Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 218,1 Kb.
səhifə1/3
tarix20.09.2017
ölçüsü218,1 Kb.
#1090
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

f.f.d., dos.H.T.Mustafayeva



S O S İ O L O G İ Y A

fənnindən seminar məşğələlərinin tədrisinə dair

M E T O D İ K G Ö S T Ə R İ Ş L Ə R

Bakı 2013

R
f.f.d., dos.X.H.Orucov
əyçilər:

f.f.d., dos. A.Y.Əhmədova

BDU-nun “Sosiologiya” kafedrasının

dosenti, f.f.d.F.H.Vahidov

BDU-nun “Politologiya və sosiologiya”

kafedrasının dosenti, f.f.d..M.Ə.Əfəndiyev



Elmi redaktor: ADİU-nun “Politologiya” kafedrasının

f.e.d., prof.Z.İ.Məmmədov



MÜNDƏRİCAT
I mövzu: Sosiologiyanın predmeti və tədqiqat obyekt

II mövzu: Sosioloji tədqiqatların metodologiyası

III mövzu: İctimai rəyin sosiologiyası

IV mövzu: Şəxsiyyətin sosiologiyası

V mövzu: Ailə və nigahın sosiologiyası

VI mövzu: Dinin sosiologiyası

VII mövzu: Mədəniyyətin sosiologiyası

MÖVZU 1.
Sosiologiyanın predmeti və tədqiqat obyekti (2 saat)
Plan:


  1. Sosiologiyanın predmeti

  2. Sosiologiya elminin əsas funksiyaları

  3. Sosiologiyanın qanun və kateqoriyaları



Ədəbiyyat.


  1. Sosiologiya (dərslik) ADİU. Bakı, 2006

  2. M.Əfəndiyev. Sosiologiya. B. 2009.

  3. M.Əfəndiyev, A. Şirinov. Sosiologiyanın nəzəri problemləri. Bakı, 2007.

  4. R.Quliyev. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiya. B., 1995.

  5. F.Vahidov, T.Ağayev. Sosiologiya. B., 2012.

  6. Н.Смелзер. Социология. М. 1994.

  7. Ю.Волков. Социология. М.2008.

  8. Социология Под.ред. В.Н.Лавриненко. М., 1998.


METODİK MƏSLƏHƏT
“Sosiologiyanın predmeti” adlı birinci sualda sosiologiyanın cəmiyyət haqqında elm olması, bu terminin “societas” latınca cəmiyyət, “loqos” yunanca söz, təlim mənasını ifadə etməsi ilk növbədə məlumat verilməlidir. Sosiologiya ilə yanaşı cəmiyyəti müxtəlif elmlər tərəfindən öyrənilməsi nəzərə çatdırılmalıdır. Bu baxımdan sosiologiyanın obyektini fərqləndirmək daha düzgün olardı. Sosiologiya cəmiyyətlə şəxsiyyət arasında millətlər, siniflər və digər sosial birliklər arasında münasibətləri, sosial qruplar arasında sosial hadisə və prosesləri öyrənən elm kimi şərh edilməlidir. Qeyd etmək lazımdır ki, sosiologiya elmi XIX əsrin 30-cu illərində müstəqil elm sahəsi kimi meydana gəlmişdir. Bu elmin banisi fransız mütəfəkkiri O.Kont hesab olunur. İlkin olaraq o yeni təlimi sosial dinamika adlandırması daha sonra isə elmə yeni söz olan sosiologiya terminin gətirilməsi diqqətə çatdırılmalıdır. Bu elmin meydana gəlməsinə əsas səbəb XIX əsrdə kapitalizm münasibətlərin kəskinləşməsi, sənayenin inkişaf cəmiyyətə baş verən ziddiyyətlər, insanların sosial və iqtisadi həyatlarında dəyişikliklər olmuşdur.

Sosiologiya elminin predmetinin müəyyən edilməsində müxtəlif sosioloqların fikirləri geniş izah edilməlidir.

XIX əsrin sonlarında sosiologiya elminin təşəkkülünün başa çatması və XX əsrdə inkişafı mərhələlərini tələbə şərh etməlidir. Sosiologiyanın inkişafında I mərhələ XX əsrin 20-ci illərdən 50-ci illərə qədərki dövr – P.Sorokinin, C.Midin, A.Şyutsun, M.Horkhaymerin, T.Adornonun sosioloji nəzəriyyələri, II mərhələ XX əsrin 50-ci illərindən sonrakı rasionallıq və inkişaf ideyalarının formalaşması dövrü tələbə tərəfindən geniş şərh edilməlidir.

Hazırda sosiologiya elminin inkişafı, cəmiyyətin sosial və intellektual inkişafında rolu, digər elmlərlə sıx əlaqəsi araşdırılmalıdır. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası müstəqillik əldə edildikdən sonra sosiologiya bir elm sahəsi kimi respublikamızda inkişaf etdirilmişdir.

Sosiologiya elminin inkişafından bəhs edərkən, sosiologiya elminin iki bərabər hissədən – nəzəri və tətbiqi hissələrdən ibarət olması qeyd olunmalıdır. Nəzəri hissə problemlərin ümumiləşdirilməsi və elmi nəticələr çıxarılması ilə məşğuldur, tətbiqi hissə isə ictimai həyatın müxtəlif sahələrinə təsir göstərməsi araşdırılmalıdır. Bu baxımdan sosioloji biliklərin səviyyəsinin 3 hissəyə bölünməsi nəzərə çatdırılmalıdır: ümumi sosioloji nəzəriyyələr, xüsusi nəzəriyyələr və emprik tədqiqatlar. Tələbə qeyd etməlidir ki, ümumi sosioloji nəzəriyyələr cəmiyyətin bütün sahələri üçün əhəmiyyətli olan biliklərin toplanması və sintezi, sosial əlaqələr, hadisə və proseslər haqqındadır. Xüsusi sosioloji nəzəriyyələr isə sosial əlaqə, hadisə və proseslərin cəmiyyətin ayrı-ayrı sahələrini, sosial təsisatları əhatə edir, empirik tədqiqatlar isə cəmiyyət üzvləri arasında sosial problemlərin öyrənilməsi baxımından aparılan sosioloji tədqiqatlardır. Sosioloji tədqiqatların aparılması metodlarıda aydınlaşdırılmalıdır. Qeyd olunmalıdır ki, bu metodlar sənədlərin təhlil edilməsi, müşahidə və sorğudur. Sualın sonunda sosiologiya elminin cəmiyyətin sosil-iqtisadi və mənəvi-əxlaqi baxımından inkişafının təsiri əhəmiyyətindən danışılır.

Sosiologiya elminin əsas funksiyaları” adlı ikinci sualı şərh edərkən ilk növbədə sosiologiyanın aşağıdakı funksiyalarının şərhi üzərində dayanmaq lazımdır: idrakı funksiya, praktiki funksiya, ideoloji funksiya, tərbiyəvi funksiya, proqnozlaşdırıcı funksiya.



İdrakı funksiyadan danışarkən qeyd etmək lazımdır ki, bu funksiya bir neçə aspektdə həyata keçir . Sosiologiya da digər elmlər kimi insanı cəmiyyətin inkişafı, həmçinin sosial inkişafın qanunauyğunluqlarını, müxtəlif sosial hadisələrin dəyişiləməsi meylləri haqqında biliklərlə silahlandırır. Sosiologiya cəmiyyətdə baş verən sosial hadisələrin və proseslərin obyektiv qanunauyğunluqlarını açıb göstərməklə bütövlükdə cəmiyyətin ayrı-ayrı tərəflərinin gələcək inkişafı perspektivlərini başa düşməyə imkan verir. Eyni zamanda nəzərə çatdırılmalıdır ki, idrakı funksiya, sosioloji tədqiqat, sosial qruplar, sosial birliklər, fərdlər , şəxsiyyətlər, peşə qrupları və s. haqqında onların mənafeləri, tələbatları davranışlarının uzlaşması məlumatlarını müəyyən edir.

Praktiki funksiyanı şərh edərkən, qeyd edilməlidir ki, praktiki funksiya idrakı funksiya ilə sıx bağlıdır. O öncədən görmə momentini özündə birləşdirən elmi idrakın tərəfindən doğur. Cəmiyyətin gələcək perspektivlərinin aşkara çıxarılmasında sosiologiyanın rolu böyükdür.

Sosiologiyanın ideoloji funksiyasından danışarkən qeyd olunmalıdır ki, ideoloji funksiya sosiologiyanın əhəmiyyətli funksiyalarından biri olub, cəmiyyətin inkişafının mədsədlərinin müəyyən edilməsinə xidmət göstərir, insanlar arasında elmi biliklərin yayılmasına, yüksək səviyyəli mütəxəssislərin hazırlanmasının və onların elmi ideologiyanı mənimsəməsi işinə, həmçinin insanların maariflənməsinə xidmət edir. Tərbiyəvi funksiyanı şərh edərkən, tələbə cəmiyyətin sosial inkişafının dərk edilməsində, sosial həyatın ayrılması tərkib hissəsi kimi ailə, din, mədəniy­yətin öyrənilməsi, sosioloji baxımdan tədqiq edilməsi ön plana çəkilməlidir.



Sosiologiyanın proqnozlaşdırıcı funksiyasından danışarkən, qeyd olunmalıdır ki, proqnozlaşdırma cəmiyyətin elmi idarə olunmasının başlıca şərtini təşkil edərək ictimai inkişafın qanunauyğunluqları və meyllərinin dərk edilməsinə əsaslanır.

Üçüncü sual “Sosiologiyanın qanun və kateqoriyaları”ndan bəhs edilir. Bu sualda ilkin olaraq izah edilməlidir ki, sosial qanunlar sosial hadisə və sosial proseslərdə geniş şəkildə formalaşaraq sosial qrupların, fərdlərin, birliklərin fəaliyyətində təzahür edir. İnsanlar bu qanunları dərk edərək, öz həyat fəaliyyətinin şərtlərini dəyişdirir və yeniləşdirir. Bu baxımdan da sosial qanunların ümumi qanunlar və spesifik qanunlara bölünməsi qeyd olunmalıdır. Izah edilməlidir ki, ümumi qanunlar dedikdə bura daxildir – bütövlükdə sosial sferanın inkişafı- həmçinin bu sosial sferanın üzvlərinin inkişafı (sinif, millət, təbəqə və s.) Spesifik qanunları şərh edərkən nəzərə çatdırılmalıdır ki, spesifik qanunlar cəmiyyətin ictimai sistemi ilə yəni bir cəmiyyətdən o birinə keçidlə bağlıdır. Burada bir cəhətə diqqət yetirilməlidir ki, sosial qanunlar təzahür üsuluna görə dinamik və statik hissələrə bölünür. Dinamik qanunlar cəmiyyətdə sosial dəyişikliklərin müxtəlif formalarını araşdırır. Statik qanunlar isə cəmiyyətin sosial əsasını sabitliyini qorumaqla baş verən dəyişmələrin istiqamətlərini müəyyənləşdirir.

Bu sualın şərhini davam etdirərək, sosiologiyanın kateqoriyalarını vurğulamaq lazımdır. Qeyd olunur ki, sosiologiyanın kateqoriyaları aşağıdakılardan ibarətdir: sosial münasibətlər, sosial əlaqələr, sosial struktur, sosial qanunlar, cəmiyyət, ailə, insan, sinif, qrup və s. Bu kateqoriyaları şərh edərkən onlar arasındakı qarşılıqlı əlaqələr və münasibətlər əks olunmalıdır.

Test tapşırıqlar

1. “Sosiologiya” termini bu filosof tərəfindən irəli sürülmüşdür



    1. H.Spenser

    2. L.Şteyn

    3. O.Kont

    4. E.Dürkheym

    5. M.Veber

2. Sosiologiyanı sosial birliklərin təşəkkülü, inkişafı və fəaliyyətinin öyrənilməsi haqqında elm kimi qiymətləndirən kimdir?

    1. Q.V.Osipov

    2. E.B.Şestopal

    3. V.N.Lavrinenko

    4. V.A.Yadov

    5. İ.T.Toşenko

3. ABŞ sosiologiyasının təşəkkülündə hansı məktəbin rolu böyükdür?

  1. Nyu-York məktəbi

  2. Çikaqo məktəbi

  3. Vaşinqton məktəbi

  4. Boston məktəbi

  5. San-Fransisko məktəbi

4. Sosiologiya elmi bu hissələrdən ibarətdir?

  1. nəzəri və elmi

  2. nəzəri və tətbiqi

  3. nəzəri və praktiki

  4. nəzəri və ideoloji

  5. nəzəri və əməli

5. “Sosiologiya faktlardan məna çıxarmağı bacaran elmdir” fikri kimə məxsusdur?

  1. N.Smelzer

  2. T.Parsons

  3. P.Sorokin

  4. Q.Bekker

  5. C.Homansa


MÖVZU 2.
Sosioloji tədqiqatların metodologiyası və metodikası (2 saat)
Plan:


  1. Sosioloji tədqiqatlar və onların növləri.

  2. Sosioloji tədqiqatların proqramı.

  3. Əsas nəzəri prosedurlar və tədqiqat planı.


Ədəbiyyat.


  1. Ağayev T. Sosiologiyaya dair sxemlər. B., 2002.

  2. Əzimov H., Həsənov R.. Sosiologiya. B., 2003.

  3. Əfəndiyev M., Şirinov A.. Sosiologiyanın nəzəri problemləri. Bakı, 2001.

  4. Vahidov F., Ağayev T.. Sosiologiya. B.2012.

  5. R.Quliyev. Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiya. B., 1995.

  6. Sosiologiya (dərslik) ADİU. Bakı, 2006.

  7. Ю.Волков. Социология. М.2010.

  8. Современная западная социология. Словарь. М., 1990.

  9. Сорокин П. Система социологии. М., 1993.



METODİK MƏSLƏHƏT
Sosioloji tədqiqatlar və onun növləri” adlı birinci sualda ilk növbədə sosioloji tədqiqatların mahiyyəti açılmalı onun məzmunu izah olunmalı və əsas cəhətləri təhlil edilməlidir. Sosiologiya elminin əsasını təşkil edən sosioloji tədqiqatlardan danışarkən qeyd edilməlidir ki, onun strukturunda üç mühüm səviyyə mövcuddur: ümumsosioloji nəzəriyyə, xüsusi sosioloji nəzəriyyələr və sosioloji tədqiqatlar. Sosioloji tədqiqatların aparılması ilə statistik məlumatların köməyi ilə insanların mənafeləri, maraqları, planları və s. haqqında məlumatların toplanması şərh olunmalıdır. Sosioloji tədqiqatların təşkili və aparılması gərgin əmək tələb edir, yəni tədqiqatın əsaslı surətdə hazırlanması əsas şərtdir. Sosioloji tədqiqatların hazırlanmasından danışarkən qeyd etmək lazımdır ki, tədqiqatın etibarlı nəzəri əsasını təmin etmək, onun ümumi məntiqini müəyyən etmək, məlumatların toplanması qaydalarını hazırlamaq və tədqiqat qrupunu formalaşdırmaq lazımdır.

Sosioloji tədqiqatların məqsədindən danışarkən, qeyd etmək vacibdir ki, əsas məqsəd cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edən problemin təhlilinin verilməsidir və sosioloq təkcə problemin şərhi ilə kifayətlənməməli, onun gələcək üçün inkişaf perspektivlərini müəyyən etməlidir. Tələbə nəzərə çatdırmalıdır ki, sosioloji tədqiqatlar əslində sosial informasiya toplanmasına yardımcı olur.

Sosioloji tədqiqatların təşkili və aparılmasının dörd əsas mərhələdən keçməsi şərh olunmalıdır. Birinci mərhələ-tədqiqata hazırlıq. İkinci mərhələ ilkin sosioloji məlumatların toplanması proqramı. Üçüncü mərhələ sosioloji tədqiqatların (anket sorğusu, müşahidə və s.) gedişi prosesində toplanmış məlumatların kompüterə yüklənməsi. Dördüncü işlənmiş Materialın təhlili, tədqiqatın yekunlarına həsr olunmuş hesabatın tərtibi və təkliflərin hazırlanması.

Sosioloji tədqiqatların üç növünü fərqləndirmək lazımdır: axtarış, təsviri və analitik. Axtarış sosioloji tədqiqatların ən sadə növü olub, ən məhdud dairəli vəzifələrin həlli yollarının toplanmasına yönəlmişdir. Anket sorğusu 20-100 nəfəri əhadə edir və bu tədqiqat zamanı problemin dərindən öyrənilməsi baş verir. Təsviri tədqiqatlar sosioloji təhlilin daha mürəkkəb növü kimi çıxış edir. Onun köməyi ilə öyrənilən sosial obyekt haqqında bütöv təsəvvür yaradan empirik məlumatlar əldə olunur. Burada təhlil obyekti müxtəlif peşədən, yaş qrupundan, peşə səviyyəsindən olan insanları birləşdirən kollektivlər nəzərdə tutulur.

Tələbə nəzərə çatdırmalıdır ki, bu metodun vasitəsilə əldə olunan məlumatlar daha dolğun və düzgün olur. Analitik tədqiqatlardan danışarkən, bu tədqiqatın sosioloji tədqiqatların ən ciddi növü hesab olunması diqqətə gətirilməlidir. Qeyd edilməlidi ki, analitik tədqiqatlar bu və ya digər sosial hadisəni fərqləndirən çoxlu amillərin məcmusunu öyrənərək kompleks xarakter daşıyır və əvvəlki tədqiqat növlərinin məntiqi yekunu kimi çixiş edir.

“Sosioloji tədqiqatların proqramı” adlanan ikinci sualda sosioloji tədqiqatların hazırlanmasında proqramın tərtibindən ətraflı bəhs etmək lazımdır. Eyni zamanda sosioloji tədqiqat proqramının özündə birləşdirən cəhətləri təhlil edilməlidir. 1)Problemin, tədqiqat obyektinin və predmetinin müəyyən edilməsi 2) Tədqiqatın xarakterinin, məqsəd və vəzifələrinin müəyyən edilməsi 3) Əsas anlayışların irəli sürülərək izahının verilməsi 4) Əməli fərziyyələrin irəli sürülməsi 5) Tədqiqatın strateji planın hazırlanması 6) Respondentlərin seçilməsi planın tərtibi 7) Məlumatların toplanması metodlarının təsviri 8) Məlumatların təhlili sxeminin təsviri.

Eyni zamanda proqramda nəzəri (metodoloji) və metodiki (prosedur) bölmələri fərqləndirmək lazımdır. Nəzəri bölməyə problemin qoyulmasından tutmuş respondentlərin seçilməsinə qədər olan cəhətlər, metodiki bölməyə məlumatların toplanması. İşlənməsi və təhlilin daxil olması şərh olunmalıdır.

Sosiolojji tədqiqatlar üçün nəzərdə tutulan elmi problem sosial sistemlərin fəaliyyətin və inkişaf prosesində meydana gələn ziddiyyətləri, problemli sosial şəraiti bu və ya digər dərəcədə dəqiq əks etdirməlidir. Sosioloji problemlər o qədər rəngarəngdir ki, onların bir çoxunun həlli məlum biliklər çərçivəsində minimum olmur. Buna görə onların həlli müəyyən nəzəri və tətbiqi tədqiqatların həyata keçirilməsini tələb edir.

Bu sualda sosioloji tədqiqatların obyektini izah edərkən, nəzərə çatdırılmalıdır ki, insan birlikləri, onların sosial institutlar tərəfindən təşkil olunan fəaliyyəti və bu fəaliyyətin həyata keçdiyi şərait hesab edilir. Tədqiqatın predmeti isə tədqiqatçı tərəfindən formulə edilir. Tələbə qeyd etməlidir ki, hər bir obyekt müxtəlif tədqiqat predmetlərinə malikdir. Bu isə onun obyektin hansı tərəfini əks etdirməsinin məqsədindən, hansı problemin həllinə yönəlmiş olmasından asılıdır.

Sualda həmçinin nəzərə çatdırılmalıdır ki, sosioloji tədqiqatlarda eyni bir obyekti müxtəlif cür təsvir etmək mümkündür. Bu isə, tədqiqatın problemi və məqsədləri ilə müəyyən olunur. Tədqiqatlar nəticəsində əldə olunmuş empirik məlumatlar reallıq haqqında yeni biliklər verir.

Sosioloji tədqiqatlarda fərziyyələrdən danışarkən əsas diqqət sosial obyektlərin strukturu, bu obyektləri yaradan element və əlaqələrin xarakteri, onların fəaliyyəti və inkişaf haqqında əsaslandırılmış gümanların izahına verilməlidir. Elmi fərziyyə öyrənilən obyektin təhlili əsasında irəli sürülə bilər. Fərziyyələrin doğru, yanlış təhlili xarakter daşınan yalnız empirik sosioloji tədqiqatlar yolu ilə aşkara çıxarılması ətraflı təhlil olunmalıdır.

Sosioloji tədqiqat proqramının ən mühüm tərkib hissələrindən biri olan anlayışların məntiqi təhlilinin şərhinə ehtiyac vardır. Proqramın bu bölməsində metodoloji prosedurlar tərtib olunur. Bu prosedurların əsas məqsədi tədqiqatda istifadə olunan əsas anlayışların məntiqi nizamını qurmaqdan ibarətdir. Anlayışların məntiqi təhlili onların məzmunu və strukrununun dərindən və dəqiq izah olunmasını tələb edir.

Üçüncü sual “Əsas nəzəri prosedurlar və tədqiqat planı”na həsr olunmalıdır. Bu sualda ilk növbədə sosioloji tədqiqatların əsas nəzəri prosedurların mahiyyəti açılmalı, tədqiqatın əvvəlində öyrənilən obyektin xarakterik cəhətləri işıqlandırılmalıdır. Qeyd edilməlidir ki, sosial obyektin iki aspekti mövcuddur: tamın tərkib hissəsi kimi və ayrı-ayrı hissələrdən ibarət olan tam kimi. Sistemli təhlil metoduna əsaslanmış tədqiqat obyektini şərh edərkən, onun elementlərini, daxili və xarici əlaqələrini, strukturu müəyyən etməsi, obyektin mövcudluğu və inkişafı mexanizmlərini qeyd etmək lazımdır.

Nəzərə çatdırılmalıdır ki, öyrənilən obyekt haqqında gümanların məzmunundan asılı olaraq təsviri və izahedici fərziyyələr mövcuddur. Təsviri fərziyyələr öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında ətraflı məlumat vermək lazımdır. Izahedici fərziyyələ isə öyrənilən obyektin eksperimental yoxlama tələb edən səbəb-nəticə əlaqələri haqqında gümanlar ətraflı təhlil edilməlidir.

Daha sonra öyrənilən obyekt haqqında biliklərin səviyyəsi planının xarakteri üzərində dayanmaq lazımdır. Öyrənilən obyekt haqqında biliklərin səviyyəsi planınının xarakterini axtarış, təsviri, eksperimental müəyyən edir.

Diqqətə çatdırılmalıdır ki, sosioloji tədqiqatların axtarış planı o vaxt tərtib olunur ki, problem haqqında aydın təsəvvür olmur. Qeyd edilməlidir ki, axtarış tədqiqatı prosesində problem formulə edilir, tədqiqatın vasitələri, onların tətbiqi qaydaları, vəzifələrin mühümlük amilinə görə həlli ardıcıllığı müəyyən olunur. Bu mənada axtarış planının üç əsas iş mərhələsi üzərində dayanmaq lazımdır: sənədlərin öyrənilməsi, ekspertlərin rəyinin soruşulması, müşahidələrin həyata keçirilməsi.

Qeyd edilməlidir ki, axtarış planı üzrə iş problemin dəqiq və aydın surətdə formulə edilməsi və fərziyyələrin irəli sürülməsi ilə başa çatır.

Sosioloji tədqiqatların təsviri planından məlumat verərkən, vurğulanmalıdır ki, təsviri plan o zaman tətbiq olunur ki, problem haqqında məlum olan biliklər obyekti ayrılmağa və təsviri fərziyyələr irəli sürməyə imkan versin. Təsviri plan məlum faktların nizama salınmasına və onların arasında nisbətin müəyyən edilməsinə köməklik göstərir.

Sosioloji tədqiqatların eksperimental planı haqqında xüsusi dayanaraq onu daha ətraflı şərh etmək lazımdır. Bu hissədə eksperimental planın məqsədi qeyd olunmalıdır. Diqqətə çatdırılmalıdır ki, eksperimental planın bəzi elementləri faktiki olaraq təsviri planda özünü biruzə verir.

Bu sualı yekunlaşdırarkən qeyd etmək lazımdır ki, sosioloji tədqiqatların real təcrübəsində göstərilən hər üç strateji tədqiqat planları ayrı-ayrılıqda “təmiz” şəkildə olmurlar. Çox vaxt bu tədqiqatda hər üç plan öz əksini tapır: plan axtarışdan başlayır, sonra təsviri fərziyyələrin irəli sürülməsi baş verir, daha sonra isə eksperiment vasitəsilə səbəb-nəticə əlaqələri aşkara çıxarılır. Nəticədə onu da vurğulamaq yaxşı olar ki, sosioloji tədqiqatların məqsədi faktların elmi surətdə əsaslandırılmış izahının verilməsidir.



Test tapşırıqlar

1. Sosioloji tədqiqat proqramı hansı bölmələrə malikdir?

a) nəzəri və metodiki

b) elmi və metodiki

c) nəzəri və praktiki

d) elmi və nəzəri

e) bölmələri yoxdur

2. Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir?

a) münaqişəli vəziyyətləri

b) siyasi problemləri

c) problemli sosial şəraiti

d)sosial problemləri

e) mənəvi problemləri

3. Sosioloji tədqiqatların obyekti:

a) sosial qruplar və təbəqələr

b) sosial struktur və şəxsiyyət

c) sosial institutlar

d) insan birliklərinin fəaliyyəti və onun həyata keçdiyi .ərait

e) sosial-ərazi birlikləri

4.Əsas anlayışlar sosioloji tədqiqatda hansı rolu yerinə yetirirlər?

a) tədqiqatın məqsədini aydınlaşdırır;

b) tədqiqatın predmetini müəyyən edirlər;

c) sosioloji tədqiqatın vəzifəsini müəyyən edir;

d) tədqiqatın xarakterini müəyyən edirlər;

e)tədqiqatın praktiki əhəmiyyətini müəyyən edir

5. Öyrənilən obyekti haqqında gümanlardan asılı olaraq hansı fərziyyələr ola bilər?

a) təsviri və izah edici

b) analitik və xəyali

c) nəzəri və təsviri

d) nəzəri və analitik

e) təsviri və xəyali

MÖVZU 3.
İctimai rəyin sosiologiyası (2 saat)
Plan:


  1. İctimai rəyin mahiyyəti və metodları

  2. İctimai rəyin funksiyaları və təzahür formaları

  3. İctimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu və əhəmiyyəti


Ədəbiyyat
1. Ağayev T. Sosiologiyaya dair sxemlər. B., 2002.

2. Əfəndiyev M., Şirinov. A. Sosiologiyanın nəzəri problemləri. Bakı, 2001.

3. Əfəndiyev M. Sosiologiya. B., 2009.


  1. Əzimov H.Ə., Həsənov R.M. Sosiologiya. B., 2003.

  2. Ахмедли Д.Т. Рагимов А.А. Измерения и анализ данных в социологии. Б., 2002.

  3. Буданцев Ю.П. Социология средств массовой информации.М., 1997.

  4. Ю.Волков. Социология. М.,2010.

  5. Социология: Основы общей теории:учебное пособие. М.2011.


METODİK MƏSLƏHƏT
İctimai rəyin mahiyyəti və funksiyaları” adlanan birinci sual şərh edərkən ilk öncə “ictimai rəy” anlayışının yaranma tarixi haqqında məlumat verilməlidir. Qeyd olunmalıdır ki, bu anlayış ingilis dövlət xadimi C.Solsberinin əsərlərində istifadə olunduqdan sonra digər ölkələrə yayılır. Klassik alman fəlsəfəsinin münayəndəsi M.Veberin ictimai rəyin struktur elementlərini əks etməsindən bəhs olunmalıdır.

Sonra bildirilməlidir ki, sosiologiya elminin ictimai rəyin öyrənilməsində və onun formalaşmasında, təbliğat fəaliyyətinin öyrənilməsində böyük rolu vardır.

Buraya siyasi ideyaları, hüquqi şüur, elm, incəsənət, din və s. daxildir. Bu formalardan hər biri öz inkişafına, gerçəkliyi əks etdirmə üsuluna görə fərqləndirirlər. Kütləvi şüur, ödrd aspekt də təzahür edir: intelektual, emosia\onal, iradə, davranış.

İctimai rəy nəzəriyyəsində ən mühüm vəzifələrdən biri obyekt və subyekt xüsusi qeyd olunmalıdır. İctimai rəyin əsasını təşkil edən sosial qiymətləndirmə subyektin obyektə olan müasibətidir, subyekt isə qiymət verən tərəf hesab olunur.

İctimai rəyin strukturunun aparıcı elementindən danışarkən sosial qiymətin üzərində xüsusi olaraq qalmaq lazımdır. Sosioloji tədqiqatlardan danışarkən, qeyd etmək lazımdır ki, ictimai rəyin forması kortəbii proses olmayıb, məqsəddyönlü şəkildə təşkil olunan tədbirlər kompleksindən ibarətdir. Bura ən başlıca olaraq təbliğat və təşviqat, eyni zamanda kütləvi informasiya vasitələrdən geniş istifadə olunur. Tələbə ilk növbədə təbliğat anlayışının mahiyyəti açıqlamaladır. Təbliğatın sosial fəaliyyət növü kimi şərhi verilməlidir. Həmçinin təbliğat fəaliyyətinin öyrənilməsinin başlanğıc prinsipi təhlil edilərək, qeyd olunmalıdır ki, bu və ya digər sosial təbəqələrin ictimai varlıq spesifikası, həyat tərzinin fərdlərin şüuruna göstərdiyi təsir və s. bu kimi dəlillər nəzərə alınmadan çıxarılan nəticələr düzgün hesab edilə bilməz. Sonra təbliğatın sosiologiyasının istfiadə etdiyi metodlardan danışarkən, analiz, sintez, deduksiya, indeksiya, sənədlərin öyrənilməsi, müşahidə, anket sorğusu, qruplaşdırma, ranqlaşdırma, korrelyasiya, faktor analizi, məlumatların inteqrasiyası metodları – ümumiləşdirmə, modellərin qurulması, tipologiya və s. qeyd etmək lazımdır.

İctimai rəy və ictimai şüurunu qarşılıqlı əlaqə və münasibətlərinin xarakterik xüsusiyyətləri şərh olunmalıdır. Qeyd etmək lazımdır ki, ictimai şüur mürəkkəb struktura malikdir. Belə bir fikir xüsusi vurğulanmalıdır ki, ictimai rəy ictimai şüurun elə təzahür formasıdır ki, burada böyük sosial qrupların, bütövlükdə xalqın aktual hadisələrə münasibət əka olunur. İctimai əhalinin istər ölkədə, istərsə də, beynəlxalq aləmdə özünü büruzə verən bu və ya digər hadisələrə, obyektə və ya şəraitdə olan münasibətidir. Nəzərə çatdırılmalıdır ki, ətraf gerçəkliyin qiymətləndirilməsi müxtəlif qrup və təbəqələrin mövqeyini əks etdirir. Müxtəlif sosial qruplara, təbəqələrə məsub olan adamların ictimai hadisələrə verdikləri qiymət də onların ictimai vəziyyəti, maraqları və mənafeləri ilə müəyyən olunur.

Sualı yekunlaşdırarkən ictimai rəyin demokratik prinsiplərdən olduğunu və həmçinin də demokratiyanın inkişafı cəmiyyətdə ictimai rəyin formalaşmasına təsir göstərən amil kimi dəyərləndirilməlidir.

İctimai rəyin funksiyaları və təzahür formaları” adlanan ikinci sualda ictimai rəyin əsas funksiyalarından danışarkən qeyd olunmalıdır ki, funksiyalar insanların kollektiv qiymətvermə mühakimələrinin öz şüurlarına və davranışlarına təsirinin sosial nəticələrindən asılı olaraq təzahür edir. İctimai rəyin funksiyaları cəmiyyətdə mövcud olan müxtəlif institutların və həmçinin insanların hadisələrə qiymətvermə mühakimələrilə müəyyən olunur və bu funksiyaların aşağıdakı kimi şərhi veriməlidir:



  1. Ən geniş funskiya olan ekspressiv funksiya: - ictimai rəyin obyektiv məzmunu ilə dövlət institutları, onların liderləri nəzarət altına alınmış olumur. Geniş əhali kütlələri tərəfindən müxtəlif nəzarət formaları həyata keçirildikdə isə bu səmərə daha da artır.

  2. Məsləhət funksiyası: - sosial-iqtisadi, siyasi, dövlətlərarası problemlərin həlli üsulları haqqında ictimai rəyin köməyilə məsləhət verir. Xüsusilə bu özünü idarəetmə sistemində biruzə verir və hər hansı bir qərarların verilməsində istifadə edilir.

  3. Direktiv funksiya. Bu funksiya ictimai rəy tərəfindən bu və ya digər sosial problem barədə qərar çıxarılması zamanı təzahür edir.

İctimai rəy ictimaiyyət tərəfindən formalaşdırılan mühakimələrin məzmunundan asılı olaraq qiymətverici, təhliledici xarakterizə olunması üzərində dayanmaq lazımdır. Nəzərə çatdırılmalıdır ki, hisslərə üstünlük verən qiymətverici rəy bu və digər problemə münasibət bildirilməsidir. Təhliledici ictimai rəy bu və ya digər mühüm qərarın qəbul edilməsindən əvvəl nəzəri təfəkkür elementlərinin köməyi ilə hərtərəfli təhlil aparılmasını nəzərdə tutur.

Ictimai rəyin təzahüründən bəhs edərkən göstərilməlidir ki, gerçəkliyin aktual problemlərinin ictimaiyyətin mühakimələrində təzahür prosesi olur. İctimai rəyin təzahürü 3 tipə bölünür. Bu üç tipin üzərində dayanmaq lazımdır: 1) ictimai rəyin kortəbii şəkildə təzahürü, 2) dövlət orqanları və ictimai təşkilarının təşəbbüsü ilə ictimai rəyin aşkarlanması, 3) xüsusi sosioloji tədqiqatlar nəticəsində və ya digər məsələ barəsində ictimai rəyin aşkar olunmasıdır.

İctimai rəyə sosioloji yanaşma səviyyəsindən danışarkən, bunun iki səviyyədə baş verməsi qeyd olunur və həmçinin diqqətə çatdırılır ki, birinci səviyyə - söz səviyyəsi, yəni hər hansı bir hadisəyə, obyektə verilən qiymət böyük kütlələr tərəfindən qəbul edilsədə konkret fəaliyyətlə müşayiət olunmur. Daha sonra ictimai rəyə sosioloji yanaşmanın ikinci səviyyəsi aydınlaşdırılır. İkinci səviyyə “oş” səviyyəsində, yəni qruplar öz şüurlarındakı qiymətə müvafiq surətdə fəaliyyət göstərilir.

Qeyd edilməlidir ki, cəmiyyətdə güdən sosial proseslərin tənzim olunmasında mühüm yer tutan ictimai rəy sosial tənzimetmənin müxtəlif formaları olan hüquqi, əxlaqi, mədəni, tərbiyəvi və s.-lə sıx qarşılıqlı təsirdə çıxış edir və onların təsirinə ictimai rəyin də əlavə olunması, bu təsirin gücünü daha da artırır. Cəmiyyətdə demokratik əsasların möhkəmlənməsində ictimai rəyin əhəmiyyəti böyükdür.

İctimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin rolu və əhəmiyyəti” adlanan üçüncü sualda ictimai rəyin formalaşmasında kütləvi informasiya vasitələrinin elementləri ətraflı şərh olunmalıdır. İnternet, mətbuat, radio, televiziya və s. olan kütləvi informasiya vasitələrinin ictimai rəyin təşəkkülündə böyük rol oynası geniş təhlil olunmalıdır. Kütləvi informasiya vasitələrinin təbliğat işi haqqında bəhs edərkən qeyd olunmalıdır ki, təbliğat işi ictimai rəyin istiqamətliyi, intensivliyi və inteqrasiyası barədə dəqiq elmi cəhətdən əsaslandırılmış məlumatlara istinad etməldir. Məhz bunları əsas tutaraq qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri informasiyanın toplanması, işlənməsi və geniş miqyasda yayılmasına, kütlələrin şüuruna sirayət etməsi işinə xidmət edərək bir neçə strukturdan ibarətdir. 1) İnformasiyanın mənbəyi, bura daxildir - jurnalist, redaksiya və s. 2) İnformasiyanın məzmunu, yəni gerçəkliyin inikası forması kimi hansı sosial obyekti əks etdirir. 3) İnformasiyanı qəbul edən, burada isə bütöv auditoriya, spesifik qruplar, ayrı-ayrı şəxsiyyət çıxış edir. Kütləvi informasiya vasitələri öz təbiəti etibarilə bütün cəmiyyət miqyasında xəbərlərin, informasiyanın geniş və hərətərəfli mübadiləsini həyata keçrimək üçün nəzərdə tutulmuşdur. KİV-nin fəaliyyətinin təhlili zamanı əsas diqqətin iki aspektdə həyata keçirilməsi xüsusi olararaq şərh olunmalıdır: 1) informasiyanın toplanması, işlənməsi və geniş miqyasda yayılması prosesi; 2) informasiyanın insanalrın şüurlarına və davranışlarına təsirinin sosial nəticələrinin tədqiq olunması aspektləri ətraflı izahı verilməlidir.

KİV-in ictimai proseslərə təsiri haqqında bəhs edərkən kütləvi informasiya vasitələrinin sosioloji tədqiqatının mahiyyəti açılmalı və qeyd edilməlidir ki, KİV-in fəaliyyəti insanların mənəvi ünsiyyətinin tarixən şərtlənmiş formasıdır; KİV vasitəsi ilə mənəvi ünsiyyət istər ölkə daxilində, istərsə də müxtəlif ölkələr arasında mənəvi sferada hərtərəfli qarşılıqlı təsir göstəriri; kütləvi informasiyanın toplanması, işlənməsi və yayılması prosesində məhdudiyyət olmamalıdır; KİV-in əsas istiqaməti cəmiyyətin iqtisadi, sosial, siyasi və mənəvi həyat sferalarının işinə xidmət olmalı və mənəvi ünsiyyətin struktur elementlərinə qiymətvermədə obyektivlik və həqiqət əsas götürülməlidir.

Sualı yekunlaşdırarkən dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikamızda KİV-in azad və müstəqil şəkildə fəaliyyət göstərməsi, cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərpa olmasında aparıcı rol oynaması üzərində dayanmaq lazımdır.


Yüklə 218,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə