Dersin Adı


Cəmi: 15 MÜHAZİRƏ: 1



Yüklə 33,28 Kb.
səhifə3/9
tarix28.11.2023
ölçüsü33,28 Kb.
#133688
1   2   3   4   5   6   7   8   9
1. Elektrotexnika 2

Cəmi:

15

MÜHAZİRƏ: 1.

MÜHAZİRƏ: 1.

“ELEKTROTEXNİKA” FƏNNİ HAQQINDA. GİRİŞ. SABİT CƏRƏYANIN XƏTTİ ELEKTRİK DÖVRƏLƏRİ, PARAMETİRLƏRİ, AKTİV VƏ PASSİV ELEMENTLƏRİ. ENERJİ MƏNBƏLƏRİ.

MƏQSƏDİ: Elektrotexnikanın yaranma tarixi, onun elektroenergetikada rolu, inkişafı haqqında tələbələri məlumatlandırmaq. Elektrotexnikanın inkişafı ilə sənaye, maşınqayırma, elektrotexnika, metallurgiya, xalq təsərrüfatı, kənd təsərrüfatı sahələrində yeniliklər haqqında məlumat verməkdir.

PLANI:

  • GİRİŞ
  • SABİT CƏRƏYAN XƏTTİ ELEKTRİK DÖRƏLƏRİ
  • ELEKTRİK DÖVRƏSİNİN AKTİV VƏ PASSİV ELEMENTLƏRİ
  • ENERJİ MƏNBƏLƏRİ

Dərsin Hədəfləri

Bu dərsi bitirdikdə

  • Elektrotexnikanın yaranma tarixi və onun inkifı haqqında məlumatı olmalıdır
  • Sabit cərəyan dövrələrinin hesablanmasını bacarmalıdır
  • Dövrənin aktiv və passiv elementləri, parametrləri, enerji mənbələri haqqında məlumatı olmalıdır.
  • Müvəffəqiyyətlər diləyirik!..


1. ELEKTROTEXNİKA HAQQINDA ÜMUMİ MƏLUMAT
Elektrotexnikanın inkişafı elektromaqnit hadisələrinin öyrənilməsi, işlənməsi və tətbiq edilməsi sahələrində aparılan böyük işlərlə bağlıdır. Çoxlu sayda kəşflər və ixtiralar elektrotexnikanı müasir səviyyəyə gətirib çıxarmışdır. M.V.Lomonosov atmosferdə baş verən elektrik hadisələrinin nəzəriyyəsini yaratmış, kütlə və hərəkətin saxlanması qanununu kəşf etmişdir.
A.Volta qalvonik sütunu kəşf etdikdən sonra elektrik cərəyanının alınması üçün imkan yaranmışdır. 1802-ci ildə V.V.Petrov elektrik qövsünü kəşf edərək göstərmişdir ki, ondan elektrik işıqlandırılmasında, metalların əridilməsində və qaynaq edilməsində istifadə etmək olar.
Elektromaqnit hadisələrinin öyrənilməsində və inkişafında ingilis alimi Maykl Faradeyin çox möhtəşəm xidmətləri olmuşdur. O, 1831-ci ildə elektromaqnit induksiyası hadisəsini və qanununu kəşf etmişdir.
1833-cü ildə rus akademiki E.X.Lents induksiya cərəyanının istiqamətilə, onun elektromaqnit və elektrodinamiki qarşılıqlı təsirini əlaqələndirən qanunu kəşf etmiş və elektromaqnit ətalət prinsipini müəyyənləşdirmişdir.
1844-cü ildə E.X.Lents ingilis alimi Couldan xəbərsiz naqildən cərəyan keçərkən ayrılan istiliyin miqdarının naqilin müqaviməti və ondan axan cərəyanın kvadratı ilə düz mütənasib olduğunu təyin etmişdir.
1832-ci ildə P.L.Şillinq dünyada birinci dəfə olaraq Rusiyada elektromaqnit teleqraf aparatını qurmuşdur.
1845-ci ildə məşhur alman fizika alimi H.Kirxhof budaqlanmış elektrik dövrələrinin əsas qanunlarını təklif etdi və həmin qanunlar onun şərəfinə Kirxhofun I və II qanunları adlanırlar. Kirxhofun qanunlarının elektrotexnikanın nəzəri və praktiki məsələlərinin həllində və inkişafında böyük rolu vardır.
1873-cü ildə ingilis alimi C.K.Maksvel özünün klassik əsəri olan «Elektrik və maqnetizm haqqında traktat» kitabında elektromaqnit sahəsinin nəzəriyyəsini riyazi şəkildə şərh edərək, Faradeyin elektromaqnit sahəsinin fiziki varlığını ifadə edən fikirlərini genişləndirdi və inkişaf etdirdi.
Maksvelin hazırladığı elektromaqnit sahə nəzəriyyəsi 1887-1889-cu illər ərzində alman alimi H.Hers tərəfindən aparılan təcrübələrdə öz təsdiqini taparaq elektromaqnit sahəsinin alın-masını və ötürülməsini nümayiş etdirdi. Rus alimi P.N.Lebedev işıq şüalarının təzyiqə malik olduğunu sübut etdi.
XIX əsrin ikinci yarısında rus alimi A.Q.Stoletov dəmirin maqnit xassələrini müfəssəl şəkildə tədqiq edərək öyrəndi, N.A.Umov isə cisimlərdə elektromaqnit enerjisinin hərəkət tənliyinin çıxarılmasının əsasını qoydu.
1876-cı ildə P.N.Yabloçkov dəyişən cərəyanın tətbiq edilməsinə başladı və özünün kəşf etdiyi elektrik şamlarında kömürün müntəzəm yanmasına şərait yaratdı. Elektrik enerjisinin tətbiq sahələri genişləndikcə, uzaq məsafəyə elektrik enerjisinin ötürülməsi məsələsi aktuallaşırdı. P.N.Yabloçkov transformatoru icad edərək bu məsələnin həllinin öhdəsindən bacarıqla gəldi.
1800-1880-cı illərdə elektrik dövrələrinin əsas kəmiyyətləri tapıldı və onların hesablanmasının ilk metodları təklif edildi.
Dəyişən cərəyan hamı tərəfindən qəbul edildi və rus mühəndisi və alimi M.O.Dolivo-Dobrovolski tərəfindən edilən kəşflərin sayəsində geniş şəkildə elektroenergetikada tətbiq edilməyə başlandı.
M.O.Dolivo-Dobrovolski 1889-cu ildə üçfazalı mühərriki qurdu, sonra üçfazalı dövrənin qalan elementlərini hazırlayaraq 1891-ci ildə elektrik enerjisinin 175 km məsafəyə ötürülməsinə nail oldu.

Yüklə 33,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə
Psixologiya