Ekspedisiya qrupunun fikrincə bu fundamental layihə çox uğurla nəticələnəcək və
dinazavrlann nəsli bərpa olunacaqdır, lakin layihə bir neçə il davam edəcəkdir.
Alimlər müasir genetik müayinə üsullarının vasitəsilə başqa nəsli kəsilən heyvan
növlərinin də nəslinin bərpa olunması üçün böyük imkanlar açılacağına çox
israrlıdırlar. Göründüyü kimi, müasir svilizasiyalı cəmiyyətdə biologiya elminin,
təbabətin və baytarlıq təbabətinin bütün problemləri və tədqiqatları yalnız genetika
və gen səviyyəsində öyrənilməlidir.
Bu, bütün dünya alimlərinin gəldiyi son nəticə
və qənaətdir. Biologiyanın bütün elmi istiqamətləri məhz bu yolla inkişaf edə bilər
və mövcud problemlərin həlli yollan aşkarlanar. Azərbaycan Dövlət Aqrar
Universitetində (ADAU) tədris edilən «Baytarlıq təbabəti genetikası və
biotexnologiyanın əsaslan» fənni müasir biologiya, tibb və baytarlıq təbabətinin
dialektik fəlsəfi vəhdədindən yaranan, formalaşan, baytarlıq təbabətinin apancı,
fundamental ixtisas prioritetidir. Yüksək ixtisaslı baytarlıq təbabəti həkimlərinin
hazırlanması üçün həmin fənnin müstəsna əhəmiyyətə malik olması hazırda dünya
alimlərinin diqqət mərkəzindədir. Çünki hazırda bütün xəstəliklər yalnız hüceyrə,
onun orqanoidləri, xüsusilə xromosom və genlər səviyyəsində öyrənilir. Bu
baxımdan həmin fənnin yüksək səviyyədə tədris edilməsi günün tələbidir. Lakin
həmin fənn üzrə ali məktəb dərsliyinin olmaması, onun yüksək səviyyədə və müasir
tələblərə uyğun tədris edilməsi prosesinə ciddi maneçilik törədir. Baytarlıq təbabəti
genetikası və biotexnologiya fənləri baytarlıq təbabəti ixtisasının spesifik baza
fənləridir. Çünki həmin ixtisas fənləri bir-biri ilə qınlmaz surətdə bağlı olmaqla,
onların əsas məqsədi heyvanların, quşların, balıqların və anların yoluxucu (infeksion
və invazion) xəstəliklərinin genetik xüsusiyyətlərinin, anomaliyalannın və genetik
xəstəliklərin, immunitetin və qan qruplannm genetik aspektlərinin öyrənilməsi,
bioloji preparaüann (vaksinlər, dıaqnostikumlar, antibiotiklər, hormonlar, fermentlər
və s.) hazırlanması üsullannı öyrənməkdən ibarətdir. Buna görə də həmin fənlər
yalnız baytarlıq təbabəti alimləri tərəfindən sərbəst fənlər kimi tədris olunmalıdır.
Həmin fənlər hazırda dünyanın bütün inkişaf etmiş ölkələrinin baytarlıq təbabəti
fakültələrində yalnız «Baytarlıq təbabəti genetikası» və «Biotexnologiya» adı ilə
baytarlıq təbabəti ixtisası olan alimlər tərəfindən tədris olunmaqla, yüksək ixtisaslı
kadrların hazırlanmasında çox böyük pozitiv rol oynayır. Hazırda beynəlxalq
praktikada baytarhq təbabəti genetikası variasion statistikadan (biometriyadan)
tamamilə ayrılaraq biotexnologiya ilə paralel tədris olunur. Bu isə baytarhq
təbabəti genetikası və biotexnologiyanın yüksək ixtisaslı baytarlıq təbabəti
həkimlərinin hazırlanmasında olduqca böyük və çox ümdə əhəmiyyət kəsb etməsi
ilə əlaqədardır. Tibb universitetlərinin hamısında bu praktikaya çox önəmli yer
verilir. Həmin təcrübəyə baytarhq təbabəti fakültəsində də geniş istinad olun
malıdır.
Son zamanlar dünyanın bütün inkişaf etmiş ölkələrinin tibb fakültələrinin
hamısında «Tibbi biologiya» fənni tədris olunur. «Tibbi biologiya» həkimlik
ixtisasının əsas aparıcı fənni olmaqla yoluxucu xəstəliklərin bioloji aspektlərini və
mübarizə üsullannı öyrənən yeni ixtisas sahəsidir. Onun baytarlıq təbabəti
fakültəsində də tədris olunmasına dünya praktikasında geniş önəm verilir. Bu,
artıq günün ən vacib tələbi sayılır və ölkəmizdə də ona önəmli yer verilməlidir.
18
Yaxşı olar ki, tibbidə olduğu kimi, baytarlıq təbabətində də həmin fənn
baytarlıq təbabəti genetikası ilə birlikdə tədris olunsun. Güman edirik ki, bu
vacib məsələ tezliklə öz müsbət həllini tapacaqdır. Çünki tibbi biologiyanı
bilməyən, onun haqqmda müfəssəl anlayışı olmayan həkim öz fəaliyyətində heç
bir uğur qazana və məşhurlaşa bilməz. Qeyd edilənləri nəzərə alaraq
müəlliflərin
birlikdə 14 ildən artıq müddət ərzində çox gərgin zəhmətə qatlaşıb «Baytarlıq
təbabəti genetikası» adlı fundamental, ölkəmizin məşhur alimləri tərəfindən müsbət
rəylə dəstəklənən, Təhsil Nazirinin əmri ilə qrif verilən və nəşr olunması məsləhət
bilinən, müasir tələblərlə uzlaşan ilk ali məktəb dərsliyi kimi ərsəyə gəlməsi diqqəti
cəlb edir. Dərslik hazırlanarkən «Baytarlıq təbabəti genetikası və biotexnologiyanın
əsaslan» fənni üzrə mövcud olan son (2009) tədris proqramına, dünya, xüsusilə rus
alimlərinin və milli elm xadimlərimizin əsərlərinə geniş istinad edilmişdir.
Dərslik Azərbaycan Respublikası Təhsil Naziri tərəfindən «Baytarlıq təbabəti
genetikası və biotexnologiyanın əsaslan» adı ilə dərslik kimi təsdiq olunmaqla iki
hissədən - “Baytarlıq təbabəti genetikası” və “Biotexnologiyanın əsaslan” ibarətdir.
Dərsliyin ikinci hissəsi - “Biotexnologiyanın əsaslan” - üzərində müəlliflər hazırda
gərgin işlər apanr və yaxın gələcəkdə oxuculara təqdim ediləcəkdir.
Biotexnologiyanın əsaslan müasir qloballaşma, dövrünün ən prioritet tələbi kimi
gündəmə gəlməklə, onsuz kənd təsərrüfatı, baytarlıq təbabəti və tibb sahəsində
yüksək ixtisaslı mütəxəssiz hazırlığından heç bir söhbət gedə bilməz və bu qeyri
mümkündür. Çünki hazırda bütün kənd təsərrüfatı, sənaye və digər istehsal
texnologiyalan yalnız biotexnoloji proseslərə əsaslanır, ona istinad edir, müasir
nanotexnologiya elmi-texniki tərəqqiyə inteqrasiya olunur. Biotexnoloji proseslərin
hamısı fundamental, tədbiqi xarakter daşıyır (qida və yeyinti məhsullan, zülallar,
hormonlar, fermentlər, bioloji preparatlar - antibiotiklər, diaqnosrikumlar,
diaqnostiki və immunseriumlar, testlər, vaksinlər, immunoqolobinlər və s. Dərman
preparatları əsasən bu üsulla alınır).
Müəlliflər dərsliyin nəşr olunmasında çox böyük xidmətləri olan, dərsliyə rəy
verən tanınmış alimlərimizə, elmi redaktora və məsləhətçilərə, redaktorlara çox
dəyərli elmi məsləhətlər verən və müvafiq köməklik göstərən professorlar ADA II-
nun sabiq rektoru hazırda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, əməkdar
elm xadimi Mirdaməd Sadıqova, ADAU-nun rektoru İbrahim Cəfərova, ATU-
nun «Tibbi mikrobiologiya və immunologiya» kafedrasının müdiri Zakir Qara
yevə, «Tibbi biologiya və genetika» kafedrasının müdiri (unbaxış Nəcəfova,
BDU-nun professoru Məcnun Babayevə, «Biologiya» fakültəsinin dekanı A k if
Quliyevə, «Onurğalılar zoologiyası» kafedrasının müdiri, ƏEX Qara Musta
fayevə, kafedranın əməkdaşı Anar Məmmədova, «Genetika və darvinizm» kafed
rasının müdiri R auf Quliyevə, nəşriyyat redaktoru Səbuhi Qəhrəmanova,
kompüter tərtibatçısı Ramil Əzizova dərin minnətdarlığını bildirirlər. Dərslik
haqqında irad və təkliflərini bildirən bütün alimlərə, oxucu və tələbələrə
müəlliflər öz dərin təşəkkürünü bildirir və gələcək nəşrlərdə onların iradlarını
nəzərə alacaqlar.
m ü ə l l i f l ə r
19