Dersin Adı


Elektrik dövrəsinin iş rejimləri



Yüklə 33,28 Kb.
səhifə8/9
tarix28.11.2023
ölçüsü33,28 Kb.
#133688
1   2   3   4   5   6   7   8   9
1. Elektrotexnika 2

Elektrik dövrəsinin iş rejimləri. Elektrik dövrəsinin və onun elementlərinin mümkün olan iş rejimlərindən ən xarakterik olanları dörddür: nominal rejim, yüksüz işləmə (y.i.) rejimi, qısaqapanma (q.q.) rejimi və əlaqələndirilmiş rejim.
Nominal (normal) rejim. Elektrik dövrəsində mənbələrin və işlədicilərin normal və ya nominal rejim onunla xarakterizə olunur ki, onların cərəyan, gərginlik və güclərinin qiymətləri hazırlayıcı zavod tərəfindən hesablanmış qiymətlərə uyğun olsun. Belə halda ən yaxşı iş şərtləri təmin edilir (qənaətlilik, uzun müddət işləmək və s.).
Nominal rejimi təyin edən xarakterik kəmiyyətlər, adətən, quruluşun pasortnda və yaxud bilavasitə ona bərkidilmiş lövhəcikdə göstərilir. Bu kəmiyyətlər tərkibinə uyğun elementlər daxil olan elektrik sxemlərini hesabladıqda bir əsas kimi götürülür. Məsələn, közərmə lampasının müqaviməti onun kolbasında və yaxud çokolunda göstərilmiş nominal gücünə və nominal gərginliyinə görə təyin edilə bilər.
4. SABİT CƏRƏYANIN ELEKTRİK DÖVRƏSİNİN İŞ REJİMLƏRİ
Mənbənin yüksüz işləmə rejimindən onun e.h.q. – ni ölçmək üçün istifadə etmək olar. Doğrudan da, mənbənin sıxaclarındakı gərginlik istənilən halda U=E – I Yüksüz işləmədə I=0U=E, yəni mənbənin sıxaclarında yüksüz işləmə gərginliyi onun e.h.q. – nə bərabərdir. (şəkil 3).
Şəkil 3. Mənbənin yüksüz işləmə rejimi
Qısaqapanma rejimi. Əgər dövrənin hər hansı hissəsinə qoşulmuş iki nöqtə arasındakı müqavimət normal qiymətdən dəfələrlə kiçikdirsə və praktik olaraq sıfra yaxınlaşırsa, onda dövrənin bu hissəsində qəsaqapanma baş verib, deyirlər. Qısaqapanma, adətən, cərəyan keçirən hissələrin izolyasiyasının zədələnməsi nəticəsində baş verir.
Qısaqapanma rejimi qısaqapanmış hissədə gərginliyin sıfır olması ilə xarakterizə edilir:
Generatorun sıxaclarında qısaqapanma baş erərsə, xarici müqavimət sıfra yaxınlaşır və generatorun cərəyanı ən böyük qiyməti alar:
Bu qiymət nominal yük cərəyanından dəfələrlə böyük ola bilər. Qısaqapanmalar elektrik qurğuları üçün böyük təhlükə təşkil edir, çünki elektrik avadanlığının işdən çıxmasına və normal iş rejiminin uzun müddət pozulmasına səbəb ola bilər (şəkil 4 – dəki sxemdə mühafizə quruluşları əriyən qoruyucular Q göstərilmişdir).
Şəkil 4. Mənbənin qısaqapanma iş rejimi

Yüklə 33,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə