Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə43/51
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#1570
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   51

köməkçisi rolunu oynayırlar,köməkçi kimi çıxış edirlər. Təlimin bu növündə əsas məqsəd az vaxt  ərzində daha çox 

material  mənimsətməkdən  ibarətdir.  Proqramlaşdırılmış  təlim  zamanı  proqramlar  əvvəlcədən  tərtib  edilir,  həmin 

proqramda aralıq və son nəticələr və nəticələrə gəlmə prosesi ardıcıl şəkildə verilir. 

Proqramlaşdırılmış  təlimin  ənənəvi  təlimdən  üstünlüyü  ondan  ibarətdir  ki,  öyrədiləcək  məlumatın 

bütün  ayrılmış  hissələri  öyrənənlərin  hər  birinin  idrakı  fəaliyyəti  ilə  əlaqələndirilir,  tədris  materiallarının 

hafizədə möhkəmləndirilməsinə artıq xüsusi vaxt ayrılmır. İdraki fəaliyyət elə sistemlə qurulur ki, materialın 

möhkəmləndirilməsi öyrənmə prosesində həyata keçirilir. Lakin bu təlim müsbət keyfiyyətlərlə yanaşı bir 

çox  nöqsanlara  da  malikdir.  Beləki,  proqramlaşdırılmış  təlim  öyrənənlərin  bacarıq  və  vərdişlərini  inkişaf 

etdirib,  təkmilləşdirdiyi  halda  nəzəri  məlumatların  hərtərəfli  və  əhatəli  şəkildə  mənimsənilməsini  təmin 

etmir, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmir, təşəbbüskarlığa imkan yaratmır, fəaliyyəti dar, proqram 

çərçivəsində saxlayır. 

Müasir pedaqogikada alqoritmləşdirilmiş təlim də xüsusi əhəmiyyətə malikdir. Alqoritm müəyyən tipə 

aid idraki və əməli vəzifələrin məntiqi ardıcıllıqla yerinə yetirilməsidir. Alqoritm prosesində bir və ya silsilə 

məsələlərin  həlli  ən  sadə  addımlarla  icra  edilir  və  hökmən  düzgün  nəticəyə  gətirilir.  Təlim  alqoritmi 

öyrənənin  məntiqi  fəaliyyətinin  məntiqi  quruluşunu  üzə  çıxarır,  məntiqi  düşünməyə  istiqamət  verir, 

təfəkkürə,  düşünməyə  takan  verir.  Məsələn,  müxtəlif  mərhələlərdə  riyaziyyatda  çoxlu  alqoritmlərdən 

istifadə edilir. Dilin öyrənilməsi, təhlili və tədqiqi alqoritmlə aparılır. Alqoritmli təlim ən çox mədəniyyət 

müəssisələrində,  dərnək  təlimi  məşğələlərində,  yaradıcılıq  birliklərində,  xüsusi  təkmilləşdirmə  və 

ixtisasartırma kurslarında tətbiq edilir. 

Lakin  təlim  prosesində  bütün  materialları  alqoritmləşdirmək  mümkün  deyildir  və  buna  imkan  da 

yoxdur.  Təlimdə  alqoritmləşdirmə,  müəyyən  mənada  qiymətli  yanaşmadır.  Bu  zaman  öyrənən  özlərinin 

zehni və əməli fəaliyyətlərini ifadə etmə vasitələri ilə silahlandırılırlar,onlar özlərinin bilik və fəaliyyətlərini 

tətbiq etməklə təsdiq edirlər 

Problemli təlim də pedaqoji tərəqqinin tərkib hissələrindən biridir. Bu təlimin inkişaf etmiş nəaliyyəti 

hesab  olunur.  Ənənəvi  təlimə  görə  öyrədilən  material  öyrənənlərə  hazır  şəkildə,  onların  idrakına  heç  bir 

tapşırıq vermədən, daha doğrusu öyrənənlər heç idraki bir çətinliyə salınmadan verilirdi. Bu isə müasir təlim 

qarşısında qoyulmuş vəzifələrin,  ümumi inkişafın tələblərinə cavab vermirdi. Problemli təlimin pmahiyyəti 

ondan ibarətdir ki, öyrədiləcək hər hansı elmi məlumat öyrənənlər qarşısında həll edilməli problem şəklində 

qoyulmalı, öyrənənlərin (şagird, tələbə, kursant, dərnək üzvü və s.)həmin problemlərin həllinə cəlb edilməli, 

qoşulmalıdır. Bu zaman öyrənənlərdə yeni materiallarla bablı olan əvvəlki məlum həqiqətlər üzə çıxarılaraq 

yeni  ilə  əlaqələndirilir,  məlum  olmayan  həqiqəti  üzə  çıxarmaq  üçün  araşdırmalar  aparılır.  Öyrənilən  yeni 

bilik  öyrədənin  rəhbərliyi  ilə  elə  tədqiqatçılıq  araşdırıcılıqla  aparılır  ki,  yeni  öyrənənlərin  «kəşfi»  kimi 

meydana çıxır. Problemli təlim prosesində öyrənənlərin idraki fəallığı artır, məntiqi təfəkkürü inkişaf edir, 

tədqiqatçılıq  və  yaradıcılıq  qabiliyyətləri  inkişaf  edir,  hadisələrə  yanaşma  tərzi  elmi  şəkil  alır,  problemi 

görmək, dərk etmək, həlli yollarını axtarma bacarığı formalaşır, müstəqil işləmə bacarığı tərbiyə olunur. 

Müstəqil iş üçün sual və tapşırıqlar: 

1.Təlimin mahiyyəti. 

2.Mədəniyyət müəssisələrində mövcud olan təlim məşqələlərinə verilən   

tələblər. 

3.Mədəniyyət və incəsənət müəssisələrindəki təlim  məşqələlərinin  

spesifik xüsusiyyətləri. 



 

 

 

 

 


TƏLİM  PRİNSİPLƏRİ 

 

Ümumiyyətlə prinsip insanların hər hansı istənilən fəaliyyət  prosesində istinad etdiyi, rəhbər tutduğu 



qaydalar    sistemidir.  Təlim  prinsipləri  öyrədənin  (müəllim,    təlimatçı,  usta  və  s.)  öyrətmə  prosesində, 

biliklərə  yiyələnmə  prosesində    əsaslandığı  qaydalar,  qanunlar  sistemidir.  Təlim  prinsipləri  təlimin  bütün  

mərhələlərində, öyrətmənin yerindən, yaşından asılı olmayaraq bütün mərhələlərində ən  ümumi cəhətlərini 

əhatə  edir. Təlimin  məqsədlərinin səmərəli şəkildə  yerinə yetirilməsinə xidmət edən təlim prinsipləri təlim  

məqsədlərindən asılı olaraq  dəyişir. 

Öyrətmə  təcrübəsi,  müəllim  və  öyrətmə  ilə  məşqul  olan  digər  şəxslərin  təcrübəsi,  ümumiləşdirilmiş  

qənaətləri  və  s.  təlim    prinsiplərinin  mənbəyidir.  Bura  həmçinin  klassik  pedaqoqların  təlim  haqqındakı 

nəzəri  fikirləri  də  daxildir.  Pedaqoqika  tarixində  təlim  prinsipləri  müxtəlif  mənbələrə  istinad  edilərək 

müəyyən edilmişdir. Məsələn Y.A.Komenski təlim prinsiplərini   təbiətəvarilik əsasında müəyyən etmişdir. 

Təlim  prinsipləri  haqqındakı  mövcud  nəzəri  və  təcrübi  fikirləri  ümumiləşdirərək  aşağıdakı  şəkildə 

təsnif etmək olar: 

1.Təlimin həyatla, quruculuq işi ilə əlaqələndirilməsi. 

2.Təlimin mövcud əxlaq normalarına uyğun tərbiyələndirməsi. 

3.Müvafiqlik. 

4.Fərdi yanaşma. 

5.Əyanilik. 

6.Şüurluluq və fəallılıq. 

7.Sistematiklik və ardıcıllıq. 

8.Biliklərin möhkəmləndirilməsi. 

Təlimin həyatla quruculuq işi ilə əlaqələndirilməsi. 

Bu  prinsip  bütün  formasiyalar  və  dövrlər  üçün  aktual  olan  əsas  prinsipdir.  Çünki  bu,  bilavasitə 

cəmiyyətin  pedoqoji  proses  qarşısında qoyduğu  məqsəddən,  formalaşdırmalı   şəxsiyyət    modelindan çıxış 

edir.  Yəni  təlim  işi  bilavasitə  həyatın  tələbləri  ilə    əlaqələndirilməli,  həyatla    bağlanılmalıdır.  Orta 

ümumtəhsil  məktəblərində tədris edilən hər bir elmin həyati əhəmiyyəti şüurlu sürətdə dərk etdirilməlidir. 

Mədəniyyət  müəssisələri  və  digər  (ixtisas  artırma,  təkmilləşdirmə  və  s.)  müəssisələrdə  tədris  edilən 

elmlər isə bilavasitə həyatın tələblərindən irəli gəldiyi üçün qürücülüqla, həyatla bağlı olur. Digər tərəfdən 

mədəniyyət  və  incəsənət  müəssisələrində  aparılan  tədbirlər,  dərnəklərdəki  yaradıcılıq  işləri,  ümumiyyətlə 

bütün    yaradıcılıq  fəaliyyəti  cəmiyyətin  aktual  problemləri  əsasında  tədris  edilir  və  bilavasitə  quruculuq 

işləri ilə əlaqələndirilir.  



Təlimin tərbiyələndirməsi. 

Bu  prinsip  pedaqoji  qanunauyğunluqlardan  biridir.  Beləki  öyrənənlər  təlim    prosesində  biliklərə  

yiyələnməklə yanaşı həm də tərbiyə  olunurlar. Təlim  materiallarının məzmunu elə  qurulur, tərtib edilir ki, 

o, həm də mövcud əxlaq normaları baxımından tərbiyə edir. Təlim öz məzmunu ilə yanaşı təşkili  formaları,  

səmərəli üsul və  vasitələri ilə öyrənənlərin  əxlaqına,  dünyagörüşünə, onlarda  psixi proseslərin inkişafına 

təsir göstərir. Yəni təlim prosesi tərbiyələndirmə vasitəsinə çevrilir. 

Demokratik təlim sistemində təlim ilk  növbədə öz  məzmunu ilə  tərbiyələndirir. Beləki dəqiq  elmlərə 

aid  fənlərin tədrisi zamanı təbiət hadisələri obyektiv qanunlar əsasında aparılır. Təbii hadisələr arasındakı 

əlaqələr  obyektiv  inkişaf  qanunauyğunluqlar  əsasında  izah    edilir.  Dərk  olunmuş  obyektiv 

qanunauyğunluqlar isə  materialist dünyagörüşün əsasını qoyur, hər kəsə təbiət və  cəmiyyət  hadisələrinə 

obyektiv və şüurlu yanaşma imkanı verir. 

Humanitar fənlərin tədrisi vasitəsilə isə böyüyən nəsldə müxtəlif əxlaqi keyfiyyətlər   formalaşdırılır. 

Məsələn tarix dərslərində uşaq,  yeniyetmə  və  gənclər  tarixi  keçmişi ilə  tanış  olur,  yadellilərə və ölkənin  

müstəqilliyi uğrunda   vuruşaraq  canından keçən  qəhramanlarla,  şəhidlərlə və  onların döyüş yolu ilə tanış 

olur. Bu isə tərbiyə  olunanlarda milli  vətənpərvərlik tərbiyə edir. 

Coğrafiya  dərslərində   ölkənin   təbii   coğrafi  şəraiti,  iqlimi,  təbii   gözəllikləri,   sərvətləri  ilə  tanışlıq  

onlarda milli qürur  və iftixar hissi tərbiyə edir.  

Mədəniyyət  müəssisələrində  aparılan  təlim  işlərinin  məzmunu  da    insanlarda    zəruri    əxlaqi  

keyfiyyətlərin   formalaşdırılmasına  imkan    verməlidir.    Hər    bir  mədəniyyət  və  incəsənət işçisi  öz   işinin  

məzmunu ilə  tərbiyə etməlidir. Daha  doğrusu hər bir yaradıcı əsər öz məzmunu  ilə  insanlarda cəmiyyətin 

vacib  saydığı  əxlaqi  keyfiyyətləri    aşılamalıdır.  Məsələn,    rəssamın  rəsm    əsərləri    insanlarda  gözəllik   

duyğuları    yaratmalı,  gözəlliyi  sevdirməli,  onlarda  gözəlliyi  qorumaq,    qayğısına  qalmaq  hissləri,  ətraf  

mühiti daha da  gözəlləşdirmə meyl və  təşəbbüsləri yaratmalıdır.  

 Müvafiqlik və ya  gücəuyğunluq prinsipi. 



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə