Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

 
74 
Üzeyir Hacib
əylinin 1908 il yanvarın 12 - də (yeni üsulla 25-
d
ə)  Bakıda o,  Tağıyevin  teatrında göstərilən “Leyli və  Məcnun” 
operası  ilə  təkcə  Azэərbaycanda deyil, butun müsəlman  Şərqində 
opera s
ənətinin  əsası  qoyulmuşdur.  Operanın  librettosunu  Üzeyir 
Hacib
əyli, Füzulinin eyni adlı poeması əsasında yazmışdır. Operanın 
musiqisi, 
əsasən, muğam və təsniflər üzərində qurulmuşdur. Operada 
muğamlardan  məharətlə, müəyyən səhnənin, obrazını  xüsusiyyətinə 
uyğun  istifadə  ediləcək,  onlar  əsərdə  ariya,  ariozo, reçitativ və 
ansamblları  əvəz etməklə  dramaturji  əhəmiyyət kəsb  etmişdir. 
Hacibəyli  1909-15 illərdə  bir birinin  ardınca  “Şeyx  Sənan”  (1909), 
“Rüstəm  və  Zöhrab”  (1910),  “Şah  Abbas  və  Xurşud  banu”  (1912), 
“Əsli  və  Kərəm”  (1912),    “Harun  və  Leyla”  (1915),  muğam 
operalarını  bəstələmişdir.  Bu  operaların librettosunu  Hacibəyli  xalq 
dastanları və rəvayətləri,  Firdovsinin “Şahnamə” əsərinin motivləri 
əsasında  yazmişdır.    Ü.Hacibəyli  “Leyli  və  Məcnun”  dakı  üslub 
xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da 
davam  etdirmişdir.  O,  “Şeyx  Sənan”  da  muğamlara  az  yer  vermiş, 
musiqinin böyük qismini 
özü  bəstələmişdir.  Xalqlar  dostluğu 
ideyasını tərənnüm edən, xalq dastanı əsasında bəstələdiyi “Əsli və 
Kərəm” operasında Hacibəyli muğamatla bərabər aşiq musiqisindən 
də  istifadə  etmişdir.  Üzeyir  Hacibəylinin  dramaturgiya  sahəsindəki 
fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. O, 
Azərbaycanda  musiqili  komediya  janrının  yaradıcısıdır.  (komediya-
ların  mətnini  də  özü  yazmışdır).  Onun  “Ər  və  arvad”  (1909,  ilk 
tamaşası 1910), “O olmasın bu olsun” (1910; ilk tamaşası – 1911), 
“Arşın  mal  alan” (1913) musiqili  komediyalarında  inqilabdan 
əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. 
Ü.Hacibəyli  1911  ildə  musiqi  təhsilini  artırmaq  üçün  Moskvaya 
getmiş,  həmin  il  burada  filarmonik  cəmiyyətin  musiqi  kurslarında, 
1913  ildə  isə  Peterburq  konservatoriyasında  oxumuşdur.  Peterburq 
dövrü 
Hacibəylinin  yaradiciliğiında  mühüm  rol  oynamış  o,  “Arşın 
mal 
alan” musiqili komediyasını məhz burada yaratmışdır. 
 


 
75 
 
 
İncəsənət  idarəsini  musiqi  şöbəsinə  rəhbərlik  edən  Hacıbəyli 
“sənaye – nəfisə” (1921, N 1) məcmuəsində dərc etdirdiyi “Vəzifəyi 
musiqiyyəmizə aid məsələlər” məqaləsində Azərbaycan musiqisinin 
gələcək  inkişaf  proqramını  müəyyənləşdirmişdir.  Məqalədə  peşəkar 
musiqi  kadrları  yetişdirmək,  milli  musiqinin  əsaslarını  işləyib  – 
hazırlamaq,  ümumdünya  musiqisini  öyrənmək  və  s.  məsələlərdən 
bəhs  olunurdu.  20-30-cu  illərdə  milli  operanın  inkişafı  məsələləri 

əyyən  mubahisələrə  səbəb  olsa  da,  Azərbaycan  musiqisi  məhz 
Ü.Hacibəyli,  M.Maqomayev  və  onların  tərəfdaşlarının  tutduğu  yol 
ilə inkişaf etmişdir. 
20-
ci  illər  Azərbaycan  musiqisinə  “təşkilatçılıq”  illəri  kimi 
daxil olmuş və bu təşkilatı işlərin başında Hacıbəyli durmuşdur. O, 
1921 ildə Bakıda azərbaycan tələbələr ücün ilk musiqi məktəbini – 
Azərbaycan  Dövlət  Türk  Musiqi  Məktəbini (sonralar texnikum) 
təşkil  etmişdir;  texnikum  (ilk  direktoru  Hacibəyli  olmuşdur)  1926 
ildə  Azərbaycan  Dövlət  Konservatoriyası  ilə  birləşdirilmişdir.  1926 
ildən  Azərbaycan  Dövlət  Konservatoriyasında  fəaliyyət  göstərən 
Hacibəyli  burada  nəzəriyyə,  harmoniya,  Azərbaycan  musiqisinin 
əsasları fənlərindən dərs demiş, Konservatoriya yanında ilk coxsəsli 
Azərbaycan  xor kollektivini  yaratmışdır.  Lakin  bu  xor  tezlikle 
dagılmış,  Hacibeylinin  təşəbbüsü  ilə  1936  ilde  Azərbaycan  Dövlət 
Filarmoniyası  yanında  yenidən təşkil  olunmuşdur.  O,  1927  ildə 


 
76 
M.Maqamayevlə  birgə  ilk  “Azərbaycan  turk  el  nəğmələri” 
m
əcmuəsini nəşr etdirmişdir. Hacibəyli 1931 ildə Azərbaycan Radio 
Komitəsi  yanında  ilk  notlu  xalq  çalğı  alətləri  orkestrini  təşkil 
etmişdir.  Orkestrin  repertuarına  M.Qlinka, V.Motsart,  F.Şubert, 
J.Bize  və  başqalarının  əsərləri  ilə  yanaşı,  Hacıbəylinin  bu  orkestri 
üçün 1931-
32  illərdə  bəstələdiyi  1-ci  (“Çahargah”)  və  2-ci  (“Şur”) 
fantaziyaları da daxil idi. İlk vaxtlar orkestrə Hacibəyli özü dirijorluq 
etmişdir.  Hacibəylinin  kamera  instrumental  əsərləri  içərisində 
skripka violo
ncel  və  orkestr  üçün  bəstələdiyi  “Aşıqsayağı”  (1931) 
triosu  Azərbaycan  musiqisində  ilk  ansambl  pyeslərindəndir. 
Hacıbəyli yaradıcılığına kütləvi mahnı janrı ilə başlamışdır (“Suvari” 
“Pilotlar”). O, 30-
cu  illərdə  bir  neçə  kantata  (Firdovsinin  1000 
illiyinə  (1934),  M.F.Axundova  həsr  olunmuş  “  Ölməz  sənətkar” 
(1938) və s.) yazmışdır. 1937-ci il aprelin 30 da Azərbaycan Opera 
və  Balet  Teatrında  ilk  dəfə  tamaşaya  qoyulan  “Koroğlu”  operası 
(librettosu H
.İsmayılov  və  M.S.Ordubadınındır)  Hacıbəyli  yaradı-
cılığının  zirvəsinini  təşkil  edir.  Azərbaycan,  eləcə  də  sovet  opera 
sənətinin  incilərindən  sayılan  bu  operada  Hacıbəyli  ilk  dəfə  olaraq 
klassik  opera  formasına  riayət  edərək,  bitkin  ariyalar,  kütləvi  xor 
səhnələri,  müxtəlif  ansambllar,  balet  nömrələri,  reçitativlər  yarat-
mışdır. Operanın musiqi  dramaturgiyasının əsasını monumental xor 
səhnələri  təşkil  edirdi.  Koroğlu  xalq  qəhramanı  olmaqla  yanaşı, 
həmdə aşıqdır. Məhz buna görə də opera əsas etibarilə aşıq musiqisi 
üslubunda bəstələnmişdir. Hacıbəyli “Koroglu” operasında simfonik 
orkestrin tərkibininə Azərbaycan xalq musiqi alətlərini daxil edərək 
orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.  
Hacıbəyov Böyük Vətən müharibəsi illərində “Çağırış” “Yaxşı 
yol” “An
anın oğluna nəsihəti”, “Şəvqət bacısı” “Döyüşçülər marşı” 
və s vətənpərvər ruhlu mahnılar, eləcə də xalq calğı alətləri orkestri 
üçün  “Cəngi”  (1941)  pyesini,  “Vətən  və  cəbhə”  (1942)  kantatasını 
bəstələmişdir. Onun bu illərdə yaratdığı vokal musiqi əsərləri içəri-
sin
də  Nizami  Gəncəvinin  anadan  olmasının  800  illiyinə  həsr  etdiyi 
“Sənsiz”  (1941)  və  “Sevgili canan” (1943) romans  qəzəlləri  xüsusi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə