Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

 
62 
DEKORATİV-TƏTBİQİ
 
İNCƏSƏNƏTİ.
 
 
XALÇAÇILIQ. 
 
Xalça toxumaq s
ənətinin kökü çox qədimdir.  Azərbaycanda 
ist
ər təsərrüfat şəraiti, istərsə də təbii şərait xalçaçılığın inkişafı üçün 
əlverişli olmuşdur: yun parça istehsalından ötrü tükənməz bir mənbə 
olan  qoyunçuluğun  geniş  yayılması,  gözəl təbii  boyaların  olması 
Az
ərbaycanda zərif  xalçaçılıq  sənətinin  inkişafı  üçün  lazımı  imkan 
yaratmışdır. Xalça toxumaq sənəti parça toxumaqdan sonra meydana 
çıxmışdır.  Əvvəlcə  qaba, yun parça, sonralar əlvan  naxışlı  parça 
meydana çıxmış, daha sonralar saya və onun ardınca da əlvan naxışlı 
palaz toxunmuşdur. Xovlu xalça isə nisbətən sonrakı dövrə aiddir. 
Sasanil
ər dövründə (V-VI əsrlərdə) bədii məmulat növləri ilə 
yanaşı  böyük  bir  məharətlə  zərif parçalar və  xalçalar  hazırlanırdı. 
Ərəb xilafəti dövründə Azərbaycanın toxuma və basma parçaları ilə 
b
ərabər  xalçaların,  xüsusən Təbriz  xalçaları  çox  şöhrət  tapmışdı 
(Soltan M
əhəmməd). Azərbaycan xalçalarının yüksək keyfiyyətindən 
danışan  Nizami  Gəncəvi Bərdə  şəhərinin  padşahı  Nüşabənin 
d
əbdəbəli sarayını bu sözlərlə təsvir etmişdir: 
Onun böyük 
şah sarayı vardır, 
Orda qiym
ətli xəli döşənmişdir. 


 
63 
 
T
əbriz xalçası - XVI əsr 
 
Az
ərbaycan  xalçalarının  təsvirinə  tədqiqatçılarımız  müxtəlif 
yanaşıblar.  Bəzi  tədqiqatçılarımız  Azərbaycan  xalçalarını  coğrafi 
əlamətə  görə  təsvir edərək  onları  əsasən 2 tipə,  bəziləri isə  6 tipə 
ayıraraq onları toxunduğu bölgənin adı ilə adlandırırlar. Bəzi Avropa 
t
ədqiqatçıları  isə  Azərbaycan  xalçalarını  İrana  və  ya Turkiyəyə  aid 
olduğunu qeyd edirdilər ya da uzaq başı Qafqaz xalqları deyə ümumi 
adla adlandırırlar.  
Az
ərbaycan  xalçaları  əsasən 4 qrupa bölünür  (Lətif Kərimo-
vun t
əsnifatı - 3-tomlu “Azərbaycan xalçaları”) – 1)QUBA–ŞİRVAN 
2)GƏNCƏ-QAZAX  3)QARABAĞ  4)TƏBRİZ  xalçaları  Hər tipə 
mu
əyyən xalçalar daxil olur ki, bunlarda toxunulan yerə görə ayrılır. 


 
64 
M
əsələn, Quba-Şirvan  tipli  xalçalara  7  xalça  tipi  daxildir:  Şamaxı, 
Quba,  D
əvəçi,  Qocakənd,  Xızı  və  Qusar xalça qrupu. Bunlardan 
yalnız Bakı qrupunda müəyyən üslubla toxunuş ”Xələputa”, “Sura-
xanı”, ”Xilərşən”, ”Görədil”, ”Fatmayı” xalçaları vardır. Azərbaycan 
xalçaları rənginə, kompoziyasına görə bir-birilə sıx əlaqədədirlər. 
Mövcud Az
ərbaycan  xalçaları  məişətdə  işlədilməsinə  görə 
müxt
əlifdir. Məsələn,  a)həcmdə  balaca olan namazlıq  xalca  -  yerə 
salmaq üçün, b)xüsusi 
divar xalçaları və c)qonaq otaqlarını bəzəmək 
üçün bir neç
ə  xalçadan ibarət  dəstə  xalçalar: bunlar ölçüsünə, 
formasına və kompozisiyasına görə müxtəlif olur. Ortada sərilmiş iri 
xalça (
xalı),  evin  yuxarı  başında  (kəlləyi) və  otağın  ortasındakı  iri 
xalçaların yanlarına salınan (kənarı) xalçadır. 
Az
ərbaycan xalçalarının  kompozisiyası  bir  qayda  olaraq  bir-
birind
ən  asılı  olan  2  elementdən ibarətdir:  göl  (xalçanın  ortası)  və 
haşiyə  (xalçanın  kənar bəzəkləri).  Xalça  naxışlarının  səciyyəvi 
xüsusiyy
ətlərindən biri də  onda təsvir olunan mühit əşyalarının 
verilm
əsidir. Bu cəhətdən bitki, heyvanat,həşarat  və  quşların  stilizə 
edilmiş  təsvirləri, həmçının  ulduz,  paxlava,  üçbucaq,  dördbucaq, 
beşbucaq,  altıbucaq,  səkkizbucaq və  sair həndəsi  formaların  təsviri 
Az
ərbaycan  xalçalarının  əsas  naxışlarını  təşkil  edir.  Azərbaycan 
xalçala
rında  “buta”,  “cüppə”,  “çaygülü”,  “sarmaşıq”,  “çiçək”, 
“qönç
ə” və  başqa  bitki  növləri  daha  çox  işlənir.Azərbaycan xalça 
ustaların xəzinəsi spektrin bütün rənglərini əhatə edir. 
 
XÜLASƏ: 
Xalçaçılıq  -  dekorativ incəsənətin  növü  kimi.  Xalçaçılığın 
növl
əri. Lətif Kərimovun Xalça təsnifatları. Ornamentlər.  
 


 
65 
QƏDİM
 
DÜNYA
 

 
ORTA
 
ƏSRLƏR
 
MUSİQİ
 
İNCƏSƏNƏTİNİN
 
TARİXİ. 
 
İNTİBAH
 
DÖVRÜNÜN
 
MUSİQİSİ.
 
 
İSLAM
 
MUSİQİ
 
İNCƏSƏNƏTİ. 
 
Musiqi  –  s
əsli bədii obrazlara gerçəklikdə əks etdirən insanın 
psixikasına  fəal təsir edən incəsənət növüdür.  O incəsənətin  başqa 
növl
əri ilə - bədii səslə, rəqsi ilə qarşılıqlı təsirdədir. 
Q
ədim dünya elə  dövrdür ki, özünə  Qədim  Şərq və  Antik 
Yunan v
ə  Roma  xalqlarının  tarixini  əks etdirir.  Birinci məlumat 
q
ədim  sivilizasiyalar  haqqında  IV-III minillik eradan əvvələ  aiddir. 
Bu dövrd
ə  Misirdə,  Mesopotomiyada, sonralar Hindistanda, Çində 
dövl
ətlər yaranmışdır. E.ə. I minillikdə Avropa sivilizasiyaları yaran-
mışdır  (Qədim Yunanıstan, sonralar Qədim Roma). E.ə. V əsrdə 
Roma imperiyası dağılandan sonra qədim dünya tarixinin sonu bitir. 
Q
ədim mədəniyyət – dini məsələlərin həllini özünə tabe edirdi. 
İncəsənət vasitə  kimi qəbul edilərək, o həm həyatda, həm də 
günd
əlik  işlərdə  ilahilərin  olmasını  xatırladırdı.  Buna görə  kübar 
m
əzmunlu  əsərlər dini məna ilə  zənginləşirdi.  Dini  məqsədlər 
h
əmçinin musiqiyə aid olunurdu. Qədim insan musiqinin təsirini ən 
ç
ətin və ən gizli hisslərinə təsir edirdi. Ölkələrin çoxunda musiqiçilər 
m
əbəd xadimləri idilər. Hər hansı bir alətdə çalmaq məharəti Allah 
verqisi kimi 
sayılırdı. Musiqi çalınan vaxtı vacib rolu improvizasiya 
oynayırdı. İmprovizasiya olunan zaman musiqiçi Allaha daha yaxın 
idi. Q
ədimdə  musiqiyə  profesional sənəti  kimi  baxılırdı.  O vaxtlar 
musiqiçil
ər alətləri  simli, nəfəsli, zərbli  əsas  qruplarını  yaratmışlar. 
Solo v
ə xor mahnısının forması meydana gəlmiş, musiqi janrların və 
ladların  birinci  təsvirləri  yaranmışdır.  Müxtəlif reqionlarda qədim 
sivilizasiyanın  ənənələri müxtəlif  cürə  saxlanılırdı,  əgər qədim 
Misirin, Mesopotomiyanın, Antik dövrlərin musiqisi indiki zamanda 
uzaq  keçmiş  kimi  qəbul  olunurdusa,  Hindistanın,  Çinin  qədim 
musiqisi müasir musiqi m
ədəniyyətinin bir hissəsi hesab edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə