Dərslik təLİmati msk-nin 2016-ci IL 27 iyul tarixli №52/2016 qərarı ilə təsdiq olunmuşdur



Yüklə 7,43 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix01.09.2018
ölçüsü7,43 Mb.
#66639
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

55



 Seçki məntəqəsinin nömrəsini;

 Şahid olduğu təqdirdə, adını, soyadını və qeydiyyat yerini.



Ərizəçinin müəyyən edilmiş vaxtda nöqsanı analoji ərizə/şikayət təqdim etmək yolu ilə

düzəltmək və yaxud yeni ərizə vermək hüququ vardır (burada onun nöqsanlarının aşkar

edildiyi göstəricilər qeydə alınır). Komissiyanın katibi Qeydlər kitabında “nöqsan” qeydini

göstərir.  Həmin  yazının  qarşısında  ərizəni/şikayəti  təqdim  edən  şəxs  və  komissiyanın

katibi imza atırlar.

Nöqsanın aradan qaldırılması müddəti Məntəqə seçki komissiyasının katibi və ərizə -şikayəti 

təqdim edən şəxsin razılığı əsasında müəyyənləşdirilir. Nöqsanın aradan qaldırılması müddəti 

barədə tərəflər arasında narazılıq baş verdiyi təqdirdə, vaxtı, yalnız Məntəqə seçki komisiyasının 

katibi təyin edir. 

DİQQƏT

Nöqsan aradan qaldırıldığı təqdirdə, komissiyanın katibi qeyd olunan barəsində “Nöqsan

aradan  qaldırılmışdır”  müvafiq  qeydini  yazır  və  dəqiq  vaxt  göstərməklə  Qeydiyyat

jurnalına daxil edir. Qeydin qarşısında ərizə/şikayəti təqdim edən şəxs və komissiyanın

katibi imza atır.

Müəyyən  olunmuş  vaxtda  nöqsan  aradan  qaldırılmadığı  təqdirdə  ərizə/şikayət  müzakirə 

olunmur,  bunun  barəsində  isə  Məntəqə  seçki  komissiyası  sərəncam  verir  (Sərəncamın 

başlığında müzakirə olunmamasının konkret səbəbi göstərilməlidir).



DİQQƏT


56

II FƏSİL.

   SƏSVERMƏ GÜNÜ ƏRİZƏ/ŞİKAYƏTLƏRƏ 

REAKSİYA

Səsvermə  günü  saat  7:00-dan  qutunun  açılmasınadək  keçirilmiş  prosedurların

pozulmasına  aid  olan  ərizə/şikayətə  komissiyanın  sədri  dərhal  müvafiq  reaksiyasını

bildirməli və mövcud pozuntunu aradan qaldırmalıdır.

Pozuntu aradan qaldırıldığı təqdirdə “Pozuntu aradan qaldırılmışdır” adlı müvafiq qeyd

aparılır və dəqiq vaxt göstərilməklə qeydlər kitabına daxil edilir.

Səsin hesablanmasına və səsvernənin nəticələrinin yekun prosedurunun pozulmasına aid

olan ərizə/şikayəti Məntəqə seçki komissiyası müzakirə etmir və səsvermə gününündən

üç təqvim günü müddətində Dairə Seçki Komissiyasına təqdim edir.

Təqdim olunmuş ərizə/şikayət müzakirə edilmir və Məntəqə seçki komissiyası 

ərizə/şikayətin müzakirə olunmamış saxlandığı barədə sərəncam verir, əgər:

 Ərizə/şikayət hüququ olmayan şəxs tərəfindən tərtib edilmişdirsə;



 Ərizə/şikayətdə pozuntunun məğzi və onun törədildiyi vaxt qeyd edilməmişdirsə;

 Ərizə/şikayət  seçki  komissiyasına  qanunla  nəzərdə  tutulmuş  vaxtın  pozulması  ilə



təqdim edilmişdirsə;

 Təqdim edilmiş ərizə/şikayətdəki nöqsan müəyyən olunmuş vaxtda düzəldilməm i-



şdirsə.


MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

57

Əlavə №1

43 

 

Əlavə №1 



 

Gürcüstan Mərkəzi Seçki Komissiyasının 2012-ci il 9 mart tarixli 

№14/2012 qərarı ilə təsdiq olunmuşdur. 

 

Seçki administrasiyası qulluqçularının Etika məcəlləsi 

 

Maddə 1. Ümumi müddəalar 

Seçki  administrasiyası  qulluqçullarının  Etika  məcəlləsi  (sonralar  “Məcəllə”)  davranış  qaydasını 

müəyyən edir və seçki administrasiyasının istənilən qulluqçusu üçün məcburidir. 

 

Maddə 2. Məcəllənin hüquqi əsasları 

Bu məcəllənin hüquqi əsasları Gürcüstan Konstitusiyası, Gürcüstanın üzvi qanunu olan “Gürcüstanın 

Seçki məcəlləsi” (sonradan “Seçki məcəlləsi”), Gürcüstanın qanunvericilik və qanunatabe normativ 

aktlardır. 

 

Maddə 3. Terminlərin izahı 

Bu məcəllənin məqsədləri naminə onda istifadə edilmiş terminlərin aşağıdakı mənası vardır: 

a)  Seçki  administrasiyası  –  MSK,  MSK  aparatı,  Acarıstan  Seçki  dairəsi,  Acarıstan  Seçki  dairəsi 

aparatı, Dairə və Məntəqə seçki komissiyaları; 

b) Ailə üzvü – qulluqçunun həyat yoldaşı, övladı və övladlığı, birbaşa yaxın və uzaq qohumlar, bacı-

qardaşı, onunla daim yaşayan şəxs. 

 

Maddə 4. Məcəllənin məqsədləri, vəzifələri və fəaliyyət dairəsi 

1. Məcəllənin məqsədi cəmiyyətdə  Seçki  administrasiyasının  nüfuzunu  artırmaqdan,  Seçki 

administrasiyasına  münasibətdə cəmiyyətin üzvlərinin etimadını  möhkəmləndirməkdən, seçki 

prosesinə cəlb olunmuş tərəflərə münasibətdə bu davranış qaydalarına əməl etmək və tətbiq etməkdən 

ibarətdir. 

2. Məcəllənin vəzifəsi qulluqçuların peşə etikası normalarına sədaqətlilik, yüksək əqli yetişkənlik və 

xidməti borca münasibətdə şəxsi məsuliyyət hisslərini yüksəltməkdən ibarətdir. 

3. Məcəllənin fəaliyyəti Seçki administrasiyasında fəaliyyət göstərən qulluqçuları əhatə edir. 

 



58

44 


 

Maddə 5. Seçki  administrasiyası  qulluqçularının  (sonradan  -qulluqçuların)  fəaliyyətinin  əsas

prinsipləri

Qulluqçu borcludur: 

1. Qanuna hörmət etməyə:

Qanunvericiliyin dəqiq və ardıcıl həyata keçirilməsini təmin etməli, funksiyaların yerinə yetirilməsi 

zamanı müstəqil, vicdanlı və tərəfsiz olmalıdır.

2. Ədalətli, tərəfsiz və müstəqil olmağa: 

a) Subyektin, seçicinin və seçki prosesində iştirak edən başqa şəxslər üçün bərabər və ədalətli mühitin 

yaradılmasını təmin etməlidir; 

b) Elə hərəkətlərdən çəkinməlidir,  hansılar  ki,  hər  hansı  bir  partiyanın  və yaxud seçki subyektinin 

tərəfdarı/əleyhdarı hərəkəti kimi dərk oluna bilər;

c) Qulluqçu ailəsi üzvlərinin seçki subyekti kimi qeyd edildiyi halda, yuxarı komissiyaya və yaxud 

MSK-ya  5  iş  günü  ərzində yazılı  surətdə ərizə təqdim etməlidir,  əks təqdirdə, bu təqdim etməmək

qeyd edilən müddətdə inzibati məsuliyyətə cəlb olunmağın əsasına çevrilə bilər.

ç) Siyasi partiya, təşkilat  və ya siyasi prosesə qoşulmuş  şəxsdən hədiyyə və ya qiymətli  bir  şey 

almamalıdır;

d) Siyasi partiya, təşkilat  və ya seçki prosesində iştirak  edən  şəxs tərəfindən təşkil  olunmuş 

ziyafətlərə, banketlərə və bayram tədbirlərinə getməməlidir.; 

e) Seçki dövründə yerli və ya dövlət hakimiyyətinin vəzifəli şəxsləri şəxsi xarakterli görüşlərdən və

səfərlərdən çəkinməlidir.  

v) Seçkilər dövründə yerli və dövlət hökümət vəzifəsində olan şəxslərlə şəxsi xarakterli görüşlərdən

və səfərlərdən çəkinsin. 



3. Şəffaf hərəkət etməyə: 

Maraqlı  tərəflərə seçki prosesi və yaxud  Seçki  administrasiyasının  fəaliyəti ilə əlaqədar

informasiyanın  və sənədlərin  alınmasına  kömək göstərməlidir  (seçici  siyahılarında  şəxsi nömrəni 

əhatə edən informasiyadan başqa).



4. Peşəkar, intizamlı və punktual olmağa: 

a) Onun üçün təşkil edilmiş treninqlərdə iştirak etsin və seçki prosedurlarını dərindən öyrənsin; 

b) İş vaxtının və əmlakının qeyri-xidməti məqsədlərə xərclənməsinə yol verməsin; 



Yüklə 7,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə