Dərslik təLİmati msk-nin 2016-ci IL 27 iyul tarixli №52/2016 qərarı ilə təsdiq olunmuşdur



Yüklə 7,43 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix01.09.2018
ölçüsü7,43 Mb.
#66639
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

46

Əgər yoxlama vərəqi aşkar edilməsə və ya o müqayisə üçün saxlanılmış yoxlama vərəqindən 

əsaslı surətdə fərqlənərsə, aparılası qutuda aşkar edilmiş bütün xüsusi zərflər və bülletenlər 

paket halında bağlanır və “Batildir” sözləri yazılır, komissiya səslərin sayılması prosedurları başa 

çatdırıldıqdan sonra möhürlənmiş zərfləri başqa sənədlərlə birlikdə Dairə Seçki Komissiyasına 

təqdim edir.



DİQQƏT__ƏSAS_SEÇKİ_QUTUSUNUN_AÇILMASI'>DİQQƏT

ƏSAS SEÇKİ QUTUSUNUN AÇILMASI 

(Seçki məcəlləsi ‒ maddə68.1,2,5)

Komissiya  sədri,  komissiya  üzvlərinin  və  səsvermə  binasında  olmaq  hüququna  malik

şəxslərin iştirakı ilə seçki qutusunda möhürün bütövlüyünü yoxlayır.

Əgər  möhürün  bütövlüyünün  pozulduğu  aşkar  edilərsə,  ancaq  komissiyanın  bunun  Seçki 

Məcəlləsinin  tələblərinin pozulmasına  səbəb  olmadığını  hesab  etdiyi  təqdirdə,  komissiyanın 

sərəncamı  ilə  səsvermənin  nəticələrinin  yekunlaşdırılması  proseduru  davam  etdirilir.  Əks 

təqdirdə,  seçki  qutusu  möhürlənir  və  seçki  qutusu,  başqa  seçki  sənədləri  və  qutunun  və 

seçki  sənədlərinin  möhürlənməsi  qərarı  barədə  komissiyanın  sərəncamı  dərhal  Dairə  Seçki 

Komissiyasına verilir. 

DİQQƏT

Sayıcılar:

 Əsas seçki qutusunda mövcud olan xüsusi zərfləri və seçki bülletenlərini masanın



üzərinə düzürlər;

 Əsas  seçki  qutusunda  yoxlama  vərəqinin  mövcudluğunu  yoxlayırlar  və  onu



komissiyada müqayisə məqsədilə saxlanılmış yoxlama vərəqi ilə tutuşdururlar.


MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

47

Əgər yoxlama vərəqi aşkar edilməzsə və ya o müqayisə üçün saxlanılmış yoxlama vərəqindən 



əsaslı surətdə fərqlənərsə, bütün xüsusi zərflər və seçki bülletenləri qablaşdırılır, möhürlənir, 

müvafiq protokol tərtib olunur və dərhal Dairə Seçki Komissiyasına verilir.



DİQQƏT

Səslərin hesablanması proseduru:

Sayıcılar  masanın  bir  tərəfində  yer  tuturlar,  onların  yanlarında  isə  müşahidəçilərdən

seçilmiş iki nəfər nəzarətçi durur və püşkatma yolu ilə seçilmiş seçki subyektlərinin iki

nəfər nümayəndəsi yer tutur.



SEÇKİ BÜLLETENLƏRİNİN ÇEŞİDLƏNMƏSİ

(Seçki məcəlləsi ‒ maddə 69)

Birinci sayıcı:

 Xüsusi zərfdən seçki bülletenini çıxarır;



 Seçki bülletenlərinin düzgünlüyünü yoxlayır;

  Kimə səs verildiyini elan edir;



 Bir növ seçki bülleteni ikinci sayıcıya, ikinci növü – üçüncü sayıcıya və üçüncü növü

– dördüncü sayıcıya verir;

  Xüsusi zərfləri ayrıca qoyur.



Sayıcılar ayrı­ayrılıqda düzürlər:

 Hər bir seçki subyektinə verilmiş səsləri;



 Batil hesab olunmuş bülletenləri;

 Şübhəli hesab olunan bülletenləri.




48

Müəyyən olunmuş nümunənin seçki bülleteni yalnız o halda batil hesab oluna 

bilər, əgər:

 Xüsusi zərf müəyyən olunmuş nümunədən deyilsə;



 Xüsusi zərfdə müəyyən olunmuş miqdardan çox seçki bülleteni aşkar edilmişdirsə;

 Seçki bülleteni seçki qutusunda xüsusi zərfdə aşkar edilmişdirsə;



 Seçki  bülleteni  seçicilərin  qeydiyyatçısının  imzası  və  xüsusi  möhürü  ilə

təsdiqlənməyibsə;

 Seçicinin hansı seçki subyektinə səs verdiyini müəyyənləşdirmək mümkün olmursa;



 Seçki  bülleteni  başqa  seçki  məntəqəsinə  mənsubdursa  (belə  bülletenlər  ayrıca

paketə toplanır və onların miqdarı yalnız Qeydlər kitabında göstərilir). Qeyd edilən

göstəricilər yekun protokollarına daxil edilmir.

Seçki bülletenlərinin çeşidlənməsi başa çatdırıldıqdan sonra komissiya şübhəli sayılan

bülletenlərin həqiqiliyi məsələsini müzakirə edir və püşkatma ilə həll edir.

Həqiqi hesab edilmiş seçki bülletenlərini komissiyanın sədri həqiqi büllütenlər dəstinə

(seçki subyektlərinə verilmiş səslərə əsasən), batil hesab olunmuş seçki bülletenlərini

isə batil hesab edilmiş seçki bülletenləri dəstinə əlavə edir.

SEÇKİ BÜLLETENLƏRİNİN HESABLANMASI

Bülletenlər çeşidləndikdən sonra komissiya sədri sayıcılara göstəriş verir ki, 

hesablasınlar:

 Batil hesab olunmuş bülletenləri;



 Hər bir seçki subyektinə verilmiş səsləri.




MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

49

Seçki subyektinə mənsub hər 10 seçki bülleteni metal sıxıcı ilə sıxılır və tam, eləcə də tam 



olmayan  hər  bir  dəstin  üzərində  yuxarı  tərəfdə  bağlanmış  seçki  bülletenlərinin  miqdarı 

yazılmalıdır.



DİQQƏT

Komissiyanın  sədri    hər  bir  seçki  subyektinin  topladığı  səslərin  miqdarını  elan  edir.

Komissiyanın  katibi  sədrlə  birlikdə  göstəricilərin  doğruluğunu  yenidən  yoxlamaq

məqsədilə yoxlayır:



Subyektlər 

tərəfindən

Qazanılmış səslərin

miqdarı

Batil hesab edilmiş

bülletenlərin

miqdarı

Seçicilərin

imzalarının 

miqdarı

<

Əgər  seçici  subyektlər  tərəfindən  toplanılmış  səslərlə  bülletenlərin  cəmi  seçicilərin

imzalarından artıqdırsa, komissiya sədri sayıcılara göstəriş verir ki, göstəriciləri yenidən

hesablasınlar  və  bundan  sonra  bərabərlik  baş  tutmasa,  komissiyanın  sədri  sayıcılara

göstəriş verir ki, göstəriciləri yenidən saysınlar və nəticələri komissiyanın katibi Qeydlər

kitabına və nümayiş protokollarına daxil edir.

Seçiki subyektinə mənsub seçki bülletenləri dəsti üzərində məntəqənin adı və nömrəsi, seçki 

subyektinin göstəriciləri (adlandırılması, adı və soyadı) və onun tərəfindən toplanmış səslərin 

miqdarı, eləcə də bu dəstə qoyulmuş seçki bülletenlərinin miqdarı yazılmalıdır.

DİQQƏT

Hər bir zərfin üzərində sayıcılar dairə və məntəqənin nömrələrini, seçki bülletenlərinin

növlərini və miqdarını yazırlar. Zərfin möhürlənmə zolağında sayıcılar və komissiyanın

sədri imza atırlar.



SEÇKİ BÜLLETENLƏRİNİN MÖHÜRLƏNMƏSİ

(Seçki məcəlləsi ‒ maddə 69.6,9)

Seçki  bülletenləri  sayıldıqdan  sonra  komissiyanın  sədri  sayıcılara  ayrı­ayrı 

zərflərdə möhürlənmək üçün göstəriş verir:

 Batil hesab olunmuş bülletenləri (onlara “batildir” sözü yazılır );



 Seçki subyektinə mənsub seçki bülleteni dəstini.




Yüklə 7,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə