Dərslik təLİmati msk-nin 2016-ci IL 27 iyul tarixli №52/2016 qərarı ilə təsdiq olunmuşdur



Yüklə 7,43 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix01.09.2018
ölçüsü7,43 Mb.
#66639
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

42

  Əgər bərabərlik baş tutmursa, qeydiyyatçı yenidən saymalı və miqdarı dəqiqləşdirməlidir. 



Əgər bərabərlik yenə də baş tutmasa, qeydiyyatçı izahat yazmalıdır (səbəbi göstərilməklə), 

bu isə yekun protokollarına əlavə edilməlidir.

  Qeydiyyatçıların izahatlarında (mövcud olduğu təqdirdə) verilmiş göstəricilə r səsvermənin 



yekun protokollarının tərtibi zamanı nəzərə alınmalıdır.

  Yuxarıda göstərilən məlumatlar məlum olduqdan sonra, vacibdir ki, qeydiyyatçılar həmçinin 



səsvermədə iştirak edən seçicilərin bərabərlik məlumatlarını bütün növ siyahıda saysınlar. 

Komisiya sədri məlumatları Dairə seçki komissiyasına verir.



DİQQƏT

Komissiyanın  sədri  səsvermə  binasında  olmaq  hüququna  malik  şəxslərin  iştirakı  ilə

komissiya  üzvlərindən  püşkatma  yolu  ilə  ən  azı  üç  sayıcı  seçir,  müşahidəçilər  isə  öz

tərkiblərindən, qarşılıqlı razılaşma əsasında iki nəfərdən çox olmamaq şərtilə nəzarətçi

seçirlər. Əgər müşahidəçilər öz aralarında razılığa gələ bilmirlərsə, onlardan iki nəzarətçini

püşkatmayolu ilə komissiyanın sədri seçir (Seçki məcəlləsi ‒ maddə 67.1).



Sayıcıların aşkar edilməsi üçün püşkatma aşağıdakı qaydalara əməl etməklə 

keçirilir: Məntəqə seçki komissiyasının sədri:

 Komissiya üzvlərinin sayına müvafiq olaraq bir forma və növdə vərəqlər hazırlayır;



 Vərəqlər üzərində eyni rəngli qələmlə funksiyaların “Birinci sayıcı”, “İkinci sayıcı və

“Üçüncü sayıcı” adlarını yazır;

 Püşkatma vərəqlərini komissiyanın xüsusi möhürü ilə təsdiq edir;



 Bütün vərəqləri elə qatlayır ki, onlarda mətni oxumaq mümkün olmasın və masanın

üzərinə qoyur.



MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

43

Püşkatmada iştirak edən komissiya üzvləri püşkatma vərəqlərini götürürlər. Komissiyanın



katibi  püşkatmanın  nəticələrini  Qeydlər  kitabının  3-cü  səhifəsinə  daxil  edir  (Seçki 

məcəlləsi ‒ maddə 61.2.v).

Komissiyanın  sədri  püşkatma  yolu  ilə  2  nəfərdən  çox  olmayaraq,  nümayəndə  seçir,

bunlar isə komissiya üzvlərindən püşkatma yolu ilə seçilmiş sayıcılarla birlikdə əsl və batil

olunmuş seçki bülletenlərinin hesablanması prosesində iştirak edirlər (Seçki məcəlləsi ‒ 



maddə 67.2).

Seçki subyektlərinin nümayəndələri olan, təyin olunmuş komissiya üzvləri tərəfindən püşkatma 

yolu ilə seçilmiş sayıcılar, püşkatmada iştirak etmirlər (Seçki məcəlləsi ‒ maddə 67.2).

DİQQƏT

Komissiyanın sədri və sayıcılar seçki məntəqəsini səslərin sayılması proseduru 

üçün hazırlayırlar:

 Sayıcılar masanın bir tərəfində yer tuturlar;



 Komissiyanın sədri elə yerdə əyləşir ki, o bütün sayıcıları görə bilsin;

 Komissiyanın katibi sədrin yanında əyləşir və Qeydlər kitabını doldurur;



 Səsvermə binasında olmaq hüququna malik digər şəxslər (sayıcılardan) iki metr ara-

lıda yer tuturlar (Seçki məcəlləsi –maddə 68.3).

Komissiyanın sədri sayıcıların masalarına aparmalıdır: 

 Seçicilərin vahid siyahısını, xüsusi siyahını, aparılası seçki qutusunun siyahısını;



 İstifadə olunmamış seçki bülletenlərini;

 Korlanmış seçki bülletenləri;



 Əsas və daşınan seçki qutularını;

 Müqayisə etmək üçün saxlanılmış yoxlama vərəqini;



 Kalkulyator.




44

SEÇKİ QUTUSU AÇILANADƏK HƏYATA KEÇİRİLMƏLİ PROSEDURLAR 

 

(Seçki məcəlləsi ‒ maddə67)



Sayıcılar səsvermədə iştirak edən seçicilərin ümumi miqdarını ardıcıllıqla 

say ı rlar (Seçki məcəlləsi ‒ maddə 67.3):

 Seçicilərin vahid siyahısı əsasında;



 Xüsusi siyahı əsasında;

 Aparılası seçki qutusunun siyahısı əsasında.



Məntəqə seçki komissiyasının katibi nəticələri dərhal nümayiş protokollarına və Qeyd

kitabına daxil edir.

Məntəqə seçki komissiyasının katibi istifadə olunmamış seçki bülletenlərinin künclərini

kəsir. İstifadə olunmamış və korlanmış seçki bülletenlərini ayrı-ayrı zərflərdə paketləşdirir 



(Seçki məcəlləsi ‒ maddə 67.4).

SEÇİCİLƏRİN SİYAHILARININ, KORLANMIŞ VƏ İSTİFADƏ EDİLMƏMİŞ 

SEÇKİ BÜLLETENLƏRİNİN MÖHÜRLƏNMƏSİ

(Seçki məcəlləsi ‒ maddə 67.3, 67.4­5

1

)

Komissiyanın katibi ayrı­ayrılıqda möhürləyir:

 Seçicilərin vahid siyahısını;



 Xüsusi siyahısını;

 Aparılası seçki qutusunun siyahısını.




MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ QAYDASI

45

Sayıcılar ayrı­ayrılıqda möhürləyirlər:

 İstifadə olunmamış seçki bülletenlərini;



 Korlanmış seçki bülletenlərini;

Sayıcılar hər bir zərfin üzərində seçki məntəqəsinin adını və nömrəsini, seçki sənədlərinin

növünü göstərirlər. Sayıcılar və komissiyanın sədri zərfin üzərinə imza atırlar.

Qeyd  edilən  prosedur  bitdikdən  sonra  Məntəqə  seçki  komissiyasının  katibi  seçicinin

surətininvə təqdim etdiyi sənədlə/ seçici siyahısında olan fotoşəkil ilə bir-birinə uyğun

gəlmədiyi halda, eləcədə səsvermə günü qeydiyyat kitabı üçün əlavə olunan sənədlərinin

cəmini qeyd edir (məlumatları qeydiyyat kitabına qeyd edir).

Məntəqə seçki komissiyasının katibi qeyd edilən sənədi möhürləyir; möhürlənmiş zərfdə

seçki məntəqəsinin adını, nömrəsini, sənədlərin adını göstərir və imzalayır.



APARILASI SEÇKİ QUTUSUNUN AÇILMASI 

(Seçki məcəlləsi ‒ maddə 68.1,2,4)

Komissiya ilk növbədə aparılası seçki qutusunu açır.

Komissiyanın sədri, komissiya üzvlərinin və səsvermə binasında olmaq hüququna malik

şəxslərin iştirakı ilə seçki qutusunun möhürünün bütövlüyünü yoxlayır.

Əgər  möhürün  bütövlüyünün  pozulduğu  aşkar  edilərsə,  lakin  Məntəqə  seçki  komissiyası 

belə hesab edərsə ki, təqdirdə, bu Seçki Məcəlləsinin tələblərini pozmağa səbəb olmamışdır, 

komissiyanın sərəncamı ilə səsvermə nəticələrinin yekunlaşdırılması proseduru davam etdirilir. 

Əks təqdirdə, komissiya sərəncamla qutunun və seçki sənədlərinin möhürlənməsi barədə qərar 

qəbul edir və səslərin sayılması prosedurları başa çatdırıldıqdan sonra möhürlənmiş aparılası 

qutu başqa sənədlərlə birlikdə Dairə Seçki Komissiyasına təqdim olunur.



DİQQƏT

Sayıcılar  aparılası  seçki  qutusunda  olan  xüsusi  zərfləri  masanın  üzərinə 

yerləşdirirlər, bundan sonra isə:

 Aparılası seçki qutusunda yoxlama vərəqinin mövcudluğunu yoxlayırlar;



 Qutuda mövcud olan yoxlama vərəqini komissiyada müqayisə məqsədilə saxlanılmış

yoxlama vərəqəsi ilə tutuşdururlar;

 Əgər pozuntu aşkar edilməzsə, komissiyanın sədri sayıcılara xüsusi zərfləri aparılası



qutuya müvəqqəti qaytarmaq göstərişini verir.


Yüklə 7,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə