Sənaye məhəllələri haqqında



Yüklə 91,03 Kb.
Pdf görüntüsü
tarix18.02.2018
ölçüsü91,03 Kb.
#27164


 

 

 

 

 

 

Sənaye məhəllələri haqqında 

 

  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

May 2014 

 


2

 

 



Sənaye məhəllələri 

 

Sənaye məhəlləsi 



 

Sənaye  məqsədləri  ilə  xüsusi  ayrılmış  bölgələrin  qurulması  1960-cı  illərdən 

başlayaraq  müxtəlif  formalarda  baş  verir.  İlk  nümunələr  olaraq  istehsal  (sənaye) 

yönümlü Azad İqtisadi Zonaların qurulmasını qeyd etmək olar. Bu zonalar əsasən çox 

ucuz  işçi  qüvvəsinə  malik  ölkələrdə  dəniz  limanlarının  ətrafında  qurulurdu.  Eyni 

zamanda,  inkişaf  etmiş  ölkələrdə  və  hətta  sosialist  ölkələrində  də  (1967-ci  ildə 

Yuqoslaviyanın Belqrad şəhərində) istehsal (sənaye) yönümlü bölgələrin qurulmasına 

başlanılmışdır.  

İstehsal  yönümlü  Azad  İqtisadi  Zonaların  yaradılması  irimiqyaslı  istehsalın 

inkişafına və bununla da müvafiq texnologiya və biliklərin transferinə yardım edirdi. 

Bu tip sənaye əraziləri ilə yanaşı, bir qayda olaraq xüsusi iqtisadi imtiyazları (vergi və 

gömrük  güzəştləri)  olmayan  sənaye  bölgələri  (“sənaye  məhəllələri”)  formalaşmağa 

başlamış və bu bölgələrə müxtəlif ölkələrdə fərqli adlar verilmişdir. 

“Sənaye  məhəlləsi”  xüsusi  ərazi  bölgüsü  olaraq,  əsasən  kiçik  və  orta 

müəssisələrin inkişafı üzrə əlavə bir mexanizm kimi nəzərdə tutulur. Bu ərazilər kiçik 

və  orta  müəssisələrin  inkişafı  üçün  nəzərdə  tutulsalar  da,  onların  ərazilərinin  ölçüləri 

bəzi  hallarda  sənaye  parklarının  ərazilərinə  yaxın  ölçüdə  (yüzlərlə  hektar)  olurlar. 

Lakin əksər hallarda sənaye məhəllələrin əraziləri 5-80 hektar arasında dəyişir. 

Qeyd etmək lazımdır ki, həm istehsal yönümlü Azad İqtisadi Zonaların (sənaye 

parkları),  həm  də  sənaye  məhəllələrinin  ərazilərinin  idarə  olunması  üçün  xüsusi  bir 

idarəedici təşkilat (operator) yaradılır. 

 

Sənaye ərazisi və sənaye məhəlləsi 



 

Sənaye  ərazisi  və  sənaye  məhəlləsi  fərqli  anlayışlardır.  Dünya  praktikasında 

sənaye  ərazisi  daha  çox  ümumi  sənaye  inkişafı  üçün  şəhər  və  rayon  planlaşdırılması 

zamanı ayrılan torpaq sahəsidir. Burada ilkin olaraq heç bir infrastruktur təminatı və 

idarəetmə xidmətləri təmin edilmir.  

Bəzi hallarda sənaye ərazilərinə gələcək sənaye müəssisələrini cəlb etmək üçün 

torpaqlar  üzrə  hazırlıq  işləri  həyata  keçirilir  və  müəyyən  dərəcədə  infrastruktur 

hazırlığı aparılır. Lakin bu halda da sənaye ərazilərində hər hansı bir xüsusi idarəetmə 

qurumu  olmur  və  həmçinin  sənaye  əraziləri  daha  çox  iri  sənaye  müəssisələrinin 

yerləşdirilməsi üçün nəzərdə tutulur. 



 

 

 


3

 

 



Sənaye məhəllələrinin klassifikasiyası 

 

Ölçüsünə görə. 

 Bəzi  ölkələrdə  sənaye  məhəllələri  böyük  ərazilərə  malikdirlər.  Məsələn, 

Hindistanda  kiçik  sənaye  müəssisələrinin  məskunlaşdığı  sənaye  məhəllələri  eyni 

zamanda,  əhalinin  yaşayış  yerləri  olduğu  üçün  bu  sənaye-yaşayış  əraziləri  yüzlərlə 

hektar yer tutur. 

Buna  baxmayaraq,  belə  böyük  sənaye  məhəllələri  istisna  haldır.  Sənaye 

məhəlləsi  müəyyən  bir  həddən  sonra  böyüyəndə  burada  nəqliyyat,  infrastruktur 

təminatı  və  digər  problemlər  yaranır.  Digər  tərəfdən  çox  kiçik  sənaye  məhəllələrinin 

qurulması  iri  sənaye  məhəllələri  ilə  müqayisədə  bir  hektar  üzrə  daha  böyük  vəsait 

tələb edir. 

Dünyada  fəaliyyət  göstərən  sənaye  məhəllələrinin  ərazilərinin  çoxu  40-80  ha 

arasında olur. Ərazisi 50 hektara qədər olan sənaye məhəllələrinin qurulması zamanı 

kifayət qədər ciddi miqyas effekti əldə edilir (cədvəl 1). 

 

 

ABŞ dolları*



 

10 ha 

25 ha 

50 ha 

Yollar, xidmətlər 

550.000 


800.000 

1.400.000 

Təmizləmə qurğuları 

450.000 


450.000 

700.000 


Müxtəlif xərclər 

100.000 


150.000 

200.000 


 

Cəmi 

1.100.000  

1.400.000 

2.300.000 

 

1 ha üzrə 

110.000 

56.000 

46.000 

*1998-ci ilin qiymətləri 

 

Yerləşməyə görə 

Sənaye  məhəllələri  coğrafi  yerləşməyə  görə  “şəhər”,  “yarı-rayon”  və  “rayon” 

tipli  olurlar.  “Şəhər”  tipli  sənaye  məhəllələri  əhalisi  500  min  nəfər  olan  şəhərlərin 

ətrafında  və  ya  şəhərə  yaxın  məsafədə  yerləşən  məhəllələrdir.  “Yarı-rayon”  tipli 

sənaye məhəllələri əhalisi 50 min nəfər olan kiçik şəhərlərdə, “rayon” tipli məhəllələr 

isə əhalisi 25 min nəfərdən az olan rayon mərkəzlərində yerləşirlər.  



 

Təyinatına görə  

Dünya təcrübəsində sənaye məhəllələri təyinatına görə 3 qrupa bölünür: 

 

1)

 



Qarışıq  istehsal:  istehsal  prosesində  bir-biri  ilə  əlaqəsi  olmayan  və  bu 

səbəbdən  əlavə  əməkdaşlıq  (kooperativ)  effektlərini  yaratmayan  istehsal 

sahələrini əhatə edən kiçik sənaye müəssisələri. 

2)

 



Yardımçı istehsal: hər hansı bir iri müəssisənin tələbatlarını ödəyən bir neçə 

yardımçı kiçik sənaye müəssisələri. 

 



4

 

 



3)

 

Bir  sahəli  istehsal:  hər  hansı  bir  sənaye  sahəsi  üzrə  eyni  xidmət  göstərən 



(mühərriklərin  təmiri,  ağac  məhsulları  təmiri  və  s.)  və  ya  eyni  tipli 

məhsulları istehsal edən əlaqəli kiçik müəssisələr. 

 

Mülkiyyətə görə 

Sənaye məhəllələri mülkiyyətə görə 3 qrupa bölünür: 

 

1)

 



Dövlət: mərkəzi dövlət orqanı, yerli icra orqanı və ya bələdiyyələr tərəfindən 

yaradılması təklif edilən, qurulan və idarə olunan məhəllələr. 

 

2)

 



Özəl:  şirkət,  kooperativ  və  ya  sənayeçilər  assosiasiyası  tərəfindən  yaradılan 

məhəllələr. 

 

3)

 



Dövlət-özəl: dövlət tərəfindən yardım göstərilməklə şirkət, kooperativ və ya 

sənayeçilər assosiasiyası tərəfindən yaradılan məhəllələr. 

 

1990-cı  illərdən  başlayaraq  dünyada  özəl  sektor  tərəfindən  yaradılan  və  idarə 



olunan  sənaye  məhəllələrinin  sayı  artmaqdadır.  Buna  baxmayaraq,  sənaye  məhəlləsi 

üzrə  böyük  bir  layihə  hazırlandığı  zaman  bunun  yalnız  özəl  sektorun  hesabına 

yaradılması  mümkün  deyildir.  Bir  sıra  məsələlərdə  (torpaq  üzərində  mülkiyyət 

hüquqlarının  müəyyən  edilməsi,  planlaşdırma,  ətraf  mühit  məsələləri  və  s.)  sənaye 

məhəllələrinin yaradılması dövlətin iştirakı olmadan çətinliklə həyata keçirilir. 

 

İstehsalat təyinatlı obyektlərlə (anqar) təminatına görə 



 

Dünya  təcrübəsində  istehsalat  təyinatlı  obyektlərlə  təminatına  görə  sənaye 

məhəllələri 5 qrupa bölünür: 

 

1)



 

Sifarişlə  tikilən  obyektlər  –  yerli  sənaye  müəssisələrin  sifarişi  ilə  tikilən 

anqarlar; 

 

2)



 

Standart nümunəvi layihələrlə yanaşı, xüsusi sifarişlə tikilən anqarlar; 

 

3)

 



Bir  neçə  ölçüdə  tikilən  anqarlar  –  bu  tip  sənaye  məhəllələri  adətən  kiçik 

həcmli istehsalı təşviq etmək üçün qurulur və burada sənaye müəssisəsinə bir 

neçə tipik standart binadan seçim imkanı verilir; 

 

4)



 

Bir  neçə  standart  anqar  və  yeni  anqarların  tikilməsi  üçün  hazır  olan  torpaq 

sahələri  –  bu  tip  sənaye  məhəllələrində  orta  və  böyük  həcmli  sənaye 

müəssisələrinin qurulması təşviq olunur. 

 

5)

 



Yalnız  yeni  anqarların  tikilməsi  üçün  hazır  olan  torpaq  sahələri  –  bu  tip 

sənaye  məhəllələrində  müvafiq  məhəllə  qaydalarına  uyğun  olaraq  sənaye 

müəssisəsi öz bina və qurğularını tikir. 

 

 




5

 

 



Sənaye məhəlləsində təqdim olunan stimullar 

Sənaye  məhəllələrində  bir  sıra  ölkələrdə  infrastruktur  (elektrik,  qaz, 

kanalizasiya,  bina  və  qurğular  və  s.)  və  idarəetmə  xidmətlərindən  əlavə  olaraq  digər 

stimullaşdırıcı  üstünlüklər  təqdim  edilir.  Bu  üstünlüklərin  sayı  və  tətbiq  edilmə 

müddəti  ölkədə  aparılan  ümumi  iqtisadi  və  sənaye  siyasətindən  asılıdır  və  ölkədən 

ölkəyə fərqlənir. 

Bəzi ölkələrdə təklif olunan stimullaşdırıcı üstünlüklər aşağıdakı kimidir: 

-

 



Aşağı faizlə uzun və qısa müddətli kreditlər; 

-

 



Hazır və müasir bina (anqar) və qurğuların kirayəsi üzrə subsidiyalar; 

-

 



Su və elektrik enerjisi üzrə subsidiyalar; 

-

 



Rabitə xidmətləri üzrə subsidiyalar; 

-

 



Vergi güzəştləri; 

-

 



Məhəlləyə giriş üzrə bir pəncərə sistemi; 

-

 



İstehsal sahələrinin, avadanlığın və xidmətlərinin birgə istifadəsi; 

-

 



İşçilər üçün yaşayış binaları. 

 

Qeyd olunduğu kimi, bu siyahıda göstərilən stimullaşdırıcı üstünlüklərin tətbiq 



edilməsinə dair qərarlar konkret layihədən və ölkənin ümumi iqtisadi siyasətindən asılı 

olaraq verilir və ölkədən ölkəyə fərqlidir. 

 

Beynəlxalq təcrübə 

Dünyada  fəaliyyət  göstərən  və  son  zamanlarda  artmaqda  olan  sənaye 

məhəllələri üzrə beynəlxalq təcrübə aşağıdakı ölkələrin misalında verilmişdir.  

 

Türkiyə 

Türkiyə Respublikasında 500 minə yaxın insanın işlədiyi 456 sənaye məhəlləsi 

fəaliyyət  göstərir.  Bunlar  1965-ci  ildən  başlayaraq  Elm,  Sənaye  və  Texnologiyalar 

Nazirliyinin dəstəyi ilə sənaye müəssisələri kooperativləri tərəfindən qurulmuşlar.  

Sənaye məhəllələrinin qurulmasında əsas məqsədlər aşağıdakılardır: 

-

 

sanitar  qaydalarına  uyğun  iş  yerlərinin  təmin  edilməsi  və  əmək 



məhsuldarlığının artırılması; 

-

 



texnoloji  inkişafın  əldə  olunması  və  kiçik  müəssisələrin  orta  müəssisələrə 

çevrilməsi; 

-

 

planlaşdırılmış  şəhərləşmənin  təşkili  və  bununla  da  ətraf  mühitin 



çirklənməsinin qarşısının alınması; 

-

 



Təhsil  Nazirliyi  və  Elm,  Sənaye  və  Texnologiyalar  Nazirliyinin  birgə 

təşəbbüsü  ilə  peşə  təhsilinin  genişləndirilməsi  (təqribən  100  sənaye 

məhəlləsində  özəl  peşə  məktəbləri  və  140  sənaye  məhəlləsində  təhsil 

mərkəzləri fəaliyyət göstərir). 




6

 

 



 

Qeyd  edilən  sənaye  məhəllələrindən  ən  böyüyü  86  hektar  (binaların  sahəsi  64 

ha) ərazisi olan “Aykosan” sənaye məhəlləsi (“Aykosan Sanaye Sitesi”), ən kiçiyi isə 

4,7  hektar  (binaların  sahəsi  5,8  ha)  ərazisi  olan  “Bıksan  (Bakırköy)”  sənaye 

məhəlləsidir  (“Bıksan  (Bakırköy)  Sanaye  Sitesi”).  Sənaye  məhəllələrində  kirayəyə 

verilən anqar sahəsi 60 m

2

-dən başlayır. Sənaye məhəlləsinin qurulması zamanı 2013-



cü ilin normaları ilə binanın (anqarın) 1m

2

 tikilməsi üçün 280 ABŞ dolları ayrılır.  



Sənaye  məhəllələrində  fəaliyyət  göstərən  kiçik  və  orta  müəssisələrin  sahəvi 

bölgüsü aşağıdakı cədvəldəki kimidir (2012-ci ilin məlumatlarına əsasən). 

 

İstehsal sahəsi 

Payı 

Avtomobil təmiri və ehtiyat hissələri atelyeləri 

17,6% 

Tökmə, döymə, metal emalı (yonqarlı emal və dəmir lövhə emalı) 



14,5% 

Plastik əşya, sanitar-texniki materiallar, soba, boru və s. istehsalı 

11,0% 

Dülgər və taxta əşya istehsalı atelyeləri 



10,2% 

Tekstil, hazır geyim, ayaqqabı və dəri sənayesi üçün xüsusi sifarişlə istehsal 

(outsourcing) 

9,5% 


Mis, latun, polad mətbəx əşyası və bənzər əşyalar istehsalı 

9,3% 


İnşaat materiallarının istehsalı 

8,1% 


Digər (gəmi, kimya, boya və s. istehsalı və ticarəti) 

6,2% 


Metal əşya və maşınqayırma istehsal sənayesi üçün ehtiyat hissələri 

3,6% 


Cədvəl 1. Türkiyənin sənaye məhəllələrində fəaliyyət göstərən KOM-ların sahəvi bölgüsü. 

 

Elm,  Sənaye  və  Texnologiyalar  Nazirliyi  tərəfindən  sənaye  məhəlləsinin 



qurulması xərclərinin 50%-dən 70%-ə kimi hissəsi azı 11 illik müddətə kredit şəklində 

təqdim edilir. Kredit təqdim edildikdən sonra ilk ildə kreditin qaytarılması üzrə heç bir 

ödənişlər həyata keçirilmir. 

 

Böyük Britaniya 

Böyük Britaniyada sənaye məhəllələri kifayət qədər inkişaf etmiş mexanizmdir. 

Belə ki, Britaniyanın Mançester şəhərində yerləşən “Trafford Park” sənaye məhəlləsi 

dünyanın  birinci  planlaşdırılmış  sənaye  ərazisi  hesab  edilir.  Avropanın  ən  iri  sənaye 

məhəlləsi olan  “Trafford  Park” sənaye  məhəlləsi  bir-birindən  coğrafi  olaraq ayrı-ayrı 

yerləşən 10 sənaye məhəlləsi və anbarlardan ibarətdir. 

Məhəllənin  ümumi  sahəsi  5.260.913  m

2

  (526  ha)  təşkil  edir  və  burada  1400-ə 



yaxın  müəssisə  fəaliyyət  göstərir  və  35  min  işçi  çalışır.  Məhəllədə  kirayəyə  verilən 

istehsal sahələri 200 m

2

-dən başlayaraq 30 min m



2

-ə (anbar sahələri) kimi artır. 

Ümumiyyətlə,  Böyük  Britaniyanın  bir  çox  regionlarında,  xüsusən  də  kiçik 

şəhərlərdə  böyük  sayda  özəl  sənaye  məhəllələri  fəaliyyət  göstərir.  Bu  məhəllələrin 

təqribən 10-50 hektar arası əraziləri və 50-100 m

2

 arası kirayə sahələri olur. 




7

 

 



Belə  ki,  Londonun  100  km  şimalında  yerləşən  Somersham  kəndində 

“Somersham  Road”  sənaye  məhəlləsi  fəaliyyət  göstərir  ki,  onun  ərazisi  32  ha, 

kirayəyə  verilən  sahələrin  ölçüləri  93-577  m

2

  təşkil  edir.  Sənaye  məhəlləsi  əsas  yol 



magistrallarından 3 və 13 km, Kembric şəhərindən 20 km, ən yaxın dəniz limanından 

isə (King's Lynn) 75 km uzaqlıqda yerləşir. 

 

Qazaxıstan 

Qazaxıstan  Respublikasında  2006-2010-cu  illərdə  bir  sıra  sənədlər  qəbul 

edilmişdir  ki,  bunlar  ölkədə  sənaye  zonaların  (məhəllələrinin)  inkişafına  imkan 

yaratmışdır.  

Belə  ki,  2006-cı  ildə  “Sənaye  zonalarının  yaradılması  konsepsiyası”,    2007-ci 

ildə  isə  “Sənaye-innovasiya  infrastrukturunun  (xüsusi  iqtisadi  və  sənaye  zonaları, 

texnoparklar  və  biznes-inkubatorları)  formalaşdırılması  və  inkişafı  Konsepsiyası” 

qəbul edilmişdir. 

2010-cu  ildə  “Biznesin  yol  xəritəsi  –  2020”  Proqramı  qəbul  edilmişdir  ki,  bu 

sənədin  qəbulu  ilə  bu  iki  sənəd  qüvvədən  düşmüşdür.  Bu  proqramda  sənaye 

zonalarının (məhəllələrin) əsasən kiçik və orta sənaye müəssisələrinin inkişafı üçün və 

3 növ üzrə yaradılması nəzərdə tutulmuşdur: 

1.

 

Sənaye  istehsalı  üçün  nəzərdə  tutulmuş  bina  və  qurğuların  tikilməsi  üçün 



torpaq sahələri olan sənaye məhəlləsi; 

2.

 



Kirayə  və  ya  satış  üçün  hazır  istehsal  binaları,  o  cümlədən  hazırda  aşağı 

istehsal gücü ilə çalışan, konservə edilmiş və ya çalışmayan istehsal sahələri 

olan sənaye məhəlləsi; 

3.

 



Həm  torpaq  sahələri,  həm  də  hazır  istehsal  binaları  olan  kompleks  sənaye 

məhəlləsi. 

Bu cür sənaye məhəllələrində iri sənaye müəssisələri də yerləşdirilə bilər, lakin 

bu halda onların tutduğu ərazi sənaye məhəlləsinin ərazisinin 20%-dən çoxunu təşkil 

edə bilməz. 

Hazırda Qazaxıstanda 15 sənaye məhəlləsinin yaradılması üzrə işlər aparılır.  

 

Rusiya 

Rusiya  Federasiyasının  İqtisadi  İnkişaf  Nazirliyi  tərəfindən  sənaye 

məhəllələrinin  yaradılmasına  dair  metodoloji  tövsiyələrin  layihəsi  hazırlanmışdır.  

Sənəd layihəsinə görə, sənaye məhəlləsi kiçik və orta sahibkarlığın inkişafı məqsədilə 

Rusiya  Federasiyasının  subyektlərində  yerli  icra  hakimiyyəti,  bələdiyyə  və  ya  özəl 

sektorun təşəbbüsü ilə yaradılır.  

Sənaye  məhəlləsi  yaradılarkən  Rusiya  subyektləri  səviyyəsində  irəli  sürülən 

“sənaye  məhəlləsi”  layihələrinin  qurulmasının  dəstəklənməsi  üçün  federal  icra 

hakimiyyəti  səviyyəsində  müsabiqələr  keçirilir  və  bu  müsabiqələrin  nəticəsində 



8

 

 



məhəllənin  yaradılması  üzrə  müvafiq  subsidiyalar  və  büdcə  vəsaitləri  ayrılır. 

Müsabiqədə iştirak üçün “sənaye məhəlləsi” layihələri üzrə kiçik və orta müəssisələri 

ilə  müvafiq  ilkin  icarə  razılaşmalarının  surətləri  təqdim  edilməlidir  (məhəllənin 

yaradılması təşəbbüskarı özəl sektor olduqda məhəllənin bina və anqarlarının 60%-nin 

icarəyə  verilməsi  müqavilələrin  surəti,  təşəbbüskar  yerli  icra  hakimiyyət  olduqda  isə 

20%-nin icarəyə verilməsi müqavilələrin surəti təqdim edilir).  

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış “Sənaye 

parkının standartı” sənədinə əsasən, sənaye məhəlləsinin yaradılması zamanı məhəllə 

üçün ayrılan torpaq sahəsinin ən azı 8 ha, regional yollara məsafənin 1-2 km, federal 

magistrallara  məsafənin  1-5  km,  dəmir  yolu  xəttinə  məsafənin  1-2  km  və  hava 

limanına məsafənin 5-15 km olması tövsiyə edilir. Bundan əlavə, 2 MVt gücünə malik 

elektrik  şəbəkəyə  qoşulma  və  ya  hər  bir hektar  ərazi  üzrə  ən azı  0,2  MVt-lıq  gücün 

təchiz edilməsi tövsiyə olunur. 

Sənaye  ərazilərinə  aid  digər  bir  layihə  sənədində  park,  məhəllə  və  zona  üzrə 

idarəetmə  şirkətinin  (operatorun)  təqdim  edə  biləcəyi  xidmətlərin  aşağıdakı  siyahısı 

verilir: 

 

Developer xidmətləri 

1. 


İstehsal binalarının satışı 

2. 


Torpaq sahələrinin icarəyə verilməsi 

3. 


İstehsal sahələrinin icarəyə verilməsi (satınalma hüququ ilə) 

4. 


İstehsal sahələrinin icarəyə verilməsi (icarə müddətinin uzadılma hüququ ilə) 

5. 


Sosial infrastrukturun icarəyə verilməsi (yaşayış binaları, mehmanxana, konfrans zalı, 

sərgi otağı və s.) 

6. 

Tikinti, baş plan, baş podrat üzrə xidmətlər 



7. 

Texniki nəzarət xidmətləri 



İstismar-mühəndis xidmətləri 

8. 


Kommunal xidmətlər: su 

9. 


Kommunal xidmətlər: istilik 

10.  Kommunal xidmətlər: kanalizasiya 

11.  Kommunal xidmətlər: qaz 

12.  Şəbəkələrin istifadəsi (baxılması) üzrə xidmətlər 

13. 

İstehsalın təchizi üzrə xidmətlər (təzyiqli hava, azot, oksigen, hidrogen), su (içməli, 



texniki, duzsuz, buxar və s.) və soyuqlandırma maddələri (freon, ammiak) və s.) 

Ümumi təsərrüfat xidmətləri 

14.  Zibilin yığışdırılması, tullantıların utilizasiyası və s. 

15.  Mühafizə xidməti 

16.  Yanğınsöndürmə xidməti 

17.  Rabitə xidməti (vahid telefon və məlumat sistemləri, internet və s.) 

Xüsusiləşdirilmiş xidmətlər 

18.  Rezidentlərin mühasibatlığın aparılması 




9

 

 



19.  Rezidentlərə hüquqi və notarial xidmətlərin göstərilməsi 

20. 


Məsləhətçi xidmətlər (idarəetmə, marketinq, biznes planların hazırlanması, intellekturla 

mülkiyyətin müdafiəsi, patent üzrə xidmətlər və s.) 

21.  Katiblik, kuryer, klininq xidmətləri 

22.  Personalın axtarışı və treninqi 

23.  Reklam xidmətləri 

24. 


Rezidentlərə nəqliyyat-logistika xidmətləri (yük daşımaları, yükün və xammalın 

saxlanılması və s.) 

25.  Kredit brokerliyi 

26.  Gömrük brokerliyi 

27.  Lizinq xidmətləri 

28.  Texniki məsləhət, texniki audit, ekoloji audit 



Cədvəl 2. Rusiyanın sənaye məhəllələrində məhəllə idarəedici (operator) tərəfindən göstəriləcək xidmətlər  

 

Belarus 

Hazırda  Belarus  Respublikasında  sənaye  məhəlləsinə  dair  vahid  sənəd 

layihəsinin hazırlanması və razılaşdırılması üzrə işlər aparılır. Sənaye məhəlləsi kiçik 

və  orta  sahibkarlığın  istehsal  və  ya  elmi-tədqiqat  fəaliyyətinin  aparılmasına  dəstək 

kimi  nəzərdə  tutulmuşdur.  Məhəllənin  yaradılmasında  aparıcı  fəaliyyət  yerli  icra 

hakimiyyəti  orqanlarına  ayrılır  və  məhəllə  yaradılarkən  yerli  icra  hakimiyyəti 

sahibkarlar assosiasiyalarını və ittifaqlarını işə yaxından cəlb etməlidir. 

Seçilmiş ərazi idarəedici təşkilata icarəyə verilir, onun sahəsi ən azı 10 hektar, 

magistral  kommunikasiyalardan  ən  uzağı  20  km  məsafədə  olmalıdır.  Ərazi  müvafiq 

infrastrukturla  (istilik  və  elektrik  enerjisi,  su  təminatı,  məişət  və  sənaye  tullantıların 

utilizasiyası, yanğınsöndürmə xidməti, nəqliyyat kommunikasiyası, rabitə xidməti və 

s.) təmin edilməlidir. 

Sənaye məhəlləsinin yaradılması üzrə maliyyə vəsaitlərin ayrılması mərkəzi icra 

hakimiyyəti,  yerli  icra  hakimiyyəti  və  idarəedici  şirkətin  hesabına  aparıla  bilər. 

Həmçinin, özəl-dövlət sxemi üzrə özəl sektorun maliyyə vəsaitləri cəlb edilə bilər. 



 

Malayziya  

Malayziyada  600-ə  yaxın  sənaye  zonaları  (azad  zonalar,  texnoparklar,  elm 

parkları,  sənaye  məhəllələri  və  s.)  fəaliyyət  göstərir  və  bunlardan  təqribən  200-ü 

sənaye məhəlləsidir. Sənaye zonalarının çoxu Dövlət İqtisadi İnkişaf Korporasiyaları, 

Regional  İnkişaf  Agentlikləri,  dəniz  limanları  və  yerli  icra  hakimiyyətləri  tərəfindən 

qurulmuşdur.  Bundan  əlavə,  ölkənin  bəzi  vilayətlərində  sənaye  məhəllələri  özəl 

şirkətlər tərəfindən qurulur.  

Malayziyanın  9-cu  planının  (2006-2010-cu  illər)  icrası  nəticəsində  sənaye 

zonalarının  saxlanılmasına  və  infrastrukturun  yaxşılaşdırılmasına  500  milyon  ABŞ 

dolları  vəsait  yatırılmışdır.  Eyni  zamanda,  ölkədə  sənaye  məhəllələrinin  qurulması 

inkişaf  etməkdədir.  Son  layihələrdən  birisi  hazırda  Johor  vilayətində  qurulan  sənaye 



10

 

 



parkı  (i-City)  və  sənaye  parkına  bitişən  KOM  (kiçik  və  orta  müəssisələr)  şəhəridir 

(SME  City).  Johor  vilayəti  Sinqapura  coğrafi  olaraq  yaxın  olduğuna  görə  buraya 

Sinqapur şirkətlərinin cəlb edilməsi gözlənilir. 

Sənaye  parkı  ilə  sənaye  məhəlləsinin  ümumi  ərazisi  92,9  ha  təşkil  edir  ki, 

bundan  17,12  hektarı  sənaye  məhəlləsinə  ayrılmışdır.  Layihənin  ümumi  dəyəri  186 

milyon  ABŞ  dolları  təşkil  edəcəkdir  və  2014-cü  ilin  sonuna  kimi  layihənin  başa 

çatması  gözlənilir.  Layihə  dövlət-özəl  əməkdaşlıq  çərçivəsində  həyata  keçirilir  və 

bütün sərmayə özəl sektor tərəfindən yatırılır (özəl sektor “Axis” və “AME” şirkətlər 

qrupları tərəfindən təmsil olunur).  

Onu da qeyd etmək lazımdır ki, həm sənaye məhəlləsində (SME City), həm də 

sənaye  parkında  (i-City)  hazır  anqarların  icarəyə  verilməsi  və  ya  satılması  imkanları 

vardır.  Belə ki,  sənaye  parkında 42  hektarda  tikilmiş  anqar  və  binalar  artıq  müxtəlif 

şirkətlərə satılmışdır. 

Ümumilikdə,  KOM  şəhərində  (SME  City)  icarəyə  veriləcək  85  binanın 

(anqarın) tikilməsi planlaşdırılıb. Bunlardan 36 bina hərəsi 4 istehsal sahəli, 34 bina 2 

istehsal sahəli və 15 bina ayrıca istehsal sahəli binalar olacaqlar. Qeyd edilən istehsal 

sahələrinin ən kiçiyi 125 m

2

, ən böyüyü isə 1.350 m



2

 təşkil edəcəkdir.  

 

Şri Lanka 

Şri Lankada 18 kiçik və orta sənaye məhəlləsi vardır və bunların hamısı Sənaye 

İnkişafı  Şurası  tərəfindən  idarə  edilir.  “Gələcəyə  baxış”  (“The  Mahinda  Chinatana”) 

konsepsiyasında  sənaye  məhəllələrinin  qurulması  vasitəsilə  sənayenin  coğrafi 

strukturunun  təkmilləşdirilməsi  bununla  da  şəhər  və  rayon  arasında  sənayenin 

inkişafında qeyri-bərabərliyin aradan qaldırılması nəzərdə tutulur. 

Şri Lankada növbəti illərdə 5 yeni sənaye məhəlləsinin qurulması planlaşdırılır. 

Bəzi  sənaye  məhəllələrinin  xarici  ölkələrin  maliyyə  dəstəyi  ilə  qurulması 

planlaşdırılmışdır.  Məsələn,  Jaffna  vilayətində  “Atchchuveli”  sənaye  məhəlləsinin 

qurulması  Hindistan  hökumətinin  dəstəyi  ilə  həyata  keçirilir.  Yeni  sənaye 

məhəllələrinin  qurulması  ilə  bərabər  2013-2015-ci  illərdə  mövcud  18  sənaye 

məhəlləsinin infrastrukturun gücləndirilməsi nəzərdə tutulmuşdur. 



Yüklə 91,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə