Dərs vəsaiti «İqtisadi nozəriyyə» ‘ənninin «Mikroiqlisad»



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə231/233
tarix02.01.2022
ölçüsü2,26 Mb.
#82525
növüDərs
1   ...   225   226   227   228   229   230   231   232   233
Bazar 1

psixoloji uyğunlaşmasına, 
onların 
optimal sayının 
müəyyənləşdirilmə- sinə, 
sosial amillərin 
rolunun 
nəzərə  alınmasına  diqqət  yetirilir.  Çünki  firmada  bu  meyarlara 
diqqətin  artırılması  əmək  məhsuldarlığının  yüksəldilməsinə,  bu 
amillərin nəzərə alınmaması isə münaqişələrin meydana gəlməsinə 
səbəb  olur.  Münaqişələrin  baş  verməməsi  üçün  onların  idarə 
olunması zəruriləşir. İki və daha çox tərəfdaşın razılığa gəlmədiyi 
şərait münaqişəyə səbəb olur. İstehsal və iş prosesində əmələ gələn 
münaqişələrin  nəzərə  alınması,  yumşaldılması  və  aradan 
qaldırılması, idarəetmə prosesinin səmərəliliyini artırır. 
Münaqişənin baş verməsinin səbəbləri kimi qeyd etmək 
olar: 

 
bölmələrdə müxtəlif məqsədlərin olması; 

 
resursların bölgüsü; 

 
müxtəlif vəzifələrin qoyulması; 

 
işçilər haqqında müxtəlif təsəvvürün olması; 
392 



 
davranışda müxtəlif manevrlərin olması. 
Münaqişələrin həll olunması əslində təşkilatın işinin 
səmərəliliyini artırır. 
Münaqişələrin həllində əsasən iki metoddan istifadə olunur: 

 
struktur metodundan; burada işə olan tələbatın xüsusiyyəti 
aydınlaşdırılır. 
Bütün 
bölmələr 
üçün 
ümumi 
məqsəd 
müəyyənləşdirilir.  Mükafatlandırma  sistemindən  istifadə  olunur. 
Kompromis yolundan istifadə olunur və s. 

 
təşkilati  dəyişikliklər  metodu;  burada  təşkilatın  işinin 
məqsədi, idarəetmə strukturu, istehsalın texnologiyası, vəzifələrin 
həlli metodu, kadr siyasəti dəyişdirilir. 
Münaqişələrin  həlli  və  ya  baş  verməsinin  idarə  olunması 
menecerin  əsas  vəzifəsi  olmaqla,  o  bilavasitə  əmək 
məhsuldarlığının yüksəldilməsinə səbəb olan amil kimi çıxış edir. 
İqtisadi fəaliyyət prosesində hər bir işçinin ixtisas artımının nəzərə 
alınması onun potensial inkişafından istifadəyə imkan yaradır ki, bu 
da  bütövlükdə  kollektivin  inkişafı  deməkdir.  İnsanların 
psixologiyasını nəzərə almadan, onların hər birinin şəxsiyyət və işçi 
kimi  reallaşdırmaq  imkanını  yaratmadan,  istehsal  və  xidmət 
prosesində mənəvi və maddi motiva- siyanı yaratmaq çox çətindir. 
Ona görə də menecer mənəvi stimullardan istifadə etməlidir: 

 
rəhbərlik tərəfindən inam və hörmətin göstərildiyini; 

 
qeyri-rəsmi şəraitdə mənəvi mükafatlandırma; 

 
firmanın idarə olunmasına cəlb etmək; 

 
əlavə istirahət günləri ilə mükafatlandırma; 

 
sabit məşğulluqla təmin olunma

 
xidməti fəaliyyətində irəli çəkmək; 

 
işçilərdə 
firmaya 
olan 
münasibətində 
«mənim» 
məfhumunu aşılamaq; 

 
firmanın uğuru, işçinin mütləq maddi mükafatlandırmasına 
səbəb olacağı. 
İdarəetmə  prosesində  firmanın  uğurunda  menecerin  əsas 
fəaliyyəti, sərəncamda olan bütün resursların istifadə 
393 


sində «minimum xərclə maksimum səmərənin əldə 

Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə