ  çayları  ölkəsi 
adlandırırlar. 
Ümumiyyətlə,  Azərbaycanın  bütün  çayları  Xəzər  dənizi 
hövzəsinə aid olmaqla üç qrupa bölünür: 
55 


1.
 
Kür hövzəsinə aid olan çaylar
2.
 
Araz hövzəsinə aid olan çaylar
3.
 
Bilavasitə Xəzər dənizinə tökülən çaylar. 
Respublikanın ərazisindəki bütün çaylar axım 
xüsusiyyətinə görə üç qrupa böünür: 
1.
 
Bütün il boyu axım müşahidə ediən çaylar; 
2.
 
Axımı quruyan çaylar. 
3.
 
Axımı müvəqqəti olan çaylar. 
Bundan başqa yerli çaylar və tranzit çaylar var. Suya olan 
tələbat  respubikanm  xalq  təsərrüfatının  intensiv  inkişafı  ilə 
əlaqədar olaraq ildən-ilə artır. 
Azərbaycan  başqa  təbii  sərvətlərlə  zəngin  olmasına 
baxmayaraq su təchizatında problemlər yaranır. Məhz bu səbəbə 
görə  də  respublikamızın  ərazisinə  quraqlıq  ərazilər  sırasında 
baxırlar. 
Respublikamızın  malik  olduğu  30,6  km^  suyun  40%-ni 
Gürcüstan  və  28%-ni  Ermənistanın  ərazilərindən  axan  çayarm 
suyu təşkil edir. 
Respublika  su  təminatına  görə  Zaqafqaziyanın  digər 
respublikalarından geridə qalır. Onsuz da təbii su ehtiyatı zəngin 
olmayan  respublikamızın  ərazisində  buxarlanma  və  fıltirasiya 
yolları ilə itirilən suyun ümumi həcmi 8,1 km^-ə bərabərdir ki, 
bu da ümumi su ehtiyatının 26-27%-ni təşkil edir. 
Şirin  su  ehtiyatlarından  danışarkən,  ərazimizdə  olan 
göllər və bulaqlar da nəzərdə tutulmalıdır. 
2.5.4.
 
Dünya okeanınuı bioloji ehtiyatlarından istifadə 
edilməsi, onların ekoloji vəziyyəti və mühafizəsi 
["Hazırda  biosferin  kəskin  çirklənməsi  bütün  dünya 
əhalisinin narahatlığına səbəb olmuşdu^ Elə buna görə də ətraf 
mühitin  çirklənməsinə  qarşışı  mübarizə  aparmaq  məqsədilə 
dövlətlər  qarşıhqhı  müqavilələr  bağlayır,  bəşəriyyət  mühitin 
qorunmasına aclıq kimi müdhiş bir bəla 
56 


ilə  bir  səviyyədə  tutur,  cəmiyyət  bu  tarixi  bəladan  qurtamıaq 
üçün çıxış yollarıı axtarır. Su hövzələrinin sanitar-hidrobioloji 
vəziyyəti  nəzərdə  tutulur.  Bu  məsələdə  təbii  tarazlığı  pozan 
antropogen  amillərin  (suların  sənaye,  mətbəx  axarları,  drenaj 
suları ilə çirkənməsi və hövzənin sabit vəziyyətini pozan bütün 
səbəblər) təsiri, onların mənbəyi və başvermə səbəbləri xüsusi 
rol  oynayır.  Beynəlxalq  okeanologiya  komissiyasının  (BOK), 
bir 
qrup 
alimi 
və 
YUNESKO- 
dəniz 
mühitinn 
çirkləndirilməsini, insanlar tərəfindən birbaşa və ya dolayı yolla 
«dəniz  sularına»  daxil  edilən  maddələr  təşkil  etdiyini  qeyd 
edirlər  ki,  onlar  da  bioloji  resurslara  zərər  verir,  insanların 
sağlamlığını pozur və insanın dənizlə əlaqədar olan fəaliyyətini 
estetik qavranmasını zəiflədir. 
Tullantılar  ən  çox  insanların  yaşadıqları  və  işlədikləri 
yerlərdə  müşahidə  edilir.^Tullantıflann  töküldüyü  ərazilərdə 
çikrləndricilərin yüksək konsentrasiyası müşahidə olunur, təkcə 
ona görə yox ki, onları dayaz yerlərə atırlar, həmdə ona görə ki, 
okeanın  özünün  strukturu  çirkləndiricilərin  bütün  okeana 
yayılmasına,  mane  olur.  Okean  sularının  qarışmasına  səbəb 
olan hallardan biri də okeana qismən şirin suyun tökülməsidir. 
Bundan əlavə günəş həmişə suyun üst qatını qızdırır və ona görə 
də  onun  sıxlığa  görə  təbii  strasifıkasiyası  qüvvətlənir.  Başqa 
sözlə  desək.  Okeanda  suyun  təbii  olaraq  ayrı-ayrı  qatlara 
ayrılması  mövcuddur ki, bu da çirkləndiricilərin  üst  qatlardan 
aşağı qatlara enməsinə mane olur. Okeanın üst qatlarında suyun 
şaquli yerdəyişməsi baş vermir, amma eyni zamanda orada su 
üstü cərəyanların mürəkkəb sistemi mövcuddur. Onlar nisbətən 
kiçik  ərazilərdə  yayılmaqla  nisbətən  fərqli  sərhədlərə 
malikdirlər. Əgər hər hansı bir maddə üst cərəyanlara düşürsə, 
onun bütün okean səthinə yayılma imkanları çox olur. Bundan 
əlavə,  gəmilərin  tullantılarını  da  nəzərdən  qaçırmaq  olmaz, 
çünki  bu  hadisə  əsasən  şelf  zonasında  (200  m-ə  qədər 
dərinlikdə) baş verir. 
57 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə