nüvəsində yerləşən xromosomlarda cəmləşir. T.Morqan və onun tələbələri ilk
dəfə olaraq genetik xəritənin tərtib edilmə üsulunu və onun mexanizmini
müəyyən etmiş, həmçinin cinsiyyətin təyin olunmasında xromosomlann rolunu
elmi əsaslarla aşkarlamışlar. Xromosom nəzəriyyəsinin kəşfi genetikanın sərbəst
elm kimi inkişafina böyük təkan vermiş və molekulyar biologiyanın təşəkkül
tapmasma zəmin yaratmışdır.
-
üçüncü mərhələ 1925-1940-cı ildən başlayaraq
müasir genetika mərhələsi
adlanır və irsiyyətin molekulyar səviyyədə öyrənilməsi ilə xarakterlənir. Bu dövrdə
F.Krik, C.Uotson tərəfindən DNT molekulunun quruluşu, F.Krik, M.Nirenberq,
C.Oçoa, D.Mettey tərəfindən genetik kod kəşf olunmuş, Q.Korana tərəfindən isə
kimyəvi yolla gen sintez edilmişdir. Hazırda genin bir orqanizmdən digərinə
köçürülməsinə əsaslanan genetika mühəndisliyi elmi, mikroorqanizmlərin,
virusların, göbələklərin, ibtidailərin genetikasının molekulyar səviyyədə öyrənilməsi
istiqamətində fundamental elmi-tədqiqatlar apanlmaqla, çox böyük uğurlar əldə
olunmuşdur. Rus alimlərindən N.Koltsov, U.Filipçenko, N.Vavilov, Q.Nadson,
Q.Filippov süni yolla mutasiya almış, N.Vavilov isə irsiyyət dəyişkənliyinin
homoloji sıralar qanunu kəşf etmişlər.
-
dördüncü və müasir mərhələ
molekulyar biologiyanın, molekulyar
genetikanın, immunogenetikanın, gen mühəndisliyi və biotexnologiya kimi
bəşəri əhəmiyyətli, mütərəqqi və dinamik yüksələn düz xətlə inkişaf edən elmi
prioritetlərin yavranması və təşəkkül tapması ilə səciyyələnir.
Hazırda həmin elm sahələrinə əsaslanaraq, biologiyanın, kənd təsərrüfatının,
sənayenin, təbabətin, baytarlıq təbabətinin, ümumilikdə isə molekulyar
biologiyanın ən aktual və qlobal miqyaslı problemləri ətraflı öyrənilir, bu
istiqamətdə elmi axtarışlar davam etdirilir və böyük elmi-praktiki əhəmiyyətli
uğurlar əldə olunur. S.Çetverkov populyasion genetikanın, akademik L.Emst isə
baytarlıq təbabəti genetikasının yaradılmasında çox böyük işlər görmüşdür.
Azərbaycanda genetika elminin yaranmasında, formalaşmasında və inkişafında
milli təbiətşünaslıq elmimizin banisi H.Zərdabinin, akademiklər
F.Məlikov,
M.Sadıqov, A.Qarayev, H.Həsənov, Ş.Tağıyev, M.Musayev, H.Əliyev,
Ə.Quliyev, A.Ağabəyli, İ.Mustafayev, V.Tutayuk, M.Qəniyev, N.Şirinov,
Y.Hacıyev, C.Əliyev, U.Ələkbərov, M.Salmanov, S.Məmmədova, professorlar
Y.Səfərov, Ə.Əsgərov, RQədimov, R.Ağabəyli, E.Axundova, C.Axundov,
E.Əliyev, Z.Verdiyev, RMehdiyev, T.Turabov, A.Məmmədov, M.Axundov,
Q.Mustafayev, Z.Qarayev, C.Nəcəfov, M.Babayev, R.Quliyev, A.Quliyev,
Q.Abdullayev, E.Ağayeva, İ.Əzimov, E.Əliyev, R.Səfərov və b. olduqca böyük
xidmətləri olmuşdur. Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının və bitkilərinin
genetik fondunun, seleksiyasının və yetişdirilməsinin öyrənilməsi və təkmilləş-
dirilmə sinin əsas elmi mərkəzi ADAU olmuşdur. Bu təhsil ocağında elmi-
pedaqoji fəaliyyəti ilə fomalaşan və məşhurlaşan korifey sələflərin irsi, yolu
onların xələfləri tərəfindən nəinki təkcə baytarlıq təbabəti və zootexniya elmləri
sahəsində, eləcə də aqronomluq, meyvə-tərəvəzçilik, bitki mühafizəsi
və başqa
sahələrdə də uğurla davam etdirilir.
Akademik Siddiqə Məmmədova,
professorlar Bəhmən Xəlilov və ibrahim Cəfərov entomologiya, Amin Babayev
28
ekoloji kənd təsərrüfatı, Zaur Həsənov yeni və yüksək məhsuldar meyvə, Şikar
Əliyev tərəvəz, Famil Şərifov üzüm sortlarmın seleksiyası, Qəmbər Abdullayev
endemik qoyun cinslərinin yetişdirilməsi, Rübail Allahverdiyev ekoloji
patologiyaların öyrənilməsi Nazim Yusifov yem bitkilərinin biokimyasımn və
səmərəliliyinin artırılması, Vaqif Novruzov, Zaur Hümbətov bitki örtüyünün
botaniki tərkibi və genefondunun, Elman Mövsümov ekoloji kimyanın
genetika ilə əlaqəsinin və qida kimyasının öyrənilməsi, Hasil Fətəliyev heyvan
və bitki mənşəli yeyinti məhsullarının genetik və keyfiyyət aspektlərinin,
genetik modifikasiya olunmuş məhsulların neqativ fəsadları, dosentlər
Firudin Qurbanov yeni qarğıdalı sortunun yetişdirilməsi, Nizami Seyidəliyev
pambıqçılıq sahəsində fundamental-tətbiqi və mühüm təsərrüfat
əhəmiyyətli
elmi axtarışlar apararaq uğurlu nəticələrə nail olmuşdur. Dərslik tərtib olunarkən
müəlliflər təbiətşünaslıq, biologiya, təbabət, baytarlıq təbabəti, tibbi biologiya,
genetika,
seleksiya,
mikrobiologiya,
viınsologiva,
biotexnologiya
və
immunologiya elmlərininin inkişafında çox böyük, misilsiz xidmətləri olan
klassik və müasir dünya və vətən alimlərinin, eləcə də onların xələflərinin elmi
irsi, yaradıcılıqları, keçdikləri şərəfli, çətin və mənalı həyat yolu barədə
tələbələrə və oxuculara qısa və lakonik bıoqrafık məlumat verməyi
məqsədəuyğun hesab etdi. Onların elmi irsi gənclərimiz, oxucularımız və
gələcək nəsillər üçün nümunə və başlıca həyat amalı olmalıdır
«Tariximizin hər
səhifəsi bizim üçün əzizdir. Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və
qiymətləndirmək lazımdır».
«Tariximiz bizim üçün dərs olmahdır. Tarix heç
nəyi silmir. Xalq gərək daim öz kökünü xatırlasın». (Heydər Əliyev)
Johann Q reqor M endel
(1822-1884)
Genetika elminin banisi, Çexiya təbiətşünas
alimi Johann Qreqor Mendel 1843-cü ildə
Olmyutsa Universitetinin nəzdində fəlsəfə sinfim
bitirib, həmin il Bryunna kilsəsinin dinləyicisi
olub. O, 1849-1868-ci illərdə orta məktəbdə
təbiətşünaslıq müəllimi işləyib; 1851-1853-cü
illərdə Vyana Universitetində fizika, riyaziyyat,
zoologiya, fitopatologiya, ümumi paleontologiya
və entomologiya elmlərinin öyrənilməsi ilə
məşğul olub Q.Mendel 10 il müddətində (1853-1863) 27.225 noxud bitkisi
(Pisum sativum) üzərində analiz aparmış, 1865-ci ildə Brunna təbiətşünaslıq
cəmiyyətində aldığı nəticələr haqqmda mənizə etmiş və 1866-ci ildə
"Təbiətşünaslar cəmiyyətinin əsərləri" jurnalında "Bitkilərin hibridləri üzərində
təcrübələr" adlı ilk elmi məqalələrini dərc etdirmişdir. Genetikanın 3 əsas
qanununu (1-ci qanun - dominamlıq - nəslin eyniliyi, 2-ci qanun - əlamətlərin
29