Çünki xəstə heyvanların yeyinti məhsulları insanda müxtəlif (200-ə qədər)
yoluxucu xəstəliklər, intoksikasiya və toksikozlar-zəhərlənmələr törətməklə ağır
fəsadlarla, hətta ölümlə nəticələnir.
Baytarlıq təbabəti
bəşəri əhəmiyyətli, olduqca geniş diapozonlu, insan və
heyvanların sağlamlığının keşiyində dayanan ən mütərəqqi, mürəkkəb, çox
şaxəli və orqanizmlərin genetik populyasiyasının saxlanmasına və onun
dayanıqlı inkişafının təmin olunmasına xidmət edən elm sahəsidir. Tibb
həkimlərinin pasienti materiyanm ən ali, sosial-bioloji-psixoloji varlığı-
insan olduğu halda, baytarlıq təbabəti həkimlərinin pasienti fikrini ifadə
edə bilməyən heyvanat (heyvanlar, quşlar, balıqlar, arılar) aləmidir. Bu isə
baytarlıq təbabəti həkimlərinin fəaliyyətinin daha çətin və mürəkkəb olduğunu
bir daha sübut edir. Bunları baytarlıq təbabətinin klassiklərinin olduqca məntiqli
və dəyərli kəlamı da təsdiqləyir: «Tibb həkim hri yalnız insanı, baytarlıq
təbabəti həkimləri isə bütün bəşəriyyəti müalicə edir». Doğrudan da çox
qiymətli, müdrik və təqdirə layiq bir kəlamdır. Baytarlıq təbabəti (veterinariya-
latmca «veterinarius»-heyvanı müalicə edən)- heyvanların xəstəlikləri,
insanların
zooantroponozları-heyv anlar,
quşlar,
balıqlar
və
onların
məhsullarından keçən xəstəlikləri ilə mübarizə, sanitariya cəhətdən təmiz,
zərərsiz və təhlükəsiz heyvan mənşəli yeyinti məhsullarının istehsalı və ətraf
mühitin mühafizəsinin qlobal baytarlıq problemlərinin həlli yollarının
öyrənilməsi ilə məşğul olan ən mütərəqqi, funtamental-tətbiqi, nəzəri və
praktiki və planetar əhəmiyyətli elm sahəsidir. Onun əsas obyekti bütün növ
kənd təsərrüfatı və vəhşi heyvanlar, quşlar, balıqlar, anlar, onlann yeyinti və
gön-dəri məhsulları, yemlər, su ehtiyatları, heyvandarlıq və quşçuluq
müəssisələri, fermaları, broylerlər, arıçılıq və balıqçılıq təsərrüfatlan, otlaqlar
və s. ibarətdir. Respublika Baytarlıq Xidməti idarəsi isə həmin sahənin bütün
fəaliyyətinin rəhbəri, təşkilatçısı və nəzarətçisidir.
Həkim anlayışı, məvhumu
isə daha qiymətli və geniş diapozona malikdir. Bunu dünya şöhrətli klassik,
eləcə də müasir şairlərimiz də öz əsərlərində çox yüksək dəyərləndirmiş və vəsf
etmişlər.
«Elmlər elmidir demiş Peyğəmbər
Din elmi, təbabət elmi, müxtəsər.
Göbəkdəki ətri bu iki elmin
Fəqihlə təbibdir, bunu bil yəqin.
Fəqih olsan əgər itaətkar ol,
Hiylədən, riyadan daim kənar ol
İsa mərifətli həkim ol, amma
İnsanı öldürən bir həkim olma.
Həm həkim, həm fəqih olsan sən əgər,
Hamının yanında adın yüksələr.
Həyat da, ölüm də qul olar sana
Səadət və şöhrət düşər payına.»
11
(Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihəti)
Həkimlik ən müqəddəs, xeyirxah, bəşəriyyətin tərəqqisinə, həm insana, həm də
heyvanat aləminə xidmət edən, onlann sağlamlığını qoruyan və cəmiyyətin dayanıqlı
davamlı inkişafına təminat verən bəşəri əhəmiyyətli bir sənətdir. Tibbi və baytarlıq
təbabəti həkimlərinin fəaliyyəti yalnız bir istiqamətə-insan və heyvanlann sağlam
həyat tərzinin təminatına yönəldilib. ÜST və BEB (Beynəlxalq Epizootiya Bürosu)
hazırda bu iki ixtisası yalnız dialektik vəhdət formasında qiymətləndirir və onlann
məramının yekdil olmasını ön plana çəkir. Dünya təbabətinin atası, antik təbabətin
reformatoru (islahatçısı) b.e.ə. 460-cı ildə Yunanıstanın Koş adasının Meropis
şəhərciyində həkim ailəsində anadan olmuş, məşhur loğman, əfsanəvi şəxsiyyət
Eskulapm oğlu Podaliriyin törəməsi Hippokrat dünyanın ilk tarixi tibb
məktəblərindən biri və birincisi sayılan Koş məktəbini yaratmaqla təbabət
elmində böyük inqilab etdi. Onun atası məşhur yunan həkimi Heraklid və anası
mama-ginekoloq Fenareta Hippokratin artıq 20 yaşmda ikən tanınmış həkim
olmasında olduqca böyük rol oynamışlar. Təbabətə meyli irsiyyətdən irəli gəlsə də
onu həkim kimi formalaşdıran məhz atası olmuşdur. O, təhsilini, həkimlik peşəsini
təkmilləşdirmək üçün Misirə getməsinə baxmayaraq Yunanıstanda tüğyan edən və
əhalinin kütləvi qırğınına səbəb olan taun epidemiyası onu vətəninə qayıtmağa təhrik
edir, bütün fəaliyyətini onunla mübarizəyə yönəldir, xəstəliyin qarşısının alınmasında
misilsiz xidmətlər göstərir. Loğmanın şəfa verdiyi ilk pasientlərdən biri də elmə atom
nəzəriyyələri haqda bilgilər verən və təbabətə «etiologiya» terminini daxil edən
məşhur Demokrit olmuşdur. Klassik müayinə üsulları (palpasiya, perkussiya və s.) da
məhz onun kəşfləridir. Dahi Hippokratin qiymətli sözləri bütün həkimlər üçün ömək
olmalıdır:
«Təbabətə
sevgimiz insaniyyətə məhəbbətdən doğur». «Xəstəliyi yox,
xəstəni
müalicə etmək lazımdır». «Qüvvətli ruh zəifləmiş bədəni xilas edir».
«Təbibük sənətlərin ən vacibdir».
Klınıkı təbabətin banisi dahi Hippokrat onun 5 əsas
prinsipini təklif etmişdir
- fərdi yanaşma və fərdi müalicə;
- xarici və daxili amillərin nəzərə alınması;
- «əksinə müalicə» - «quraqlıq» - «rütubət» - «istilik-soyuq» -amillərinin
balanslaşdınlması;
- cadugərliyi təbabətdən ayırıb, sıxışdırıb təcrid etmək;
- habitusun (xarici görünüşün) nəzərə alınması və tibbidə tətbiqi.
«Qədim təbabət haqqında» əsərində loğman yazmışdır: «.... Düzgün
müalicə etmək istəyən həkim soyuq vasitəsilə istiyə, istilik vasitəsilə soyuğa,
rütubət vasitəsi ilə quruya və quru vasitəsi ilə rütubətə qarşı mübarizə
aparmalıdır»
(bu sözlər 3-cü prinsipə aiddir). Təbabətdə 200-dən artıq dərman
bitkilərini ilk dəfə tətbiq edən loğman həm də onlann dozasım və əks
göstəricisini ətraflı şərh etmişdir. Böyük alim 83 yaşmda Larisse şəhərində vəfat
etmiş və Afinada dəfn olunmuşdur. Üzərində «Hippokrata-bizim xilaskarımıza»
sözü yazılan əzəmətli heykəl afinalılann ən müqəddəs ziyarətgahına
çevrilmişdir. Dünyanın bütün həkimləri öz ilkin fəaliyyətinə məhz Hippokrat
andı ilə başlayır.
12