olunmasından gələn gəlir, yüksək ixtisaslı kadrların sayı, təbiət və texniki
elmlər (biologiya, aqrar, fizika, riyaziyyat, kimya, IKT, astronomiya, aviasiya
və s.) üzrə tələbələrin sayının humanitar (hüquq, iqtisadiyyat, filologiya, tarix
və s.) elmlər üzrə tələbələrin sayma olan nisbəti nəzərə almır.
Respublikamızda
da TNƏ-nin inkişafı üçün xüsusi dövlət qayğısı göstərilir. Lakin real bir faktdır
ki, son illər respublikamızın ali məktəblərinə qəbul olunan gənclərimizin böyük
əksəriyyəti humanitar fakültələrə daxil olurlar. Beləliklə də ölkədə humanitar
sahənin kadrlan ilə təbiətşünaslıq və texniki ixtisaslı kadrların arasında disbalans
yaranır, bu da öz növbəsində TNƏ-nin dinamik artımına neqativ təsir göstərir.
Bunu nəzərə alaraq təbiət elmləri, o cümlədən baytarlıq təbabəti, gen
mühəndisliyi və biotexnologiya üzrə yüksək ixtisaslı kadrların və gənc alimlərin
hazırlanması gündəmdə duran prioritet sayılmalı, alimlər nəsli arasında boşluq
yaranmasına yol verilməməli, onun qarşısı alınmalı və TNƏ-na görə ölkəmiz
öndə gedən (lider) ölkələrə yaxınlaşmalıdır. Gənclərimizdə isə təbiət elmlərinə,
o cümlədən baytarlıq təbabəti elmlərinə, xüsusən baytarlıq təbabəti genetikası və
biotexnologiya kimi olduqca maraqlı və perspektivli elm sahələrinə böyük
maraq yaranmalıdır. F.Engels yazmışdır: «Nəzəri təfəkkür yalnız qabiliyyət
şəklində olan anadangəlmə bir xassədir. Bu qabiliyyət inkişaf etdirilməlidir,
bundan ötrü isə hələ indiyədək bütün əvvəlki fəlsəfəni öyrənməkdən başqa heç
bir vasitə yoxdur». Tanınmış Azərbaycan filossofu professor Ağayar Şükürov
da analoji fikirlər söyləmişdir: «Elmin yüksəkliyində durmaq istəyən bir millət
fəlsəfi təfəkkürsüz keçinə, inkişaf edə bilməz».
Bütün islam dünyasımn dini
lideri və onun banisi, tarixi şəxsiyyət
Həzrəti (s.ə.s) Məhəmməd Peyğəmbərin
elmə, alimə verdiyi böyük və qiymətli kəlamlar gənclərimiz üçün ömək
olmalıdır: «60 il ibadəti dinləməkdənsə, 2 saat alimə qulaq asmaq yaxşıdır»,
«Alimin qələminin mürəkkəbi, şəhidin qanından qiymətlidir».
«Alimdir gözümdə ən əziz insan!
Elmlə hünərlə! - başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Rütbələr içində seçilir biri,
Hamıdan ucadır alimin yeri!»
(Nizami Gəncəvi)
Azərbaycanda materialist təbiətşünaslığın əsasım qoymuş tarixi şəxsiyyət və
bütün elmlərin mahir bilicisi H.Zərdabinin ən başlıca arzusu ölkəmizdə bütün
elmləri hərtərəfli və sürətlə inkişaf etdirmək olmuş və çox böyük bir müdrik
kəlam söyləmişdir: «Damcı-damcı ilə yaramız sağalası yara deyil, sel vaxtıdır,
elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Bizim
zəmanəmizdə elmsiz qalan millətin mürur ilə pu ç olmağı məlumdur və
aşkardır».
Fəlsəfə (yunanca «filosofiya»-hikməti sevirəm) elminin əsas
məğzini, qayəsini məhz biliyi, elmi idrakı, təfəkkürü, intellektuallığı, qlobal,
bəşəri əhəmiyyətli axtarışları aparmaq və s. təşkil edir.
16
«Loğman eyləməkçün dərdlərə çarə
İstədi hər güldən bir şəfa dərə.
Çiçəklər ağladı loğman öləndə
Şehdir qurumayıb göz yaşı hələ».
(Rübail)
Hazırda planetimizdə baş verən və gündən-günə arealı genişlənən qlobal
ekoloji anomaliya və kataklizmlər insan və heyvanların genetik strukturuna
olduqca böyük neqativ təsir göstərir, indiyədək müşahidə olunmayan anomaliya
və eybəcərliklər törədir. Buna misal olaraq 2011-ci ildə Hindistanda 34 barmağı
(20 ayaq və 14 əl barmağı) olan (polidaktliya) qız uşağının və Çində 2 başlı
uşaqların doğulmasını göstərmək olar. Həkimlər birincinin amputasiya olunaraq
normal insan kimi inkişaf edəcəyini, sonuncuların isə yaşamasının qeyri-
mümkünlüyünü etiraf etmişlər. Bu cür və digər anomaliyalar heyvanlar arasında
da son zamanlar daha çox müşahidə olunur.
Müəlliflər məmnunluqla bildirilər ki, gənclərimizdə elmə, o cümlədən baytarlıq
təbabəti, genetika, gen mühəndisliyi və biotexnologiya kimi zəngin, bəşəri
əhəmiyyətli elm sahəsinə çox böyük maraq formalaşacaqdır. Biz müəlliflər bu
dərsliyin ərsəyə gəlməsi üçün çox gərgin əmək sərf etmiş, dünya və ölkə
klassiklərinin, eləcə də müasir elm xadimlərinin elmi əsərlərini araşdırmaqla geniş
və müfəssəl elmi məlumatlar toplayaraq dərsliyin zəngin və müasir tələblərə cavab
verməsinə səy göstərməyə çalışmışıq. Əsər həm də müəlliflərin çox sahəli geniş-
diapozonlu elmi biliklərə malik olmasının və onlann məhsuldar, gərgin əməyi və
keçirdiyi yuxusuz gecələrin ən qiymətli məhsuludur. Müasir elmi texniki tərəqqi
bütün elm sahələrində olduğu kimi, genetika elminin də inkişafi və yeni
perspektivləri üçün böyük zəmin yaradır. Hazırda molekulyar biologiya, genetika,
gen mühəndisliyi, biotexnologiya yeni elmi aspektlərdə çox sürətlə və dinamik
inkişaf mərhələsinə başlamışdır. İndiyədək biologiya elminə məlum olmayan,
qaranlıq qalan və öz müsbət həllini gözləyən prioritet istiqamətlər artıq dünya
alimlərinin diqqətini cəlb etməyə və yeni elmi axtarışlar aparmağa vadar etmişdir.
2010-cu ildən başlayaraq ABŞ alimləri planetimizin nəsli tamamilə kəsilən ən
qədim və nəhəng sürünən canlısı olan dinazavrlann bərpa olunması üçün böyük
hazırlıq işləri aparırlar.
Onlar müəyyən etmişlər ki, dinazavrlann son nəsli Saxalin
və Kirili adalarında məhv olmuşdur. Bunu nəzərə alaraq həmin ekspedisiya qrupu
qeyd olunan ərazilərdə dinazavrlann cəsədlərinin qalıqlarını müayinə edərkən
onlann donmuş (parabioz halında olan) genlərini aşkar etmişlər. Alimlər hazırda
əldə etdikləri həmin genlərin süni yolla çoxaldılması, sonda isə fərqli genlərin
çarpazlaşdınlması və dinazavrlann bərpa olunması məqsədilə çox geniş diapozonlu
elmi tədqiqat işləri apanr. Həmin ekspedisiya qrupu Rusiya Federasiyası alimlərini
də bu tədqiqatlann uğurla həyata keçirilməsində iştirak etmək üçün Rusiya
hökumətinə müraciət etmiş və ümumi razılıq əldə edilmişdir. ABŞ və RF alimləri
müştərək elmi tədqiqat layihəsinin apanlmasına çox ciddi hazırlıq işləri apanrlar.
17