«Eşqdən canımda bir pinhan mərəz var, ey həkim!
Xəlqə pinhan dərdim izhar etmə zinhar, ey həkim!
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!
Çər basıb əl nəbzinə, təşxis qılsan dərdini,
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!»
(Məhəmməd
Füzuli)
«Köksümü yaranda asta köks ötür,
Görüb dağ-düyünü əsmə, amandı.
Orda kin-küdurət varsa kəs, götür,
Təkcə məhəbbəti kəsmə amandı.
Məni ürəyimlə görüşdür, həkim,
Öpüm üz- gözündən, sözüm bu nə qəm?
Bu qədər dərdimi yüklənib çəkib,
Mən onun dərdini çəkə bilmirəm.
Ürəyin səsi var, danışacaqdı,
Nələr söyləyəcək o sinədəftər?
Əlində su saxla, alışacaqdı,
Yandımı zəhmətin gedəcək hədər. »
(Rübail, şair, həkim-patofizioloq, professor)
2008-ci ildə Türkiyə həkimi Əli Kamal Topaloğlu dünyada həllini gözləyən
təbabətin 125 cavabsız sualından birinin cavabım tapmışdır. O, müəyyən
etmişdir ki, insanın beynində fəaliyyət göstərən xüsusi genlər yetkinliklə bağlı
olan xəstəliklərin (vaxtından əvvəl və gec cinsiyyət və fizioloji yetişkənliyin baş
verməsi, kriptorxizm, uşaqların boy və inkişafdan qalması və s.) müalicəsini
tənzimləyir və onların qarşısım alır. Göründüyü kimi, genetika və
biotexnologiya elmi artıq təbabətin daha ciddi problemlərinin araşdırılmasına
inteqrasiya edir və bu areal get-gedə daha da qloballaşır.
İnsan ömrünün uzadılması dünyanın məşhur bioloqlarının və tibb alim
lərinin həmişə diqqət mərkəzində duran ən aktual problem olmuşdur. A BŞ
alimlərinin 20 ildən artıq bu problem üzrə apardıqları fundamental elmi ax
tarışlar artıq öz müsbət həllini tapmışdır. Onlar ağ siçanlar üzərində gen mü
həndisliyi üsulu ilə təcrübə apararaq sübut etmişlər ki, sintez etdikləri xüsusi
enzim (ferment) yaşlı siçanları həm cavanlaşdırır, həm də onların cinsi fəa l
lığını artırır və yenidən bala verirlər. Alimlər həmin enzimi yaşlı adamlar üzə
rində eksperimental olaraq sınaqdan keçirmiş, analoji nəticəyə nail olmuş və
sübut etmişlər ki, bu üsulla insanın ömrünü 30 U uzatmaq mümkündür. ABŞ
alimləri artıq bəyan etmişlər ki, yaxın 10 U ərzində onların sintez etdikləri en-
14
zim dünyanın bütün ölkələrində insanların xidmətində olacaqdır. Əlbəttə, ge-
netiklərin bu kəşfini dövrün ən böyük və prioritet probleminin həlli kimi
dəyərləndirmək lazımdır.
2011-ci ildə alimlər arxeoloji qazıntılar apararkən çox
qeyri-adi bir mənzərə-3-4 metr uzunluğunda insan skeletinin tapılması ilə
qarşılaşmışlar. Hazırda onlar həmin skeletlərin tapıldığı yerlərdə onların
parabioz halında olan genlərinin axtarışı ilə məşğuldurlar və güman edirlər ki,
buna nail olacaqlar.
Azərbaycanın tanınmış, korifey alimləri və onların xələfləri də (H.Zərdabi,
H.Əliyev, F.Məlikov, M.Sadıqov, Ə.Quliyev, İ.Mustafayev, A.Ağabəyli,
A.Qarayev, M.Musayev, M.Cəfərov, M.Axundov, C.Əliyev, Z.Verdiyev,
C.Axundov, R.Səttərzadə, R.Mehdiyev, M.Qəniyev, V.Tutayuk, K. Səfərov,
Ə.Əhmədov,
Ş.Əhmədova,Y.Səfərov,
H.Hacryev,
Ə.Xəlilov, H.Quliyev,
R.Rüstəmov, S.Əliyev, A.Əliyev, M.Mustafayev, R.Qədimov, A.Məmmədov,
T. Turabov, E.Qocayev, F.Şirinov, M.Fərzəliyev, N.Şirinov, Y. Hacıyev,
V.Quliyev və b.) ölkəmizdə təbiətşünaslıq, bitkiçilik, fiziologiya, genetika,
mikrobiologiya, biotexnologiya, parazitologiya, morfologiya elmlərinin inkişafi
üçün olduqca böyük xidmətlər göstərmiş, mühüm elmi-praktiki əhəmiyyətli
tədqiqatlar aparmış və çox uğurlu nailiyyətlər qazanmışdır. Onların elmi irsi bu
gün də genetik, biotexnoloq, mikrobioloq, parazitoloq alimlərimiz (Ə.Əsgərov,
U. Ələkbərov, Q.Mustafayev, Z.Qarayev, S.Məmmədova, B.Xəlilov, İ.Cəfərov,
N.Seyidəliyev,
V.Novruzov,
R.Nuriyev,
Z.Hümbətov,
M.lsmayılov,
H.Fətəliyev, A.Hüseynov, M.Mirsalahov, F.Şərifov, F.Qurbanov, B.Əliyev,
A.Qazıyev, C.Nəcəfov, M.Salmanov, Q.Əzimova, R.Quliyev, M.Babayev,
A.Quliyev, İ.Eyyubov, RAllahverdiyev, İ.Əzimov, S.Tağıyev, E.Əliyev,
R.Səfərov,
E.Ağayeva,
A.Ramazanov,
N.Süleymanov,
Q.Abdullayev,
T.İsgəndərov,
RAğabəyli,
Z.Ələsgərov,
F.Məmmədov,
H.Bayramov,
N. Yusifov, P.Cəfərov, Ə.Əhmədov, B.Səfərov, İ.Məmmədov, S.Surxayev,
R.Əliyev, F.Nəsibov, N.Əliyev, E.Vahidov, V.Qarayev, R.Bilalov, R.Eminov,
F.Qurbanov, Ə.Məmmədli, C.Əsgərov, R.Quliyev, Z.Həsənov, V.Qasımov,
O. Mehdiyeva,
S.Bayramov,
S.Axundov,
S.Culfayev,
M.Hacıyev,
Q.Dünyamalıyev, H.Əliyev, RXəlilova, O.Məmmədova, D. Adıgözəlova,
H.Bayramova, A.Əliyev, R.Rzayev, E.Əliyev, X.Cəfərov, Y.Xankişiyev, S.
Abbasov, U. Turabov və b.) tərəfindən çox uğurla davam etdirilir. Gənclərimiz,
xüsusilə ali məktəb tələbələri dünya şöhrətli korifey alimlərimizin elmi irsini
davam etdirməlidir.
Əks təqdirdə genetika, epizootologiya, parazitologiya,
mikrobiologiya, virusologiya, gen mühəndisliyi və biotexnologiya elminin
ölkəmizdə dinamik inkişafı ləngiyə bilər, bu sahədə ciddi boşluq və disbalans
yaranar və Davamlı İnsan İnkişafına neqativ təsir göstərər. Hazırda biliyə
əsaslanan inkişafi qiymətləndirmək məqsədilə BMT-nin İnkişaf Proqramı
(BMTİP)
İnsan İnkişafında (İİ) daha yeni bir göstəricinin - Texnoloji
Nailiyyətlər Əmsalının (TNƏ)
bütün ölkələrdə geniş istifadə olunmasını təklif
etmişdir. Bu göstərici dünya ölkələrində bir-birindən çox fərqli olduğu üçün
İnsan inkişafi (İİ) TNƏ ilə qiymətləndirilir. TNƏ-hesablanarkən əsas yeni
göstərici kimi ölkədəki elmi ixtiralar, kəşflər, onların xarici ölkələrdə istifadə
15