Dersin Adı


ELEKTROTEXNİKA HAQQINDA ÜMUMİ MƏLUMAT



Yüklə 33,28 Kb.
səhifə4/9
tarix28.11.2023
ölçüsü33,28 Kb.
#133688
1   2   3   4   5   6   7   8   9
1. Elektrotexnika 2

1. ELEKTROTEXNİKA HAQQINDA ÜMUMİ MƏLUMAT
Dəyişən cərəyanın tətbiq edilməsi bir çox nəzəri və praktiki məsələlərin həllini tələb edirdi. Bu elektrotexnikanın nəzəri əsaslarının bir çox məsələlərinin həll edilməsilə nəticələndi ki, XX əsrin əvvəllərində dəyişən cərəyanlar nəzəriyyəsi adlandırılmağa başladı. Dəyişən cərəyanlar nəzəriyyəsinin inkişafında, Amerika alimi Ç.P.Şteynmetsin kəşf etdiyi kompleks kəmiyyətlər metodunun elektrik dövrələrinin hesablanmasında tətbiqi yeni səhifə açdı.
1895-ci ildə rus alimi A.S.Popov radionu kəşf edərək, insanların mədəni həyatında yeni dövrün başlanğıcını qoydu.
1904-cü ildə Peterburq politexnik institutunda professor V.F.Mitkeviç «Elektrik və maqnit sahələrinin nəzəriyyəsi» adı altında mü-hazirələr oxumağa başladı. 1905-ci ildə Moskva ali texniki məktəbində professor K.A.Kruq «Dəyişən cərəyanlar nəzəriyyəsi» adı altında mühazirələr oxumağa başladı və 1906- cı ildə onu nəşr etdirdi.
Elektrotexnikanın inkişafında ikinci mərhələ kimi (1880- 1917) göstərmək olar.
1. ELEKTROTEXNİKA HAQQINDA ÜMUMİ MƏLUMAT
1. ELEKTROTEXNİKA HAQQINDA ÜMUMİ MƏLUMAT
Elektrotexnikanın yaranması və sürətlə inkişafı XIX əsrin əvvəllərində sabit cərəyan mənbəyinin yaradılması ilə əlaqəlidir. Müxtəlif ölkələrin fiziklərinin müstəqil tədqiqatlarının nəticəsində, o cümlədən, U. Tomson, M. Faradey, C. Coul, C. Maksvell, Ş. Kulon, K. Qauss, A. Volta, E. Lens və başqaları tərəfindən təkcə elektrik enerji mənbəyi (qalvanik elementlər) yaranmamışdır, eyni vaxtda elektrik hadisələrinin əsas fiziki qanunları və elektrik mühərriklərinin iş prinsipləri işlənmişdir. Böyük Britaniya, İtaliya və Rusiya mühəndisləri 1830-1860-cı illər ərzində fırlanan lövbərli elektrik mühərrikinin bir neçə konstruksiyasını hazırlamışlar. 1834-cü ildə Almaniya və Rusiyada işləmiş rus elektrotexniki B.Yakobi gücü 15 Vt olan ilk elektrik mühərrikini yaradır. Onun əsasında 1838-ci ildə Sankt-Peterburq şəhərində Neva çayında üzmək üçün gəmi hazırlayır. Gəmi 40 ədəd elektrik mühərriki vasitəsi ilə hərəkətə gətirilmişdir. Elektrotexnikanın sonrakı inkişafı nəticəsində çoxfazlı cərəyan sistemində işləyən və iqtisadi cəhətdən özünü doğrultmuş on kilometrlərlə məsafəyə elektrik enerjisini ötürən elektrik generatorları və transformatorları yaradıldı. Rusiya , ABŞ və İngiltərədə 1880-ci ildən sonra uzaq məsafələrdəki istehlakçıları elektrik enerjisi ilə təchiz etmək üçün təyin olunmuş elektrik stansiyaları yaradıldı.
Alman mühəndisi V. Simens 1879-cu ildə Berlin sənaye sərgisi üçün təyin olunmuş ilk elektrik dəmir yolunu tikdi. Elektrik mühərriki vasitəsilə hərəkətə gətirilən kiçik vaqona üç arabacıqdan ibarət lokomotivə 18 sərnişin yerləşirdi. Elektrik enerjisi ayrica xətlə verilir, geriyə qayıdan naqili isə qatarın hərəkət etdiyi relslər tərəfindən yerinə yetirilirdi.
Mühəndis F.A.Pirotski 1876-cı ildə Peterburqda şəhər rels nəqliyyatı arabacıqlarının elektrikləşdirilməsinin ilk təcrübəsini sınaqdan çıxardı. 1880-ci ildə o, dəmir yolunda elektrik mühərriki tətbiq edilmiş iki oxlu vaqon konkada təcrübə apardı. Təkər cütlərini firladan elektrik mühərriki vaqonun döşəməsindən asılmış, cərəyanın verilməsində kontakt naqillərdən, qayıdan naqilin əvəzinə isə relsdən istifadə olunurdu.
Şəhər tramvayı ilk elektrikləşdirilmiş nəqliyyat növüdür. Ondan sonra şəhər ətrafı dəmir yolu nəqliyyatı, dağ rayonlarındakı dəmiryolu nəqliyyatı və tunel sahələrindəki dəmir yolu nəqliyyatları elektrikləşdirilmişdir.

Yüklə 33,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə