Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r


səhifə12/124
tarix08.12.2017
ölçüsü
#14809
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   124

Verballığı adətən tənqid edirlər, amma bu faktı unutmaq olmaz 
ki,  biliyin nitq tərtibatı  inkişafetdirici  təlimin ən yaxşı  formasıdır. 
Sərt,  əsrlər boyu cilalanmış dil  quruluşları  am orf (ibtidai),  forma­
laşmağa başlayan fikirlə birləşir və onu sahmana salır.
Kütləvi  ünsiyyət  -  kütləvi  informasiya  vasitələri  qurumla­
rı  son  dərəcə  geniş  yayılmışdır,  onlann  cəmiyyətin  həyatındakı, 
mədəniyyətin  inkişafındakı  rolunu  dəyərləndirməmək  olmaz. 
Başqa  sözlə desək,  təkcə nitq mədəniyyəti  haqqında yox,  həm  də 
mədəniyyətin nitq formaları haqqında danışmaq lazımdır.
İnsanın  daxili  aləmi  tamamilə,  yaxud  qismən  nitqdə  əks  olu­
nur:  bu - nitq, məntiqi  düşüncə,  emosiyalar, intuisiya və təxəyyül, 
dəyərlər  və  əxlaq  dünyası,  ozünütəhlil  və  özünüqiymətləndirmə, 
nəhayət,  inam dünyasıdır və bütün bu zənginliklər və əlvanlıq da­
xili və xarici nitqlə, onun mədəniyyəti  ilə bağlıdır.
«Nitq  mədəniyyəti»  anlayışının  daha  dar  mənada  izahına- 
onun dil istiqamətinə qayıdaq.
XX əsrdə nitq mədəniyyətinin nəzəriyyə və təcrübəsinin uğur qa­
zanmasının səbəbi onun linqvistik elmlər ailəsinə mənsubluğu idi. O, 
nəzəri əsaslar əldə etdi, ədəbi dilin normalarının sabitləşməsinə, söz­
lərin mənalarının müxtəlif çalarlannın,  onlann birləşmələrinin qeyd 
olunduğu izahlı lüğətlərdən çətin lüğətlərə qədər onlarla cild lüğət və 
məlumat kitablanmn yaranmasına və istifadəsinə təkan verdi.
Nitq mədəniyyətində tarixi amil çox güclüdür. Onun fiınksiya- 
lan formalaşır, təcrübə toplanır, mübahisə və diskussiyalar meyda­
na  çıxır,  nitq  mədəniyyətinin  dil  yönümü  ədəbi  dilin  sabitləşməsi 
ilə müəyyən olunur.
Bir sıra müsəlman ölkələrində uzun əsrlər boyu ədəbi dil kimi 
ərəb  dilindən, Avropa ölkələrində latın dilindən istifadə olunurdu. 
Son  əsrlərdə  siyasi  hadisələr və  milli  təəssübkeşliyin  güclənməsi 
meyli  milli  dillərin  “hakimiyyəti  ələ  alması”  ilə  nəticələnmişdir. 
Hətta  qohum  dillər  belə  vahid  ədəbi  dildən  (məs.,  Azərbaycan, 
türkmən,  türk və  s.  və  yaxud  rus,  ukrayna,  polyak  və  s.)  istifadə 
etməkdə  maraqlı  deyillər.  Yeri  gəlmişkən  qeyd  etmək  olar ki,  bu 
gün  siyasi  proses  kimi  ortalığa  atılan  qloballaşma  dillərin  də  re­
gional  inteqrasiyasını,  yəni  ərazilər  üzrə  vahid  dil  məxrəcinə
37


gəlinməsini tələb edir. Lakin bu meyl də zəif olduğuna görə, Abbas 
Səhhətin məşhur “Ayı və şir” təmsilində olduğu kimi, dünyada İn­
gilis dili vahid dil kimi qəbul  olunmaqdadır.
Ədəbi dilin təşəkkülü tələffüz, söz yaradıcılığı, sözdən istifadə, 
forma  yaradılması  (morfologiya),  soz  birləşmələri  və  onların 
cümlədə əlaqəsi  (sintaksis)  sahəsində  norma anlayışını  və  qayda­
larını yaratdı.
Dilçilik sahəsi kimi nitq mədəniyyətinin üç səviyyəsi mövcuddur:
1.  praktik səviyyə - dilin daşıyıcısı olan hər kəs üçün dilin ya­
zılı və şifahi variantlarının normalarına yiyələnmə;
2.  danışanın  məqsədlərindən  asılı  olaraq  dilin  ifadə  vasitə­
lərindən  istifadə  bacarığı,  vəziyyətə,  nitqin  janrına,  ünsiyyətin 
xarakterinə müvafiq olaraq üslubu seçə bilmək;
Nitq  mədəniyyətinin  estetik  istiqaməti  normativ  istiqaməti 
qədər mühümdür.  Lakin normalar pozulduqda normativ istiqamət 
ictimai, hətta hüquqi baxımdan mənfi qiymətləndirilirsə də, nitqin 
ifadəliliyi ya tərif, hətta heyranlıq, yaxud uğursuz alınırsa, kinayəli 
təbəssüm, təəssüfü bildirən «ah», nəticədə mərhəmət doğura bilər.
3.  alimlərin  bədii  mətnlərin  öyrənilməsi  əsasında  bu  və  ya 
digər  formanın  mümkünlüyü,  sözün  bu  və ya  digər mənası  və  s. 
haqqında fərziyyələri.
Bu  səviyyə  nitqdən  istifadənin  statistikasının  aparılmasına, 
onun dilin qanunlarına müvafiqliyinin təkrar yoxlanmasına, müm­
kün  nəticələrin  öncədən  müəyyənləşdirilməsinə,  bu  və  ya  digər 
nitq vahidinin normativlər sırasına daxil edilməsinə imkan yaradır.
Bu,  müəyyən  dərəcədə  dilin  müdafiəsidir.  Məsələn,  Fransa­
da  qarşılığı  dilin  özündə  mövcud  olan  sözün  əvəzinə  xarici  söz 
işlədən vətəndaş cərimə olunur. Azərbaycanda hələlik belə bir qa­
nun  yoxdur,  lakin  hərdən  ölkəyə  axın  etmiş  xarici  sözlərlə  bağlı 
narahatlıq ifadə edən fikirlər səsləndirilir.
Dil  statistikaya,  sabitliyə,  daimiliyə,  nitq isə dinamikaya, yeni 
forma və vasitələrin axtarışına can atır, onun üçün mərkəzdənqaçma 
meylləri  xarakterikdir.  Obrazlı  desək,  nitq -  azadlıqda  olan  qaça­
ğan atdır, dil norması isə nitq mədəniyyətinin ən ciddi hissəsi kimi, 
möhkəm yüyən və dəmir qantarğadır.
38


Lakin unutmaq olmaz ki, «dünyanın söz emalatxanası kasıbdır», 
bu  səbəbdən,  söz  çatışmazlığı  təkcə  şairləri  narahat  etmir.  Bu  zid­
diyyət dilin inkişafı və zənginləşməsinə xidmət edir. Bir tərəfdən, nitq 
mədəniyyəti  nitqin  dəqiqliyinə,  düzgünlüyünə,  ifadəliliyinə  yönəl­
mişdir; digər tərəfdən isə o, həmin məqsədə çatmağa maneədir, çünki 
nitq situasiyaları danışanın imkanlarından daha mürəkkəb ola bilər.
Belə  şəraitdə,  milli  ənənələri  qorumaq  şərtilə,  ən böyük dəyər 
olan ədəbiyyata əsaslanaraq, nitqin düzgünlüyü və saflığı üzərində 
iş getməlidir.
Bütün Avropa və dünya ölkələrində olduğu kimi, Azərbaycanda 
da  tədricən,  xüsusən  də  XX  əsr  ərzində,  elmin  bu  istiqamətinin 
problemləri təmizlənərək saflaşmışdır. Onlar aşağıdakılar olmuşdur:
1.  dilin qanunauyğunluqlarının, onun sisteminin, semantikası- 
mn və ifadəlilik imkanlarının tədqiqi;
2.  ədəbi  dilin  təşəkkül  tarixinin  tədqiqi,  onun  normalarının 
müəyyənləşdirilməsi;
3.  söz ustalarının - ən dəyərli yazıçıların,  alimlərin, natiqlərin 
fərdi üslublarının öyrənilməsi;
4.  nitq  mədəniyyətinin  üslubiyyatla  əlaqə  və  qarşılıqlı  əla­
qəsinin,  yaxud  onların  dildə  və  nitqdə  kodlaşdınlmasının  öyrə­
nilməsi;
5.  ədəbi-normativ dilə dialekt elementlərinin,  xarici  dillərdən 
alınan  sözlərin,  danışıq-məişət  və  sadə  camaatın  danışığının  lek- 
sikasınm,  dəftərxana  ifadələrinin  və  xüsusi  peşələrlə bağlı  ünsür­
lərin  daxil  olması  proseslərinin  yolverilən  sərhədlərinin  müəy­
yənləşdirilməsi.
Ədəbi dilin normaları təkcə sabit yox, həm də dəyişkəndir. Tə­
ləffüzdə,  danışıq  tərzində,  hərflərin  deyilişində,  sözlərin  seçilmə­
sində,  uzlaşmada  və  s.  «nitq  adəti»  (uzus)  sənədin,  əlyazmanın, 
məktubların  yaşını  2-3  onillik  qədər  dəqiqliklə  müəyyən  etməyə 
imkan verir.
Nitq etiketləri:  görüşmələr, vidalaşmalar, üzr istəmələr,  təşək­
kürlər,  yazılı  və  şifahi  müraciətlər tarixi  dəyişikliklərə  qarşı  daha 
həssasdır.  Məsələn,  XVIII-XIX  əsrlərdə  kimə  «əlahəzrət»,  kimə 
«xan», kimə «bəy», kimə «zati-aliləri», kimə sadəcə «cənab» deyə
39


Yüklə

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə